Məhkəmə qərarları › İş №2(005)-4968/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4968/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4968/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6065,74 manat əsas, 1718,34 manat faiz, Konsitutsiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 101,64 manat olmaqla, cəmi 7885,85 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO İddiaçı-yə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, LPO İddiaçı-nin Baş İdarəsi ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, ***-*******ALİ210220-01 nömrəli kredit müqaviləsinə əsasən “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********) avtomobilin alınması məqsədi ilə cavabdehə 12 ay müddətinə illik 24% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən, Cavabdeh2 ilə bank arasında 24.02.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin taminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 24.02.2020-ci il tarixli ***- *******ALİ210220-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən kreditin təminatı kimi “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildirim çəktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 25.06.2021-ci il tarixə kredit üzrə 6065,74 manat əsas, 1718,34 manat faiz, Konsitutsiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 101,64 manat olmaqla, cəmi 7885,85 manat borcu təşkil edir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bank fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Cavabdeh ona verilmiş borc məbləğini ödəniş cəvdəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, avtomobili digər şəxsə etibarnamə əsasında vermiş və banka borcu olmasını etiraf etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarlı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 15.07.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. 15.07.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. 05.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 saylı kredit müqaviləsi üzrə 25.06.2021-ci il tarixə 6065,74 manat əsas, 1718,34 manat faiz, Konsitutsiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 101,64 manat olmaqla, cəmi 7885,85 manat kredit borcu təşkil edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 saylı kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh1 12 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.1-ci bəndində qeyd olunmuşdur ki, 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan daşınar əmlakın ipotekası: bazar dəyəri 35000 manat olan 2005-ci il tarixli, qara rəngli, Maserati Quattroporte minik avtomobili kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatıdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 saylı ipoteka müqaviləsindən görünür ki, 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 saylı kredit müqaviləsi üzrə və müqavilədə göstərilən öhdəliklərin təminatı olaraq ipoteka predmeti kimi çıxış edən “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ipotekasaxlayana girov qoyulur. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 24.02.2020-ci il tarixli, ***-*******ALİ210220-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götümüşdür. LPO İddiaçı-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə 02.07.2021-ci il tarixdə ünvanladığı bildirişin qeydə alınmasına dair ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qanunvericiliyə əsasən qeydiyyata alinmasını xahiş etmişlər. LPO İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 01.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, tələb olunan 7885,85 manat məbləğində borcun ödənilməsini 3 gün ərizəndə təmin olunması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görnür ki, **-PK-*** qeydiyyat nişanlı, “Maserati Quattroporte” minik markalı, sedan tipli, 2005-ci buraxlış ili, qara rəngli avtomobilin sahibi Cavabdeh1dur Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı Cavabdeh1 12 ay müddətinə, illik 24% ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermiş, müvafiq müqavilə üzrə öhdəliklərin təminatı qismində tərəflər arasında 24.02.2020-ci il tarixli, ***- *******ALİ210220-01/ZM/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus olan “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin lazımi dərəcədə icra olunmasının təminatı kimi zamin durmuşdur. İş üzrə iddiaçı LPO İddiaçı müvafiq kredit müqaviləsində göstərilən məbləğdə Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliklərin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait qətnamənin tam icra olunmasına kifayət etməzsə qalıq borc məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə artıq borcun cavabdehdən tutulması məsələsinə hüquqi qiymət vermiş, iddia tələbində qeyd edilən pul məbləğinin ondan tutulmalı olduğu qənaətinə gəlmişdir. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borc məbləğinin ödənilməsinə kifayət etmədiyi təqdirdə növbəti prosessual hərəkət qətnamənin icrasına yönələn icra hərəkətlərinin ardıcıllığı “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və qətnamənin icra mərhələsinə aid olan məsələdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6065,74 manat əsas borcu, 1718,34 manat faiz borcu, Konsitutsiya Məhkəməsini Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 101,64 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 7885,85 manat pul vəsaiti iddiaçı LPO İddiaçı-nin xeyrinə tutulmalı, tutma Cavabdeh1 məxsus “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı LPO İddiaçı-yə olan borc ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh X3 İddiaçı-nin xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6065,74 manat əsas borcu, 1718,34 manat faiz borcu, Konsitutsiya Məhkəməsini Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan illik 5% olan 101,64 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 7885,85 (yeddi min səkkiz yüz səksən beş manat, 85 qəpik) manat pul vəsaiti iddiaçı LPO İddiaçı-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus “Maserati Quattroporte” minik markalı (Buraxılış ili-2005, Ban – ZAMCD39B0********), qara rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı LPO İddiaçı-nə olan borc ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar