Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4775/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi Mikailli Antiganın iştirakı ilə, Ərizəçi Mikailli Antiganın 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Mikailli Antiga 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi Əntiqə Mikayıllının atası X9 xx.xx.2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi. Təcili və X7 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir və BŞT və TTYS-nın 9 saylı bölməsi tərəfindən ölüm haqqında xəbərdarlıq vəsiqəsi verilmişdir. Mərhum Ağdaş rayonu Ağzıbir kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə Ağdaş rayonu Pirəzə bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Mərhum yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də, yaşadığı ərazi üzrə şəhər poliklinikası tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 37 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Nəticədə, ərizəçidə vəfatı təsdiq edən tibbi sənədlər olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda isə ölüm şəhadətnaməsi olmadığına görə, ərizəçi Əntiqə Mikayıllı bir sıra problemlərlə üzləşir. X14 Qazaxıstan Respublikası vətəndaşı olmuşdur, Qazaxıstanda əmlakı var və vərəsəlik işinin açılması üçün ölüm haqqında şəhadətnamə tələb edilir. Ərizəçi Əntiqə Mikayıllı atası X4 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün AR Ədliyyə Nazirliyi 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. AR ƏN 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır və ölüm faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Mikailli Antiga ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 bildirmişdir ki, ərizəçi həyat yoldaşıdır. Mərhum Ağdaş rayonunda dəfn olunduğunu, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Mərhumun Qazaxıstanda yaşadığını, xəstəliyi ilə əlaqədar Bakıya gəldiyini də bildirmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, ərizəçi bacısı qızıdır. Mərhumun 3 il müddətdir ki, xəstə olduğunu, Bakı şəhərində rəhmətə getdiyini, Ağdaş rayonunda dəfn edildiyini qeyd etmişdir. Eyni zamanda dəfndə iştirak etdiyini də bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1994-cü il tarixli, 393177 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mikailli Antiga xx.xx.1993-cü il tarixdə Ağdaş rayonunda doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Ağdaş rayonu Pirəzə Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 91 №-li arayışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Ağzıbir kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə həkiməqədər ölüm ilə vəfat etmişdir. İş materiallarında olan AR ƏN 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2651/23 nömrəli məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X6 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxs 37 nömrəli şəhər Poliklinikası tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 21 noyabr 2023-cü il tarixli, 175 №-li məktubundan görünür ki, Qazaxıstan vətəndaşı olan xx.xx.1960-cı il təvəllüdlü X12 Azərbaycana qonaq gələrkən xx.xx.2023-cü il tarixdə rəhmətə gedib. Lakin 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmayıb və ambulator kartası yoxdur. Bu səbəbdən Ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4775/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4775/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver