Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5836/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4454/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən İddiaçınə (bundan sonra – iddiaçı və ya MMC) Bakı şəhəri, Gəncə prospekti, 2935A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir.
2. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 28 may 2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqaviləyə əsasən tərəflər Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti, 2935A saylı məhəllədə 0,2 h a torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirmə, tikinti və onun başa çatdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqı (podrat) müqavilələrinin rəsmiləşdirilməsi, payçılarla yaranan mübahisələrin həll edilməsi üçün müvafiq tədbirlərin (əvəzləşdirmə, payçıya ödədiyi pulun qaytarılması, müqavilələrin ləğv edilməsi, təmir-bərpa, barter, icarə, bağışlama və s.) görülməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilə imzalandığı andan mənzillərin, qeyri-yaşayış sahələrinin satışını "xxxx" MMC təşkil etmiş, bütün növ əqdləri təsdiq etmək, maliyyə arayışlarını, protokol və aktları imza etmək və möhür vurmaq səlahiyyətləri "xxxx" MMC-yə tam verilmiş sayılmışdır. 3. "xxxx" MMC və iddiaçı MMC-nin təsisçisi eyni şəxs olan K.Ə.Kazımzadə "xxxx" MMC-yə verdiyi 28 may 2012-ci il tarixli etibarnamədə (etibarnamə nümayəndə qismində Ə.Q.Cəfərovtərəfindən imzalanmışdır) 10 il müddətinə alqı-satqı müqavilələrini bağlamaq səlahiyyəti vermişdir. 4. "xxxx" MMC ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 107 nömrəli 09 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində 51 kv.m sahəsi olan mənzilin cavabdehə təhvil verilməsi razılaşdırılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-271/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 c avabdeh "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsinin boşaldılaraq oradan çıxarılması və həmin sahənin iddiaçıya verilməsi tələbinə dair iddiası təmin olunmamışdır.
6. Qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsi olan mənzillə bağlı 9 yanvar 2014-cü il tarixli müqavilə bağlanmış və Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Həmçinin şahid ifadələri ilə təsdiq edilmişdir ki, 2014-cü ildən Cavabdeh mənzili təmir edərək, orada yaşamışdır. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında birgə fəaliyyət haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə "xxxx" MMC binanın inşasını öz vəsaiti və mənzillərin satışından əldə etdiyi vəsait hesabına başa çatdırmağı öhdəsinə götürmüşdür. Qətnamə 17 oktyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanında yüksək mərtəbəli binanın İ blokunda 1-ci mərtəbəsində ümumi sahəsi 51 kv.m olan sahəyə dair (bundan sonra – mübahisəli sahə) cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 107 nömrəli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin həmin sahədən çıxarılma qla, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Gəncə prospekti, 2935A ünvanında yüksək mərtəbəli bina inşa etmişdir. Hazırda həmin binanın idarə edilməsi və digər sərəncamvermə hüquqları həmin MMC-nin səlahiyyətindədir. Lakin müvəqqəti olaraq təsərrüfat işlərinin idarə edilməsi üçün 1 illik etibarnamə verilmiş "xxxx" MMC-nin direktoru Cəfərov Əkbər dələduzluq edərək, iddiaçıya məxsus mənzilləri və mənzil olmayan sahələri müxtəlif şəxslərə satmışdır. Bu sahələrdən biri də cavabdehə verilmişdir. Cavabdehə ümumiyyətlə səlahiyyəti olmayan şəxs tərəfindən müqavilə verilmiş və hətta cavabdeh həmin müqavilə üzrə pul vəsaitini belə tam ödəməmişdir. Əslində həmin müqavilə üzrə pulun ö dənilib-ödənilməməsi əhəmiyyət kəsb etməmişdir. Çünki müqavilə və 1-ci mərtəbədəki sahə aidiyyətı olmayan şəxs tərəfindən cavabdehə satılmışdır və "xxxx" MMC-nin direktoru tərəfindən mənimsənilmişdir. Cavabdehə layihədə olmayan sahə satılmış və guya binada 1 A deyilən mərtəbə olmaqla ona 51 kv.m yer verilmişdir. Əslində binada təsdiq edilmiş layihədə heç 1A deyilən mərtəbə belə olmamışdır. Cavabdeh "xxxx" MMC ilə əlbir olaraq, bəlkə də onsuz özbaşına, iddiaçı MMC-yə məxsus binanın 1-ci mərtəbəsində 51 kv.m yeri zəbt edərək uzun müddətdir ki, orda yaşamış və heç bir manat da kommunal pulu ödəməmişdir. Cavabdehin müqaviləsini "xxxx" MMC vermişdir. Müqavilə imzalanan vaxtı cavabdeh "xxxx" MMC-nin iddiaçı MMC-nin adından ev satmağa və ya təsisçi olmuş Kazımzadə Kazımın adından çıxış eləməyə sə lahiyyəti olmamışdır. Ümumiyyətlə, "xxxx" MMC-nin binaya nə şərikliyi, nə də ki, digər məsələlərdə aidiyyatı olmamışdır. Kazım Kazımzadə tutulanda Əkbər bu vəziyyətdən istifadə edərək mənzilləri saxta yolla satmış və buna görə də məsuliyyətə cəlb edilmişdir. Cavabdehin müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından onun müqaviləsi əsaslı sayıla bilməz. Mübahisəli sahəyə dair cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə "xxxx" MMC-nin səlahiyyəti olmadan bağlandığından müqavilə özüözlüyündə əhəmiyyətsizdir.
9. Cavabdeh iddia tələbinə etirazında Bakı Apellyasiya Məhkəməsi 12 mart 2019-cu il tarixli qətnaməsinə istinadla bildirmişdir ki, iddiaçının cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini, cavabdehin mübahisəl i sahəni boşaldaraq oradan çıxarılmasını və həmin sahənin iddiaçıya təhvil verilməsini və s. bu istiqamətdə tələbinin hüquqi və faktiki əsasları mövcud olmamışdır. İddiaçı cavabdehə qarşı həmin tələbləri irəli sürməkdə subyektiv hüquqlara malik olmamışdır. Belə olan halda isə iddia əsassız olmuş və təmin oluna bilməz. Hətta şərti olaraq iddiaçının bildirdikləri qəbul edilsə, yəni iddiaçı ilə cavabdehin müqavilələrində göstərilən sahələrin faktiki olaraq eyni sahə olması nəzərə alınsa belə, yenə də iddia təmin oluna bilməzdi. Çünki, cavabdeh mənzili daha əvvəl təhvil götürmüş, orada təmir-tikinti işləri aparmıdır və oradan hazırda da yaşayış sahəsi kimi istifadə etməkdə davam edir. Cavabdehin təqribən 2014-cü ildən etibarən özünə məxsus mənzildə yaşaması işin mübahisəsiz halı olmaqla, işdə olan digər sənədlərlə də tam sübut olunmuşdur. Cavabdeh ilə "xxxx" MMC arasında 9 yanvar 2014cü ildə alqı-satqı (payçı) müqaviləsi imzalanmış və Xətai rayonu, ünvan 4 ünvanında 12 mərtəbəli yaşayış evinin 7 nömrəli mənzili cavabdehin adına sənədləşdirilmişdir.
10. Cavabdehin məhkəməyə təqdim etdiyi “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 9 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili öz hesabına təmir etdirərək qızı ilə birlikdə orada yaşamışdır.
11. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin t ətbiq edilməsini xahiş etmişdir.
12. Cavabdehin vəsatəti əsasında "xxxx" MMC iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-322/2022 nömrəli iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli sahəyə dair cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu oranı təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. Cavabdeh xx.xx.2021-ci il tarixdə yaşadığı sahənin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin iddiaçı MMC-nin üzərinə qoyulması b arədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır. İddiaçı MMC isə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi etiraf etmişdir ki, cavabdeh iddiaçıya qarşı Xətai rayonu, ünvan 4 ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırdığına görə cavabdehi həmin iddiadan çəkindirmək məqsədi ilə hazırki iddianı qaldırmışlar və həmin tikili ona mane olursa ona mənzilini satmaqda yardımçı ola bilərlər.
15. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında müqavilə 09 yanvar 2014-cü il tarixdə bağlanmışdır, hazırki iddia tələbi 7 (yeddi) i ldən sonra irəli sürmüşdür.
16. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqribən 2014-cü ildən etibarən mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmış podrat müqaviləsi əsasında mübahisəli mənzildə yaşaması, onun həmin mənzildə yaşaması barədə iddiaçının məlumatlı olması işin mübahisəsiz halı olmaqla, işdə olan digər sübutlarla da tam sübut olunduğundan, hazırki iddia müdafiə xarakteri daşıdığından, iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 339, 354, 375, 385, 389, 390, 404, 405, 442, 448, 452, 567, 568, 575, 752, 769-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellya siya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4454/2022 nömrəli mülki iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin 2014-cü ildən etibarən bağlanılmış müqavilə əsasında mübahisəli mənzildə yaşaması, onun həmin mənzildə yaşaması barədə iddiaçı nın məlumatlı olması işin artıq mübahisəsiz halı olmuşdur və belə olan halda hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337, 339, 354, 375, 385, 389, 390, 404, 405, 442, 448, 452, 567, 568, 575, 752, 769-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd etdiyi birgə təsərrüfat müqaviləsi hazırda Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilmişdir. Daha dəqiqi sonuncu məhkəmə iclasında iddiaçı tərəf məhkəməyə xx.xx.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2781/2021 nömrəli qətnaməsini təqdim etsə də, məhkəmə ümumiyyətlə buna məhəl qoymamışdır. Məhkəmə, apellyasiya icraatında sübut qəbul edilmədiyinə əsaslanaraq təqdim edilən sənədləri götürməkdən imtina etmişdir. Halbuki, həmin qətnamə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində ona görə təqdim edilməmişdir ki, həmin qətnamə o vaxtı mübahisələndirilirdi. Təqdim edilən qərardadlardan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin bir neçə dəfə icraata qəbul edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən (elektron məhkəmədə xx.xx.2022-ci il tarixdə qeydiyyat var) Bakı Kommersiya Mə hkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2781/2021 nömrəli icra vərəqəsi də əlavə edilmişdir. Məhkəmə iclasında bu sübut ümumiyyətlə qiymətləndirilməmişdir. Məhkəmə xx.xx.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinə istinad edərək iddianı əsassız hesab etmiş və müqavilənin qanun çərcivəsində bağlandığını qeyd etmişdir. Halbuki, həmin müqavilə artıq etibarsız hesab edilmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə iclasında Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)2781/2021 saylı icra vərəqəsi sübut qismində ümumiyyətlə qiymətləndirilməmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə bu barədə bir cümlə belə yazılmamışdır. Halbuki, cavabdeh müqavilənin etibarlı olmasını məhz birgə təsərrüfat müqaviləsi ilə əsaslandırmışdır. Birgə təsərrüfat müqaviləsi etibarsız hesab edildiyindən, cavabdehin müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından sözügedən müqavilə əsaslı sayıla bilməz. Mübahisələndirilən qətnamə ilə onun mülkiyyət hüquqları pozulmuşdur.
24. Kassator qeyd etmişdir ki, məhkəmə iddia müddətini tətbiq etməklə ciddi pozuntu etmiş və mülkiyyət hüquqlarını məhdudlaşdırmış, preyudisial hala düzgün istinad etməmişdir.
25. Kassator qeyd etmişdir ki, məhkəmənin digər prosessual pozuntusu həmin sahənin ümumiyyətlə yaşayış sahəsi olmaması olmuşdur. Məhkəmə bu halı araşdırmaq üçün tikinti ekspertizası təyin etməli və təqdim edilmiş layihəyə əsasən cavabdehin yerləşdiyi yerin mənzil və ya qeyri yaşayış və ya texniki sahə olmasını aydınlaşdırmalı idi. Çünki həmin sahə ümumiyyətlə texniki sahədir, oranı mənzil və ya qeyri-yaşayış kimi istifadə etmək tikinti normalarına ziddir
26. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157, 329, 337, 340-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 79.3, 82.3, 88, 97, 99, 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqa vilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzin də əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
33. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çək inməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
37. Maddə 390.1. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
38. Maddə 390.2. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifa dəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
40. Maddə
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
41. Maddə
448. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün halla r üçün cavabdehdir.
42. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. Maddə 752.1. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
45. Maddə
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəmə lidir. MPM
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlillərinin bir hissəsi işin mahiyyəti üzrə düzgün həllinə təsir etməyən hallarla bağlıdır, digər hissəsi isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, yaxud əvvəlki məhkəmə baxışı zamanı təqdim olunmamış yeni dəlillərin və sübutların araşdırılması ilə bağlıdır. Halbuki hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıla və onlara qiymət verilə bilməz.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4454/2022 nömrəli mülki iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.