Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4228/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1985-ci il tarixdə doğulmuş X3 xx.xx.1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və qeydiyyat şöbəsinin üzərinə onun ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onların ailəsində xx.xx.1985-ci ildə anadan gəlmə qüsurlu olan oğlu X7 adında oğlan övladı dünyaya gəlmişdir. Uşaq anadan qüsurlu doğulduğuna görə hər günhəkim nəzarətində saxlanılırdı. Bütün lazımi işlər görülsə də, uşaq get-gedə birazda pisləşirdi. Hkimlərin əziyyətinə baxmayaraq uşaq təxminən 2 aydan sonra xx.xx.1985-ci ildə tələf oldu və onu saxlaya bilmədilər. Uşağı öz kəndlərinin Məhləbad kəndinin qəbirsitnalığında dəfn etmişdirlər. Evin ilk övladı olduğundan ailədə hamı narahat idi və uşağın ölüm sənədini belə götürməyi yaddan çıxarmışdırlar. Təkcə qəbirinin üstündə onun doğum və ölüm tarixləri yazılan ağ daş qoyulmuşdur. O elə bilirdi ki, həkimlər uşağı ölüm barəsində müəyyən yerə məlumat verəcəklərdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X1 ifadəsində bildirmişdir ki, X7 1985-ci ilin avqust ayında qüsurlu dünyaya gəlib və 2 ay yaşamışdır. Belində yırtıq olması səbəbi ilə rəhmətə getdi. Uşağın adını o qoymuşdur. Uşaq Məhələbad kəndində doğulmuşdur. Xəstəliyin müalicəsi həmin vaxtlar mümkün deyildir. Həkimlər yaşamasına təminat vermədilər. Ailəsi səhlənkarlıq edib sənədləri almayıb. X7 noyabr ayında rəhmətə gedib. Ərizəçinin 1 qızı var. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi qardaşının yoldaşıdır. Ərizəçinin 1985-ci ilin avqust ayının sonunda uşağı dünyaya gəlmiş, 02 noyabrda rəhmətə getmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının 1985-ci ildə uşağı oldu, 2 ay yəni 02 noyabrda dünyasını dəyişib. Uşağın xəstəliyi olmuşdur. Uşağın doğulduğu xəstəxananı dəqiq xatırlamır. Həmin vaxt onun 16 yaşı var idi, hadisəni ətraflı xatırlamır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 496895 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə Lerik şəhərində doğulmuşdur. - Maraqlı şəxs 02 avqust 2024-cü il tarixli məktubundan görünür ki, AR Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının tələblərinə əsasən ölüm barədə akt qeydinin icrası və ölüm haqqında şəhadətnamə verilməsi barədə ərizəsinin qəbulundan imtina edir. - AR Lerik Rayon İcra Hakimiyyəti Başçısının Kələxan Kənd Ərazi İcra Nümayəndəliyinin 06 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi həqiqətən xx.xx.1963-cü il tarixdə ərazilərinin Məhləband kəndində anadan olmuş və müvəqqəti olaraq Bakı şəhərində yaşayır. - “Lerik rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğuş diaqnozu ilə doğuş şöbəsinə daxil olub və hamiləlikdən azad olunmuşdur, həkimi Əliyeva Kamilə olmuşdur. xx.xx.1985-ci il tarixdə ana övladı ilə evə yazılmışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1985-ci ildə Lerik rayonu Məhləbad kəndində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1985-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1985-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4228/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4228/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver