Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4437/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 29.07.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X7 (10.11.1934-cü il təvəllüdlü) 29.07.2021-ci ildə onun evində, Baki şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi 26, mənzil 5-də rəhmətə qetmiş və Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 8 km qəbirstanlığına 30.07.2021-ci ildə dəfn olunmuşdur. Anasını dəfn edərkən 30.07.2021-ci ildə onunla bərabər dəfn mərasimində qohumları və qonşuları X3, X9, X5 və Heybətova Qalİna Andrcyevna iştirak etmişlər. Anasının ölüm barəsində tibbi şəhadətnamə almaq məqsədi ilə Nərimanov rayon 8 nömrəli poliklinikasına müraciyət etmiş, lakin anasının ölümündən sonra təcili yardım dəvət olunduğundan ölüm faktını təstiq etmək üçün Nərimanov Rayom 8 nömrəli poliklinikasına müraciət etdikdə göstərilən səbəbə görə ölüm barəsində tibi şəhadətnamə verməsinə imtina vermişdilər. Həmin imtinaya əsasən ölüm faktın qeydiyyata alınması ilə əlaqədar Maraqlı şəxsndən müraciət etmiş və imtina almışdır. Anasının xəstə olduğu vaxt pandemiya ilə əlaqədar karantin vaxtına təsədüff edildi və bu səbəbdən anasına müalicəsi məqsədi ilə ərazi üzrə həkin çağırmağa ehtiyyat etmişlər. Onun müalicəsini evdə həkimdən telefon məsləhəti almaqla aparmışlar. Qeyd etdiklərinin nəticəsi olaraq anasına ölüm barəsində tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm faktını təsdiq etdirmək üçün tibbi şəhadətnamə olmadığına görə bu faktı qanuna uyğun olaraq məhkəmə vasitəsi ilə təstiq etməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi (tərcüməçinin iştirakı ilə) ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 (tərcüməçinin iştirakı ilə) ifadəsində bildirmişdir ki, X1 qohumudur. Mərhum 29.07.2021-ci ildə vəfat etmişdir. Dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X4 (tərcüməçinin iştirakı ilə) ifadəsində bildirmişdir ki, mərhum onun anasıdır. X8 29.07.2021-ci il tarixdə ərizəçinin evində vəfat etmişdir. Dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE 00679002 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X8 10.11.1934-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin arayışından görünür ki, X8 Nizami rayonu “8 km“ qəbirstanlığında 30.07.2021-ci il tarixində dəfn olunmuşdur. Təcili və X6 Stansiyası tərəfindən verilmiş 29.07.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 29.07.2021-ci il tarixdə saat 14:00-da X2 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. X10 X12 1 nömrəli Poliklinika Şöbəsinin 06.08.2021-ci il tarixli məktubundan görünür ki, ölümə səbəb olan xəstəlik poliklinika şəraitində təstiq olunmamışdır. Qiyabi ölüm faktının həkin tərəfindən şəxsən təyin etmədən ölüm şəhadətnaməsinin tərtib edilməsi qadağandır. Maraqlı şəxs 172 saylı 11.08.2021-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq etdən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 10.11.1934-cü ildə Bakı şəhərində anadan olmuş X8 29.07.2021-ci il tarixdə vəfat edib və Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin Nizami rayonu “8 km“ qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 29.07.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.11.1934-cü ildə Bakı şəhərində anadan olmuş X2 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 29.07.2021-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4437/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4437/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver