Məhkəmə qərarları › İş №2(005)-4992/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4992/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4992/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızına qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızına qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.08.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 82775,27 manat təşkil edir. Bundan 30958,92 manat əsas, 2430,90 manat faiz, 37680,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixl Plenum qərarına əsasən hesablanmış 11704,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 İsmayıl qızına məxsus olan Bakı şəhəri. Nərimanov rayonu, X7 küçəsi, ev 18, 76 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetiniıı satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2012-ci il tarixli 102/İK-l saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 17 (on yeddi) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 50000 (əlli min) AZN məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Omlakın Dövlət Reyestr Xidmətinin 02.02.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 İsmayıl qızına məxsus Bakı şəhəri. Nərimanov rayonu, X7 küçəsi, ev 18. 76 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Ba.ık ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 İsmayıl qızı arasında 14.08.2012-ci il tarixli 102/İK-l saylı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.10.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********227 saylı 05 avqust 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəllər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 06.08.2021 -ci il tarixinə Cəfərov Kövşən Mirzəli oğlunun kredit üzrə cəmi borcu 82775.27 (səksən iki min yeddi yüz yetmiş beş manat 27 qəpik) AZN təşkil edir. Bundan 30958.92 (otuz min doqquz yüz əlli səkkiz manat 92 qəpik) AZN əsas, 2430.90 (iki min dörd yüz otuz manat 90 qəpik) AZN faiz, 37680.85 (otuz yeddi min altı yüz səksən manat 85 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11704.60 (on bir min yeddi yüz dörd manat 60 qəpik) AZN faiz borcu təşkil edir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızının vəkili və nümayəndəsi X3 iddianı qəbul etmədi və borcun tam ödənilməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14.08.2012-ci il tarixli 102/İK-1 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialından illik faiz dərəcəsi 24% olmaqla 17 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 14.08.2012-ci il tarixli 102/İK-1 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə 06.08.2021-ci il tarixə 30958,92 Manat əsas borcu, 2430,90 Manat faiz borcu, 37680,85 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11704,60 Manat olmaqla, cəmi 82775,27 Manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2012-ci il tarixli, 102/İK-1 saylı sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, 14.08.2012-ci il tarixli 102/İK-1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 İsmayıl qızı mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 100.000 manata qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 18, m.76 ünvanında yerləşən ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC 29.10.2014-cü il tarixli AB-11-1220 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 banka olan kredit borcunun bağlanması ilə əlaqədar olaraq, İddiaçı ASC-nin “Gənclik” filialı Sizdən xahir edir ki, Cavabdeh2 İsmayıl qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 18 (çıxarışın seriyası MA ******* №-li, reyestr nömrəsi (**********05-05101-093048) ünvanında yerləşən 76 nömrəli mənzilin girovdan azad edilməsini qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən 3801- AZN-00-11-0246 №-li hesab nömrəsi üzrə 55.120 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 30958,92 manat əsas, 2430,90 manat faiz, 37680,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixl Plenum qərarına əsasən hesablanmış 11704,60 manat faiz borcu olduğunu iddia edir. Maliyyə arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 14.08.2012-ci il tarixli 102/İK-1 müqavilə üzrə 30958,92 manat əsas, 2430,90 manat faiz borcu olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə 55.120 manat məbləğində ödəniş etmiş, müqavilə üzrə öhdəliklərini tam həcmdə icra etmişdir. Həmçinin iş materiallarında olan İddiaçı ASC 29.10.2014-cü il tarixli AB-11-1220 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 banka olan kredit borcunun bağlanması ilə əlaqədar olaraq, İddiaçı ASC-nin “Gənclik” filialı Sizdən xahir edir ki, Cavabdeh2 İsmayıl qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 18 (çıxarışın seriyası MA ******* №-li, reyestr nömrəsi (**********05-05101-093048) ünvanında yerləşən 76 nömrəli mənzilin girovdan azad edilməsini qeydiyyata alınması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş olmasa idi, bank tərəfindən mənzilin girovdan azad edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməzdi. Həmçinin məhkəmə iddia tələbini Cavabdeh1 tərəfindən borc öhdəlikləri yerinə yetirildiyindən 37680,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11704,60 manat faiz borcu hissəsində də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızına qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar