Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-46/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “23” sentyabr 2013-cü il tarixli, 01268 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7009,35 ABŞ dolları, faiz üzrə 1468,67 ABŞ dolları, ümumilikdə 8478,02 ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunu tutularaq “xxxxxxxxxxx” QSC-nin xeyrinə ödənilməsi; kredit borcunu Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Matrix” minik” markalı (mühərrik G4ED9W172852, ban NLHPN81CBBAZ072540, ağ rəngli) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “xxxxxxxxxxx” QSC-nin hesabına ödənilməsi ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC-nin icraçı direktoru Süleyman Bəkirov iddianın təminetmə tədbiri qismində əmlak üzərinə həbs qoyulmasına dair ərizə ilə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Matrix” minik” markalı (mühərrik G4ED9W172852, ban NLHPN81CBBAZ072540, ağ rəngli) avtomobilin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulması, avtomobilin istismarı qadağan edilməsi və mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3571/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı MMC məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia tələbindən imtina etdiklərini, hazırki iddiadan imtina edilməsi halında eyni iddia tələbləri ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının olmamasının onlara aydın olduğunu bildirmiş, yekunda iddiaçı tərəf iddia tələbindən imtina etməklə hazırkı mülki işin icraatına xitam verilməsini və xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X2 mülki iş üzrə icraata xitam verilməsinə və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddiaçının iradəsini ifadə etdiyindən ərizə təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməli və iddianı təmin etmə tədbiri ləğv edilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı MMC-nin iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 158.1.1-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 162.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə iddiaçının ərizəsi ilə yanaşı iddiaçı tərəfin ərizəsini və iş materiallarını nəzərdən keçirərək bildirir ki, hazırda zərurət aradan qalxmış, yəni tərəflər razılığa gəlmişdir. Bu səbəbdən mülki işlə bağlı iddianın təmin tədbiri ləğv edilməli, Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Matrix” minik” markalı (mühərrik G4ED9W172852, ban NLHPN81CBBAZ072540, ağ rəngli) avtomobilin üzərindən həbs götürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Matrix” minik” markalı (mühərrik G4ED9W172852, ban NLHPN81CBBAZ072540, ağ rəngli) avtomobilin üzərindən həbs götürülsün. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-46/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-46/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver