Məhkəmə qərarları › İş №2(005)-5007/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5007/2022

26.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5007/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qızı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 yanvar 2022-ci ildə M-00058 qeydiyyat nömrəli mediator X2 bağladığı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qızı tələbini onunla əsaslandırmışdır ki, 28 yanvar 2022-ci il tarixdə Mediasiya tərəfindən M-00058 qeydiyyat nömrəsi ilə reyestrə daxil edilmiş, mediator X2 bağladığı barışıq sazişi qərəzli olaraq Maraqlı şəxs tərəfindən icra edilmir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi qızı ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, Maraqlı şəxs tərəfindən barışıq sazişinin 2.5 və 2.8-ci bəndləri icra edilmir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs və Ərizəçi qızı arasında xx.xx.2022-ci il tarixli, mediasiya reyestrində M-00058 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Tərəflər qarşılıqlı olaraq, heç kimin təsir və basqısına məruz qalmadan əlaqələrinin pozulmasına qərar verirlər;

2. Tərəflər öhdəlik götürür ki, gələcəkdə bir-birilərinə qarşı heç bir şiddət törətməyəcək, bir-birilərinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməyəcəklər;

3. Tərəflər Sazişin şərtləri pozulduğu təqdirdə və şərəf və ləyaqətin alçaldılmasına təhrik gördükləri halda, Barışıq sazişinin şərtlərini yerinə yetirmədikləri halda Məhkəməyə müraciət etmək hüququna malik olduqlarını razılaşdırırlar;

4. Tərəflər övladları olan X3 (təvəllüdü xx.xx.2021-ci il) anası Ərizəçi qızının himayəsində qalmasına razılaşdılar. Ata Maraqlı şəxs əvvəlcədən xəbərdar etməklə övladını görə bilər. Övladları 18 yaşına qədər xarici ölkəyə hər hansı valideyni ilə çıxarıldıqda qarşılıqlı olaraq valideynlərinin razılığının olması zəruridir. Gələcəkdə övladlarının həyatı ilə bağlı əhəmiyyətli qərarların verilməsi hər iki tərəfin razılığı ilə həyata keçiriləcəkdir;

5. Ata Maraqlı şəxs övladının maddi tələblərinin ödənilməsi üçün hər ay müntəzəm olaraq 20-i tarixində 150,0 (bir yüz əlli) manat vəsaitin Ərizəçi qızının adına açılacaq bank depozit kartına ödənilməsini öhdəsinə götürür. Tərəflər alimentin məbləğini öz aralarında razılaşdıqlarını təsdiq edirlər;

6. X7 bir nüsxəsinin Qəyyumluq və Himayəçilik orqanına göndərilməsinə etiraz etmirlər;

7. Tərəflər qarşılıqlı olaraq bir-birinə qarşı heç bir əmlak tələbi irəli sürməmiş və gələcəkdə belə bir iddianın olmayacağına razılaşdılar;

8. Tağıyev X6 Xanım Məzahir qızına borclu olduğu 6.000 (altı min) manat vəsaiti 2022-ci ilin fevral ayının 20-dən başlamaqla hər ayın 20-də aya 300 (üç yüz) manat olmaqla vəsaiti 20 ay müddətində ödəməyi öhdəlik olaraq üzərinə götürür;

9. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

10. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edilirlər.

11. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilməsiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edə bilərlər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödənilməlidir.

12. Bu Sazişin məzmununun Sazişin 3.4.1 və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

13. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilmiyəcək.

14. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 563912 saylı doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə dünyaya gəlmişdir. Atası Maraqlı şəxs, anası Ərizəçi qızıdır. 4 saylı Bakı Asan Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli, “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin məzmunundan görünür ki, Maraqlı şəxs 27 yanvar 2021-ci il tarixdə doğulmuş X4 atasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X2 tərəfindən tərəflər arasında 28 yanvar 2022-ci il tarixdə təsdiq edilən barışıq sazişi qismən, yəni maraqlı şəxsin icra etmədiyi hissədə təsdiq olunmalıdır. Bu hissələr isə barışıq sazişinin 2.5 və 2.8-ci bəndləridir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355- 26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs və Ərizəçi qızı arasında xx.xx.2022-ci il tarixli, mediasiya reyestrində M-00058 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.( 2.5 və 2.8ci bəndləri) 2.5. Ata Maraqlı şəxs övladının maddi tələblərinin ödənilməsi üçün hər ay müntəzəm olaraq 20-i tarixində 150,0 (bir yüz əlli) manat vəsait Ərizəçi qızının adına açılacaq bank depozit kartına ödənilməsini öhdəsinə götürür. Tərəflər alimentin məbləğini öz aralarında razılaşdıqlarını təsdiq edirlər; 2.8 Tağıyev X6 Xanım Məzahir qızına borclu olduğu 6.000 (altı min) manat vəsaiti 2022-ci ilin fevral ayının 20-dən başlamaqla hər ayın 20-də aya 300 (üç yüz) manat olmaqla vəsaiti 20 ay müddətində ödəməyi öhdəlik olaraq üzərinə götürür; Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar