Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-159/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təvil verilməsi, mənzildən istifadəyə maneənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna qarşı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair Z.Ə.Məhərrəmovla R.N.Rüstəmov arasında bağlanmış müqavilə kimi istifadə etdiyi 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçının mənzildən sahiblik və istifadəsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 Ələsgər oğluna dair hissədə E.Ə.Məhərrəmovun ölməsinə görə xitam verilmişdir. İddiaçının nümayəndəsi V.Ə.Rüstəmova məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı və X12 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqaviləyə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov, indiki X23 küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı, 65 nömrəli mənzil İddiaçı istifadəsinə verilmişdir. Bir müddət sonra Cavabdeh1 ona məxsus həmin mənzilə daxil olub, orada yaşaması barədə məlumat aldıqdan sonra İddiaçı dəfələrlə Cavabdeh1 mənzildən çıxmasını tələb etməsinə baxmayaraq, Cavabdeh1 həmin tələblərə məhəl qoymamışdır. Cavabdeh2 və digər şəxslərin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, X23 küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasında olan mənzilləri cinayət yolu ilə ələ keçirmələri faktı ilə bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə aparılan istintaq zamanı Cavabdeh1 və onun mərhum əri Cavabdeh2 saxta formada tərtib etdikləri 06 iyul 2009-cu il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus həmin mənzili ələ keçirərək, orada yaşadıqları və mənzildən qanunsuz istifadə etməyə başladıqları müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 saxta formada tərtib etdikləri müqavilədə qeyd olunanlara görə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzil Z.Ə.Ələkbərovanın istifadəsinə verilmişdir. Lakin həmin müqavilə saxtadır və onun saxtalığı itibdai istintaq zamanı alınmış ekspert rəyi ilə müəyyən edilmişdir. Həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 7.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Sonda V.Ə.Rüstəmova iddianın təmin edilməsi, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Z.Ə.Məhərəmovanın istifadəsinə verilməsinə dair Z.Ə.Məhərrəmovla R.N.Rüstəmov arasında bağlanmış müqavilə kimi istifadə etdiyi 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçının mənzildən sahiblik və istifadəsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının bacısı Veneranın əri olmuş Rövşən Rüstəmov tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov, indiki X23 küçəsində inşa olunmuş 10 mərtəbəli yaşayış binasının tikintisi başlamazdan əvvəl, yəni 2008-2009-cu illərdə Rövşən Rüstəmov onun kimi onlarla digər şəxslərlə payçı qismində müqavilələr bağlamış, pulların bir hissəsini əvvəldən, bir hissəsini isə sonrakı vaxtlarda hissə-hissə almaqla binanın tikintisinə başlamışdır. Onunla bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilədən də görünür ki, həmin tarixdə onun tərəfindən 8.000 manat məbləğində, sonra isə 01 fevral 2011-ci ildə 7.260 manat ödəməklə müqavilə üzrə tam məbləğ olan 15.960 manat məbləğində pul vəsaiti tam ödənilmişdir. 2011-ci ildə isə o və mərhum əri Cavabdeh2 ilkin təmirə başlamış, arakəsmələri hördürmüş, mənzilin elektrik, suvaq və digər işlərini gördürmüşlər. İlkin təmir işləri görülərkən Rövşən Rüstəmov sağ olmuş, bundan xəbəri olmuşdur. 2011-ci ilin iyun ayında Rövşən Rüstəmov öldürülmüşdür. 2011-ci ilin oktyabr ayında isə o, Rövşənin arvadı Venera ilə danışaraq mənzilin sahibi olduğunu bildirmiş və binanın tikintisinin nə vaxt başa çatacağını soruşmuşdur. Həmin vaxt Venera komputerdə bütün informasiyanın olduğunu, vərəsəlik işləri yekunlaşdıqdan sonra binanın tikintisinin başa çatacağını bildirmişdir. 2013-cü ildə o, təmiri yarım qalmış mənzildə təmir işlərini davam etdirmək qərarına gəlmişdir. Həmin ərəfələrdə Venera binanın qarşısında mühafizə yerləşdirmiş və Veneranın icazəsi əsasında o, mənzildə təmir işlərini yekunlaşdırmışdır. 2014-cü ilin sonlarında isə o, mərhum əri Cavabdeh2la birlikdə həmin mənzilə köçüb, orada yaşamağa başlamışdır. 2014-cü ildə isə Venera Gəncə şəhəri Nizami Rayon Məhkəməsində 32 mənzilin müqavilələrinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Həmin vaxt Venera ona və onun mülkiyyətində olan 65 nömrəli mənzilinə dair iddia qaldırmamışdır. 2013-cü ildən başlayaraq binanın bütün mübahisəli məsələlərində Venera ilə birlikdə onun bacısı Esmira da iştirak etmiş, bu 10 ilə yaxın müddətdə bir dəfə də olsun nə Venera, nə də ki Esmira həmin mənzilə dair onunla hər hansı müqavilə olduğunu, yaxud mənzilin onlara aid olduğunu bildirməmişdir. İddiaçı onun mülkiyyətində olan mənzilə dair 06 iyul 2009-cu il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi barədə 13 ildən sonra iddia qaldırmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə etibarsız əqdlər üzrə nəticələrin tətbiqi barədə iddia onun icrasına başlandığı gündən 1 il ərzində irəli sürülə bilər. İddiaçı həmin müqaviləni 2009-cu ildən başlamaqla, 1 il müddətində mübahisələndirməli olduğu halda, 13 ildən sonra mübahisələndirmişdir. 2011-ci ilin oktyabr ayında o, İddiaçı bacısı Venera ilə telefonla danışdıqdan sonra, İddiaçı həmin mənzilə müqavilənin olduğu və pul ödədiyi məlum olmuşdur. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxdığına görə kəsici müddət tətbiq edilməklə İddiaçı iddiası təmin edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16 və 560-ci maddələrinə əsasən hüquqdan sui-istifadəyə və başqa şəxslərə ziyan vurmaq məqsədi ilə istifadəsinə yol verilmir. Hazırki iddia ərizəsi ilə İddiaçı hüquqdan sui-istifadə edir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 06 iyul 2009-cu il tarixli müqavilə məhz onun tərəfindən əsl müqavilə kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə verilmiş müqavilədir. Qeyd olunan müqavilənin onda başqa nüsxəsi yoxdur və göstərilən müqavilə əsl müqavilədir. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil2 cavabdehin izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini, cavabdehi və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasında tikinti işləri gedərkən o, həmin binada mühafizəçi işləmişdir. O, Rövşən Nəcəfovu bir neçə dəfə həmin binada görmüşdür. Cavabdeh1 onun bibisi oğlunun arvadıdır. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzili Cavabdeh1 təmir etdirmişdir və hazırda da orada yaşayır. İşdə olan İddiaçı və X12 arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İV mərtəbə, ümumi sahəsi 80 kvadrat metr olan 65 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət hissədə İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan 02 dekabr 2022-ci il tarixli 4/1579-5/1358 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X12 və İddiaçı adlarına olan 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa tərəfində «Fiziki şəxs» qrafasındakı imza və müqavilənin sonunda «48.000 (qırx səkkiz min) AZN» yazılarının qarşısındakı imza – X12 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X12 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində olan möhür əksləri relyefi klişedən sənədin üzərinə vurulmuşdurlar. Təqdim edilmiş X12 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində olan «Azərbaycan Respublikası X12» məzmunlu möhür əksləri, sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli, 38 nömrəli; xx.xx.2008-ci il tarixli, 56 nömrəli; xx.xx.2008-ci il tarixli, 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli, 59 nömrəli; xx.xx.2007-ci il tarixli, 39 nömrəli; xx.xx.2008-ci il tarixli, 39 nömrəli ödəniş tapşırıqlarının; xx.xx.2008-ci il tarixli, 56 nömrəli A formatlı ödəniş tapşırığının üzərlərindəki möhür əskləri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş X12 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2008-ci il tarixli müqavilənin arxa hissəsində möhür əkslərinin üzərlərində olan imzaları hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. İş materiallarında olan X4 və X12 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İV mərtəbə, ümumi sahəsi 76 kvadrat metr olan 65 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət hissədə Z.Ə.Ələkbərovanın mülkiyyətinə verilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 078- 22941-1222 nömrəli arayışından görünür ki, ********* nömrəli cinayət işi 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və istintaqın aparılması məqsədi ilə icraata qəbul edilmişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh2 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış binasının İİ blok, İX mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kvadrat metr olan mənzili müqavilə ilə X5 bacısı X3 adına vermiş, mənzilin dəyərini, yəni 56.289 manat pulu ondan almış, lakin sonradan onu aldadaraq qeyd olunan ünvanda yerləşən mənzili X1. ********* nömrəli cinayət işi 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə başlanmış və istintaqın aparılması məqsədilə icraata qəbul edilmişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh2, tanışı X14 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində inşa edilən 10 mərtəbəli yaşayış evinin İİ blok İX mərtəbə, ümumi sahəsi 87 kvadrat metr olan 82 saylı mənzili onun adına özəlləşdirib, çıxarış almaqla sənədləşdirəcəyini vəd verib, 04 may 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X16 arxasında yerləşən «Pur ple Coke» butik kafedə Cavad Cavadova iki vərəq X3 adına saxtalaşdırılmış «Bakı şəhəri 22 may 2008-ci il tarixli müqavilə» təqdim edərək saxta müqavilədən istifadə etməklə 23.900 ABŞ dolları məbləğində pulu ələ keçirmişdir. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ********* və ********* nömrəli cinayət işlərində qeyd olunan cinayət əməllərini Cavabdeh2 törətmişdir. Belə olan halda ********* və ********* nömrəli cinayət işləri üzrə əməlin Cavabdeh2 tərəfindən törədilməsini nəzərə alaraq, həmin cinayət işləri vahid icraatda birləşdirilmiş və ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işinin nömrəsi altında davam etdirilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2, X8 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 02 mart 2022-ci il tarixdə məhkəmə baxışına verilməsi üçün tərtib edilmiş ittiham aktı ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. ********* saylı cinayət işi üzrə kompleks sənədlərin texniki, xətşünaslıq ekspertizası təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmiş, Əhmədov Ələddin Əli oğlunun sağlamlıq vəziyyəti haqqında məhkəmə tibbi ekspert rəyi məhkəməyə təqdim edilənədək istintaq hərəkətlərinin aparılması mümkünsüz olduğundan, Cavabdeh2, həmçinin digərlərinin əməllərinə hüquqi qiymət vermək hazırda mümkün olmadığından, iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli cinayət işindən cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işindən Əhmədov Ələddin Əli oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılaraq, icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* statik nömrəsi verilmişdir. İşdə olan 30 noyabr 2021-ci il tarixli 4/1567-5/1258 nömrəli məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə «İcraçı» qrafasından aşağıda yerləşən «Rüstəmov Rövşən» yazıları qarşısında əks olunmuş imza – X12 tərəfindən icra olunmuş imzanın əksidir. Tədqiqata təqdim edilmiş X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə olan möhür əksi və üzərindəki imza axıntılı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş X2 adına olan 06 iyul 2009-cu il tarixli müqavilədə olan möhür əksi təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmündən görünür ki, Cavabdeh2 hüquq verən rəsmi sənəd olan arvadı Məhərrəmova (Ələkbərova) Ziyafət Ələsgər qızı ilə X12 arasında bağlanması barədə Cavabdeh1 (Ələkbərovanın) Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev (keçmiş Ə.Mehmandarov) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evində yerləşən ümumi sahəsi 76 kvadrat metr olan 1 otaqdan ibarət 65 saylı mənzilə pay hüququ əldə etməsinə dair 06 iyul 2009-cu il tarixli müqaviləni sonradan istifadə etmək məqsədi ilə həmin tarixdə Gəncə şəhərində qanunsuz hazırlayıb saxtalaşdırmışdır. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli 1(005)-232/2022 nömrəli arayışıdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü 30 dekabr 2022ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan məhkəmə-xətşünalıq və sənədlərin texniki ekspertizalarının 05 may 2023-cü il tarixli 4/401-5/349 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri, Nərimanov RPİ-nin möhürlənmiş zərfindən çıxan X4 və X9 adlarından olan 06 iyul 2009-cu il tarixli müqavilənin kserosurətinin və həmin müqavilənin mülki işin 36-cı, 132-ci səhifələrində olan kserosurətlərin arxa tərəflərində «Fiziki şəxs Rüstəmov Rövşən» qrafalarında əks olunan imzalar, «Ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «Ödəmə xx.xx.2011 7.960 (yeddi min 960) AZN», «Ödəmə dəyəri tam ödənildi» yazıları qarşısında əks olunan imzalar (3 ədəd) – X12 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X12 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə və üzərində olan çap mətni, imzalar, əl yazılar, möhür əksləri reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsi ilə surətləri çıxarılmışdır. Təqdim edilmiş X12 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X12» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2006-cı il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2007-ci il tarixli müqavilələrin, xx.xx.2008-ci il tarixli 38 nömrəli; xx.xx.2008-ci il tarixli 56 nömrəli; xx.xx.2008-ci il tarixli 40 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 19 nömrəli; 2 ədəd xx.xx.2008-ci il tarixli 59 nömrəli; xx.xx.2007-ci il tarixli 39 nömrəli; xx.xx.2008-ci il tarixli 39 nömrəli ödəniş tapşırıqlarının üzərlərindəki möhür əksləri ilə eynilik təşkil edir. Təqdim edilmiş X12 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin reproqrafik surətinin arxa hissəsində olan «Azərbaycan Respublikası X12» məzmunlu möhür əksinin təsvirləri sərbəst nümunə qismində təqdim edilmiş 2 ədəd xx.xx.2008-ci il tarixli müqavilənin, xx.xx.2008-ci il tarixli 05 nömrəli ödəniş tapşırığının üzərindəki möhür əksləri ilə eynilik təşkil etmirlər. Təqdim edilmiş X12 ilə X4 arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilə reproqrafik surət olduğu üçün ekspert qarşısında qoyulmuş «X4 ilə X12 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan imza hansı üsulla icra edilmişdir?», «X4 ilə X12 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «fiziki şəxs» sözünün altında və «Rüstəmov Rövşən» sözünün ön hissəsində olan möhür hansı üsulla vurulmuşdur?», «X4 ilə X12 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin qarşısında olan 3 ədəd imza hansı üsulla icra edilmişdir (hər bir imza üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X4 ilə X12 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözlərinin qarşısında olan 2 ədəd möhür hansı üsulla vurulmuşdur (hər bir möhür üzrə ayrı-ayrılıqda göstərilməklə)?», «X4 ilə X12 arasında 06 iyul 2009-cu il tarixdə bağlanmış və mülki iş materiallarına əlavə edilmiş müqavilənin sonuncu vərəqində, «ödəmə xx.xx.2009 8.000 (səkkiz min) AZN», «ödəmə xx.xx.2011 7.960 (yeddi min 960)», «ödəmə dəyəri tam ödənildi» sözləri hansı üsulla icra edilmşdir?» sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan AZ-T seriyalı 020766 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X6 nikahlarını 09 dekabr 2014-cü ildə Gəncə şəhəri qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 662 nömrəsi ilə qeydə aldırmış, nikah bağlandıqdan sonra Z.Ə.Ələkbərovaya Məhərrəmova soyadı verilmişdir. Məhkəmə şahid Q.Y.Əmiraslanovun ifadəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, Q.Y.Əmiraslanovun ifadəsində göstərilən xüsusatlar əsasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin X12 tərəfindən imzalanmasını və iş üzrə əhəmiyyət kəsb edən digər halları müəyyən etmək mümkün deyildir. Buna görə də sübutların tədqiqi zamanı həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan başqa, mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 iddia ərizəsinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verildiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının iddia tələbi isə fərdi müəyyən əşyaya dair əqdin etibarsız hesab olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi fərdi müəyyən əşyalar barəsində əhəmiyyətsiz əqdlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda isə iddiaçı fərdi müəyyən əşya üzrə bağlanmış əqdlərin əhəmiyyətsiz olduğunu bildirməklə, onun etibarlılığını mübahisələndirir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin öz etirazının əsası kimi iddia müddətinin tətbiqinə dair göstərdiyi xüsusat iddianın rədd olunması üçün əsas deyildir. Lakin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə üzrə R.N.Rüstəmov hər hansı iradə ifadə etməmişdir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş 06 iyul 2009-cu il tarixli 2 müqavilənin olduğu müəyyən edilmişdir. Həmin müqavilələrdən birinci müqavilənin ilk səhifəsi digər müqavilədən fərqli olaraq 4 bənddən (digər müqavilədə ilk səhifədə 3 bənd), ümumilikdə isə 7 bənddən (digər müqavilə ümumilikdə 6 bənd) ibarət olmuş, müqavilənin 1-ci bəndi «müqavilənin şərtləri» (digər müqavilədə 1-ci bəndi «müqavilənin predmeti»), 3-cü bəndi «təhvil-təslim» (digər müqavilədə 3-cü bəndi «fors major») adlandırılmış və 30 noyabr 2021-ci il tarixli 4/1567- 5/1258 nömrəli məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizalarının rəyində foto şəkli əks olunmuşdur. Qeyd olunan müqavilənin həqiqiliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin icraatında olmuş cinayət işinin istintaqı zamanı araşdırılmış, buna dair 30 noyabr 2021-ci il tarixli 4/1567-5/1258 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının rəyi verilmiş, həmin müqavilənin həqiqi olmaması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə təsbit edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)- 232/2022 nömrəli hökmü 30 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də məhkəmə hesab etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 1(005)-232/2022 nömrəli hökmü ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 7 bənd, ilk səhifəsi 4 bənd, 1-ci bəndi «müqavilənin şərtləri» və 3-cü bəndi «təhvil-təslim» adlandırılan 06 iyul 2009-cu il tarixli müqavilənin həqiqi olmadığı müəyyən olunduğundan həmin müqavilənin həqiqi olmamasına dair halların mübahisələndirilməsinə əsas, habelə onun həqiqi olmamasının yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Lakin Cavabdeh1 adına tərtib olunmuş, ümumilikdə 6 bənd, ilk səhifəsi 3 bənd, 1-ci bəndi «müqavilənin predmeti» və 3-cü bəndi «fors major» adlandırılan 06 iyul 2009-cu il tarixli digər müqavilə mülki işin məhkəmə icraatı dövründə araşdırılmış, Cavabdeh1 həmin müqavilənin əslinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanıldığını bildirdiyinə görə sonuncunun vəsatəti əsasında həmin müqavilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən əldə olunmuş, iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Bəhs edilən müqavilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən məhkəməyə təqdim olunmuş içərisində saxlanıldığı zərf açılmadan və zərfin üzərindəki künc ştampları pozulmadan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 06 iyul 2009-cu il tarixli müqavilə 05 iyun 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 təqdim edilmiş və həmin müqavilənin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə təqdim olunmuş müqavilə ilə eyni müqavilə olub-olmaması dəqiqləşdirilmiş, Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən məhkəməyə göndərilən müqavilənin məhz onun tərəfindən əsl müqavilə kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə verilmiş müqavilə olduğunu təsdiq etmişdir. Həmçinin Cavabdeh1 qeyd olunan müqavilənin onda başqa nüsxəsinin olmadığını bildirmiş və göstərilən müqavilənin əsl müqavilə olduğuna təkid etmişdir. Halbuki, məhz qeyd olunan müqavilə üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən keçirilmiş məhkəmə-xətşünalıq və sənədlərin texniki ekspertizalarının 05 may 2023-cü il tarixli 4/401-5/349 nömrəli rəyində X12 ilə Ələkbərova (Məhərrəmova) Ziyafət Ələsgər qızı arasında bağlanmış 06 iyul 2009-cu il tarixli müqavilənin və üzərində olan çap mətninin, imzaların, əl yazılarının, möhür əkslərinin reproqrafik surət olduğu və çoxaldıcı qurğu vasitəsi ilə surətlərinin çıxarıldığı göstərilmişdir. Digər tərəfdən alqı-satqı müqaviləsində alıcı və satıcının birlikdə iradəsi ifadə olunmalı və həmin iradə ifadəsi müqavilədə aşkar bəyan edilməlidir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilədə Cavabdeh1 aid imza və razılıq məzmunlu xətt nümunələri olmadığına görə R.N.Rüstəmovla yanaşı, Cavabdeh1 da iradə ifadəsini müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3 və 89.4-cü maddələrinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. «Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur «N.Əsədovanın şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Lakin mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarından görünür ki, nə zahiri ifadəyə görə, nə də başqa hallara görə sözügedən mənzilin Cavabdeh1 satılmasına dair R.N.Rüstəmova aid iradə mövcud olmamış və Cavabdeh1 öz etirazının əsası kimi belə bir iradənin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə əhəmiyyətsiz əqddir. Qeyd olunanların əksinə mülki işin məhkəmədə tədqiqi zamanı keçirilmiş məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının 02 dekabr 2022-ci il tarixli 4/1579-5/1358 nömrəli rəyində İddiaçı və X12 arasında mübahisəli mənzilə dair 26 noyabr 2008-ci il tarixdə bağlanmış müqavilənin və müqavilə iştirakçılarının iradəsinin həqiqiliyi təsdiq olunmuşdur. Bununla da İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə mülkiyyət hüququnun yarandığı müəyyən edilmişdir. Buna görə də İddiaçı həmin mənzil üzərində mülkiyyət və həmin hüquqdan yaranan digər tələb hüquqları, eləcə də üçüncü şəxslərin mülkiyyətə qanunsuz müdaxiləsinin aradan qaldırılmasına dair iddia hüququ mövcuddur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxslərin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırki halda İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı mənzildə mülkiyyət hüququnu həyata keçirə bilmir. Buna görə də iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış sahəsində yaşaması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq, İddiaçı təhvil verilməlidir. Bundan başqa, İddiaçı onun mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etsə də, gələcəkdə hər hansə müdaxiləninin ediləcəyini və ona mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin hazırda mənzildən istifadə ilə əlaqədar mövcud olan müdaxilənin aradan qaldırılması mənzilin boşaldılmaqla, təhvil verilməsi» hissəsinə dair tələblə əhatə olunur. Buna görə də məhkəmə hesab edir ki, iddia mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq, İddiaçı təhvil verilməli, iddia mənzildən sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya, ekspertiza tədqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X23) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq, İddiaçı təhvil verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-159/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-159/2023
05.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver