Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4909/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6/2025-00472 saylı Barışıq Sazişinin tam təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə nikah Səadət Sarayı nikah evində 06 oktyabr 2008-ci ildə 2892№-li akt ilə qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2013-ci il təvəllüdlü X12 və xx.xx.2010-cü il təvəllüdlü X10 dünyaya gəlmişdirlər.Münasibətləri pozulduğundan qarşılıqlı razılıq əsasında Bakı Şəhəri 6 saylı Mediasiya Təşkilatına nikahın pozulması tələbinə dair mediasiya müraciəti ünvanlanmışdır. Mediasiya sessiyasının nəticəsi olaraq, Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli, MŞB/6/2025-00472 saylı barışıq sazişi bağlanmışdır. X17 əsasən, Maraqlı şəxs ilə xx.xx.2008- ci il tarixdə, 2892 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına, birgə nikahından doğulmuş xx.xx.2013-ci il təvəllüdlü X12 və xx.xx.2010-cü il təvəllüdlü X4 ərizəçinin-Ərizəçi yanında qalmasına razılıq əldə olunmuş, həmçinin Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs qarşı aliment tələbindən imtina edir, o şərtlə ki, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2025-ci il tarixə qədər Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-ci mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzili ərizəçinin adınakeçirir. Rəsmiləşdirmə qərəzli olmadan tərəflərdən asılı olmayan səbəblərə görə uzanarsa yuxarıda qeyd olunan müddət uzanır. Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Maraqlı şəxs ilə əvvəlcədən xəbər vermək şərtilə istənilən vaxt sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir.Əlavə olaraq, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D yaşayışın 6-ci mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzil birgə nikah dövründə əldə olunmuş və ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs adına rəsmiləşdirilmiş mənzilə münasibətdə,Həmin mənzil birinci tərəf kimi çıxış edən Ərizəçi adına keçirilir.Həmin evin satışından əldə olunan məbləğin 100.000 (yüz min) manatı ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs veriləcəkdir.Mənzilin satışı yalnız birinci tərəf kimi çıxış edən Ərizəçi tərəfindən həyata keçirilə bilər.Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs Osgər oğlu razılaşırlar ki, mənzilə çıxarış əldə olunana qədər mənzilin satışı həyata keçirilməyəcəkdir. Birinci tərəf kimi çıxış edən Ərizəçi isə mənzilə çıxarış əldə olunduqdan sonra satışdan yalnız 100.000 (yüz min) manat məbləğini cavabdeh Maraqlı şəxs ödəvəcəkdir.Zərurət yarandıqda, fövqəladə (fbrs-major) hallar və ya digər səbəbindən mənzilin satılması baş verərsə, mənzil satılır və tərəflərin qarşılıqlı razılığı əsasında satışdan əldə olunan məbləğin 100.000 (yüz min) manatı cavabdehə, qalan məbləğ isə iddiaçıya çatır.Evin satışı zamanı Maraqlı şəxs mütləq iştirak etməlidir. Əgər evə 350 min manat məbləğində alıcı tapılarsa, satış vaxtından asılı olmayaraq nə Maraqlı şəxs, nə də Ərizəçi etiraz edə bilməz. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə mülki işə Azərbaycan Respublikasının MPM 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-29005)- 2364/2025 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilməsi,iddiaçı X7 ilə cavabdeh Maraqlı şəxs arasında 06 oktyabr 2008-ci il tarixdə Bakı nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2892 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması qət edilmişdir. - X7 və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, mediasiya reyestrində MŞB/6-00472 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 2.1 Tərəflər kimi çıxış edən X7 və Maraqlı şəxs xx.xx.2008-cı il tarixdə, 2892 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər. 2.2. ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları Ərizəçi yanında qalmalarına etiraz etmir (Bakı 6 saylı mediasiya təşkilatının 27 may 2025-ci il tarixli arayışı). 2.3.Birinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs qarşı aliment tələbindən imtina edir, o şərtlə ki, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2025-ci il tarixə qədər Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 giriçli, 16 mertebeli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzili birinci tərəf kimi çıxış edən X1 adına keçirir. Rəsmiləşdirmə qərəzli olmadan tərəflərdən asılı olmayan səbəblərə görə uzanarsa yuxarıda qeyd olunan müddət uzanır. 2.4 Birinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2010-cu il təvəllüdlü Abdullah Məryəm Kənan qızı və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Maraqlı şəxs ilə əvvəlcədən xəbər vermək şərti ilə istənilən vaxt sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. 2.5 Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-ci mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzil birgə nikah dövründə əldə olunmuş və ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs adına rəsmiləşdirilmiş mənzilə münasibətdə, -Həmin mənzil birinci tərəf kimi çıxış edən Abdullayevə Günay iham qızının adına keçirilir. -Həmin evin satışından əldə olunan məbləğin 100.000 (yüz min) manatı ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs veriləcəkdir. -Mənzilin satışı yalnız birinci tərəf kimi çıxış edən X7 tərəfindən həyata keçirilə bilər. - Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs razılaşırlar ki, mənzilə çıxarış əldə olunana qədər mənzilin satışı həyata keçirilməyəcəkdir. - Birinci tərəf kimi çıxış edən X7 isə mənzilə çıxarış əldə olunduqdan sonra satışdan yalnız 100.000 (yüz min) manat məbləğini cavabdeh Maraqlı şəxs ödəyəcəkdir. - Zərurət yarandıqda, fövqəladə (fors-major) hallar və ya digər səbəbindən mənzilin satılması baş verərsə, mənzil satılır və terəflərin qarşılıqlı razılığı əsasında satışdan əldə olunan məbləğin 100.000 (yüz min) manatı cavabdehə, qalan məbləğ isə iddiaçıya çatır. - Evin satışı zamanı Maraqlı şəxs mütləq iştirak etməlidir. - Əgər evə 350 min manat məbləğində alıcı tapılarsa, satış vaxtından asılı olmayaraq nə Maraqlı şəxs, nə də X7 etiraz edə bilməz. - Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən “Fidies” Vəkil Bürosunun vəkili X3 təqdim edilən arayışın surətindən görünür ki, müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə sizə təqdim edilmiş MŞB/6-00472 saylı Barışıq Sazişinin 2.2-ci bəndində texniki səhvə yol verilmiş və birinci tərəf kimi, yəni uşaqların anası kimi X11 qeyd edilmişdir. Qeyd edək ki, tərəflər kimi çıxış edən Ərizəçi və X2 mediasiya prosesində mediator kimi X13 iştirak etmişdir.Belə ki, MŞB/6-00472 saylı, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin 2.2-ci bəndində birinci tərəf kimi, uşaqların anası kimi Ərizəçi nəzərə alınmalı, oxunmalıdır. - 01 mart 2025-ci il tarixdə "xxxx"Yaşayış Kompleksi –Evrostroy-S.S MMC tərəfindən təqdim edilən arayışdan görünür ki,Bakı şəhəri,Nərimanov rayonu,Təbriz,F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının D girişi,yaşayışın 6-cı mərtəbəsində,ümumi sahəsi 212 m2-dən ibarət olan,204 saylı dörd otaqlı mənzilin tam dəyəri üzrə Ərizəçi "xxxx" MMC-yə borcu yoxdur. 01 mart 2025-ci il tarixli,485A nömrəli müqavilədən görünür ki,“Sifarişçi”- Ərizəçi müqavilədə göstərilmiş məbləği "xxxx"- Evrostroy-S.S MMC tam ödəməklə Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 212 m2 olan izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzilin tikintisini "xxxx"- Evrostroy-S.S MMC-yə həvalə edir. «Sifarişçi» Müqavilənin imzalanması ilə bir vaxtda müqavilənin qiymətinin tam hissəsi olan 200 000 AZN ödəyir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2025-ci il tarixli, MŞB/6- 00472 saylı barışıq sazişinin bir hissəsinin təsdiq edilməməsi təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-29005)-2364/2025 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilməsi,iddiaçı X7 ilə cavabdeh Maraqlı şəxs arasında 06 oktyabr 2008-ci il tarixdə Bakı nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2892 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması qət edilmişdir. Məhkəmə barışıq sazişinin birinci hissəsi olan “tərəflər saziş imzalandıqdan sonra aralarında olan nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşmışlar” hissəsi ilə bağlı qeyd edir ki, Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-29005)-2364/2025 saylı qətnaməsi ilə barışıq sazişi icra edildiyindən, bu hissənin təsdiq edilməsi ilə bağlı əsas aradan qaxmışdır. Məhkəmə daha sonra qeyd edir ki, mülki işin materialalarında olan 01 mart 2025-ci il tarixli, 485A nömrəli müqavilədən görünür ki, Bakı şəhəri,Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 212 m2 olan izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzilin tikintisi ilə bağlı Ərizəçi və Evrostroy-S.S MMC arasında bağlanmış, 01 mart 2025-ci il tarixli aaryışa əsasən də mənzilin tam dəyəri üzrə Ərizəçi tərəfindən ödənildiyi görünür. Lakin barışıq sazişində həmin mənzilin Maraqlı şəxs məxsus olduğu qeyd edilmişdir ki, bu da həqiqətə uyğun deyil. AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00472 saylı barışıq sazişi qismən təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00472 saylı barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: 2.2. ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları X1 yanında qalmalarına etiraz etmir (Bakı 6 saylı mediasiya təşkilatının 27 may 2025-ci il tarixli arayışı). 2.3.Birinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları:xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs qarşı aliment tələbindən imtina edir, o şərtlə ki, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2025-ci il tarixə qədər Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 giriçli, 16 mertebeli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzili birinci tərəf kimi çıxış edən X1 adına keçirir. Rəsmiləşdirmə qərəzli olmadan tərəflərdən asılı olmayan səbəblərə görə uzanarsa yuxarıda qeyd olunan müddət uzanır. 2.4 Birinci tərəf kimi çıxış edən Ərizəçi yetkinlik yaşına çatmayan uşaqları: xx.xx.2010-cu il təvəllüdlü Abdullah Məryəm Kənan qızı və xx.xx.2013-cü il təvəllüdlü X6 ataları Maraqlı şəxs ilə əvvəlcədən xəbər vermək şərti ilə istənilən vaxt sərbəst görüşünə (ünsiyyətinə) etiraz etmir. 2.5 Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-ci mərtəbəsi, ümumi sahəsi 212 metr kvadrat izolə olunmuş 4 otaqdan ibarət 204 saylı mənzil birgə nikah dövründə əldə olunmuş və ikinci tərəf kimi çıxış edən mənzilə münasibətdə, -Həmin mənzil birinci tərəf kimi çıxış edən Abdullayevə Günay iham qızının adına keçirilir. -Həmin evin satışından əldə olunan məbləğin 100.000 (yüz min) manatı ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs veriləcəkdir. -Mənzilin satışı yalnız birinci tərəf kimi çıxış edən X7 tərəfindən həyata keçirilə bilər. -Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs razılaşırlar ki, mənzilə çıxarış əldə olunana qədər mənzilin satışı həyata keçirilməyəcəkdir. -Birinci tərəf kimi çıxış edən X7 isə mənzilə çıxarış əldə olunduqdan sonra satışdan yalnız 100.000 (yüz min) manat məbləğini cavabdeh Maraqlı şəxs ödəyəcəkdir. -Zərurət yarandıqda, fövqəladə (fors-major) hallar və ya digər səbəbindən mənzilin satılması baş verərsə, mənzil satılır və terəflərin qarşılıqlı razılığı əsasında satışdan əldə olunan məbləğin 100.000 (yüz min) mana’.ı cavabdehə, qalan məbləğ isə iddiaçıya çatır. -Evin satışı zamanı Maraqlı şəxs mütləq iştirak etməlidir. -Əgər evə 350 min manat məbləğində alıcı tapılarsa, satış vaxtından asılı olmayaraq nə Maraqlı şəxs, nə də X7 etiraz edə bilməz. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/6-00472 saylı barışıq sazişinin digər hissədə təsdiq edilməsindən imtina edilsin. Tərəflərə izah edilsin ki, xx.xx.2025-ci il tarixli, MŞB/6-00472 saylı barışıq sazişi təsdiq edilməsindən imtina edilmiş hissələri üzrə mübahisə yarandığı təqdirdə, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4909/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4909/2025
20.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver