Məhkəmə qərarları › İş №2(005)-419/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-419/2021

01.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-419/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Ocaqverdov İddiaçı1 nümayəndəsi və İddiaçı2, İddiaçı1 vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X5 nümayəndəsi X10 oglunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2nə qarşı “bağlanmış əqdin etibarsız hesab edilməsi, xüsusi qərardadın qəbul edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2nə qarşı “bağlanmış əqdin etibarsız hesab edilməsi, xüsusi qərardadın qəbul edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və Cavabdeh2 rəhbərliyi arasında imzalanmış xx xxxxx 2014-cü il tarixli 140c nömrəli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X5 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzildən çıxarılmaları, xx xxxx 2007-ci il tarixli 108a nömrəli müqaviləyə əsasən İddiaçı1 məxsus ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin cavabdeh “Cavabdeh2“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı1 təhvil verilməsi, Cavabdeh2ndən 52.800 (əlli iki min səkkiz yüz) manat məbləğində maddi ziyan (11 il x 4.800 (dörd min səkkiz yüz) manat məbləğində kirayə haqqı) qismində pul tutularaq İddiaçı1 xeyrinə verilməsi, Cavabdeh2ndən 4.000 (dörd min) manat məbləğində maddi ziyan (hüquqlarının müdafiəsi üçün çəkilən xərclər) qismində, 3.000 (üç min) manat məbləğində mənəvi ziyan (11 (on bir) ilə yaxın vaxt ərzində keçirdiyi sarsıntıya görə) qismində pul və 30 (otuz) manat iddia üzrə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7.030 (yeddi min otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə verilməsi barədə qətnamə, Cavabdeh2 rəhbərliyinin hərəkətlərində Azərbaycan Respeblikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilən cinayətin əlamətlərinin aşkara çıxarılması barədə prokurora xəbər verilməsi, xüsusi qərardadın qəbul edilməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının qanunlarına əsaslanaraq bir tərəfdən “İcraçı” adlanan Cavabdeh2 adından baş direktoru X14 və digər tərəfdən “Sifarişçi” adlanan İddiaçı1 arasında xx xxxx 2007-ci il tarixdə “Mənzil Tikintisinə və Satışına dair” Müqavilə bağlanmışdır. “Sifarişçi” adlanan İddiaçı1 tərəfindən yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir və onun sifarişi əsasında inşa edilib təhvil verilməli olan mənzilə görə 83.500 (səksən üç min beş yüz) ABŞ dolları, yəni, müqavilə dəyərinin (83.500 (səksən üç min beş yüz) x 100 (bir yüz) : 111.600 (bir yüz on bir min altı yüz) = 74,82) 74.82% hissəsini “İcraçı” Cavabdeh2nə ödənilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “İcraçı” adlanan Cavabdeh2 ünvan 1 ünvanında tikiləcək 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzili 24 (iyirmi dörd) ay müddətində tikib və “Sifarişçi” adlanan İddiaçı1 təhvil verilməsini öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən müddət ərzində, yəni xx xxxx 2009-cu il tarixə qədər, 16 mərtəbəli yaşayış binası “İcraçı” adlanan Cavabdeh2 rəhbərliyinin səhlənkarlığı səbəbindən onun tərəfindən tikilib başa çatdırılmamış və “Sifarişçi” adlanan İddiaçı1 məxsus mənzil təhvil verilməmişdir. Bununla da, “İcraçı” adlanan Cavabdeh2 müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən də, binanın tikilməsinin başa çatmadığını görərək, qalıq ödəniş məbləğini binanın tam hazır olub təhvil veriləndən sonra ödəniləcəyini “İcraçı” adlanan Cavabdeh2 rəhbərliyinə bildirmişdir. Müəyyən müddətdən sonra mənzilində əsaslı təmir işləri aparmışdır. Təmir işlərinə anası İddiaçı2 10.000 (on min) manat məbləğində vəsait xərcləmişdir. Müqavilə üzrə qalıq məbləğin ödənilməsi üçün o anası ilə birlikdə “İcraçı” adlanan Cavabdeh2 yerləşdiyi ofisə yaxınlaşmışlar. Cəmiyyətin mühasibi onlara bildirmişdir ki, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil artıq başqa şəxsə satılıb və həmin şəxs mənzili müqavilə əsasında əldə etmişdir. Cəmiyyətin mühasibi və direktoru bu məsələ ilə bağlı onlara rəsmi şəkildə ətraflı məlumat vermədiyi üçün onlar məcbur olaraq həmin məlumatı əldə etmək üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 iddia tələbi təmin edilərək, Cavabdeh2 tərəfindən inşa edilən ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin taleyi barədə iddiaçı şəxsə yazılı məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən, xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir və borclu “Cavabdeh2" Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 (on) gün müddətində könüllü olaraq tələbin icra olunması təklif edilmişdir. Nəhayət, Cavabdeh2 tərəfindən xx xxx 2018ci il tarixli, 12 nömrəli məktubu ilə icra vərəqəsi üzrə tələbi icra edərək Cavabdeh2 hazırkı direktoru X9 və baş mühasib Şahbaz Abdullayev tərəfindən etiraf edilərək rəsmi şəkildə qeyd edilmişdir ki, ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil xx xxxx 2007-ci il tarixdə 108a nömrəli müqaviləyə əsasən İddiaçı1 satılmışdır. Daha sonra qeyd edilən mənzil 140a nömrəli müqaviləyə əsasən xx xxxxxxxx 2010-cu il tarixdə X2. Sonradan Cavabdeh2 tərəfindən X12 verilmiş 140a nömrəli müqavilə ləğv olunmuş və qeyd olunan 16 mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil 140c nömrəli müqaviləyə əsasən xx xxxxx 2014-cü il tarixdə X1 və hal-hazırda göstərilən mənzildə X7 yaşayır. Cavabdeh2 tərəfindən yazılmış xx xxx 2018-ci il tarixli, 12 nömrəli məktubun nüsxəsini onlar Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin rəisi İham Həsənovun xx/xx-80931 nömrəli məktubu ilə xx xxxx 2020-ci ildə rəsmi şəkildə əldə edə bildilər. Hesab edirlər ki, cavabdehlər X7 və Cavabdeh2 rəhbərliyi arasında imzalanmış xx xxxxx 2014-cü il tarixli 140c nömrəli müqavilə saxtadır və etibarsız hesab edilməlidir. Hesab edirlər ki, cavabdehlər X7 və Cavabdeh2 rəhbərliyi əlbir olaraq saxta sənəd tərtib etməklə onun əmlakına dair hüququnu mənimsəyiblər. Belə ki. Cavabdeh2 rəhbərliyinə rəsmi şəkildə təqdim etdiyi müqaviləni və ödəniş qəbzlərini nəzərə almamağı onu göstərir ki, hər iki cavabdeh əlbirdir və hər ikisi saxta sənədə əsəslanaraq ona verilməli olan mənzilini digər şəxsin istifadəsinə verilməsinə nail olublar. Cavabdeh X7 cinayət yolu ilə ona məxsus mənzilə qondarma sənəd almaqla həmin ünvanda saxta yolla yaşayır. Hesab edir ki, cavabdeh X7 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilindən çıxarılmalıdır və həmin mənzil ona təhvil verilməlidir. Bu 11 (on bir) il müddət ərzində onlar məcbur olaraq kirayə mənzildə yaşamışlar. Hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödəmişlər. Cavabdeh2 ona məxsus mənzili ona vaxtında təhvil vermədiyi üçün onlara bir ay üzrə 400 manat (11 (on bir) il x 4.800 (dörd min səkkiz yüz) manat = 52.800 (əlli iki min səkkiz yüz) manat) kirayə haqqı ödənilməlidir. Hesab edir ki, həmin məbləğ, yəni 52.800 (əlli iki min səkkiz yüz) manat məbləğində olan pul vəsaiti cavabdeh “Cavabdeh2“ Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. Bundan əlavə olaraq Cavabdeh2ndən 4.000 (dörd min) manat məbləğində maddi ziyan (hüquqlarının müdafiəsi üçün çəkilən xərclər) qismində, 3.000 (üç min) manat məbləğində mənəvi ziyan (11 (on bir) ilə yaxın vaxt ərzində keçirtdikləri sarsıntıya görə) qismində pul və 30 (otuz) manat iddia üzrə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7.030 (yeddi min otuz) manat məbləğində pul tutularaq iddiaçı şəxslərin xeyrinə verilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil çıxışında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2nə qarşı “bağlanmış əqdin etibarsız hesab edilməsi, xüsusi qərardadın qəbul edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddianı rədd etmək üçün digər əsaslarla yanaşı iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək, əlavə olaraq bildirmişdir ki, iş materiallarını nəzərdən keçirəndə aydın olur ki, İddiaçı1 iddianın verilə bilməsi üçün qanunla müəyyənləşdirilən iddia müddətini ötürmüşdür ki, bu da digər əsaslarla yanaşı iddia tələbinin rədd olunması üçün əsasdır. Belə ki, hazırki mübahisənin əsası iddiaçı şəxs ilə Cavabdeh2 arasında xx xxxx 2007-ci il tarixdə bağlanmış müqavilədir. Əgər iddiaçı xx xxxx 2007-ci il tarixli müqavilə üzrə götürülən öhdəliklərin yerinə yetirilməməsindən narazı idisə, onda qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etməli idi. Həmçinin, onu da qeyd etmək yerinə düşərdi ki, Cavabdeh2 ilə X7 arasında müqavilə xx xxxxx 2014-cü il tarixdə bağlanmışdır. İddiaçı şəxsin iddia ərizəsində qeyd etdiklərinə əsasən müəyyən olunur ki, o həmin müqavilənin bağlanmasından 2018-ci ilin əvvəlində tam şəkildə məlumatlı idi. Lakin iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Digər İddiaçı2 münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxs qarşısında Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı bir öhdəliyi olmamışdır. Xüsusi qərardadın qəbul edilməsi ilə bağlı qeyd edilməlidir ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş rəhbəri Məmməd Xudayev və onunla əlbir olan digər şəxslər ayrı-ayrı vətəndaşlardan mənzil satışı adı ilə xüsusilə külli miqdarda pul alaraq mənimsəmişlər. Bu barədə Bakı Şəhər Prokuroruna şikayət ərizəsi ilə müraciət etmişlər və ərizə araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində ilkin araşdırmadan sonra Bakı şəhəri Nərimanov Rayon prokuroru Vüqar Əliyev tərəfindən Məmməd Xudayev və digərlərinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə yanaşı 179.3.2-ci maddəsinin də əlamətləri olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə fakta görə cinayət işi açılaraq araşdırma materialları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmiş və cinayət işinin istintaqı idarənin müstəntiqi İlqar Səadətov tərəfindən aparılır. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X10 oglu iddia ərizəsini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - “İcraçı” adlanan Cavabdeh2 ilə “Sifarişçi” adlanan İddiaçı1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli “Mənzil Tikintisinə və Satışına dair” Müqavilənin surətindən və məzmunundan görünür ki, bu müqavilənin şərtlərinə əsasən “Sifarişçi” sifariş edir, “İcraçı” isə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanında tikiləcək 16 mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzili 24 (iyirmi dörd) ay müddətində tikib “Sifarişçi”yə təhvil verir (3.1-ci bənd). “Sifarişçi” ümumi qiymətin bu müqavilədə göstərilmiş müddətdə tam ödənilməsini öz öhdəsinə götürmüşdür (6.1-ci bənd). Mənzilin 1 kv.metr qiyməti 800 (səkkiz yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, mənzilin ümumi qiyməti 111.600 (bir yüz on bir min altı yüz) ABŞ dolları, azərbaycan manatı ilə 94.581 (doxsan dörd min beş yüz səksən bir) manat təşkil etmişdir (7.1-ci bənd). “Sifarişçi” ilkin olaraq ümumi müqavilə qiymətindən 33.480 (otuz üç min dörd yüz səksən) ABŞ dolları, azərbaycan manatı ilə 28.374 (iyirmi səkkiz min üç yüz yetmiş dörd) manat məbləğində avans ödəyir və növbəti 18 (on səkkiz) ay ərzində galan pulu 78.120 (yetmiş səkkiz min bir yüz iyirmi) ABŞ dolları hər ay 4.340 (dörd min üç yüz qırx) ABŞ dolları məbləğində pul vəsaitini “İcraçı”ya ödəyəcəkdir (7.2-ci bənd); - xx xxxxxx 2007-ci il tarixli 569 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxxxx 2007-ci il tarixli 585 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 8.000 (səkkiz min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxxxx 2008-ci il tarixli 103 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 10.000 (on min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxx 2008-ci il tarixli 148 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 13.000 (on üç min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxx 2008-ci il tarixli 149 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 13.000 (on üç min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxxxxxx 2008-ci il tarixli 585 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 10.000 (on min) ABŞ dolları məbləğində ödəniş etmişdir; - xx xxxx 2009-cu il tarixli 138 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı1 müvafiq mənzil üçün 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində ödəniş etmişdir; - “İcraçı” adlanan Cavabdeh2 ilə “Sifarişçi” adlanan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 140B nömrəli “Mənzil Tikintisinə və Satışına dair” Müqavilənin surətindən və məzmunundan görünür ki, bu müqavilənin şərtlərinə əsasən “Sifarişçi” sifariş edir, “İcraçı” isə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 4 nömrəli ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbəsində yerləşən 118-ci ümumi sahəsi 149,9 kv.metr olan 3 (üç) otaqlı mənzili 12 (on iki) ay müddətində tikib “Sifarişçi”yə təhvil verir (3.1-ci bənd). “Sifarişçi” ümumi qiymətin bu müqavilədə göstərilmiş müddətdə tam ödənilməsini öz öhdəsinə götürmüşdür (6.1-ci bənd). Mənzilin 1 kv.metr qiyməti 700 (yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, mənzilin ümumi qiyməti 104.930 (bir yüz dörd min doqquz yüz otuz) ABŞ dolları təşkil etmişdir (7.1-ci bənd). “Sifarişçi” əvvəlcədən ümumi müqavilə qiyməti 104.930 (bir yüz dörd min doqquz yüz otuz) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir (7.2-ci bənd); - “İcraçı” adlanan Cavabdeh2 ilə “Sifarişçi” adlanan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 140C “Mənzil Tikintisinə və Satışına dair” Müqavilənin surətindən və məzmunundan görünür ki, bu müqavilənin şərtlərinə əsasən “Sifarişçi” sifariş edir, “İcraçı” isə Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 4 nömrəli ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbəsində yerləşən 117-ci ümumi sahəsi 71,3 kv.metr olan 1 (bir) otaqlı mənzili 12 (on iki) ay müddətində tikib “Sifarişçi”yə təhvil verir (3.1-ci bənd). “Sifarişçi” ümumi qiymətin bu müqavilədə göstərilmiş müddətdə tam ödənilməsini öz öhdəsinə götürmüşdür (6.1-ci bənd). Mənzilin 1 kv.metr qiyməti 700 (yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, mənzilin ümumi qiyməti 49.910 (qırx doqquz min doqquz yüz on) ABŞ dolları təşkil etmişdir (7.1-ci bənd). “Sifarişçi” əvvəlcədən ümumi müqavilə qiyməti 49.910 (qırx doqquz min doqquz yüz on) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir (7.2-ci bənd); - Cavabdeh2 tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Cavabdeh2nə məxsusdur. Həmin binanın 2-ci giriş 13-cü mərtəbəsində ümumi sahəsi 149,9 kv.metr olan 3 (üç) otaqlı mənzilin sahibi Cavabdeh1 maliyyə borcu yoxdur; - Cavabdeh2 tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binası Cavabdeh2nə məxsusdur. Həmin binanın 2-ci giriş 13-cü mərtəbəsində ümumi sahəsi 71,3 kv.metr olan 1 (bir) otaqlı mənzilin sahibi Cavabdeh1 maliyyə borcu yoxdur; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-842/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı X3 Cavabdeh2nə qarşı “yazılı məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 tərəfindən İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda tikiləcək 16 mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin taleyi barədə yazılı müraciətinə cavab verməməsi qanunsuz hesab edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda tikiləcək 16 mərtəbəli yaşayış binasının 2-ci girişində, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin taleyi barədə İddiaçı1 yazılı məlumat verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması müəyyən edilmişdir; - Bakı şəhəri Nərimanov Rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyevin cinayət işi başlanması haqqında xx xxx 2018-ci il tarixli qərarın surətindən və məzmunundan görünür ki, Məmməd Xudayev və digərlərinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə yanaşı 179.3.2-ci maddəsinin də əlamətləri olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə fakta görə cinayət işi başlanmışdır; - Cavabdeh2 İddiaçı1 və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinəd ünvanladığı xx xxx 2018-ci il tarixli 12 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsində göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda yerləşən 16 mərtəbəli binanın 2-ci girişində 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil xx xxxx 2007-ci il tarixdə 108a nömrəli müqaviləyə əsasən İddiaçı1 satılmışdır. Daha sonra qeyd olunan mənzil 140a nömrəli müqaviləyə əsasən xx xxxxxxxx 2010-cu il tarixdə X2. Sonradan Cavabdeh2 tərəfindən X12 verilmiş, 140a nömrəli müqavilə ləğv olunmuş və qeyd olunan 16 mərtəbəli binanın 2-ci girişində 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil 140c nömrəli müqaviləyə əsasən xx xxxxx 2014-cü il tarixdə X1 və hal-hazırda göstərilən mənzildə X7 yaşayır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, ümumi sahəsi 130,20 kv.metr olan 43 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, ümumi sahəsi 64,60 kv.metr olan 42 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir; - xx xxxxxxxx 2020-ci il tarixli 27854 nömrəli qəbzdən görünür ki, X8 məhkəmədə müvafiq iddia ərizəsini qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, icraçı Cavabdeh2 ilə sifarişçi İddiaçı1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli “Mənzil Tikintisinə və Satışına dair” Müqaviləyə əsasən,icraçı Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanında tikiləcək 16 mərtəbəli yaşayış binasının 2-ci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzili 24 (iyirmi dörd) ay müddətində tikib sifarişçiyə təhvil verir, mənzilin ümumi qiyməti 111.600 (bir yüz on bir min altı yüz) ABŞ dolları, azərbaycan manatı ilə 94.581 (doxsan dörd min beş yüz səksən bir) manat təşkil etmişdir. Sifarişçi ilkin olaraq ümumi müqavilə qiymətindən 33.480 (otuz üç min dörd yüz səksən) ABŞ dolları, azərbaycan manatı ilə 28.374 (iyirmi səkkiz min üç yüz yetmiş dörd) manat məbləğində avans ödəyir və növbəti 18 (on səkkiz) ay ərzində galan pulu 78.120 (yetmiş səkkiz min bir yüz iyirmi) ABŞ dolları hər ay 4.340 (dörd min üç yüz qırx) ABŞ dolları məbləğində pul vəsaitini “İcraçı”ya ödəməlidir. Ümumilikdə müvafiq müqavilə üzrə sifarişçi tərəfindən icraçıya xx xxxxxx 2007-ci il tarixdən xx xxxx 2009-cu il tarixədək 83.500 (səksən üç min beş yüz) ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-842/2018 nömrəli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh2nə qarşı “yazılı məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 tərəfindən İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda tikiləcək 16 mərtəbəli yaşayış binasııın 2-ci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin taleyi barədə yazılı müraciətinə cavab verməməsi qanunsuz hesab edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda tikiləcək 16 mərtəbəli yaşayış binasının 2-ci girişində, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin taleyi barədə İddiaçı1 yazılı məlumat verilməsi vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması müəyyən edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-842/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsində göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 5 nömrəli ünvanda yerləşən 16 mərtəbəli binanın 2-ci girişində 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil xx xxxx 2007-ci il tarixdə 108a nömrəli müqaviləyə əsasən İddiaçı1 satılmışdır. Daha sonra qeyd olunan mənzil 140a nömrəli müqaviləyə əsasən xx xxxxxxxx 2010-cu il tarixdə X2. Sonradan Cavabdeh2 tərəfindən X12 verilmiş, 140a nömrəli müqavilə ləğv olunmuş və qeyd olunan 16 mərtəbəli binanın 2-ci girişində 13-cü mərtəbədə yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzil 140c nömrəli müqaviləyə əsasən xx xxxxx 2014-cü il tarixdə X1 və hal-hazırda göstərilən mənzildə X7 yaşayır. Habelə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Əliyevin cinayət işi başlanması haqqında xx xxx 2018-ci il tarixli qərarı ilə Məmməd Xudayev və digərlərinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə yanaşı 179.3.2-ci maddəsinin də əlamətləri olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə fakta görə cinayət işi başlanmışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər ilkin iddia üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Çünki, əlavə olaraq qarşılıqlı iddia üzrə irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri ilk olaraq məhz iddiaçı tərəfindən pozulmuş, mənzilin dəyəri tam olaraq ödənilməmişdir. Bunun nəticəsində, qeyd edilən mənzil üzrə bağlanmış müqavilə məhdud məsuliyyətli cəmiyyəti tərəfindən birtərəfli qaydada ləğv edilmiş və mənzil digər şəxsə satılmışdır. Hazırda həmin mənzillə baglı mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı mənzilin yerləşdiyi binanın tikilməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən illərlə gecikmələrə yol verməsini qeyd etsə də, həmin gecikmə müvafiq mənzilin qalıq məbləğinin illərlə ödənilməməsi üçün əsas vermir. Cavabdeh tərəfindən yol verilmiş tikinti gecikmələrindən narazı qalan tərəf müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb edə bilərdi. Lakin göründüyü kimi, iddiaçı şəxs bunu etməmiş, 2007-ci il tarixdə bağlanmış müqavilə üzrə iki il ərzində sonuncu ödənişini xx xxxx 2009-cu il tarixdə həyata keçirmiş, ümumilikdə qeyd edilən müqavilə üzrə 83.500 (səksən üç min beş yüz) ABŞ dolları məbləğində ödəniş etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış qeyd edilən müqavilə üzrə öhdəliyi ilk olaraq iddiaçı şəxs pozmuşdur, qalıq borcu qalaraq illər sonra qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçı haqlı olmamışdır. Digər İddiaçı2 münasibətdə isə xüsusilə qeyd edilməlidir ki, həmin şəxs qarşısında cavabdeh təşkilatın hər hansı bir öhdəliyi olmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı şəxslərin hazırkı iddiası əsassızdır, iddiaçı şəxslər müvafiq iddia ərizəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Ona görə də cavabdehlər X7 və Cavabdeh2 rəhbərliyi arasında imzalanmış xx xxxxx 2014-cü il tarixli 140c nömrəli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X5 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzildən çıxarılmaları, xx xxxx 2007-ci il tarixli 108a nömrəli müqaviləyə əsasən İddiaçı1 məxsus ünvan 1 ünvanında, 16 mərtəbəli yaşayış binasının ikinci girişində 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 139,5 kv.metr olan 3 (üç) otaqlı mənzilin cavabdeh “Cavabdeh2“ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı1 təhvil verilməsi, Cavabdeh2ndən 52.800 (əlli iki min səkkiz yüz) manat məbləğində maddi ziyan (11 il x 4.800 (dörd min səkkiz yüz) manat məbləğində kirayə haqqı) qismində pul tutularaq İddiaçı1 xeyrinə verilməsi, Cavabdeh2ndən 4.000 (dörd min) manat məbləğində maddi ziyan (hüquqlarının müdafiəsi üçün çəkilən xərclər) qismində, 3.000 (üç min) manat məbləğində mənəvi ziyan (11 (on bir) ilə yaxın vaxt ərzində keçirdiyi sarsıntıya görə) qismində pul vəsaiti olmaqla, cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə verilməsi tələbinə dair iddia ərizəsinin təmin olunmasına əsas olmadıgından rədd edilməlidir. Məhkəmə iddia ərizəsinin Cavabdeh2 rəhbərliyinin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilən cinayətin əlamətlərinin aşkara çıxarılması barədə prokurora xəbər verilməsi, xüsusi qərardadın qəbul edilməsi və Azərbaycan Respeblikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsi ilə bağlı qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş rəhbəri və onunla əlbir olan digər şəxslər ayrıayrı vətəndaşlardan mənzil satışı adı ilə xüsusilə külli miqdarda pul vəsaiti alaraq mənimsədiklərindən, bu barədə Bakı Şəhər Prokuroruna şikayət ərizəsi ilə müraciət edilmiş və ərizə araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində ilkin araşdırmadan sonra Bakı şəhəri Nərimanov Rayon prokuroru tərəfindən Məmməd Xudayev və digərlərinin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə yanaşı 179.3.2-ci maddəsinin də əlamətləri olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə fakta görə cinayət işi açılmışdır. Bu baxımdan xüsusi qərardadın qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsin özübə aid edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı1 xx xxxx 2007-ci il tarixli “Mənzil Tikintisinə və Satışına dair” Müqavilə əsasında Cavabdeh2ndən ödəmiş oldugu 83.500 (səksən üç min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ona ödənilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər X6 və Cavabdeh2nə qarşı “bağlanmış əqdin etibarsız hesab edilməsi, xüsusi qərardadın qəbul edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar