Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4168/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4 xx.xx.2020-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxxxx 1981-ci il tarixli (İİ-3Kr № 438757 İmişli rayon VVAQ şöbəsində verilmiş) nikah əsasında ailə qurduğu xx.xx.1955-ci il təvəllüdlü X7 ilə birgə hayatlarının son 19 ilini yuxarıda qeyd olunan ünvan 1 ünvanında yaşamışlar. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 8 radələrində həyat yoldaşı Bakı şəhərində yaşadığları həmin ünvanda vəfat etmiş və ölüm faktı ünvana çağırılmış BŞT və TTYS-nın 5 saylı bölməsinin həkim briqadası tərəfindən təsdiq edilərək bu haqda 0298 nömrəli ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Əslən İmişli rayonundan olduğları üçün ərizəçinin əksər qohumları orada yaşadığına görə həyat yoldaşını həmin gün rayona apararaq İmişli rayon Rəsullu kənd qəbristanlığında dəfn etmişlər (həmin hal İmişli Bələdiyyəsinin 727 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli arayışı ilə təsdiq olunur). Onun dəfni, hüzürü ərizəçinin və digər yaxın qohumları tərəfindən təşkil edilmişdir. Yas və dəfn mərasimində bütün qohum - qonşular daxil olmaqla rayonun bir çox nümayəndələri, o cümlədən İmişli bələdiyyəsinin nümayəndəlləri də iştirak etmiş, hüzlərinə şərik olmuşlar. Ərizəçinin arvadının ölümünə dair müvafiq şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edərək mərhumun ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin müraciətə cavab olaraq müvafiq şəhadətnamə verilməsindən imtina edilib bildirildi ki, qeydiyyat orqanında ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır, ona görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Ərizəçi qeyd edir ki, həyat yoldaşının vəfat etməsindən dərhal sonra İmişli rayonuna getməyi və orada da başlarının yas mərasiminə qarışdığından, onun ölümü haqqında müvafiq tibbi şəhadətnaməni almağı unutmuşlar. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi, onun nümayəndəsi və vəkili X5 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, mərhum X7 onun xalasıdır. Xalası vəfat edəndə onların evində idi. O, dəfndə iştirak edib. Ölümünün səbəbini bilmir. Mərhum İmişli rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X3 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşamaqla Ərizəçilə qonşudur. Səmədova Lumu ərizəçinin arvadıdır. Ərizəçi oktyabrın 15-i səhər saatlarında zəng vuraraq Lumunun vəziyyətinin pisləşdiyini bildirmişdir. Dəfndə iştirak edib. Mərhum İmişli rayonunda dəfn edilmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZE seriyalı № 05113645 nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci ildə İmişli rayonunda anadan olmuş X7 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1981-ci ildə nikahları bağlanılmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 10 manat (on manat) məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İmişli bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 727 nömrəli arayışdan görünür ki, X7 xx xxxxxxx 2020-ci il tarixində İmişli Rayon Rəsullu kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlanmış 176 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında akt qeydinin aparılması üçün ölüm haqqında tibbi şəhadətnamə lazımdır. Əgər həmin şəhadətnamə yoxdursa bu halda məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:25-də X7 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin və vəkilinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1955-ci ildə İmişli rayonunda anadan olmuş X7 xx.xx.2020-ci ildə vəfat etmiş və xx.xx.2020-ci ildə İmişli rayon Rəsullu qəbristanlığında dəfn edilmişdir. Ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1955-ci il təvəllüdlü, İmişli rayonunda anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4168/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4168/2020
09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver