Məhkəmə qərarları › İş №2(005)-434/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-434/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-434/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi-X2 iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sadıqov Yəhya Xıdır oğluna qarşı “kredit müqaviləsinin ləgv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sadıqov Yəhya Xıdır oğluna qarşı “kredit müqaviləsinin ləgv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, XDEN-00032-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 69161.15 manat əsas borc, 14297.73 manat faiz borcu, 1745.91 manat dəbbə borcu, ümumilikdə 85204.79 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 Bank “xxxx” ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə bağlanan xx.xx.2019-cu il tarixli, XDENG-00032-05/19A saylı sonra ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0.0168 ha torpaq sahəsinə və onun üzərində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, Ramiz Qəmbərov küçəsi, 36 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank ‘‘xxxx” ASCnin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00032-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 70000 (yetmiş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 xx.xx.2019-ci il tarixdə iddiaçıyla XDENG-00032-05/19A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0168 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini İpoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon baölantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 158 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında əlan kredit müqaviləsinin 2.10cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 69161 (altmış doqquz min bir yüz altmış bir) manat 15 (on beş) qəpik, faizlərin məbləği 14297 (on dörd min iki yüz doxsan yeddi) manat 73 (yetmiş üç) qəpik, dəbbo borcu 1745 (bir min yeddi yüz qırx beş) manat 91 (doxsan bir) qəpik təşkil edir. Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcu 85204 (səksən beş min iyi yüz dörd) manat 79 (yetmiş doqquz) qəpik təşkil edir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi X9 oglu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin vəsatət verərək iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sadıqov Yəhya Xıdır oğlu məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Cavabdeh1, Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sadıqov Yəhya Xıdır oğlunun iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00032-05/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən, bank tərəfindən borclu şəxsə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 70.000 (yetmiş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir; Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Promo” filialı ilə, borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDENG-00032-05/19A nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00032-05/19A nömrəli kredit müqaviləsinin təminatı qismində borclu şəxsə xüsusi mülkiyyət hüququ üzrə məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 1 ünvanlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur; İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 70.000 manat məbləgində pul verilmişdir. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanlı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olmaqla Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanlı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır; 23.09. 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə həmin tarixə xx.xx.2020-ci il tarixinə olan 69161.15 manat əsas borc, 14297.73 manat faiz borcu, 1745.91 manat dəbbə borcu, ümumilikdə 85204.79 manat məbləğində borcu vardır; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli QXM nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanlı fərdi yaşayış evinin hazırki bazar qiyməti 65.000 (altmış beş min) manat, likvid dəyəri 60.000 manat məbləğində müəyyən olunmuşdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Bank ‘‘xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00032- 05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 70000 (yetmiş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 xx.xx.2019-ci il tarixdə iddiaçıyla XDENG-00032-05/19A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0.0168 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evini İpoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon baölantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 158 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında əlan kredit müqaviləsinin 2.10cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 69161 (altmış doqquz min bir yüz altmış bir) manat 15 (on beş) qəpik, faizlərin məbləği 14297 (on dörd min iki yüz doxsan yeddi) manat 73 (yetmiş üç) qəpik, dəbbo borcu 1745 (bir min yeddi yüz qırx beş) manat 91 (doxsan bir) qəpik təşkil edir. Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcu 85204 (səksən beş min iyi yüz dörd) manat 79 (yetmiş doqquz) qəpik təşkil edir. İddiaçı tərəfindən Cavabdeh1 xx xxxxx 2020-ci il tarixdə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən məhkəmə qaydasında kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas və ona hesablanmış faiz borcu təmin edilməli, əsas borc üzrə 69161.15 manat, 14297.73 manat faiz borcu Cavabdeh1 tərəfindən iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, 1745,91 manat məbləğində cərimə (dəbbə) borcu 500 (beş min) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanlı fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni likvid dəyəri olan 60.000 (altmış min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, XDEN-00032-05/19A saylı kredit müqaviləsi ləgv edilsin. xx.xx.2019-ci il tarixli, XDEN-00032-05/19A nömrəli kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 69161.15 manat əsas borc, 14297.73 manat faiz borcu, 500 manat dəbbə borcu, ümumilikdə 83.958,88 (səksən üç min doqquz yüz əlli səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı, həmçinin 30 (otuz) manat məbləğində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh1 iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2019-cu il tarixli XDENG-00032-05/19A saylı ipoteka müqaviləsinə ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanlı fərdi yaşayış evinə yönəldilsin. Həmin ev açıq hərrac yolu ilə realizə edilsin. Evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 qızına verilsin. İpoteka predmeti olan ünvan 1 ünvanlı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən olunsun. Cavabdeh2 məxsus olan ünvan 1 ünvanlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar