Məhkəmə qərarları › İş №2(005)-4186/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4186/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4186/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 15 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X3 25 yanvar 1961-ci il tarixdə Əli- Bayraml şəhərində doğulmuşdur. Əri 15 may 2021-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilib. Hal-hazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət edilsə də, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmir.eyni zamanda 31 avqust 2021-ci il tarixdə məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X1 İlham Abdulla oğlunun 15 may 2021-ci il tarixdə öldüyünü ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində X2 15 may 2021-ci il tarixdə öldüyünü və dəfn mərasimində iştirak etdiyini ifadəsində təsdiq etdi. İş materiallarında olan Maraqlı şəxs 02.07.2021-ci il tarixli, 146 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan TƏBİB tərəfindən 18 sentyabr 2020-ci il tarixdə verilmiş TTYS Statistika şöbəsinin Təcili və X4 Stansiyası tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli 213 nömrəli arayışdan görünür ki, X2 ünvan 1 ünvanında 15.05.2021-ci il tarixdə öldüyü müəyyən olunmuşdur. İş materiallarında olan Nərimanov Rayon prokurorluğu tərəfindən 07 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X2 ölməsi faktında cinayət hadisəsi aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 15 may 2021-ci il tarixdə ölmüş X3 Bakı şəhəri, Abşeron rayonu, Məmmədli kənd qəbirstanlığında dəfn edilib. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 25.01.1961-ci il təvəllüdlü X2 15 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.01.1961-ci il təvəllüdlü X2 15 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar