Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4552/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası Novruzova Lalə Abbas qızının 09.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsinə dar qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X7 onun anasıdır. O, 1953-cü ildə Ermənistan Respublikasının, Quqark rayonunda doğulmuşdur. 2021-ci ilin yanvar ayının 11-də o, insult keçirmiş, onda sonra səhhətindəki problemlər artmışdır. Müalivə almasına baxmayaraq anası 09.08.2021-ci il tarixində vəfat etmişdir. Anası ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 09 avqust 2021-ci il tarixdə mərhum anası X3 vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək vəfat etmişdir. Qeyd edilən hal Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarılq vərəqəsindən də görünür ki, 09 avqust 2021-ci il tarixdə mərhum anasını Sabunçu rayonu, Ramana qəbirstanlığında dəfn edilmişdir. O, 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Maraqlı şəxsnə mərhum anasının ölümünün qeyd alınması ilə barədə müraciət etsə də , ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməssindən imtina edilmişidir. Bu səbəbdən Nərimanov Rayon Məhkəməsinə müraciət etmək Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, ərizəçi onun qonşusudur, 32 ildir ki eyni məhəllədə yaşayıbıar. Şahid həmin məhəlləyə gəlin köçmüşdür, o vaxtdan qapı qonşu kimi yaşayıblar. Mərhumə oğlu ilə birlikdə yaşayırdı. Rəhmətə getdiyi tarixi dəqiq xatırlamır, lakin təzə rəhmətə gedib. Dəfndə iştirak edib, xəstəliyi o idi ki, yaşlı adam idi, təzyiqi vardı. Bildirir ki, mərhum beyninə qan sızması nəticəsinə dünyasını dəyişmişdir. Mərhumun yas mərasimində qonşularla birlikdə iştirak etmişdir. Lakin pandemiya ilə əlaqədar dəfn olunduğu qəbiristanlığa gedə bilməmişdir. Məhkəmə iclasında şahid X8 ərizəçinin qaynanası olduğunu qeyd etmiş, şahid X2 ifadələrinə uyğun ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Maraqlı şəxs 13 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 09 avqust 2021-ci il tarixdə, saat 06:20-də X3 adına olan çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Ramana Bələdiyyəsinin 06 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X7 09 avqust 2021-ci il tarixdə Südçülük sovxozu ərazsində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 26 iyun 1992-ci il tarixdə verilmiş, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Lalə Abbas qızı 05.1.1953-cü il tarixində Ermənistan rayonu, Quqark rayonunda anadan olmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 07 may 1987-ci il tarixində 68 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 qəbirüstü abidəsi mövcuddur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 09 avqust 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və 09 avqust 2021-ci il tarixdə Südçülük sovxozu ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 09 avqust 2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 09 avqust 2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4552/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4552/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver