Məhkəmə qərarları › İş №2(005)-4469/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4469/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4469/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4730 manat ödənilməmiş xidmət haqqının, hüquqi yardım üçün ödənilmiş 75 manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində 1 ədəd Mitsubishi L200 minik markalı, pikap tipli, ** RK *** dövlət nömrə nişanlı, 2008-ci ildə buraxılmış nəqliyyat vasitəsi vardır. Cavabdeh MMC ilə arasında bağlanmış 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə əsasən ona məxsus həmin nəqliyyat vasitəsi ilə cavabdehin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edilir. Bu xidmətin müqabilində haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İlkin olaraq xidmət haqqı vergilər daxil olmaqla 860.21 manat təşkil etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən hər növbəli ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında "xidmətlərin təhvil-təslim aktı" tərtib olunur, imzalanır, möhürlənir. 2.4-cü bəndinə əsasən "xidmətlərin təhvil-təslim aktı" imzalanıb, möhürləndikdən sonra 7 iş günü ərzində icraçı, yəni o əvvəlki ay üçün hesab-faktura tərtib edir. Sifarişçi, yəni cavabdeh həmin sənədi qəbul etdikdən sonra icraçıya ödəniş edir. 18.10.2010-cu il tarixli müqaviləyə 01.09.2020-ci il tarixli 1 nömrəli əlavəyə əsasən aylıq xidmət haqqının məbləği vergilər daxil olmaqla 1075 manat nəzərdə tutulmuşdur. 2021-ci ilin yanvar ayından may ayının sonunadək 5 ay üçün xidmət haqqı ödənilməmişdir. Tərəflər arasında, müqavilədə nəzərdə tutulan qaydada, "xidmətlərin təhvil-təslim aktı" imzalanıb, möhürlənmişdir. Onun tərəfindən elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən məbləğ ödənilməmiş, ödənilməyən ümumi məbləğ 4730 manat təşkil edir. Dəfələrlə cavabdehdən xidmət haqqını ödəməsini tələb etsə də, nəticə verməmişdir. 26.05.2021-ci il tarixində tərəflər arasında xitam barədə razılaşma ilə müqaviləyə xilam verilmişdir. 17.08.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə təklif etmişdir ki, 7 gün müddətində borc məbləğini ödəsin, lakin cavabdeh məktubu almasına baxmayaraq, cavab verməmiş və eyni zamanda ödəniş edilməmişdir. Göstərilənləri ona vurulmuş maddi zərər kimi qiymətləndirir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən İcraçı, özünə məxsus 1 ədəd Mitsubishi L200 minik markalı nəqliyyat vasitəsi ilə (Tip:Pikap, D.N.N: ** RK ***, buraxılış ili: 2008-ci il) Sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Müqavilə üzrə nəqliyyat vasitəsinin aylıq xidmət haqqı vergilər daxil 860,21 manat təşkil edir. Müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə aparılır. 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə 01.09.2020-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilmiş və mqavilə üzrə 1 aylıq xidmət haqqı vergilər daxi 1075 manat təşkil etmişdir. 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə 26.05.2021-ci il tarixli müqaviləyə xitam barədə razılaşmadan görünür ki, tərəflər razılaşmış ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsinə xitam verilsin. 16 nömərli Xidmətlərin təhvil-təslimi aktından görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı 2021-ci ilin yanvar ayı ərzində 967,50 manat məbləğində xidmət göstərmişdir. 17 nömərli Xidmətlərin təhvil-təslimi aktından görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı 2021-ci ilin fevral ayı ərzində 1003,33 manat məbləğində xidmət göstərmişdir. 18 nömərli Xidmətlərin təhvil-təslimi aktından görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı 2021-ci ilin mart ayı ərzində 931,67 manat məbləğində xidmət göstərmişdir. 19 nömərli Xidmətlərin təhvil-təslimi aktından görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı 2021-ci ilin aprel ayı ərzində 1075 manat məbləğində xidmət göstərmişdir. 20 nömərli Xidmətlərin təhvil-təslimi aktından görünür ki, 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı 2021-ci ilin may ayı ərzində 752,50 manat məbləğində xidmət göstərmişdir. İddiaçı təqdim etdiyi Malların, işlərin və xidmətlərin təqdim edilməsi qaimələrindən görünür ki, 2021-ci ilin yanvar ayı ərzində 967,50 manat, 2021-ci ilin fevral ayı ərzində 1003,33 manat, 2021-ci ilin mart ayı ərzində 931,67 manat, 2021-ci ilin aprel ayı ərzində 1075 manat və 2021-ci ilin may ayı ərzində 752,50 manat məbləğində xidmət göstərmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, 7 gün ərzində 18.10.2019-cu il tarixli xidmət müqaviləsi üzrə 4730 manat borc məbləğini ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh MMC İddiaçı aldığı əşyanın məbləği qarşılığında öhdəliyini icra etməmiş və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi İddiaçı tərəfindən 4730 manat məbləğində pul Cavabdeh MMC-dən tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş təhvil-təslim aktlarından görünür ki, iddiaçının xidmətləri görməsini aktla qəbul etmişlər, lakin həmin xidmətlərin haqqının ödənilməsi barədə sübut təqdim edilməmişdir. Bununla belə İddiaçı təqdim etdiyi malların, işlərin və xidmətlərin təqdim edilməsi qaimələrindən görünür ki, 2021-ci ilin yanvar ayı ərzində 967,50 manat, 2021-ci ilin fevral ayı ərzində 1003,33 manat, 2021-ci ilin mart ayı ərzində 931,67 manat, 2021-ci ilin aprel ayı ərzində 1075 manat və 2021-ci ilin may ayı ərzində 752,50 manat məbləğində xidmət göstərmiş, lakin pul ödənilməmişdir. Ödənilməmiş məbləğ ümumi olaraq 4730 manat təşkil edir. Pulun ödənilməsi ilə bağlı İddiaçı təqdim etdiyi hər cavabdehin ödənişlərin edildiyi "xxxx" ASC-nin hesabdan çıxarışından da təsdiqlənir ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabr ayı üçün olmuş, 2021-ci ilin yanvar ayından ödənilməli olan pul məbləği isə İddiaçı bank hesabına köçürülməmişdir. İddia tələbinin hüquqi yardımın ödənilməsinə dair hissədə isə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 16.07.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh MMCndan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 18.10.2019-cu il tarixli, KTTX 92/1019 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 4730 manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı Əmirxan oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar