Məhkəmə qərarları › İş №2(005)-4417/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4417/2025

27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4417/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi Sultan qızının iştirakı ilə, Ərizəçi Sultan qızının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə və onun dəlilləri Ərizəçi Sultan qızı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 11 oktyabr 1990-cı il təvəllüdlü X1 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunda ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X3 onun doğma qızıdır, 11 oktyabr 1990-cı il tarixdə anadan olmuş və 18 noyabr 1998-ci il tarixdə vəfat etdiyinə görə Ağcabədi rayon Xocavənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt hazırda xatırlamadıı səbəbdən onun ölümü haqqında şəhadətnaməni almamışdırlar. Sonrada ölüm haqqında şəhadətnamə almaq çün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etsə də, bundan imtina olunaraq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin mövqeyi Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O qeyd etdi ki, qızı Fatimə anadan gəlmə xəstə idi. Qızının anadan gəlmə qıcolmaları, ürəkgetmələri olurdu, həkim nəzarətində idi. Müəyyən müddət öz yanında qalsa da, Bakıda yaşadıqları mənzildə baxımı çətinlik yaratdığından Ağcabədi rayonunda ərizəçinin anasının himayəsində yaşamağa başlamışdı. Ərizəçi isə tez-tez onu görməyə gedir, baş çəkirdi. 1998-ci ildə ərizəçinin oğlunun adgününü qeyd etmək üçün Aöcabədi rayonuna gedirlər. Elə həmin vaxt mərhumənin vəziyyəti pisləşir və o vəfat edir. Çox sarsıldıqlarından ölüm sənədləşmə işləri ilə məşğul olmağı unudurlar, daha sonra isə yaddan çıxır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi qızıdır. X5 anadangəlmə xəstə idi, böyüdükcə vəziyyəti pisləşirdi. Uşağa şahidin bibisi - ərizəçinin anası baxırdı. 1998-ci ilin 18 noyabrında halı lap pisləşdi, təcili yardım maşını da gec gəldi, uşağı xilas etmək mümkün olmadı. Ağcabədi rayonu Xocavənd kənd qəbirstanlığında dəfn edildi. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onun qızı Fatimənin 7-8 yaşı olanda Ağcabədiyə apardılar. 1998-ci ildə orada rəhmətə getdi, yas mərasimində iştirak etmişdir. Uşaq anadangəlmə xəstə idi. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, mərhumə Fatimə isə bacısıdır. Şahidin 10 yaşını qeyd etmək üçün nənəsigilə getmişdirlər, bacısı da orada yaşayırdı. Elə onun ad günündə - 18 noyabr 1998-ci ildə bacısı rəhmətə getdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları - 30 saylı MKİS-in arayışından görünür ki, Ərizəçi həqiqətən H.Mirzəyev küçəsi, 53B nömrəli evdə mənzil qeydiyyatındadır; - Ağcabədi rayon Xocavənd bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhumə X3 11 oktyabr 1990-cı il tarixdə anadan olub 18 noyabr 1998-ci ildə vəfat etmişdir; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 “7 nömrəli Uşaq Poliklinikası” tərəfindən təqdim edilmiş 30 avqust 2025-ci il tarixli, 113 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il doğum tarixli X1 ölümünün qeydə alınması ilə bağlı 7 saylı Uşaq Poliklinikası xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” haqqında qərarın 4.3 və 4.8 bəndinə əsasən tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. -Bakı şəhər NərimanovRayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 91 saylı məktubundan görünür ki, Ərizəçi bildirilir ki, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. - XV-ЖГ seriyalı, № 456176 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 oktyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası Ərizəçi Sultan qızıdır. - Qəbirüstü abidənin şəklindən görünür ki, X3 xx.xx.1990-cı il tarixdə doğulmuş və xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarili, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 11 oktyabr 1990-cı il təvəllüdlü X1 18 noyabr 1998-ci ildə Ağcabədi rayonunda ev şəraitində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 10 oktyabr 1965-ci il təvəllüdlü 11 oktyabr 1990-cı il təvəllüdlü X1 18 noyabr 1998-ci ildə Ağcabədi rayonunda ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 oktyabr 1990-cı il təvəllüdlü X1 18 noyabr 1998-ci ildə Ağcabədi rayonunda ev şəraitində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar