Məhkəmə qərarları › İş №2(005)-4257/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4257/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4257/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” X11 cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” X11 cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 18.03.1960-cı il təvəllüdlü X1 27 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qardaşı X2 27 noyabr 2020-ci il tarixdə vəfat etmiş və Bakıxanov qəbirstanlığında dəfn edilib. Halhazırda müəyyən sənədləşmə halları ilə bağlı onun ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. 1 saylı Bakı “Asan xidmət” X7 ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət edilsə də, Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçi X3 ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmir. Məhkəmə işə 1 saylı Bakı “Asan xidmət” X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid X4 qardaşı X1 27 noyabr 2020-ci il tarixdə öldüyünü və Bakıxanov qəbiristanlığında dəfn edildiyini ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində X1 27 noyabr 2020-ci il tarixdə öldüyünü və Bakıxanov qəbiristanlığında dəfn edildiyini təsdiq etdi. İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” X5 16.08.2021-ci il tarixli, 5/Q- 1169/76 №-li məktubundan görünür ki, 1 saylı Bakı “Asan xidmət” X11 Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan BŞT və TTYS 1 saylı bölmə tərəfindən 27 noyabr 2020-ci il tarixdə verilmiş TTYS Statistika şöbəsinin Təcili və X6 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında, 27 noyabr 2020-ci il tarixdə X1 öldüyü müəyyən olunmuşdur. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli Aktdan müəyyən olunur ki, Xəlilov Ağalar E., Məmmədov Musa İ. və Hüseynov hümbət T. X1 27 noyabr 2020-ci il tarixdə öldüyünü və Bakıxanov qəbiristanlığında dəfn edildiyini akta imza atmaqla təsdiq edirlər. İş materiallarında olan İ-ЭЖ 330376 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 18.08.1960-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 18.08.1960-cı il təvəllüdlü X1 27 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.08.1960-cı il təvəllüdlü X1 27 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar