Məhkəmə qərarları › İş №2(005)-480/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-480/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-480/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə 5000 manat əsas, faiz borcuna görə 743,96 manat borcun cəmi məbləği 5743,96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Kolye+Qolbaq-1 ədəd, çəkisi 97,5 qram, əyarı 750 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 5743,96 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, SHLMB- 6579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SİİLMB-6579 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dobbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5000 manat əsas, faiz borcuna görə 743,96 manat, borcun cəmi məbləği 5743,96 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl- zinət əşyaları xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Kolye+Qolbaq-1 ədəd, çəkisi 97,5 qram, əyarı 750 olan qızılzinət əşyaları. Daha sonra iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə məhkməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəi ilə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB-6579 saylı kredit müqaviləsi üzrə kreditə görə 5000 manat əsas, faiz borcuna görə 1144,28 manat borcun cəmi məbləği 6144,28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl- zinət əşyalarına yönəldilməsi, biu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB- 6579 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 6144.28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli SHLMB- 6579 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin Cavabdeh qarşı pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbə dair 2(005)-480/2021 saylı mülki iş üzrə məhkəmə gedişatı zamanı faiz borcu artmışdır. xx.xx.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB- 579 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5000 manat, faiz borcuna görə 1144,28 manat borcun cəmi məbləği 6144,28 olmaqla təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 yazılı etiraz təqdim edərək, iddia tələbi üzrə hesablanmış faizlərin silinməsini, işinə bərpa olanadək onlara möhlət verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 1 faizi həcmində banka ödəməyi öhdəsinə götürmüşdür (kredit müqaviləsinin 5.1 bəndi). xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2020-ci il tarixli Girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. xx.xx.2020-ci il tarixli “Saxlanc girovunun qiymətləndirməsinə və kassaya təhvil verilməsi”nə dair aktına əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmişdir və aşağıdakılardan ibarətdir: Kolye+Qolbaq, 1 ədəd çəkisi 97.5 qr. 750; dəyəri 5557.5 manat. xx.xx.2020-ci il tarixli Saxlanc girovu haqqında SHLMB-6579 saylı müqaviləsinin 2.3.2ci bəndinə əsasən “Girov Qoyan” bu müqavilə üzrə özünün borc öhdəliklərini müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə girov qoyulmuş əşyanın dəyərindən öz mülahizəsinə görə təminat alaraq, təminatlı borc üzrə əsas borcu və faizləri bağlamalıdır. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, bu borcalan Cavabdeh 5000 manat məbləği illik 30%-lə, 24 ay müddətinə aylıq 279.56 manat annuitetlə ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, SHLMB-6579 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 5000 manat, faiz üzrə 1144.28 manat olmaqla ümumilikdə 6144.28 manat təşkil edir. xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, borcalandan müqavilə üzrə ümumi borc məbləğinin 3 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş lakin qarşı tərəf müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalı, Cavabdeh xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5000 manat, faiz borcuna görə 1144.28 manat iddiaçının xeyirinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov əmlaka yönəldilməsi hissəsində qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsi üzrə tutulacaq kreditin təminatı kimi Kolye+Qolbaq-1 ədəd, çəkisi 97,5 qram, əyarı 750 olan qızıl-zinət əşyalarına qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ hesabına cavabdehin banka olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı və iddiaçının “girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə cavabdehin digər əmlakına yönəldilməsi” tələbinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə məhkəmənin səlahiyyətinə aid olmadığından əsassızdır, təmin edilə bilməz. Bu səbəbdən də məhkəmə qeyd edir ki, girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə cavabdehdən ümumi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli SHLMB- 6579 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5000 manat, faiz borcuna görə 1144,28 manat olmaqla, cəmi 6144,28 manat və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutulacaq məbləğ kreditin təminatı kimi Kolye + qolbaq - 1 ədəd, çəkisi 97,5 qr., əyarı- 750 cəmi 97,5 qram qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilməli, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli SHLMB-6579 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5000 manat, faiz borcuna görə 1144,28 manat olmaqla, cəmi 6144,28 manat və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyirinə tutulsun. Tutulacaq məbləğ kreditin təminatı kimi Kolye + qolbaq - 1 ədəd, çəkisi 97,5 qr., əyarı- 750 cəmi 97,5 qram qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə ediləcək məbləğ hesabına Cavabdeh banka olan borcu ödənilsin, borc ödənildikdən sonra girov əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Girov əmlakı borcun ödənilməsinə kifayət etmədikdə Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar