Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4258/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 yanvar 1967-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuş qardaşı X2 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri N.Nərimanov rayonunda ölməsi faktının müıəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Bəhrəm oğlu tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı 20 yanvar 1967-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuş X7 1989-cu ildən Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. 21 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmış səhhətində yaranmış ağırlaşma nəticəsində halı pisləşmiş və təcili yardım çağrılmışdır. Təcili yardım həkimləri gələndə artıq Nağı Mehdiyev vəfat etmişdir. Dəfn mərasimi ona məxsus evdə təşkil olunmuş və mərhum Bakı şəhəri Məhəmmədi kənd qəbirstanlığında dəfn edilmişdir. Qardaşının ölüm faktını ilə bağlı təcili yardım həkimlərinin verdiyi rəsmi arayış olmasına baxmayaraq sonuncunun ölüm haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat Şöbəsi tərəfindən imtina edilmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Bəhrəm oğlu ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi Bəhrəm oğlu tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum Ərizəçi onun qaynıdır. 27 iyul 2021-ci il tarixdə onun vəziyyəti ağırlaşmış, X11 həkim çağırmışdı, həmin gün vəfat etmişdir. 27 iyul 2021-ci il tarixdə hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Həqiqətən də xəstəlikdən əziyyət çəkirdi və nəticədə 27 iyul 2021-ci il tarixdə ölmüşdür. Onun ölümü ilə əlaqədar həmin gün evlərində də olmuşdur. Hətta təcili yardım da çağrılmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 11.01.2012-ci il tarixli ******* saylı Rusiya Federasiyasının vətəndaşının pasportunun surətinə əsasən 20.01.1967-ci il tarixdə Azərbaycanda anadan olmuş X6r; 24.02.2009-cu il tarixli AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş Ərizəçi Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 74B ünvanında qeydiyyatdadır; Bakı şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətinə əsasən 27.07.2021-ci il tarixdə saat 20:15 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi 1967-ci il təvəllüdlü X2 vəfat etməsini qeyd etdi; Abşeron Rayon Məmmədli Bələdiyyəsinin 240 nömrəli, 09.08.2021-ci il tarixli arayışına əsasən X7 27.07.2021-ci il tarixdə Məmmədli kənd qəbirstanlığında dəfn olunmuşdur; Maraqlı şəxs 14.08.2021-ci il tarixli, 177 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 16.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında anadan olmuş X7 Ərizəçi qardaşıdır. Ərizəçi Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 74B ünvanında qeydiyyatdadır. X7 27.07.2021-ci il tarixdə ünvan 3 ünvanında vəfat etmişdir. Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 20.01.1967-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş X2 27.07.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20.01.1967-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş X2 27.07.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4258/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4258/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver