Məhkəmə qərarları › İş №2(005)-4601/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4601/2025

16.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4601/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin ölmüş elan olunması" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) "şəxsin ölmüş elan olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək,mərhum babası X2 xx.07.1942-ci il tarixdə vəfatının güman edildiyi gün onun ölüm günü sayılmaqla,ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 babası idi. O, 1914 cü ildə Şəki rayonunun Orta Zəyzid kəndində doğulmuşdur. 1941-ci ildə X9 çağırılıb. 1942-ci ildə Krım yarımadasının Sevastopol şəhərinin müdafiəsi zamanı Kerç boğazını keçərkən itkin düşüb.( bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyininin Memorial fondundan elektron portalından çıxarış var).Məzarı bəlli deyil.Hal hazırda mərhum atası X4 adına vərəsəlik işləri ilə məşğul olduğu üçün müvafiq orqanlarda babamın ölüm şəhadətnaməsi tələb olunur.Ərizəçi, bu səbəbdən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs1 nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 sentyabr 2025-ci il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətinizə əsasən bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və X11 Filialında babası X2 ölümü haqqında akt qeydi aşkar edilmədiyi,Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılmasının, qeyd edilənlərə əsasən X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. İnternet üzərindən əldə edilmiş çıxarışa əsasən, X5-təvəllüd:_ _1914,çağırış tarixi və yer: _ _ 1941,Azərbaycan SSR,Nuxa şəhəri,tərxis tarixi:_ 07.1942,səbəbi: itkin düşmə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X14 Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “babanız X1 rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmiş və X6 döyüşlərdə itkin düşmüşdür.1 2.07.1947-ci il tarixdə Şəki rayon hərbi komissarlığına babanız X2 X6 itkin düşməsi barədə SSRİ Müdafiə Nazirliyindən bildiriş daxil olmuşdur.”qeydi aparılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış 19 mart 2025-ci il tarixli məktubdan görünür ki, “7 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 13 mart 2025-ci tarixli ərizəyə cavab olaraq bildiririk ki, X12 dövründə (1941-1945-ci illər) itkin düşmüş şəxslər barədə sənədlər arxivə dövlət mühafizəsinə verilmədiyindən, X5 E.M.Sərdarov K.H.Əlizadə barədə araşdırılma aparılması imkanımız xaricindədir.” qeydi aparılmışdır. Azərbaycan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 05 yanvar 2025-ci il tarixdə verilən AZ-İİ 456483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X7 xx.xx.2024-cü il tarixdə sol mədəcik çatışmazlığı səbəsi ilə vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2024-cü il tarixdə 1307 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1.-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 9.5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X2 harada olması barədə məlumat yoxdur. Məhkəmə hesab edir ki, X2 ölmüş elan edilməsinin sair yolla müəyyən edilməsi mümkün olmadığından Ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X5 ölmüş elan edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1914-cü il təvəllüdlü X5 xx.07.1942-ci il tarixdə ölmüş elan edilməli,X2 xx.07.1942-ci il tarixdə vəfatının güman edildiyi gün onun ölüm günü hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1914-cü il təvəllüdlü X5 xx.07.1942-ci il tarixdə ölmüş elan edilsin. X2 xx.07.1942-ci il tarixdə vəfatının güman edildiyi gün onun ölüm günü hesab olunsun. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar