Məhkəmə qərarları › İş №2(005)-4250/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4250/2023

05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4250/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü əri X5 xx.xx.2023-cü il tarixdə Bakı Şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ona ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, əri xx.xx.1961-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda səhhəti pisləşmişdir. Bu səbəbdən də onlar Təcili və X6 Stansiyasının 2 saylı bölməsinin həkimlərini çağırdı, lakin əri həkimlərin səyinə baxmayaraq onkoloji xəstəlikdən dünyasını dəyişdi. Bununla bağlı Təcili və X6 Stansiyasının 2 saylı bölməsinin müvafiq arayış da verilmişdir. X3 qəsəbəsində yerləşən qəbirsanlıqda dəfn etmişlər. xx.xx.2023-cü il tarixdə ölüm haqqında tibbi şəhadətnamə ala bilmək üçün “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi" 4 Nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin 4 nömrəli Poliklinikası xx.xx.2023-cü il tarixli məktubla Norəddin Həziyevin adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Nərimanov rayon Qeydiyyat şöbəsinin 91 № saylı imtina məktubunda ölümün qeydiyyatını təsdiq edən tibbi şəhadətnamə tələb etdilər, olmadığına görə də məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclaslarda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri şahid ifadələri ilə birlikdə tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X8 ifadəsində bildirdi ki, X7 onun dayısı idi. xx.xx.2023-cü il tarixdə Bakı Şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X1 ifadəsində bildirdi ki, o ərizəçinin qızıdır. X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində dünyasını dəyişmişdir və dəfnində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Təcili və X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən aydın olur ki, 22:15 radələrində X5 adına ünvan 2 ünvanına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 17 oktyabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Nərimanov rayon qeydiyyat şöbəsi X5 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X13 4 nömrəli Şəhər Poliklinikası tərəfindən 13 sentyabr 2023-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda vəfat edən vətəndaş X7, hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, dispanser qeydiyyatda olmadığından poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, xx.xx.1961-ci il tarixdə doğulduğunu və xx.xx.2023-cü il tarixdə vəfat etdiyi qeyd olunan X5 adına qəbir abidəsi qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü X7 Ərizəçi keçmiş əridir. X7 xx.xx.2023-cü il tarixdə Bakı Şəhərində vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X5 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı Şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar