Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4236/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçılar İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1 ASC və “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı1 ASC və “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçılar İddiaçı1 ASC və “xxxx” ASC arasında bağlanmış, Bakı şəhəri 46 saylı Notariat Kontorunda xx.xx.2016-cı ildə reyestrdə 4Ə-283 № ilə qeyd olunmaqla təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanında yerləşən və ümumi sahəsi 1286.5 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 819 000 manat pulun İddiaçı1 ASC-nin və 91 000 manat pulun “xxxx” ASCnin xeyrinə; Cavabdeh1 910 000 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması, həmin məbləğlər ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərif-zadə küçəsi, 315C ünvanında yerləşən və ümumi sahəsi 1286.5 kv.m olan qeyri-yaşayış sahəsinin 10/20 hissəsinin Cavabdeh2 və 10/20 hissəsinin Cavabdeh1 mülkiyyətinə qaytarılması və onlara təhvil verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı “xxxx” ASC məhkəməyə ərizə ilə müraciət edərək və barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında cavabdehlərin barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirdi və barışıq sazişini imzalayaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin ərizələrini, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 ASC və “xxxx”ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən “İddiaçılar” adlandırılacaq “xxxx” ASC-nin adından İdarə Heyətinin sədri X2 və İddiaçı1 ASC-nin adından etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə və digər tərəfdən “Cavabdehlər” adlandırılacaq Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 4236/2020 №-li mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.
2. Tərəflər arasında bağlanmış, Bakı şəhəri 46 saylı Notariat Kontorunda xx.xx.2016cı ildə reyestrdə 4Ə-283 № ilə qeyd olunmaqla təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanında yerləşən və ümumi sahəsi 1286.5 kv.m olan qeyri-yaşayış sahəsinin alqı- satqı müqaviləsi (bundan sonra “alqı-satqı müqaviləsi’’ adlandırılacaq) həmin müqaviləyə əsasən Cavabdehlərə ödənilmiş pul məbləği İddiaçılara tam qaytarıldığı tarixdən ləğv olunnmuş sayılır.
3. Bu sazişin qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində Cavabdeh2 alqı-satqı müqaviləsinə əsasən ona ödənilmiş 819 000 (səkkiz yüz on doqquz min) manat pulu İddiaçı1 ASC-yə və 91 000 (doxsan bir min) manat pulu “xxxx” ASC-yə, Cavabdeh1 alqısatqı müqaviləsinə əsasən ona ödənilmiş 910 000 (doqquz yüz on min) manat pulun “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürür. Əks halda ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən məbləğin 0,1 faizi miqdarında dəbbə pulu tətbiq oluna bilər.
4. Cavabdehlər alqı-satqı müqaviləsinə əsasən onlara ödənilmiş pul məbləğini İddiaçılara tam qaytardıqdan sonra İddiaçılar 3 (üç) ay müddətində qeyri-yaşayış sahəsini Cavabdehlərə təhvil verməlidir.
5. Cavabdehlər alqı-satqı müqaviləsinə əsasən onlara ödənilmiş pul məbləğini İddiaçılara tam qaytardığı tarixdən İddiaçıların Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 315C ünvanında yerləşən və ümumi sahəsi 1286.5 kv.m olan qeyriyaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 6228 nömrəli vərəqində xx.xx.2016-cı ildə qeydə alınmış (qeydiyyat № **********, **********; reyestr № **********79-06301) mülkiyyət hüququ ləğv olunur və həmin qeyri-yaşayış sahəsinin 10/20 hissəsi Cavabdeh2 və 10/20 hissəsi Cavabdeh1 mülkiyyətinə keçir.
6. Cavabdehlər alqı-satqı müqaviləsinə əsasən onlara ödənilmiş pul məbləğini İddiaçılara tam qaytardıqda İddiaçılar bu barədə müvafiq arayışı Cavabdehlərin tələbi ilə daşınmaz əmlakın dövlət reyestr xidməti orqanına təqdim etməyə borcludur.
7. İddiaçılar qeyri-yaşayış sahəsini bu Sazişin 4-cü bəndində nəzərdə tutulmuş müddətdə Cavabdehlərə təhvil verənə qədər ondan istifadəyə görə hər hansı haqq ödəməyəcək.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.
9. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.
10. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 5 (beş) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim olunur, hər birində bir nüsxə olmaqla ikisi İddiaçılarda, ikisi isə Cavabdehlərdə saxlanılır.
11. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini İfadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
İddiaçı1 ASC və “xxxx”ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin.
Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kəmalə Əmirxanova