Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-426/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı X14, onun vəkili X2, Qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı X14 ilk iddia üzrə Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) “mənzildən və pasport qeydiyyatından çıxarılma, ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi” nə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı X25 Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X10 cəlb edilməklə) qarşı “mənzildən və pasport qeydiyyatından çıxarılma, ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 və X19 Bakı şəhəri Nərimanov rayonu, K.Rəhimov küçəsi 2 saylı yaşayış binasında olan 46,73 kv.m yaşayış sahəsindən ibarət olan 3(üç) otaqlı 21 saylı mənzildən və eyni zamanda pasport qeydiyyatından çıxarılmalarına, iddiaçının ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülməyi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, X11 onun xeyrinə 42.000 (qırx iki) min ABŞ dolları və 12.000 (on iki) min manat pulun tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Nərimanov rayonu,Koroğlu Rəhimov küçəsi, ev 2-də yerləşən 21 saylı mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti), Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. İddiaçı oğlu X26 ilə müqavilə bağlamadan şəxsi mülkiyyətdə olan qeyd edilən mənzildə sabiq həyat yoldaşı cavabdeh X20 ilə müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdehlə oğlu C.Ağayevanın ər-arvad münasibəti 2019-cu ilin iyun ayından faktiki pozulmuş,həmin dövürdən o iddiaçıya məxsus qeyd edilən mənzili tərk etmiş, cavabdeh isə müvəqqəti orada nəvəsi ilə birlikdə yaşamaqda davam etmişdir. Cavabdehlə oğlu arasında rəsmi nikah Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-568/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehə mənzili könüllü, qarşılıqlı hörmət əsasında boşaltmaq və qeydiyyatdan çıxmaqla bağlı rəsmi pretenziya qaydasında xəbərdarlığ etsə də təəssüf ki, rəsmi bir cavab almamışdır. İş materialından göründüyü kimi mübahisə predmeti 2012-ci İldən şəxsi mülkiyyətdədir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı ilkin iddiaçının oğlu, X29 ilə xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Ağayev Zaur o zaman artıq yəni 2004-cü ildən ağır sinir sistemi xəstəsi idi və bu günə qədər xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq bu çətinliklər ilə barışıb bir-birilərini sevdiyindən ailə qurmuşlar. Qarşılıqlı iddiaçı gəlin olaraq cavabdehin, onun ailəsinin, qeydiyyatda olduqları və həyat yoldaşının yaşadığı mənzilə gəlin gəldi, qeydiyyatda isə qarşılıqlı iddiaçının valideyininə məxsus ünvan 1 ünvanda yerləşən mənzildə qalmışdır. Onların 2012-ci ildə övladı olmuş və iddiaçı, onun ailəsi hər zaman onlara bildirirdilər ki, onların qeyri-yaşayış obyekti var, həmin obyekti satıb onların ailəsinə ev alacaqlar. İddiaçı 2012-ci idə obyekti satıb onların ailəsi və nəvəsi üçün hədiyyə olaraq hazırki mübahisəli mənzili aldı. Qarşılıqlı daimi olaraq həyat yoldaşının müalicəsi ilə məşğul olurdu, maddi çətinliklərə baxmayaraq yoldaşının məvacibi çox az idi. Təqribən iki yüz əlli manat, qarşılıqlı iddiaçının isə aylıq qazancı təqribən iki min manat təşkil edirdi və onlar müxtəlif kreditlər və borclara müalicəni apararaq özlərini dolandırırdılar. Qarşılıqlı iddiaçı övladı və həyat yoldaşı mübahisəli mənzilə pasport qeydiyyatında düşmüşlər. Evləri tamamilə təmirsiz olduğundan yaşamaq çox çətin oldu və o zaman qarşılıqlı iddiaçının anası, borc pul götürüb yaşadığıları mənzildə təmir işlərinə başlamışlar. Bir müddət sonra özünə məxsus yuxarıda qeyd etdyi, 6-cı mikrorayonda yerləşən mənzili satıb, borclarını qaytarıb, təmir işlərini tamamlayıb evi bütün lazımi avadanlıq və cehiz əşyaları ilə təchiz etmişdir. Həmin ərəfədə həyat yoldaşı uzun müddət Mərkəzi Klinik xəstəxanasında müalicə almalı oldu. Bunlar hamsı təqribən 2015-ci ildə tamamlandı və qarşılıqlı iddiaçının anasının qarşılıqlı iddiaçı ilə birgə təqribən 42.000 (qırx iki min) ABŞ dolları xərcləri oldu. Eyni zamanada yaranmış iqtisadi böhran onlara da zərbə vurdu. Qarşılıqlı iddiaçının anası və bacısı müvəqqəti olaraq qarşılıqlı iddiaçının yaşadığı evə qeydiyyata düşdülər, pulları qalmadığından, cüzi ilkin ödəniş edib, ipoteka krediti ilə Yasamalda bir otaqlı mənzil ala bildilər. Həmin mənzili təmir edib məskunlaşa bilmirlər və bu günə qədər qarşılıqlı iddiaçının ana və bacısı dayısının evində yaşayırlar. Eyni zamanda həyat yoldaşının xəstəlyi kəskinləşirdi o artıq daimi olaraq ağrıkəscilər, morfiy qəbul edirdi və 2019-cu ilin əvvələrində heç bir əsas olmadan evdən bir dəfəlik getmişdir, qarşılıqlı iddiaçı bu günə qədər boşanmanın səbəbini bilmir və boşanmağına çox təssüf edir. İşin tam halları bundan ibarətdir və iddiaçının onun ailə üzvlərinin heç bir zaman mübahisəli mənzildə yşamaq fikirləri və niyyətləri olmamışdır, bu mənzil onlar üçün alınmışdır və bu səbəbdən onlar mənzildə əsaslı təmir işləri aparıb yaşayış üçün yararlı vəziyyət yaratmışlar. Hal-hazırda qarşılıqlı iddiaçı əlavə olaraq yoldaşının müalicəsi üçün götürdüyü doqquz (doqquz) min manat borcun və faizlərini ödəyir anası və bacısı isə aldığı və hələdə yaşamadığı bir otaqlı mənzilin ipotekasını ödəyir. Qarşılıqlı iddiaçı və körpə övladı yəni iddiaçının nəvəsinin heç bir digər yaşayış yeri yoxdur və iddiaçının belə bir iddianın onlara qarşı irəli sürməyi, heç bir əsas olmadan bu dərəcədə ədalətsiz, amansız və qərəzli olmaları aydın deyil. Qarşılıqlı iddiaçı belə halda hesab edir ki, iddiaçı və onun ailə üzvləri qarşılıqlı iddiaçıya və onun ailəsinə onlar tərəfdən evin təmirinə, götürdüyü kredtilərin bir hissəsinə, aliment borclarına, buraxılmış faydaya və mənəvi iztrablara görə dəymiş zərəri ödəməyə borcludurlar. Bunlar bu günki günə 42.000 (qırx iki min) ABŞ dolları və 12.000 (on iki) manat təşkil edir. Qeyd olunalara əsasən qarşılıqlı iddiaçının və dost, qohumların kifayət qədər sənəd, dəlil, şahid sübutları var və məhkəmə imkan yaratsa onları məhkəməyə təqdim edəcəklər. Eyni zamanda iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edib, qarşılıqlı iddiaçı tərfəfindən aparılan evin təmirinin, qurğu və avadanlıqların qiymətləndirilməsi zəruridir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı X14 nümayəndəsi və vəkili X8 ilkin iddia ərizəsini müdafiə edərək ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X15 qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatlarında ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X26 ifadəsində bildirmişdir ki, İddiaçı onun atasıdır, Cavabdeh arvadıdır. Cavabdehlə birgə ünvan 2 ünvanında yerləşən ev onun atası tərəfindən təmir olunmuş və 2013-cü ildə təmirdən sonra ailəsi ilə həmin mənzilə köçmüşdür. Mənzil iddiaçı tərəfindən təmir olunmuş və həmin təmirdən sonra 2013-cü ildən 2018-ci ilədək orada yaşamışdır. 2013-2018-ci illərdə mübahisəli mənzildə əsaslı təmir olmamışdır. Məhkəmə iclasında iştirak etmiş digər şahid X22 ifadəsində bildirmişdir ki, iddiaçı X25 ilə qonşudur.Cavabdeh isə onun gəlindir. İddiaçıya məxsus ünvan 2-də təmir işləri aparmışdır. Məhkəmə iclasında iştirak etmiş digər şahid X16 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 2, 21 nömrəli mənzildə təmir işləri aparmışdır. Mübahisəli mənzildə pol vurduğunu və taxta işi gördüyünü bildirmiş və təmir işləri 2012-ci illərdə aparılmış və ümumilkdə 5.000 manat məbləğində əmək haqqını şəxsən iddiaçıdan almışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-568/2020 nömrəli qətnaməsi ilə X26 ilə X20 arasında xx xxxxxx 2009-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində 944 nömrə ilə akt qeyd ilə bağlanmış nikah pozularaq xx.xx.2012-ci il təvəllüdlü X30 anası X7 yanında saxlanılmaqla, X12 xx.xx.2012-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı hər ay 170 (bir yüz yetmiş) manat sabit məbləğində aliment tutularaq X13 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə X18 məxsus olmaqla hüquqları dövlət qeydiyyatına xx.xx.2012-ci il tarixdən alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X25 ünvan 3ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa X20 (xx.xx.1983), X30 (xx.xx.2012) və X29 (xx.xx.1980) qeydiyyatdadırlar. Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 360848 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X29 ilə X20 xx.xx.2020-ci ildə Nərimanov Rayon Məhkəməsinin nikahın pozulması haqqında qətnamə çıxarılmış və bu barədə xx xxxxxxxx 2020-ci il tarixdə 265 nömrəli akt qeydi aparılmışdır. xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubundan görünür ki, X26 arasında rəsmi nikah əsasında ailə həyatı qurulmuş və oğlunun şəxsi mənzili olmadığı üçün şəxsi mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi ev 2-də yerləşən 21 saylı mənzildə ona ailəsi ilə müvəqqəti yaşamağa icazə verilmişdir. Z.Ağayev iddiaçıya məxsus 2019-cu ilin iyun ayında faktiki ər-arvad münasibəti pozulduğu üçün tərk etmiş və bildirmişdir ki, C.Ağayeva hələlik müvəqqəti orada yaşayır. Hal-hazırda oğlu ilə onun arasında rəsmi nikah pozulmuşdur. Qeyd edilən mənzilin könüllü qaydada, qarşılıqlı razılıq əsasında boşaldılması məqsədi ilə anası ilə telefon vasitəsi ilə əlaqə saxlanılmasına iddiaçı və həyat yoldaşı dəfələrlə cəhd göstərsə də təəssüf ki, onlara məlum olmayan səbəbdən telefon əlaqəsi alınmamışdır. Belə ki, müxtəlif günlərdə dəfələrlə zəng edərkən onun və yaxının telefon xətti daim məşğul olduğu qeydə alınmışdır. Hal-hazırda iddiaçı mülkiyyətinə tam sərəncam verə bilmədiyi üçün yaranmış vəziyyətlə bağlı ciddi maliyyə itkilərinə məruz qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alıb iddiaçıya məxsus mənzili, könüllü, qarşılıqlı hörmət əsasında boşaltmağı və qeydiyyatdan çıxarılması xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmdə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası Maqnit Rezonans tomoqrafiya şöbəsinin xx xxxxxx 2008-ci il tarixli müayinə protokolun surətindən görünür ki, müayinə nəticəsində X17 hər iki beyin yarımkürəsində, beyin toxumasının ağ maddəsində mətndə qeyd edilən səviyyələrdə demielinizasiya olunmuş ocaqlı dəyişikliklər. Baş beynin demielinizasion xəstəliyi “dağınıq skleroz” xəstəliyi, şəffaf arakəsmənin kistası, əlavə V mədəcik (stabil dinamika) müəyyən olunduğu qeyd edilmişdir. xx xxxxxxx 2011-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin (qeyri-yaşayış sahəsinin nisyə alqı-satqı müqaviləsi) surətindən görünür ki, satıcı qismində İddiaçı alıcı qismində X4 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanda doqquz mərtəbəli 1-ci mərtəbəsində yerləşən 122.8 kv.m qeyri yaşayış sahəsini 200.000 (iki yüz min) manata satmışdır. xx xxxxxx 2011-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinin 1-ci bəndindən görünür ki, alıcı qismində İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi., 2 saylı evin, 21 saylı mənzilini X3 almışdır. “Feba xxxx” Mənzil Tikinti Kooperativinin xx xxxxxxxx 2016-cı il tarixli №0002838/000966/4 nömrəli arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan X9 ondan ötrü ki, həqiqətən o, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.3166 məhəllə, ünvanında tikilən 16 mərtəbəli B yaşayış binasının 2 blokunda 16 mərtəbədki 6 saylı mənzilin dəyərinin aşağıda göstərilən 6.092(altı min sıfır doxsan iki) manat ödəmiş və 58.443 (əlli səkkiz min dörd yüz qırx üç) manat məbləğində qalıq borcu qalmışdır. xx xxxxxxxx 2016-cı il tarixli 966 nömrəli payçı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “xxxx” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 3166 məhəllə-ünvanında tikilməkdə olan B binasında, 2 blok, 16 mərtəbə, 6 nömrəli, 1 otaqlı mənzili tikib və “payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 3166 məhəllə-ünvanında tikilməkdə olan B binasında, 2 blok, 16 mərtəbə, 6 nömrəli, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavildə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “xxxx”-ya ödənilməsini və həmçinin FEBA xxxx yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. “Turan Bank” Açıq Səhmdar Cəmiyyətinin Sahil filalı ilə “borcalan” X20 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin 2.1-ci bəndindəm görünür ki, bu müqaviləyə əsasən bank borc alana 24 ay müddətinə qaytarmaq şəri ilə 9000 (doqquz min) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürdüyü qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2-də yerləşən 21 saylı mənzili ilkin iddia üzrə İddiaçı xx xxxxxx 2011-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və xx.xx.2012-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınaraq ona çıxarış verilmişdir. İddiaçının oğlu ilə gəlini cavabdeh Cəmilə Ağayeva 2009-cu il tarixdə nikaha daxil olmuş, bir müddət iddiaçıya məxsus başqa evdə yaşamışlar. Daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2-də yerləşən 21 saylı mənzili 2011-ci il tarixdə almış və iddiaçı Əlimusa həmin mənzili təmir etdirdikdən sonra cavabdeh Cəmilə Ağayeva ilə oğlu Zaur Ağayev 2013-cü ildən həmin mənzilə köçmüşlər. 2013-cü ildən həmin mənzildə təmir tikinti işləri aparılmamışdır. İddiaçının oğlu ilə gəlini cavabdeh Cəmilə Ağayeva xx xxxxxx 2009-cu il tarixdə nikaha daxil olduğunu, əvvəllər ilkin iddia üzrə iddiaçıya məxsus başqa evdə yaşadıqdan sonra həmin hüquq münasibətlərindən irəli gələn halları nəzərə alaraq məhkəmə gəldiyi nəticəni aşağdılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi şəxsin daşınmaz əmlaka sahiblik və istifadə hüququn tanınması və qorunması ilə bağlı olduğundan qeyd olunan hüquqlarla əlaqədar bəzi məsələlər təhlil olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konsitutsiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konsitutsiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunverciliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonuşalrın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxaq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvercilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətdir. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.” Sadalanan qanunvericliyin əsaslarından aydın olur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də saxlanmır. Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Bu səbəbdən ilkin iddia cavabdehlərin mənzildən çıxarılması ilə bağlı iddia əsaslıdır və təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Cavabdeh X7 mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. O da qeyd edilməlidir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-568/2020 nömrəli qətnaməsindən göründüyü kimi xx.xx.2012-ci il təvəllüdlü X30 anası X7 yanında saxlanıldığından ilkin iddia üzrə cavabdehin övladı X19 da həmin mənzildən çıxarılması hissəsində iddianı təmin edilməsini şərtləndirir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında şahidlərin verdiyi izahatlardan da məlum olur ki, mübhisəli mənzil İddiaçı tərəfindən təmir olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbində mənzilin təmir xərcini çəkdiyini qeyd etsə də məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq inandırıcı və əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə ilkin iddia üzrə İddiaçı mənzilin təmirinə çəkilən xərclərə dair tikinti materiallarına sərf edilən məbləğlərlə bağlı ödənilmiş vəsaitlərin müəyyən hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfin nümayəndəsi və vəkili bankdan götürülmüş kreditllərin İlkin İddiaçı oğlunun mülaicəsinə və təmir tikinti işlərinə sərf oldunduğunu iddia etsə də təqdim edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən də aydın olur ki, həmin kredit müqaviləsinin 2.2-ci bəndinə görə kreditin təyinatı təmir tikinti xərci və müalicə ilə bağlı deyil, məhz şəxsi istehlak məqsədi daşımışdır. Məhkəmə yuxarıda müəyyən edilən işin halları baxımından qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfindən öz təşəbbüsü ilə mənzilin mülkiyyətçisinin kim olduğunun araşdırılması, qeyd edilən mənzilin cavabdehin qanuni sahibliyində olması ilə bağlı halların araşdırılması, habelə atılmış tullantı nəticəsində vurulmuş zərərin məhz həmin mənzildən atılmasının sübuta yetirilməsi üçün şahid ifadələrinin toplanması, müvafiq qaydada binaya sahiblik edən səlahiyyətli şəxslərin tərtib etdiyi aktın və s tələb edilməsi mülki prosessual qanunvericiliyin “ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə ziddir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə bu huquqi mövqeyini “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilənlər baxımından da əsaslı hesab edir. Həmin Qərarda qeyd edilir ki, “çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır ”. Məhkəmə onu da qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən çəkişmə prinsipinin pozulmasını (sübutların məhkəmə tərəfindən toplanması və s) ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab edərək, bununla bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi ifadə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar və təqdim etdiyi sübutlar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə əsaslı sübutlar təqdim edilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hər iki iddia ilə bağlı belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, cavabdeh X20 (övladı X30 ilə birlikdə) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2, mənzil 21-də yerləşən 3 otaqlı (ümumi sahəsi 64,83 kv.m, yaşayış sahəsi 46,73 kv.m) mənzildən çıxarılmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi” nə dair iddası təmin edilməməli, bu qətnamə cavbabdeh X7 (övladı X30 ilə birlikdə) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2, mənzil 21-də yerləşən mənzildən pasport qeydiyyatından çıxarılma üçün əsas hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh X20 övladı X30 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2, mənzil 21-də yerləşən 3 otaqlı (ümumi sahəsi 64,83 kv.m, yaşayış sahəsi 46,73 kv.m) mənzildən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X18 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbi” nə dair iddası təmin edilməsin. Bu qətnamə cavbabdeh X7 (övladı X30 ilə birlikdə) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2, mənzil 21-də yerləşən mənzildən pasport qeydiyyatından çıxarılma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-426/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-426/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver