Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4454/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin, Cavabdeh ilə 26 oktyabr 2013-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 0025 N-li qeyd-li nikah qeydinin pozulması və birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 450 manat məbləğində alimentin ona verilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh arasında Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin, 450 manat məbləğində alimentin ona verilməsi hissəsində təsdiq edilməsi və həmin hissədə icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə 26 oktyabr 2013-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olub ailə qurmuşlar. Nikahları 0025 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamışdır. Aralarında olan nikah əlaqələri faktiki olaraq uzun müddətdir kəsilmişdir. Barışmaq, gələcəkdə birgə ailə həyatlarının qorunub saxlanması mümkün deyil. Birgə nikahdan olan övladları halhazırda onun himayəsində yaşayırlar. Onun normal böyüməsi və tərbiyəsi üçün onun himayəsində qalması daha məqsədəmüvafiqdir. Mübahisənin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/11-2023-01154 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh ilə 26 oktyabr 2023-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulmasına razılıq verilmiş, eləcə də birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsində qalmasına və onun yetkinlik yaşına çatanadək hər ayın 10-a cəmi 450 manat aliment məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə razılığa gəlinmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək bildirmişdir ki maraqlı şəxs öz öhdəliyinin, barışıq sazişinin icrasından yayınır, bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01154 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. X6 X3 Tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 450 (dörd yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, tərəflərin birgə nikahından 21 iyul 2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi alimentin ödənilməsi hissəsində maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01154 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin aliment hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2023-cü ilin iyun ayının 15-dən başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin hissəvi təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01154 nömrəli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin:
1. X6 X3 tərəf Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq övladı 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər 450 (dörd yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva