Məhkəmə qərarları › İş №2(005)-46/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-46/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-46/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X6, İlkin iddia üzrə Cavabdeh2, İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin cavabdehlər Cavabdeh1-nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməs və s. ” ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı-a qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin cavabdehlər Cavabdeh1-nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Cavabdeh8 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməs və s. ” ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh3 müştərək qaydada cəmi 739.670,61 manat (əsas borc 548.115,00 manat; faiz borcu 191.555.61 manat) məbləğində kredit borcunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu. Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsinə. Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m, yaşayış sahəsi 56,1 kv.m olan 2 otaqlı 1 saylı mənzilə, Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,55 kv.m, yaşayış sahəsi 75,55 kv.m olan 5 otaqlı 34 saylı mənzilə, Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,1 kv.m. yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 126.2 kv.m. yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsi, həmir əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi: Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət olmadıqda qalan məbləğin “Kapital Tikinti" MMC-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehlər “Kapital Tikinti" MMC-nin və Cavabdeh3 mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “Aqrarkredit’ QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 193.773,33 manat (əsas borc 150.000,00 manat: faiz borcu 43.773,33 manat) məbləğində kredit borcunun “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında istifadədə olan 0,00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı. 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi: Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət olmadıqda qalan məbləğin Cavabdeh2 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə ‘'Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər "Kapital Tikinti” MMC-dən, Cavabdeh2 və X3 müştərək qaydada tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X12 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər “Kapital Tikinti"' MMC-dən və Cavabdeh3 müştərək qaydada cəmi 493.870,61 manat (əsas borc 302.315,00 manat; faiz borcu 191.555,61 manat) məbləğində kredit borcunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması; Borc tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m, yaşayış sahəsi 56,1 kv.m olan 2 otaqlı İ saylı mənzilə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun Ödənilməsinə yönəldilməsi; Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh1-yə və Cavabdeh3 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehlər Cavabdeh1-nin və X7 mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, miivafıq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Cavabdeh2 74.596,23 manat (əsas borc 30.822,90 manat; faiz borcu 43.773,33 manat) məbləğində kredit borcunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüqaqlarına xitam verilməsi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı-a qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə aralarında 25.06.2014-cü ildə bağlanmış 097/14 saylı ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə (bundan sonra – “Tələbin güzəşti müqaviləsi”) əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - “Kapital Tikinti" MMC) qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktı əsasında, Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ isə 18 avqust 2017ci il tarixli, S-FK-186 saylı təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktına əsasən Cavabdeh1-nin təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə cəmi 739.670,61 manat (əsas borc 548.115.00 manat; faiz borcu 191.555,61 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" ASC arasında bağlanmış 04.09.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən yaranmışdır. 26 dekabr 2018-ci il tarixə cavabdeh “Kapital Tikinti” MMC-nin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 739.670,61 manat (əsas borc 548.115,00 manat; faiz borcu 191.555.61 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq, borcverən "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borcalan "Kapital Tikinti” MMC və zamin Cavabdeh3 arasında bağlanmış 05.10.2012-ci il tarixli. 031-12 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə boreverən qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, bu borcun təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 06 noyabr 2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsi onun vermiş olduğu etibarnamə (07 iyul 2012-ci il tarixdə reyestrdə 7-H-29/21069 nömrəsi ilə qeyd edilmiş AR-i 195638 Nli etibarnamə) əsasında Cavabdeh3 ilə "xxxx" ASC və "Kapital Tikinti” MMC arasında bağlanmış 10.10.2012-ci il tarixli. 225/12 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 18.10.2012) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1810 nömrəli reyestr kitabının 166605 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m. yaşayış sahəsi 56.1 kv.m olan 2 otaqlı 1 saylı mənzil Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli, 055/13 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi: 14.02.2013) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2214 nömrəli reyestr kitabının 205954 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,55 kv.m. yaşayış sahəsi 75,55 kv.m olan 5 otaqlı 34 saylı mənzil Cavabdeh6 ilə "xxxx" ASC və “Kapital 'Tikinti" MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli, 063/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit Öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 67.6 kv.ın olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC və Kapital Tikinti MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli. 064/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 fevral 2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97227 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 52.4 kv.m. yaşayış sahəsi 30.7 kv.m olan 2 otaqlı 1 saylı mənzil "Kapital Tikinti” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 25.04.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2008-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 634 nömrəli reyestr kitabının 58186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh8 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m. yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzil "Kapital Tikinti“ MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 20.11.2014) dövlət reyestrindən çıxarış verilmişdir. 18 avqust 2017-ci il tarixli. S-FK-186 saylı təhvil-təslim aktına əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə cəmi 193.773.33 manat (əsas borc 150.000.00 manat: faiz borcu 43.773.33 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 03.03.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. 26 dekabr 2018-ei il tarixə Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 193.773,33 manat (əsas borc 150.000.00 manat; faiz borcu 43.773.33 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında istifadədə olan 0,00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,1 kv.m. yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 vermiş olduğu etibarnamə (03 dekabr 2014-cü il tarixdə reyestrdə 7F-35277 nömrəsi ilə qeyd edilmiş (ƏN-№ 482723) etibarnamə) əsasında Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 03 mart 2015-ei il tarixli. 032/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 03 mart 2015-ci il tarixli 7662 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün ‘'Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Orazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 07.03.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər “Kapital Tikinti" MMC, Cavabdeh2 və X10 (zamin) borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmelinə tutmanın yönəldilməsinə dair digər cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və X2 bildirişlər verilmişdir. Eyni zamanda reyestr orqanına ərizələr göndərilmişdir. Ərizələr bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər həmin bildirişə münasibətini bildirməmişlər. Cavabdehlər "Kapital Tikinti” MMC, Cavabdeh2 və Cavabdeh3 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, onlar tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün devil. Buna görə də qeyd edilən borcun ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2 və Cavabdeh3 oğlana məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Cavabdehlər “Kapital Tikinti’’ MMC və Cavabdeh2 ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən kredit müqavilələrin standart şərtləri eyni məzmunludur, yalnız borcun məbləği, qaytarılma müddəti, faiz dərəcələri fərqlidir. Belə ki. kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən müqavilənin predmeli pul öhdəliyidir. Müqavilələrin 2.3-cü bəndinə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi. Müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Borcverən “Azərbaycan Beynəlxalq Bankı'’ ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış 05.10.2012-ci il tarixli. 031-12 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Cavabdeh3 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə borcverən qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin borcverən qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Yekun olaraq hesab edilir ki, cavabdehlər “Kapital Tikinti" MMC, Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə öz öhdəliklərini pozmuşdur - bu səbəbdən borc məbləği iddiaçının xeyrinə tutulmalıdır: qeyd edilən borc məbləğinin qaytarılınası üçün cavabdehlər "Kapital Tikinti” MMC-nin, Cavabdeh2 və Cavabdeh3 maddi vəsaiti yoxdur; Cavabdeh1 hüquqi şəxs olduğu üçün öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir; cavabdehlər öhdəliklərini icra etmək iqtidarında olmadığı üçün tutma ipoteka predmeti olan əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərracda satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayet etmədikdə qalan məbləğ cavabdehlər “Kapital Tikinti" MMC-nin. Cavabdeh2 və Cavabdeh3 bütün əmlakına yönəldilməlidir: cavabdehlərin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və iddiaçının mülkiyyət hüquqları tanınmalıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kapital Tikinti MMC ilə Azərbaycan Beynəlxalq Bankı arasında 04.09.2012-ci ildə 3981 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh4 2014-cü ildə Cavabdeh3 təsisçisi olduğu Kapital Tikinti MMC-nin götürəcəyi kreditə görə iddiaçı Cavabdeh4 ona məxsus Nərimanov rayonu, Həsənqulu küçəsi, 2 nömrəli evin, l saylı mənzilini Azərbaycan Beynəlxalq Bankına ipoteka ilə yüklü edilməsinə razılaşdıraraq 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsini bağlamışdır. Cavabdehlə aralarında bağlanmış 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsi ilə o mənzilini 1 il müddətinə bankın xeyrinə ipoteka ilə yüklü elan etmişdir. 05.03.2019-cu ildə Azərbaycan Beynəlxalq Bankına müraciət edərək bir ilin tamamlanmasını və müqavilənin bitməsinin də üzərindən xeyli müddət keçməsini nəzərə alaraq 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş ona məxsus Nərimanov rayonu, Həsənqulu küçəsi, 2 nömrəli evin, 1 saylı mənzilinin yüklülüyünün aradan qaldırılmasını və müqavilənin ləğv edilməsini 3 gün ərzində təmin edilməsini xahiş etmişdir. Həmin məktubuna Bank tərəfindən cavab verilsə də məsələnin mahiyyəti barədə bir kəlmə belə qeyd edilməmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında bağlanmış 25.06.2014-cü ildə 097/14 saylı ipoteka müqaviləsinin bağlanmasının üzərindən 5 ilə, həmin müqavilənin müddətinin bitməsinin üzərindən isə 4 il keçməsinə baxmayaraq cavabdehin müqaviləni ləğv etməməsi səbəbindən o, mənzili üzərində sərəncam hüququmu həyata keçirdə bilmir. Həmçinin həmin ipoteka müqaviləsi üzrə əsas kredit müqaviləsi də məhs 1 il müddətinə bağlanmışdı və həmin müqavilənin də müddətinin bitdiyi tarixdən 6 il müddət keçmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı - ilkin iddia üzrə Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 iddi ərizəsinin məzmununa uyğun ifadə verərək ilkin iddia ərizəsinin ləğv edilrək qarşılıqlı iddia ərizsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 onun nümayəndəsi və vəkili Vəkil2 da oxşar məzmunlu izahat verərək ilkin iddia ərizəsinin ləğv edilrək qarşılıqlı iddia ərizsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 bildirmişdir ki, ipotekaya qoyulmuş Cavabdeh7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanda yerləşən mənzil 07.05.2015-ci il tarixli Satıcı Cavabdeh7 ilə alıcı X9 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə satıcı Cavabdeh7 ünvan 8 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X4 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 135000 manat Bankın nümayəndəsi X8, 5000 manat isə satıcı Cavabdeh7 ödəniləcəkdir. Azərbaycan Beynəlxalq Bank 130.000 manat məbləği aldıqdan sonra əmlak ipotekadan azad olunmuşdur. Bu hal məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə Borcalan Cavabdeh1 arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 300000 manat məbləğində kredit xətti açılmış, məbləğ ssuda hesabına köçürmüş, kredit vəsaitindən istifadə müddəti 12 ay müəyyən edilmişdir (bitmə tarixi 04.09.2013, kredit üzrə faiz - hər gün illik 16%). Həmin müqaviləyə edilmiş 1 nömrəli 28.08.2013-cü il tarixli dəyişikliyə əsasən: müqavilənin 2.2 bəndində qeyd olunan 300000 manat məbləğə 200000 manat əlavə edilmiş, ilkin müqavilədə açılmış kredit xəttinin məbləği 500000 manat, kredit vəsaitindən istifadə müddəti 12 ay müddətə 24 ay əlavə edilərək 36 ay, bitmə tarixi 04.09.2015 müəyyən edilmişdir. Həmin müqaviləyə edilmiş 2 nömrəli 27.06.2014-cü il tarixli dəyişikliyə əsasən: müqavilənin 2.2 bəndində qeyd olunan 500000 manat məbləğə 200000 manat əlavə edilmiş, ilkin müqavilədə açılmış kredit xəttinin məbləği 700000 manat, kredit vəsaitindən istifadə müddəti 36 ay müddətə 12 ay əlavə edilərək 48 ay, bitmə tarixi 04.09.2016 müəyyən edilmişdir. Həmin müqaviləyə edilmiş 27.06.2015-ci il tarixli dəyişikliyə əsasən: 04 sentyabr 2012ci il tarixli 3981 nömrəli kredit müqaviləsi üzrə mövcud olan 548,115 manat məbləğində əsas borcun və faizlərin 16 ay müddətinə 09 sentyabr 2016-cı il tarixinədək borc alan tərəfindən ödənilməsi öhdəsinə götürülmüşdür. Borcverən "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə Borcalan Cavabdeh2 arasında bağlanmış 03.03.2015-ci il tarixli 7662 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 150000 manat məbləğində kredit vermiş, kredit vəsaitindən istifadə müddəti 24 ay müəyyən edilmişdir (bitmə tarixi 03.03.2017, kredit üzrə faiz - hər gün illik 16%). Borcverən "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə Borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış 05.10.2012-ci il tarixli 031-12 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, borcverənlə borcalan arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsi üzrə öhdəlik borcalan tərəfindən icra edilmədikdə 3 gün müddətinə zamin tərəfindən icra edilməlidir. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka qoyan” Cavabdeh5, Cavabdeh3 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 10.10.2012-ci il tarixli 225/12 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 16ində mülkiyyətdə olan 1.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (150000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 18.10.2012-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə Cavabdeh5 tərəfindən 10.10.2012-ci il tarixdən başlayaraq 12 ay müddətinə 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 06.11.2009-cu il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 1.0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh5 mülkiyyətindədir. “İpoteka saxlayan” "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka qoyan” Cavabdeh7 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 11.02.2013-ci il tarixli 055/13 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 9 ünvanında yerləşən 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir (115000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 14.02.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 126ov rayonu, Faiq Yusifov küçəsi, ev 31, məzil 1 "xxxx" ASC-nin xeyrinə Cavabdeh7 tərəfindən 12 ay müddətinə 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 29.01.2013-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, məzil 1 xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh7 mülkiyyətindədir. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka verən” Cavabdeh6 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 04.06.2015-ci il tarixli 063/15 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 10 ünvanda yerləşən 5 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir (75000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 23.10.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 10 xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh6 mülkiyyətindədir. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka verən” Cavabdeh3 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 04.06.2015-ci il tarixli 064/15 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 nömrəli kredit müqaviləsinin təminatı kimi “ABB Premyer” Müştəri Xidmətində ipoteka ilə yüklü edilmiş ünvan 11 ünvanda yerləşən 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (150000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 14.02.2015-ci il qeydiyyat tarixli RX seriyalı 057420 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh3 mülkiyyətindədir. X5 tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, o, Cavabdeh3 məxsus ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidmətinə sonrakı ipotekaya qoyulmasına etiraz etmir. Həmin müqavilənin şrtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə həmin mənzilə yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürür. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka qoyan” Cavabdeh4 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 25.06.2014-ci il tarixli 097/14 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 25.06.2014-cü il tarixli 6785 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 12 ünvanında yerləşən 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir (95000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 25.04.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 13 "xxxx" ASC-nin xeyrinə Cavabdeh4 tərəfindən 12 ay müddətinə 25.06.2014-cü il tarixli 6785 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01.02.2011-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh4 mülkiyyətindədir. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka qoyan” Cavabdeh8 və “borc alan” Cavabdeh1 arasında bağlanmış 25.06.2014-ci il tarixli 098/14 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 25.06.2014-cü il tarixli 6785 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 14 ünvanında yerləşən 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir (150000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX-dən verilmiş 29.01.2008-ci il qeydiyyat tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində istifadədə olan 3 otaqlı 158 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 20.11.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 15 mənzil 158 "xxxx" ABB Premyer” Müştəri Xidmətinin xeyrinə Cavabdeh8 tərəfindən 12 ay müddətinə 25.06.2014-cü il tarixli 6785 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. “İpoteka saxlayan” - "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri xidməti ilə “ipoteka verən” Cavabdeh3, etibarnamə əsasında çıxış edən Cavabdeh7 və “borc alan” Cavabdeh2 arasında bağlanmış 03.03.2015-ci il tarixli 032/15 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 03.03.2015-ci il tarixli 7662 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 11 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (150000 manat məbləğində qiymətləndirilmişdir). AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 14.02.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh3 mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 07.03.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" ABB Premyer” Müştəri Xidmətinin xeyrinə Cavabdeh3 tərəfindən 03.03.2015-ci il tarixli 7662 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 üzrə borclar aşağıdakı şəkildə təşkil edir: İddiaçı QSC-nin idarəetməsinə verilmiş borc: 150000 azn əsas, 43773,33 azn faiz, 193773,33 azn cəmi; İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borcdan azalma: 0 azn əsas, 0 azn faiz, 0 azn cəmi; Borcun qalığı: 150000 azn əsas, 43773,33 azn faiz, 193773,33 azn cəmi. Satıcı Cavabdeh7 ilə alıcı X9 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən surətindən görünür ki, satıcı Cavabdeh7 ünvan 8 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X4 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə aparılmışdır. Mənzilin satış qiymətindən, yəni 135000manatdan 130000 manat Azərbaycan Beynəlxalq Bankının nümayəndəsinə və qalan 5000 manat satıcı - Cavabdeh7 ödənilib. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 27.02.2014-cü il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsi (əkin) xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04.09.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsi, həmin müqaviləyə bağlanmış 28.08.2013-cü il tarixli 1 saylı əlavə, 27.06.2014-cü il tarixli 2 saylı əlavə və 27.05.2015-cİ il tarixli əlavənin şərtləri nəzərə alınmaqla "KAPİTAL TİKİNTİ” MMC-nin 19.06.2017-ci il tarixə (Təhvil-təslim aktının tarixinə) banka olan əsas və faiz borcu 603.703,95 manat məbləğində müəyyən edilir, o cümlədən: 19.06.2017-ci il tarixə: əsas borc üzrə 548.115,00, faiz borcu üzrə 55.588,96, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03.03.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh2 18.08.2017-ci il tarixə (Təhvil-təslim aktının tarixinə) banka olan əsas və faiz borcu 208.906,67 manat məbləğində müəyyən edilir, o cümlədən: 18.08.2017-ci il tarixə: əsas borc üzrə 150.000,00 manat, faiz borcu üzrə 58.906,67 manat. Ekspert qarşısında qoyulmuş sualda göstərilən 25 iyun 2014-cü il tarixli 6785 nömrəli Kredit müqaviləsi üzrə sənədlər təqdim edilmədiyindən (müqavilə, çıxarış və.s.) müqavilə üzrə borc qalığını müəyyən etmək mümkün olmadı. “Azərbaycan Beynəlxalq Bankı" ASC («Borcverən») ilə “KAPİTAL TİKİNTİ" MMC («Borcalan») arasında bağlanmış 04.09.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsi, həmin müqaviləyə bağlanmış 28.08.2013-cü il tarixli 1 saylı əlavə, 27.06.2014-cü il tarixli 2 saylı əlavə, 27.05.2015-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla və "xxxx" ASC («Borcverən») ilə Cavabdeh2 («Borcalan») arasında bağlanmış 03.03.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “KAPİTAL TİKİNTİ" MMC-nin və Cavabdeh2 “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə olan borcu ümumilikdə 812.610,62 manat məbləğində müəyyən edilir, o cümlədən. əsas borc üzrə 698.115,00 manat, faiz borcu üzrə 114.495,63 manat. Aparlmış ekspertizanın dəyəri 200 manat təşkil edir. "xxxx" MMC-nin ünvan 11 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə 338-1M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 300000 manat təşkil edəcək. "xxxx" MMC-nin ünvan 16ində yerləşən 1 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə 338-2M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 210000 manat təşkil edəcək. "xxxx" MMC-nin ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 104.55 kv.m, yaşayış sahəsi 75.55 kv.m olan 5 otaqlı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi barədə 338-3M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 100000 manat təşkil edəcək. "xxxx" MMC-nin ünvan 15 ünvanında yerləşən 158 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi barədə 338-4M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 145000 manat təşkil edəcək. "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, ünvanında yerləşən 1 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi barədə 338-5M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 95000 manat təşkil edəcək. "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31, ünvanında yerləşən 1 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən edilməsi barədə 338-6M nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 145000 manat təşkil edəcək. "xxxx" MMC-nin QXM 338-M saylı 01.02.2021-ci il tarixli 31.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, aparılmış əmlakıların qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri 2000 (iki min ) manat məbləğində pul (Bank "xxxx" ASC-nin Promo” filialı, VÖEN **********, AZ64BBTB********************, KOD 501554, müxbir hesab AZ13NABZ********************, VÖEN **********, SWİFT BBTBAZ22) "xxxx" MMC-nin hesabına keçirilməlidir. Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 16i ünvanında yerləşən ümumi sahəsi 1ha olan torpaq sahəsini hədiyyə alan İddiaçı-a bağışlamışdır. Real vaxt rejimində həmin torpaq sahəsi yüklü olmuşdur. Hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan İddiaçı-a bağışlamışdır. Real vaxt rejimində həmin torpaq sahəsi yüklü olmuşdur. Hədiyyə verən Cavabdeh6 ilə hədiyyə alan İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan İddiaçı-a bağışlamışdır. Real vaxt rejimində həmin torpaq sahəsi yüklü olmuşdur. 16.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 üzrə borclar aşağıdakı şəkildə təşkil edir: İddiaçı QSC-nin idarəetməsinə verilmiş borc: 150000 azn əsas, 43773,33 azn faiz, 193773,33 azn cəmi; İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borcdan azalma: 119.177,10 azn əsas, 0 azn faiz, 119.177,10 azn cəmi; Borcun qalığı: 30.822,90 azn əsas, 43.773,33 azn faiz, 74.596,23 azn cəmi. Ödəniş hesabına əsasən əsas borcdan 477,10 manat, faiz borcundan 0 manat, cəmi borcdan 477,10 manat təşkil edir. Borc əvəzinə götürülmüş əmlak hesabına: əsas borcdan 118.700,00 manat, faiz borcundan 0,00 manat, cəmi borcdan, 118.700,00 manat təşkil edir. 16.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 üzrə borclar aşağıdakı şəkildə təşkil edir: İddiaçı QSC-nin idarəetməsinə verilmiş borc: 548.115,00 azn əsas, 191.555,61 azn faiz, 739.670,61 azn cəmi; İddiaçı QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borcdan azalma: 245.800,00 azn əsas, 0 azn faiz, 245.800,00 azn cəmi; Borcun qalığı: 302.315,00 azn əsas, 191.555,61 azn faiz, 493.870,61 azn cəmi. Borc əvəzinə götürülmüş əmlak hesabına: əsas borcdan 245.800,00 manat, faiz borcundan 0,00 manat, cəmi borcdan, 245.800,00 manat təşkil edir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 22.02.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi dövlət mülkiyyət hüququ üzrə tam payda İddiaçı-un istifadəsindədir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 19.03.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda yerləşən mənzil dövlət mülkiyyət hüququ üzrə tam payda İddiaçı-un istifadəsindədir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 24.05.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 16i ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam payda İddiaçı-un mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə (bundan sonra – “Tələbin güzəşti müqaviləsi”) əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - “Kapital Tikinti" MMC) qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktı əsasında, Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ isə 18 avqust 2017-ci il tarixli, S-FK-186 saylı təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. 19 iyun 2017-ci il tarixli, S-29 saylı təhvil-təslim aktına əsasən Cavabdeh1-nin təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə cəmi 739.670,61 manat (əsas borc 548.115.00 manat; faiz borcu 191.555,61 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "xxxx" ASC arasında bağlanmış 04.09.2012-ci il tarixli, 3981 saylı kredit müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən yaranmışdır. 26 dekabr 2018-ci il tarixə Cavabdeh1-nin qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 739.670,61 manat (əsas borc 548.115,00 manat; faiz borcu 191.555.61 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq, borcverən "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borcalan "Kapital Tikinti” MMC və zamin Cavabdeh3 arasında bağlanmış 05.10.2012-ci il tarixli. 031-12 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "Azərbaycan Beynəlxalq Bankı“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə boreverən qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, bu borcun təminatı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 06 noyabr 2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1,0 ha torpaq sahəsi onun vermiş olduğu etibarnamə (07 iyul 2012-ci il tarixdə reyestrdə 7-H-29/21069 nömrəsi ilə qeyd edilmiş AR-i 195638 N-li etibarnamə) əsasında Cavabdeh3 ilə "xxxx" ASC və "Kapital Tikinti” MMC arasında bağlanmış 10.10.2012-ci il tarixli. 225/12 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 18.10.2012) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2013cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1810 nömrəli reyestr kitabının 166605 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh7 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 95,2 kv.m. yaşayış sahəsi 56.1 kv.m olan 2 otaqlı 1 saylı mənzil Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 11.02.2013-cü il tarixli, 055/13 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1-nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi: 14.02.2013) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 23 oktyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində 2214 nömrəli reyestr kitabının 205954 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 104,55 kv.m. yaşayış sahəsi 75,55 kv.m olan 5 otaqlı 34 saylı mənzil Cavabdeh6 ilə "xxxx" ASC və “Kapital 'Tikinti" MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli, 063/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit Öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında istifadədə olan 0.00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143.1 kv.m, yaşayış sahəsi 67.6 kv.ın olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC və Kapital Tikinti MMC arasında bağlanmış 04.06.2015-ci il tarixli. 064/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1nin 04.09.2012-ci il tarixli 3981 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 fevral 2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 1077 nömrəli reyestr kitabının 97227 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 52.4 kv.m. yaşayış sahəsi 30.7 kv.m olan 2 otaqlı 1 saylı mənzil "Kapital Tikinti” MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 25.04.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 yanvar 2008-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 634 nömrəli reyestr kitabının 58186 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh8 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m. yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzil "Kapital Tikinti“ MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 20.11.2014) dövlət reyestrindən çıxarış verilmişdir. 18 avqust 2017-ci il tarixli. S-FK-186 saylı təhviltəslim aktına əsasən Cavabdeh2 təhvil-təslim olunan tarixə "Azərbaycan Beynəlxalq Bankı” ASCyə cəmi 193.773.33 manat (əsas borc 150.000.00 manat: faiz borcu 43.773.33 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış 03.03.2015-ci il tarixli, 7662 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. 26 dekabr 2018-ei il tarixə Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə cəmi ümumi borcu 193.773,33 manat (əsas borc 150.000.00 manat; faiz borcu 43.773.33 manat) məbləğində təşkil edir. Bu borcun təminatı olaraq. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14 fevral 2015-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 27383 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 5 ünvanında istifadədə olan 0,00995 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 143,1 kv.m. yaşayış sahəsi 67.6 kv.m olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh3 vermiş olduğu etibarnamə (03 dekabr 2014-cü il tarixdə reyestrdə 7F- 35277 nömrəsi ilə qeyd edilmiş (ƏN-№ 482723) etibarnamə) əsasında Cavabdeh7 ilə "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 03 mart 2015-ei il tarixli. 032/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 03 mart 2015-ci il tarixli 7662 saylı kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün ‘'Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Orazi İdarəsi tərəfindən RX seriyalı. ******* nömrəli (qeydiyyat tarixi: 07.03.2015) dövlət reyestrindən çıxarış verilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər qeydiyyata alınmışdır. Tərəflər rasında razılaşma olduğundan hazırda iddia tələbində ipotekanın yönəldilməsi ilə bağlı əmlakların həcmi azaldılaraq Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsini xahiş etmişdir. Bununla belə bank tərəfindən bu əmlakların ipotekaya qoyulmasına əsas olmuş 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi İddiaçıQSC BOKT-dan ekspertizanın keçirilməsi zamanı ekspert vəsatətinə əsasən iddiaçı tərəfindən təqdim edilməsinin zəruriliyi ilə əlaqədar məhkəmə tərəfindən 29 oktyabr 2020-ci il tarixli 2-(005)-123/2020 saylı rəsmi məktubla iddiaçıdan tələb edilməsinə və məhkəmə iclasında iddiaçının nümayəndəsi vasitəsilə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bunun səbəbini İddiaçı həmin müqaviləni əldə edə bilməməsi ilə izah etmişdir. Bundan başqa o da müəyyən edilmişdir ki, ipotekaya qoyulmuş Cavabdeh7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanda yerləşən mənzil 07.05.2015-ci il tarixli Satıcı Cavabdeh7 ilə alıcı X9 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə satıcı Cavabdeh7 ünvan 8 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X4 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 135000 manat Bankın nümayəndəsi X8, 5000 manat isə satıcı Cavabdeh7 ödəniləcəkdir. Azərbaycan Beynəlxalq Bank 130.000 manat məbləği aldıqdan sonra əmlak ipotekadan azad olunmuşdur. Bu hal məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Məhkəmə gəldiyi hüquqi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçının son iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsindən də göründüyü kimi əsas borca görə 302.315 manat, faiz borcuna görə 191555,61 manat cavabdehlər “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh3 tələb edilməkdədir. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyindən və iş materiallarında olan kredit müqavilələrindən göründüyü kimi "xxxx" ASC ilə borclu qismində “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh2 arasında bağlanmış müqavilələrdir. Bununla belə iddiaçının Cavabdeh3 cavabdeh MMC-nin direktoru və təsisçisidir. Odur ki, “KAPİTAL TİKİNTİ" MMC və Cavabdeh3 pul məbləğini tələb etməkdə iddiaçı haqlıdır. Cavabdeh tərəfin pul məbləğinin bir hisəsinin ödənildiyindən borc məbləğinin daha az hesablanmalı olmasına dair məhkəmə iclasında etirazına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyi əsas borc üzrə 698.115,00 manat, faiz borcu üzrə 114.495,63 manat müəyyən edilməsinə baxmayaraq iddiaçı tərəfin son tələbindən göründüyü kimi iddia tələbinin həcmini azaltmışdır. İpotekaya qoyulmuş Cavabdeh7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 31 ünvanda yerləşən mənzil 07.05.2015-ci il tarixli Satıcı Cavabdeh7 ilə alıcı X9 arasında bağlanmış 07 may 2015-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə satıcı Cavabdeh7 ünvan 8 ünvanında yerləşən mənzili (tam hissə, 95.2 kv.m, 2 otaq) alıcı X4 mülkiyyətinə vermişdir. Müqavilənin 5-ci bəndinə əsasən həmin mənzil Azərbaycan Beynəlxalq Bankda girovdadır. Əməliyyat alıcının razılığı əsasında ipoteka hüququ qüvvədə qalmaq şərtilə 135000 manat Bankın nümayəndəsi X8, 5000 manat isə satıcı Cavabdeh7 ödəniləcəkdir. Azərbaycan Beynəlxalq Bank 130.000 manat məbləği aldıqdan sonra əmlak ipotekadan azad olunmuşdur. Bu hal məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli, hədiyyə verən Cavabdeh3 ilə hədiyyə alan İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, hədiyyə verən Cavabdeh6 ilə hədiyyə alan İddiaçı adından X11 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə istinad edərək borc məbləğinin bir hissəsinin ödənildiyini məhkəmə iclasında bildirsə də bu müqavilələrin hansı məbləğdə borcun ödənilməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1-nin və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit müqavilələri ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehlər risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 302.315 manat əsas borca görə, faiz borcuna görə 191555,61 manat pulu iddiaçıya ödəməlidir. İddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşma olduğundan hazırda iddia tələbində ipotekanın yönəldilməsi ilə bağlı əmlakların həcmi azaldılaraq Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 52,4 kv.m, yaşayış sahəsi 30,7 kv.m olan 2 otaqlı 1 saylı mənzilə və Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c ünvanında yerləşən ümumi sahəsi 126,2 kv.m, yaşayış sahəsi 60,8 kv.m olan 3 otaqlı 158 nömrəli mənzilə yönəldilməsini xahiş etmişdir. Bununla belə bank tərəfindən bu əmlakların ipotekaya qoyulmasına əsas olmuş 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi İddiaçıQSC BOKT-dan ekspertizanın keçirilməsi zamanı ekspert vəsatətinə əsasən iddiaçı tərəfindən təqdim edilməsinin zəruriliyi ilə əlaqədar məhkəmə tərəfindən 29 oktyabr 2020-ci il tarixli 2-(005)-123/2020 saylı rəsmi məktubla iddiaçıdan tələb edilməsinə və məhkəmə iclasında iddiaçının nümayəndəsi vasitəsilə tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Bunun səbəbini İddiaçı həmin müqaviləni əldə edə bilməməsi ilə izah etmişdir.«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 460.3-cü maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.02.2021-ci il tarixli, 9/4226 saylı eksperti rəyindən də göründüyü kimi 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi təqdim edilmədiyindən borc məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qənaətinə görə tutmanın qeyd edilən əmlaklara yönəldilməsinə əsas olan əsas öhdəlik üzrə 25 iyun 2014-cü il tarixli, 6785 saylı kredit müqaviləsi iddiaçı tərəfindən məhkəmə iclaslarında təqdim edilmədiyindən əsas öhdəliyinin mövcudluöunu sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə iddia əsaslı hesab edilə bilməz. Qarşılıqlı iddiaçı Cavabdeh4 tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə əlaqədar vəsatətə və qarşılıqlı iddiasına münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 399.3--ci maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə iddia müddətinin tətbiq edilməsinin mümkünsüzlüyü qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddiaçının tələbi Mülki Məcəllənin 421.2-ci maddəsinin dizpozisiya şərtləri ilə həm yuxarıda qeyd edilən əsaslara görə, həm də bu normanın əsaslılığını müəyyən edən mülki qanunvericliyin müddəaları ilə uzlaşmır. Belə ki, qeyd edilən maddədən göründüyü kimi müqaviləninin ləğvi barədə tələbin əsaslılığı bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində əmələ gəlmiş olur. İşin hallarından da görünür ki, öhdəlik müqavilə tərəfi olan bank tərəfindən yerinə yetirilməməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 200 (iki yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış əmlakıların qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 2000 (iki min ) manat məbləğində pul (Bank "xxxx" ASC-nin Promo” filialı, VÖEN **********, AZ64BBTB********************, KOD 501554, müxbir hesab AZ13NABZ********************, VÖEN **********, SWİFT BBTBAZ22) "xxxx" MMC-nin hesabına keçirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1dən, Cavabdeh3, Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməlidir. Cavabdehlər Cavabdeh1-dən və Cavabdeh3 müştərək qaydada 302.315 (üç yüz iki min üç yüz on beş) manat əsas borca görə, 114495,63 (bir yüz on dörd min dörd yüz doxsan beş manat, 63 qəpik) manat faiz borcuna görə olmaqla, ümumilikdə 416.810,63 (dörd yüz on altı min səkkiz yüz on manat, 63 qəpik) manat məbləğində pul və cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı-a qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 200 (iki yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Aparılmış əmlakıların qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 2000 (iki min ) manat məbləğində pul (Bank "xxxx" ASCnin Promo” filialı, VÖEN **********, AZ64BBTB********************, KOD 501554, müxbir hesab AZ13NABZ********************, VÖEN **********, SWİFT BBTBAZ22) "xxxx" MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1-dən və Cavabdeh3 müştərək qaydada 302315 (üç yüz iki min üç yüz on beş) manat əsas borca görə, 114495,63 (bir yüz on dörd min dörd yüz doxsan beş manat, 63 qəpik) manat faiz borcuna görə olmaqla, ümumilikdə 416810,63 (dörd yüz on altı min səkkiz yüz on manat, 63 qəpik) manat məbləğində pul və cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3, Cavabdeh2 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı-a qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 200 (iki yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış əmlakıların qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1-dən, Cavabdeh3, Cavabdeh2 tutularaq, 2000 (iki min ) manat məbləğində pul (Bank "xxxx" ASC-nin Promo” filialı, VÖEN **********, AZ64BBTB********************, KOD 501554, müxbir hesab AZ13NABZ********************, VÖEN **********, SWİFT BBTBAZ22) "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar