Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-322/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X1, Cavabdeh və nümayəndəsi və eyni zamanda vəkili Vəkil İsrayıl qızının iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "xxxx" MMC üçüncü şəxs qismində cəlb olunduğu “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli bina inşa etmişdir. Hazırda həmin binanın idarə edilməsi və digər sərəncamvermə hüquqları Texniki Proqress MMC-nin səlahiyyətindədir. Lakin müvəqqəti olaraq təsərrüfat işlərinin idarə edilməsi üçün 1 (bir) illik etibarnamə verilmiş "xxxx" MMCnin direktoru Cəfərov Əkbər dələduzluq edərək Texniki Proqress MMC-yə məxsus mənizlləri və mənzil olmayan sahələri müxtəlif şəxslərə satmışdır. Bu mənzil olmayan sahələrdən biri də Cavabdeh verilmişdir. Cavabdehə ümumiyyətlə səlahiyyəti olmayan şəxs tərəfindən müqavilə verilmiş və hətta cavabdeh həmin müqavilə üzrə pul vəsaitini də belə tam ödəməmişdir. O, əslində həmin müqavilə üzrə pulun ödənilib ödənilməməsi əhəmiyyət kəsb etmir. Çünki müqavilə və 1-ci mərtəbədəki sahə aidiyyatı olmayan şəxs tərəfindən cavabdehə satılmışdır və "xxxx" MMC-nin direktoru tərəfindən mənimsənilmişdir. Cavabdehə Layihədə olmayan sahə satılmış və guya binada 1 A deyilən mərtəbə olmaqla ona 51 kvadrat metr yer verilmişdir. Əslində heç binada təsdiq edilmiş layihədə heç 1 A deyilən mərtəbə belə yoxdur. Cavabdeh "xxxx" MMC ilə əlbir olaraq, bəlkə də onsuz özbaşına "xxxx" MMC-yə məxsus binanın 1-ci mərtəbəsində 51 kvadrat metr yeri zəbt edərək uzun müddətdir ki, orda yaşayır və heç bir manat da kommunal pulu belə ödəmir. Cavabdeh müqaviləsini "xxxx" MMC vermişdir. Müqavilə imzalan vaxtı cavabdeh "xxxx" MMC-nin "xxxx" MMC-nin adından ev satmağa və ya təsisçi olmuş Kazımzadə Kazımın adından çıxış eləməyə səlahiyyəti olmamışdır. Ümumiyyətlə, "xxxx" MMC-nin binaya nə şərikliyi nə də ki, digər məsələlərdə aidiyyatı olmayıb. Kazım Kazımzadə tutulanda Əkbər bu vəziyyətdən istifadə edərək mənzilləri saxta yolla satmış və buna görə də məsuliyyətə cəlb edilmişdir. Cavabdeh müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından onun müqaviləsi əsaslı sayıla bilməz. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 1-cı mərtəbəsində ümumi sahəsi 51 kv.metr olan mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsi "xxxx" MMC-nin səlahiyyəti olmadığından bağlandığından müqavilə özü özlüyündə əhəmiyyətsizdir. Belə ki, həmin vaxtı "xxxx" MMC-nin müqavilə imzalamağa, ev satmağa heç bir səlahiyyəti olmamışdır. Buna görə də cavabdeh həmin mənzil sahəsindən də çıxarılmalı və sahə iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın İ blokunda 1-ci mərtəbəsində ümumi sahəsi 51 kv.metr olan sahəyə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin həmin sahədən çıxarılmaqla mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. hal-hazırda Cavabdeh AENT-E MMC tərəfindən tikilmiş tikilinin sökülməsinə dair məhkəmədə iddia qaldırıb və həmin iş hakim Şəhriyar Əliyevin icraatındadır. Həmin tikilidə 5-10 nəfər ailə yaşayır. Zabina xanımın iddiasına görə həmin tikili ona maneə yaradır. Həmin iddia üzrə onlar Zabina xanıma təklif ediblər ki, əgər həmin mənzildə yaşaya bilmirsə, mənzilin satılmasına köməklik göstərsinlər. Binanı AENT-E MMC tikib, lakin iddia onlara qarşı qaldırılıb. Həmin binadakı bütün sakinlərin müqaviləsi də AENT-E MMC ilə bağlanılıb. Eyni zamanda iddia müddətinin tətbiqinə dair nümayəndə bildirmişdir ki, mülkiyyətçilərin pozulmuş hüquqlarına iddia müddəti tətbiq olunmur. Müqavilənin etibarsızlığıyla bağlı sübutları kifayət qədərdir. Müqavilə binanın tikintisini aparmış və binaya sahib olan şirkət tərəfindən tərtib edilmiş və satılmışdır. AENT-E MMC-nin həmin binaya heç bir aidiyyatı yoxdur. Müqavilənin etibarsızlığı üçün əsas ondan ibarətdir ki, bina ”Texnik Proqress” MMC tərəfindən tikilmişdir. Sərəncam, layihə, İcra Hakimiyyətinin bütün sənədləri təqdim edilib . Həmin mənzil səlahiyyəti olmayan şirkət tərəfinən satıldığından həmin müqavilə etibarsız hesab olunmalıdır. Layihədə ümumiyyətlə həmin tikili mənzil deyil, qeyri-yaşayış sahəsidir. Ona görə onlar hazırki tələblə məhkəməyə müraciət etmişlər. Cavabdeh öz iddiasını geri götürdüyü təqdirdə hazırki iddianı geri götürə bilərlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməklə yanaşı bildirmişdir ki, qarşı tərəfin təklifini bir halda qəbul edərlər ki, yazılı şəkildə razılaşsınlar. Hazırda "xxxx" MMC mövcud olmadığına görə iddianı İddiaçı MMC-ə qarşı qaldırıblar. AENT-E MMC vaxtı ilə mənzillərin satışı ilə məşğul olub və Zabinadan başqa digər şəxslərin də müqaviləsi var. Digər şəxslər həmin binada yaşayırlar və onlara qarşı heç bir iddia irəli sürülməyib. Mənzil cavabdehin 8 ildir faktiki sahibliyindədir. Sual yaranır ki 8 ildir niyə iddia qaldırmayıblar. İddiaçı qeyd edir ki, iddia tələbinin təmin edilməsiylə bağlı kifayət qədər sübut təqdim edilib və mənzil layihədə qeyri-yaşayış sahəsi kimi göstərilib, lakin məhkəmə də məlumatlıdır ki, həmin müqavilə "xxxx" MMC ilə 2014-cü ildə bağlanılıb. Hal-hazırda da həmin binada "xxxx" MMC ilə bağlanılan müqavilələr əsasında yaşayan bir çox sakin var. Keçən məhkəmə iclasında da məhkəmənin nəzərinə çatdırıldı ki, onlar İddiaçı MMC-ə qarşı iddia qaldırdıqlarına görə bu iddia qaldırlıb, yəni prinsip məsələsidir. Digər məhkəmə yekunlaşmayıb və predmet baxımından bir-birinə yaxın mübahisələrdir. İddia tələbini qəbul etmirlər, çünki faktiki halların sübutuyla bağlı layihədən başqa heç bir sənəd təqdim edilməyib. Cavabdeh 2014-cü ildən bəri artıq 8 ildir ki, həmin mənzildə yaşayır, əgər etibarsızlıqla bağlı iddiaçı tərəfdə məlumat var idisə, bununla bağlı iddia qaldırılmalıydı. X10 2018-ci ildə Cavabdeh həmin mənzildə qızıyla birgə yaşamasına dair arayış verib. Bununla bağlı sənədləri məhkəməyə təqdim edilib, eyni zamanda bu, digər məhkəmə sənədlərində də öz əksini tapıb. Belə bir əsassız iddianın məhkəmə tərəfindən təmin edilməməsini xahiş edir. Çünki ən azından hüquqi cəhətdən etibarsızlıqla bağlı nəticələr tətbiq oluna bilməyəcək. İddia müddətinin keçməsiylə bağlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, mübahisəli mənzillə bağlı lazımi qaydada müqavilə bağlamış, pulunu ödəmiş və mənzili təmir edərək, orda 2014-cü ildən yaşayır. Keçən il onun mənzilinin pəncərəsi qarşısında "xxxx" MMC tərəfindən qeyri-qanuni tikinti başlamış və bununla bağlı o, məhkəmədə iddia qaldıraraq, həmin tikilinin sökülməsini tələb etmişdir. Bundan sonra "xxxx" MMC ona qarşı bu iddianı qaldırmış və onu iddiasını geri götürməyə məcbur etmək istəmişdir. Məhkəmə iclası barədə üçüncü şəxs "xxxx" MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə yerləşən avodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan 09 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru X4 və Cavabdeh arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən “Alıcı” tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahə mənzili “Alıcıya” təhvil verilməsinə razılaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 09 yanvar 2014-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahə olan mənzilin mülkiyyətçisidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(011)-1378/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsinin boşaldılaraq oradan çıxarılması və həmin sahənin iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(011)-1378/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsi olan mənzillə bağlı 09 yanvar 2014-cü il tarixli müqavilə bağlanmışdır və Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Həmçinin şahid ifadələri ilə təsdiq edilmişdir ki, 2014-cü ildən Cavabdeh mənzili təmir edərək, orada yaşayır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında birgə fəaliyyət haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə "xxxx" MMC Bakı inşasını öz vəsaiti və mənzillərin satışından əldə etdiyi vəsait hesabına başa çatdırmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmışdır və müqavilənin predmetinə görə tərəflər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirmə, tikinti və onun başa çatdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqı (podrat) müqavilələrinin rəsmiləşdirilməsi, payçılarla yaranan mübahisələrin həll edilməsi üçün müvafiq tədbirlərin (əvəzləşdirmə, payçıya ödədiyi pulun qaytarılması, müqavilələrin ləğv edilməsi, təmir-bərpa, barter, icarə, bağışlama və s.) görülməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürürlər. Həmin müqavilənin 7.2-ci maddəsinə görə müqavilə imzalandığı andan mənzillərin, qeyri-yaşayış sahələrinin satışını "xxxx" MMC təşkil edir, bütün növ əqdləri təsdiq etmək, maliyyə arayışlarını, protokol və aktları imza etmək və möhür vurmaq səlahiyyətləri "xxxx" MMC-yə tam verilmiş sayılır. İş materiallarında olan "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi eyni şəxs olan K.Ə.Kazımzadə nümayəndəsi Ə.Q.Cəfərovun imzası ilə verdiyi 28 may 2012-ci il tarixli etibarnamədə 10 il müddətinə "xxxx" MMC-yə alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətini vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(102)-6178/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanımışdır. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, həmin etirazda Cavabdeh nümayəndəsi bidirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında birgə fəaliyyət haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə "xxxx" MMC Bakı inşasını öz vəsaiti və mənzillərin satışından əldə etdiyi vəsait hesabına başa çatdırmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi eyni şəxs olan K.Ə.Kazımzadə nümayəndəsi Ə.Q.Cəfərovun imzası ilə verdiyi 28 may 2012-ci il tarixli etibarnamədə 10 il müddətinə "xxxx" MMC-yə alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətini vermişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilədən görünür ki, “AENT-E" MMC Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanda tikilən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan mənzili, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə ümumi sahənin dəyəri hər kvadrat metri 607 manat təşkil edir. Alıcı sahəsi 51 kv.m olan mənzil üçün cəmi 31000 manat ödənilməsini öhdəsinə götürmüşdür. 09 yanvar 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanda tikilən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilin dəyərini tam ödəmişdir. Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında "xxxx" MMC-yə məxsus ərazidə hündürmərtəbəli binanın tikintisi və satışı ilə məşğul olaraq vətəndaşlara tikilib, onlara təhvil verilməsi üçün bağlanmış müqavilələrin daxili mülkiyyəti haqqında "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixdə verilən 3107 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Gəncə prospekti, 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 1-ci blok, 1A blok, 1A mərtəbə, ümumi sahəsi 51 kv.m olan mənzilin Azərbaycan Respublikası qanunvericilyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının Cavabdeh ilə "xxxx" MMC-dən tələb etmək, eyni zamanda hesab edilməsini, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahənin boşaldaraq oradan çıxarılmasını və həmin sahənin iddiaçıya təhvil verilməsini və s. bu istiqamətdə tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı Cavabdeh qarşı həmin tələbləri irəli sürməkdə subyektiv hüquqlara malik deyildir. Belə olan halda isə iddia əsassızdır və təmin oluna bilməz. Hətta şərti olaraq iddiaçının bildirdiklərini qəbul etsək belə, yəni iddiaçı ilə cavabdehin müqavilələrində göstərilən sahələrin faktiki olaraq eyni sahə olması nəzərə alınsa belə, yenə də iddia təmin oluna bilməzdi. Çünki, cavabdeh mənzili daha əvvəl təhvil götürmüş, orada təmir-tikinti işləri aparmış və oradan hazırda da yaşayış sahəsi kimi istifadə etməkdə davam edir. Cavabdeh təqribən 2014-cü ildən etibarən özünə məxsus mənzildə yaşaması işin mübahisəsiz halı olmaqla, işdə olan digər sənədlərlə də tam sübut olunur. Cavabdeh ilə "xxxx" MMC arasında 09 yanvar 2014-cü ildə alqı-satqı (payçı) müqaviləsi imzalanmış və Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 7 nömrəli mənzili Cavabdeh adına sənədləşdirilmişdir, MM-nin 354.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət çoxdan keçmişdir. İddia ərizəsində cavabdehin əhəmiyyətsiz əqd əsasında varlanma halı baş verdiyinin göstərilmədiyi üçün iddiaçı tərəfdən həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququ yaranmamışdır. İddiaçı "xxxx" MMC-yə rəhbərliyi Qocayev Ayxan artıq uzun müddətdir ki, həyata keçirir. "xxxx" MMMC tərəfindən 21 may 2018-ci il tarixli arayış Qocayev Ayxanın imzası ilə verilmişdir. Bu özü onu sübut edir ki, "xxxx" MMC-nin özlərindən əvvəlki rəhbərliklərinin gördüyü və onunla əlaqəli digər şirkətlərin qanunsuz islərindən xəbərdardırlar. Yəni ki, indiyə kimi kəsici müddətlər ərzində əqdin mübahisələndirməsini aparmalı idilər. Amma nədənsə, Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) icraatında iddiaçı Cavabdeh Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin cavabdeh "xxxx" MMCyə qarşı cəmiyyətinin hesabına sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə mülki işə baxılmağa başlanandan sonra iddiaçı cavabdehə qarşı öz qərəzini nümayiş etdirmək məqsədilə iddia qaldırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən məlum mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini, nümayəndə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 1 -ci mərtəbəsində ümumi sahəsi 51 kv.metr olan sahəyə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09.01,2014-cü il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin həmin sahədən çıxarılmaqla mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi barədə iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sübutlala təsdiq edilir ki, "xxxx" MMC-nin təsisçinin qanuni nümayəndəsi və direktoru, həmçinin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X5r. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (337.2-ci maddə) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. ( 337.3-cü maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4-cü maddə) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3-cü maddə) Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.( 354.1-ci maddə). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.( 354.2ci maddə). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, mülki işin faktiki halları və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlarla, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsində müəyyən edilmiş sübutlarla və xx.xx.2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə ilə təsdiq edilir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmışdır və müqavilənin predmetinə görə tərəflər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirmə, tikinti və onun başa çatdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqı (podrat) müqavilələrinin rəsmiləşdirilməsi, payçılarla yaranan mübahisələrin həll edilməsi üçün müvafiq tədbirlərin (əvəzləşdirmə, payçıya ödədiyi pulun qaytarılması, müqavilələrin ləğv edilməsi, təmir-bərpa, barter, icarə, bağışlama və s.) görülməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdürlər. Həmin müqavilənin 7.2-ci maddəsinə görə müqavilə imzalandığı andan mənzillərin, qeyri-yaşayış sahələrinin satışını "xxxx" MMC təşkil edir, bütün növ əqdləri təsdiq etmək, maliyyə arayışlarını, protokol və aktları imza etmək və möhür vurmaq səlahiyyətləri "xxxx" MMC-yə tam verilmiş sayılır. "xxxx" MMC-nın direktoru X4 və Cavabdeh arasında 09 yanvar 2014-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsi olan mənzilə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər üzərilərinə müqavilədə göstərilən öhdəliklər götürmüşlər. Cavabdeh tərəfindən öhdəlik tam icra edilmişdir. Həmçinin həmin qətnamə ilə sübuta yerilmişdir ki, mübahisəli mənzil 2014-cü ildən Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. İşdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC-nin təsisçinin qanuni nümayəndəsi və direktoru, həmçinin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X5r və onun tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, həmin mülki iş üzrə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır. İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının nümayəndəsi etiraf etmişdir ki, cavabdeh "xxxx" MMC-yə qarşı Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırdığına görə Cavabdeh həmin iddiadan çəkindirmək məqsədi ilə məhkəmədə hazıki iddia qaldırmışdırlar və həmin tikili ona mane olursa ona mənzilini satmaqda yardımçı ola bilərlər. Eyni zamanda məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə 09 yanvar 2014-cü il tarixdə bağlanmışdır, hazırki iddia tələbi 7 (yeddi) ildən sonra verilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh təqribən 2014-cü ildən etibarən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmış podrat müqaviləsi əsasında mübahisəli mənzildə yaşaması, onun həmin mənzildə yaşaması barədə iddiaçının məlumatlı olması işin mübahisəsiz halı olmaqla, işdə olan digər sübutlarla da tam sübut olunduğundan, hazırki iddia müdafiə xarakteri daşıdığından, iddia müddəti ötürüldüyündən, iddiaya iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün 20 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-322/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-322/2022
25.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver