Məhkəmə qərarları › İş №2(005)-448/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-448/2021

19.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-448/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair ilk, iddiaçı X15 qanuni nümayəndəsi Cavabdeh X4 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2010-cu ildə Natiq X9 (Hüseynova) ilə nikaha daxil olmuş, birgə nikahdan X26 anadan olmuşdur. xx xxxx 2013-cü ildə X37əli oğlu "xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə 16929 saylı alqı-satqı müqaviləsini bağlamış, həmin müqavilə ilə X37əli oğlu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 138 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 112.32 kv metr mənzili almışdır. xx xxxxxx 2013-cü ildə Nərimanov Rayon Məhkəməsinin 2(003)-4197/13 saylı qətnaməsi ilə onların arasında bağlanan nikaha xitam verilmiş, tərəflərin rəsmi nikahından anadan olan yetkinlik yaşına çatmayan uşaqları X26 anasının himayəsində saxlanılmış, hər ay 100 manat alimentin ödənilməsi qət edilmişdir. 2015-ci ildə X37əli oğlunun keçmiş arvadı X22 ümumi əmlakdakı payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini, X37əli oğlu da öz növbəsində qarşılıqlı iddia ərizəsi verərək X12 ümumi əmlakdakı pul vəsaitinin 1/2 hissəsinin tələbinə dair iddia qaldırmışdır. Sabunçu rayon məhkəməsinin 2(008)-7406/15 saylı, x xxxx 2015-ci il tarixli qətnaməsi ilə hər iki iddia ərizəsi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-895/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Hüseynova (Əhədova) Sevinc Hüseyn qızının apelyasiya şikayəti qismən təmin edilmişdir. "xxxx’’ ASC tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112,32 kv metr olan mənzilinə Cavabdeh və X37əli oğlunun hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2496/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, "xxxx” ASC tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok 14-cü mərtəbə 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilinə Cavabdeh və X37əli oğlunun hər birinin ½ hissədə payları müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təsdiqlənmişdir. xx xxxxxx 2017-ci ildə oğlu X37əli oğlu ağciyər xərçəng xəstəliyindən Bakı şəhərində vəfat edib. Oğlu X37əli oğlu keçmiş gəlini Hüseynova (Əhədova) Sevinc Hüseyn qızı arasında olan nikah pozulduqdan sonra oğlu onunla birgə yaşamışdır. Gəlininə məxsus bütün onun əşyalar evində idi. Bu əşyaların şəkilləri hazırkı iddia ərizəsinə əlavə edilmişdir. X37əli oğluna məxsus olan bütün əmlakı ölən gündən bəri onun faktiki sahibliyindədir. Yalnız Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilin sahibliyi hələ də ona keçməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilində iddiaçının payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X15 qanuni nümayəndəsi Cavabdeh X4 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 895/16 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə birgə nikah dövrürdə X22 və X37əli oğlu ilə birlikdə “Akkord Sənaye Tikinti investisiya Korperasiyasi’ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilə hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qanunvericiliyin tələbinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Hazırda isə X37əli oğlunun uşağı X26 qanun üzrə vərəsəsidir. Buna görə də Bakı şəhəri. Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilin 1/2 hissədə yəni X37əli oğlunun payı olduğundan həmin hissəyə onun uşağı X15 payı tanınmalıdır. Qeyd edilənlərə əsasən qarşılıqlı iddia icraata götürülməklə, iddiaçı X3 Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi barədə iddiasının təmir olunmaması, iddiaçı X15 qanuni nümayəndəsi Cavabdeh X6 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair, yəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilə ½ hissədə yəni X37əli oğlunun payı olduğundan həmin hissəyə onun uşağı X15 payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında ilk iddianın təmin, qarşılıqlı iddia ərizəsiin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin rədd, ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC ilə alıcı X37əli oğluna xx.xx.2013-cü il tarixli 16929 №-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Bakı şəhərində, Sabunçu rayonu ərazisində 3595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 112,32 kv.metr olan mənzili Alıcıya satmağı, Alıcı isə bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərinin qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)-7416/15 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşılıqlı iddia üzrə iddiaçı X37əli oğluna qarşı ümumi əmlakdakı payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və X37əli oğlunun X16 qarşı ümumi əmlakdakı pul vəsaitinin 1\2 hissəsinin tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(103)-895/16 saylı qətnaməsi ilə Hüseynova (Əhədova) Sevinc Hüseyn qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7406/2015 saylı iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC tərəfindən inşa edilmiş Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y .Əliyev küçəsi, 6 saylı binanın, 1-ci blok,14-cü mərtəbə, 164 saylı (əvvəki 138), 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzilinə Hüseynova (Əhədova) Sevinc Hüseyn qızının və X37əli oğlunun hər birinin 1/2 hissədə payları müəyyən edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, ilkin iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumunun X37əli oğlundan alınaraq Hüseynova (Əhədova) Sevinc Hüseyn qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(102)-2496/16 saylı qətnaməsi ilə cavabdeh X37əli oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-895/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materialında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X37əli oğlu xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, AZ-İ 946011 №-li doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X18 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X31, anası X5r. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 728205 №-li doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X26 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X37əli oğlu, anası X17r. İş materiallarına əlavə edilmiş “xxxx” ASC ilə X37əli oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 16929№-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y .Əliyev küçəsi, 6 saylı binanın, 1-ci blok,14-cü mərtəbə, 164 saylı (əvvəki 138), 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzili X37əli oğlu tərəfindən satın alınmışdır. İş materiallarına əlavə edilmiş 7663№-li maliyyə arayışından görünür ki, X37əli oğlunun Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y .Əliyev küçəsi, 6 saylı binanın, 1-ci blok,14-cü mərtəbə, 164 saylı (əvvəki 138), 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzilinə dair heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə aşağıdakılar qeyd etməyi zəruri bilir: İşin araşdırılmış hallarından göründüyü kimi, hazırki iş üzrə miras əmlakı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilin ½ hissəsi təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər miras qoyanın bərabər paylı vərəsələri olduğundan, onların hər birinin miras əmlaka bərabər payları müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ X2 Cavabdeh qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair ilk və X15 qanuni nümayəndəsi Cavabdeh X4 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilinə X2 1/4 hissədə və X15 1/4 hissədə payları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar