Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-511/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair hissədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ei blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Cavabdeh2” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X5 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X3 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21.05.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarışın ləğv edilməsi, X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Eyni zamanda, məhkəmənin həmin tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv olunması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qərardadından şikayət vermiş, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3654/2021 saylı 16 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qərardadı ləğv edilmiş, iddia tələbinin çıxarışın ləğvi hissəsində baxılması üçün mülki iş həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddianı çıxarışın ləğvi hissəsində müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi çıxarışın ləğvi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3467 nömrəli reyestr kitabının 325106 nömrəli vərəqində 21.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 13.10.2020-ci il tarixli, **********95 saylı sorğuya cavab məktubunun surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışa, 02.12.2019-cu il tarixli maliyyə arayışına əsasən 21.05.2020-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyi bildirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı 26.01.2021-ci il tarixli sorğuya cavab məktubu ilə X5 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbədə, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlər təqdim olunmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq 02.12.2019-cu il tarixli Cavabdeh2 MTKnın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTK-nin 02.12.2019-cu il tarixli maliyyə arayışı olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının çıxarışın ləğvi ilə bağlı irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, iddia üzrə "02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Cavabdeh2” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X5 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X3 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışın ləğvi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21.05.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarışın ləğv edilməsi» hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə görə, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa. əlavə qətnamə çıxara bilər. (229.1.2-ci maddəsinə əsasən, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə) 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi «çıxarışın ləğv olunması» hissəsində rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 229-cu maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddia rədd edilsin. Əlavə qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-511/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(005)-511/2021
07.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver