Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4281/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Ərizəçi iştirakı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 11.05.1987-ci il tarixdə yolda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin nənəsi 1908-ci il təvəllüdlü X8 6 il iflic vəziyyətdə olub. O, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ərizəçinin ünvan 2ında olan mənzilində yaşayıb, çünki onun xüsusi qayğıya ehtiyacı olub. ərizəçi ilə yaşadığı günlərin birində onun vəziyyəti ağırlaşıb və ərizəçinin valideynləri təcili yardım çağırıblar. Gələn təcili yardım X4 vəziyyətini ölmək üzrə olma kimi qiymətləndirib və ərizəçinin atası X6 rayondakı evinə aparmaq qərarını verib. X8 yolda ikən vəfat edib və rayonda ikən hər kəs dəfn işləri ilə məşğul olduğundan, aidiyyatı orqanlara müraciət olunmayıb. Nənəsi 1987-ci il may ayının 11-də vəfat edib və Gədəbəy rayon qəbiristanlığında dəfn edilib. Bu, Azərbaycan Respublikası Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsi tərəfindən verilən arayış və məzar daşı üzərindəki şəkil ilə də təsdiq edilir. X2 ölümü haqqında şəhadətnamə isə mövcud deyil. Ərizəçi bu barədə 16.07.2021ci il tarixdə Gədəbəy rayon qeydiyyat şöbəsinə müraciət etmiş və şöbədə akt qeydləri kitabları arasında ölüm qeydinin aşkar olunmadığı haqqında məktub almışdır, eyni zamanda, ərizəçi Maraqlı şəxsnə də nənəsinin ölümünün qeydə alınması ilə bağlı müraciət etmiş, lakin müraciətinə müsbət cavab verilməyib. X4 ölüm faktının qeydiyyata alınması ərizəçiyə ünvan 3 ünvanında yerləşən evin vərəsəlik qeydiyyatı üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmir. eyni zamanda 15 sentyabr 2021-ci il tarixli məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında şahid Mehdiyeva Pelaqeya X1 11.05.1987-ci il tarixdə öldüyünü ifadəsində təsdiq etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində X4 11.05.1987-ci il tarixdə öldüyünü və Gədəbəy rayon qəbiristanlığında dəfn edildiyini təsdiq etdi. İş materiallarında olan Maraqlı şəxs 17.08.2021-ci il tarixli, 178 №-li məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi müraciətinə cavab olaraq ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Gədəbəy Bələdiyyəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 şəhər qəbirstanlığında dəfn edilib. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə belə nəticəyə gəlir ki, 1908-ci il təvəllüdlü X4 11.05.1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və qeyd edilən tələblər üzrə faktlar müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 1908-ci il təvəllüdlü X4 11.05.1987-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4281/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4281/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver