Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4289/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum Maraqlı şəxs2 qardaşı olmuşdur. O, 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı Maraqlı şəxs2 vəziyyəti ağırlaşmış və X14 gələnə qədər o, vəfat etmişdir. Qardaşı Maraqlı şəxs2 həmin gün Zığ qəsəbəsi “Dədə Qorqud” qəbiristanlığında dəfn etmişdirlər. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, «ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz». Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cü maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1959-cu il təvəllüdlü X2 bildirmişdir ki, mərhum Maraqlı şəxs2 ilə dənizdə 41 il bir yerdə işləmişdirlər. Əzizağa 65 yaşında pensiyaya çıxmış, 8-9 ay sonra vəfat etmişdir. Onun vəfatını dənizdə olarkən iş yoldaşı Faiqdən bilmişdir. Faiq bildirmişdir ki, Əzizağa narahatdır. Ölümündən 4-5 gün əvvəl mərhunla görüşmüşdür. Mərhum yaxşı gəzə bilmirdi, çox vaxt yatırdı. İşlədiyi üçün dəfndə yox, mərhumun 40 mərasimində iştirak etmişdir. Hövsanda dəfn edilmişdir. Mərhum evlənməmişdir, ailəsi yoxdur. Yalnız bacı və qardaşı olmuşdur. - Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1976-cı il təvəllüdlü X3 bildirmişdir ki, mərhum Maraqlı şəxs2 bacısıdır. Özündən əlavə bir bacısı da vardır. İki qardaş, iki bacı olmuşdurlar. Mərhum qardaşı ondan böyük olmuşdur. O, evlənməmişdir, tək yaşayırdı. Qardaşı vəfat etdiyi gün onun vəziyyəti pis olduğu üçün yanına getmiş, X14 çağırmışdırlar. Həkimlər qardaşını müayinə etmiş, təzyiqini ölçmüşdürlər. Təzyiqi 0 olmuşdur. Həkim müdaxilə etməyə çalışmış, lakin mümkün olmamışdır. Qardaşı həmin gün axşamüstü vəfat etmişdir. Dəfndə iştirak etmişdir. Mərhum Hövsan qəsəbəsində dəfn edilmişdir. O içki içən olmuş, son dəfə həkimə getdikdə qaraciyərində problem olduğunu demişdirlər. - İ-İE 690977 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X7, anası X1r. - AZ-T 176418 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X6, anası Əhmədova Səriyyə AğaRza qızıdır. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 92 №-li, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilinməsi, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 4 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 182 №-li, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, vətəndaş X5 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, tibbi qeydiyyatda olmadığından onun adına tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməsi qeyri-mümkün olduğu bildirilmişdir. - Bakı şəhər Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 20:16-da 8 noyabr 1-1-8 ünvanda 66 yaşlı Maraqlı şəxs2 üçün çağırışa gələrkən orada “kişi meyidi” aşkar edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 425 №-li arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, şahid ifadələri və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə təsdiq olundu ki, Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunverici bərpa edilməsi mümkün olmayan hallar üzrə alternativ bərpa imkanları və bu imkanlarda istifadə edilməsi üçün imperativ tələblər müəyyən etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələbləri həmin normalar üzrə müəyyən edilən hallarının bərpasını bir neçə istiqamətdə tənzimləyir ki, bu hallara müvafiq sənədin itməsi, həmin sənədin qanuni bərpası imkanının qeyri mümkünlüyü, baş verdiyi andan edilməli həkətin təsdiq edilmədiyi halda həmin halın baş verib verməməsindən ibarətdir. Qeyd olunan imperativ tələblərə əməl edilməsi gələcəkdə bərpa və ya təsdiq edilməsi nəzərdə tutulmuş halın qanuni olaraq bərpası və ya təsdiqinə, habelə digər şəxslərin hüquqlarının pozulmamasına, eyni zamanda yeni məhkəmə mübahisələrinin yaranmamasına xidmət etməkdədir. Təqdim edilmiş ərizədə Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsinin müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.1-ci maddəsinə əsasən Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi Maraqlı şəxs2 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Maraqlı şəxs2 xx.xx.2023-ci il tarixdə vəfat etməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeyd aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4289/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4289/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver