Məhkəmə qərarları › İş №2(005)-4587/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4587/2022

20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4587/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktı tələbinə dair iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 27 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum Ərizəçi onun atası idi. ərizəçinin mərhum atası X5 xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsində (YAPın ofisi qarşısında) vəfat etmişdir. Mərhum atasını el qaydasında dəfn etmişlər. Mərhum atası X5 üçün ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini tələb etdikdə maraqlı şəxs 5 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat Şöbəsi xx.xx.2022-ci il tarixli №050/1937776 məktubunda göstərilmişdir ki, atası X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsini təmin edə bilməmişlər və aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, mərhum onun bacısının qaynatasıdır. 27 sentyabr 2022-ci il tarixdə işdən çıxarkən dayanacaqda ürəyi dayanaraq rəhmətə getmişdir. 28 sentyabr 2022-ci il tarixdə Qax rayon Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. Şahid ifadəsində qeyd etmişdir ki, dəfndə iştirak edib. Məhkəmə iclasında şahid X2 ərizəçinin onun dostu olduğunu qeyd etmiş, bildirmişdir ki, dostu ona 27 sentyabr 2022-ci il tarixində zəng edərək atasının rəhmətə getdiyini demişdir. 27 sentyabr 2022-ci il tarixdə işdən çıxarkən dayanacaqda ürəyi dayanaraq rəhmətə getmişdir. 28 sentyabr 2022-ci il tarixdə Qax rayon Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. Şahid ifadəsində qeyd etmişdir ki, dəfndə iştirak edib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin 06 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X1 Stansiyası 2 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 17:07-də X3 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X5 28 sentyabr 2022-ci il tarixdə Qax rayon Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş, AZE seriyalı, 08709771 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1960-cı ildə Qax rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4 Nömrəli Şəhər Poliklinikanın Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində küçədə qəflətən vəfat etdiyindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Qax rayon İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X5 28 sentyabr 2022-ci il tarixdə Qax rayon Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 27 sentyabr 2022-ci ildə Bakı şəhərində vəfat etmiş və 28 sentyabr 2022-ci il tarixdə Qax rayon Ləkit kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən, X3 27 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 27 sentyabr 2022-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar