Məhkəmə qərarları › İş №2(102)-3584/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3584/2023

25.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3584/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Maqerramov Malik Qadir oğluna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığının nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)2554/2023 nömrəli qətnaməsindən cavabdeh Maqerramov Malik Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 və İddiaçı2 20 fevral 2001-ci il tarixdə nikaha daxil olmuşlar. 2. 12 aprel 2016-cı il tarixli müqavilə ilə Cavabdeh2 MTK Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58038 ABŞ dolları olan, 4 otaqlı mənzili İddiaçı1 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşlər.

3. Cavabdeh2 MTK-nin maliyy ə arayışına əsasən MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı İddiaçı1 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.

4. İddiaçı1 Cavabdeh2 MTK-yə ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı1 MTKnın Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8 mərtəbə ümumi sahəsi 170,7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin Maqerramov Malik Qadir oğlunun adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzillə əlaqədar MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir. 5. 02 dekabr 2019-cu il tarixli müqavilə ilə Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Nərim anov rayonu, Təbriz 21 ünvanda inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 8ci mərtəbə, ümumi sahəsi 170,7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət mənzil Maqerramov Malik Qadir oğluna pay kimi verilmişdir.

6. Cavabdeh2 MTK-nin 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı Maqerramov Malik Qadir oğlu tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil ü zərində Maqerramov Malik Qadir oğlunun mülkiyyət hüququ 21 may 2020-ci il tarixdə Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışa və 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Maqerramov Malik Qadir oğluna, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK ilə ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 1 70,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin Maqerramov Malik Qadir oğlunun adına dəyişdirilməsinə dair verdiyi 02 dekabr 2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21 may 2020-ci il tarixdə Maqer ramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi, Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 MTK-dan aldığı mübahisəli mənzili aldıqdan sonra təmir edərək, ailəsi ilə birlikdə orada yaşamış, mənzili mebellər, digər avadanlıqlar ilə tam təchiz etmişdir. Sonradan İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsi ilə birlikdə köçüb orada yaşamağa başladığı üçün, Bakıdakı həmin mənzilin qapısını qıfıllamışdır. İddiaçı1 cavabdeh Maqerramov Malik Qadir oğlu ilə 2018-2019-cu illərdə bizneslə məşğul olduqları vaxt sonuncunun Moskva şəhərində yaşayan Konstantin adlı biznesmenlə böyük iş birliyi var idi. Belə k i, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. O, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, iddiaçının Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin və o, müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt Yusifov X1 Malik Qadir oğlu ilə dost olmaqla, ortaq bizneslə məşğul olduqları üçün sonuncuya inanıb adına olan mənzilin müqaviləsinin adına dəyişilməsi üçün MTK-ya ərizə yazmışdır. Lakin bundan İddiaçı1 arvadının xəbəri olmamışdır. MTK isə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərti b edərək, mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Sonradan iddiaçının qohumu iddiaçıya zəng edərək bildirmişdir ki, onun mənzilinin qapısını sındırılaraq başqa şəxsə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh Malik Maqerramov mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək, Dövlət Əmlak Komitəsindən öz adına çıxarış almış və sahə müvəkkilinin köməyi ilə mənzilin qapısını qıraraq qıfılını dəyişmişdir. İddiaçıların cavabdehlə mənzilin real alqı-satqısı barədə hər hansı bir razılaşmaları olmamış, həmin mənzilə görə cavabdeh İddiaçı1 pul verməmişdir. Həmçinin İddiaçı2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Cavabdeh2 MTK ilə cavabdeh Maqerramov Malik Qadir oğlu arasında bağlanmış müqavilə formal xarakterli, qanunla müəyyənləşdiril miş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla etibarsızdır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)511/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Maqerramov Malik Qadir oğluna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil veriləsi” tələbinə dair iddiaları rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil Maqerramov Malik Qadir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq 02 dekabr 2019-cu il tarixli Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTKnin 02 dekabr 2019-cu il tarixli maliyyə arayışı olmuşdur.

12. İddiaçı tərəf İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavil ənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının - iş üzrə İddiaçı2) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir. Halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır.

13. Digər tərəfdən, iddiaçıların mübahisəli mənzilə dair hər hansı bir qanuni hüququ olmadığından, mübahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələbi üzrə məhk əmə müdafiəsi də mümkün deyildir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 117.1-ci, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 347, 394, 430.1, 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli əlavə qətnaməsi ilə (hakim A.N.Novruzova) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Maqerramov Malik Qadir oğluna, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddia rədd edilmişdir.

16. Əlavə qətnamə belə əsaslandırı lmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır.

17. Məhkəmə, iddia üzrə “02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin Maqerramov Malik Qadir oğlunun adına dəyişdirilməsinə dair verdiyi 02 dekabr 2019-cu il tarixli razılıq ərizəsinin etiba rsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “çıxarışın ləğvi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21 may 2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixl i, 2(005)-511/2021 nömrəli qətnaməsinin və 07 may 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)6540/2021 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti və əlavə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qətnaməsi və 07 may 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apell yasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı kommunal xidmətlər üzrə abunə kodlarının əvvəllər iddiaçının adına olması barədə məktubları birinci instansiya məhkəməsinə təqdim etməli idi. Apellyasiya məhkəməsi iddiaçının həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirmişdir. Həmçinin, məhkəmə iş materiallarına əsaslanaraq qeyd etmişdir ki, Malik Maqerramov mənzili iddiaçıdan deyil, bilavasitə MTK-dan almış olduğu iş materialları ilə təsdiq olunur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qə rar qəbul edilməsini xahiş etmişlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)-6945/2021 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əliyevdən və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyasının mövqeyinə görə, apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmiş, təqdim edilmiş sübutlara “gecikmiş sübutlar” kimi yanaşmaqla həmin dəlillərə qiymət verməkdən imtina etmiş, iddiaçılar tərəfindən təqdim edilmiş müqavil ənin nə əslinin, nə də təsdiq edilməmiş surətinin təqdim edilməməsinə görə həmin müqaviləni sübut kimi dəyərləndirməmişdir. Halbuki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, iddiaçıların apellyasiya şikayətində göstərmiş olduqları vəsatətə uyğun olaraq MTK-ya sorğu verərək tərəflər arasında bağlanmış müqavilənin əslini tələb etmək əvəzinə, iddiaçıların vəsatətinə hər hansı münasibət də bildirməmişdir. Həmçinin, apellyasiya kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahid X3 tərəfindən verilmiş ifadəyə də hər hansı münasibət bildirməmiş, həmin ifadəyə digər sübutlarla yanaşı qiymət verməmiş, birinci instansiya məhkəməsində cavabdehin etirazına rəğmən mübahisəli mənzilin iddiaçılara aidiyyətinə dair təqdim edilmiş sübutlara birinci ins tansiya məhkəməsinin qiymət verməməsinə, habelə protokola (fotoşəkillər, "xxxx" MMC-nin arayışı, şahid ifadəsi) qeydlərin məzmununa qiymət vermədən təqdim edilmiş sübutlara səhvən gecikmiş sübutlar kimi qiymət vermişdir.

24. Eyni zamanda, iddiaçının mübahisəli mənzildə yaşaması və şahidinin də olmasına dair sübutlar təqdim etdiyi, habelə buna dair hüquqi əsaslarla müqavilənin surətini təqdim edə bildiyi halda məhz cavabdeh tərəf buna əsaslı izah verməlidir. Belə olan halda, məhz cavabdeh tərəf olan MTK bu mənzilə dair sənədlərin əslini təqdim etməlidir.

25. Digər tərəfdən nəzərə alınmalıdır ki, formalaşmış işgüzar qaydalara əsasən, kooperativlərdə mənzilə pay hüququnun özgəninkiləşdirilməsi məhz müqavilənin əsli MTK-ya təqdim edilməklə, alıcının adına yeni müqavilənin bağlanması yolu ilə e dilir.

26. Beləliklə, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)1953/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2 021-ci il tarixli əlavə qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, həmin mənzilə dair Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli, 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Əra zi idarəsinin 21 may 2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi, İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin ona münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi İddiaçı1 münasibətdə tələbə qiymət verərək göstərmişdir ki, Mənzil Məcəlləsinin 113.1 və 117.1-ci maddələrinə görə kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini ta pmışdır. Bundan əlavə müəyyən olunur ki, İddiaçı1 müqavilənin şərtləri ilə tanış olmuş, onu şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Ona görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi İddiaçı1 münasibətdə əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin şəxsə aid hissədə iddianı təmin etməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 münasibətdə tələbə qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 146.1, 152, 178.1, 178.2, 178.8, 225.1, 225.2, 225.6, 337.1, 337.2-ci, Mənzil Məcəlləsinin 112, 113-cü, Ailə Məcəlləsinin 33-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etməklə qeyd etmişdir ki, mübahisəli mənzil daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmasa da, kooperativin verdiyi mənzil üçün pay haqqı tam ödənildiyindən həmin əmlaka dair iddiaçının sahiblik və istifadə etmək hüququ yaranmışdır. Lakin İddiaçı1 mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına dair MTK-ya müraciət edərkən onunla rəsmi nikahda olan arvadı İddiaçı2 qanunla müəyyən olunmuş qaydada razılığı alınmamışdır. Qanunun mənasına görə, belə bir razılığın olmaması (alınmaması) müqavilənin etibarsızlığı üçün əsas ola bilər.

30. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəb ə, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqdan ibarət 21 nömrəli mənzilin cavabdeh Malik Maqerramovun adına sənədləşdirilməsinə dair ərizə verməklə, faktiki olaraq onunla digər iddiaçı olan İddiaçı2 birgə nikahı dövründə əldə etdikləri əmlak üzərində onun razılığı olmadan sərəncam vermiş, bu isə mülki qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları baxımından sonuncunun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də, həmin imtina ərizəsinin əsasında mübahisəli mənzilin sonradan cavabdehin adına rəsmiləşdirilməsi və bu mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı hərəkətlər etibarsız olmuşdur. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. İddiaçı2 və cavabdeh Maqerramov Malik Qadir oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)1953/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(102)-145/2023 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və A.Q.Hüseynovdan ibarət tərkibdə) iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-6980/2020 nömrəli qətnaməsi qismən - “Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətna mə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Kassasiya məhkəməsinin mövqeyinə görə, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıların nikahı dövründə əldə olunduğu üçün onların ümumi birgə mülkiyyəti olmuşdur. Bu səbəbdən İddiaçı1 tərəfindən mənzilə sərəncam verilərkən mülkiyyətçi İddiaçı2 razılığı alınmadığına görə üzərində onun mülkiyyət hüququ olan mənzilin Cavabdeh2 MTK tərəfindən M.Maqerramova satılması barədə müqavilə və sonrakı rəsmiləşdirmələr etibarsız hesab edilmiş, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Kassasiya instansiyası kollegiyası bildirmişdir ki, iddianın təmin edilmiş hissəsində apellyasiya məhkəməsinin gəldiyi qənaət maddi hüquq normalarına uyğun olmuşdur. Cavabdehin kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddianın təmin olunmuş hissəsində iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddianın təmin edilmiş hissəsində qətnamə qüvvəsində saxlanılmalıdır.

34. Bununla belə, kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçıların “Maqerram ov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə” tələblərini qanunvericiliyə uyğun qaydada həll etməmişdir. Belə ki, apellyasiya məhkəməsi İddiaçı2 (həqiqi hüquqi vəziyyətə görə) mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul edərək, əqdin və onun digər hüquqi nəticələrinin etibarsız sayılmasına və daşınmaz əmlakın dövlət reyestrində cavabdeh M.Maqerramovun adına aparılmış qeydin ləğv edilməsinə dair tələblərini təmin etsə də, mülkiyyətin müdafiəsinə yönəlmiş tələblərdən biri olan “M.Maqerramovun mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə” tələbini rədd etmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində İddiaçı2 təmin olunan tələbləri göstərildikdən sonra “iddia tələblərinin qalan hissədə təmin edilmədiyi” qeyd olunmuş, nəticə h issəsində isə İddiaçı2 sözügedən tələbi üzrə məhkəmənin gəldiyi qənaət göstərilməmişdir.

35. Apellyasiya məhkəməsi mübahisəli mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair 02 dekabr 2019-cu il tarixli müqaviləni, həmin mənzilə dair Cavabdeh2 MTK-nın 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışı, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışı etibarsız, daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş çıxarışı ləğv etməklə əşyaya münasibətdə tərəfləri əvvəlki hüquqi vəziyyətə gətirmişdir. Bu mövqe İddiaçı2 ilə yanaşı, digər İddiaçı1 da mənzil üzərindəki mülkiyyət hüququnun bərpa olunmasına dəlalət edir. Buna baxmayaraq məhkəmə, İddiaçı1 cavabdeh M.Maqerramovun mənzildən çıxarılması və mən zilin təhvil verilməsi barədə tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin aktını qüvvəsində saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, hər iki iddiaçının qeyd edilən tələbi və onun əsaslandığı faktiki hallarla mülkiyyətin müdafiəsinə dair iddianın qanuni əsası olan MM-in 157.2 və ya 157.4-cü maddələrinin dispozisiya şərtləri arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamış, həmin tələbin rədd edilməsi bu qaydada əsaslandırılmamışdır.

36. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçıların “Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” barədə tələbinin rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi və prosessual hüquq n ormalarına uyğun olmamışdır.

37. Məhkəmə, müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsinə dair Malik Maqerramovun mövqeyi ilə bağlı qeyd etmişdir ki, həmin dəlil iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi üçün əsas deyil. Bununla belə, MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, yeni apellyasiya baxışında məhkəmə etibarsız sayılmış əqd üzrə icra edilmiş əmlak dəyərlərinin nədən ibarət olmasını və əgər varsa onların geri qaytarılması məsələsini xidməti vəzifəsinə görə işdəki məlumat və sübutlar əsasında tərəflərin iştirakı ilə araşdırmaqla, həmin xüsusata da yekun hüquqi qiymət verməlidir. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)2554/2023 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.V.Abdıyevdən ibarət tərkibdə) İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 nömrəli qətnaməsi qismən – mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, Maqerramov Malik Qadir oğlunun ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşay ış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılması, mənzilin İddiaçı2 təhvil verilməsi, Cavabdeh2 MTK-dan 58038 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh Maqerramov Malik Qadir oğluna ödənilməsi qət edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-1953/2022 nömrəli qətnaməsi ilə İddiaçı2 iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 16 8 nömrəli 02 dekabr 2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə 02 dekabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 21 may 2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarışın ləğv edilməsi qət edilmişdir.

40. İşə baxan kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin cavabdeh Maqerramov Malik Qadir oğluna satılması ilə bağlı Cavabdeh2 MTK ilə tərəflər arasında imzalanmış müqavilə etibarsız hesab olunduğu üçün iddiaçının öz əmlakına sahiblik və ondan istifadə ilə ba ğlı hüquqlarından məhrum edilməsini nəzərə alaraq, mənzil cavabdehin qanunsuz sahibliyindən alınmalı və İddiaçı2 sahibliyinə verilməlidir. Belə ki, iş materiallarından və işin faktiki halları ilə müəyyən edilir ki, mənzilin qıfılı cavabdeh Maqerramov Malik Qadir oğlu tərəfindən dəyişdirilmiş, mənzildə hal-hazırda cavabdeh yaşayır, bununla da iddiaçının öz əmlakına sahiblik etməklə bağlı hüquqları pozulmuşdur.

41. Digər tərəfdən apellyasiya məhkəməsi MM-in 337.5-ci maddəsinin tətbiqinə dair kassasiya məhkəməsinin göstərişi üzrə qeyd etmişdir ki, 02 dekabr 2019-cu il tarixli maliyyə arayışına görə Maqerramov Malik Qadir oğlu Cavabdeh2 MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir. Maqerramov Malik Qadir oğlu ilə Cavabdeh2 MTK arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin 4.2-ci bəndinə qeyd edilir ki, 58038 manat ödənilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, mənzillə bağlı Maqerramov Malik Qadir oğlu ilə müqavilə bağlandığı, ona maliyyə arayışı verildiyi, İddiaçı1 ilə MTK arasında mənzillə bağlı müqavilənin olması barədə MTK-da hər hansı sübut olmadığını bildirmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170, 7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə ilə yanaşı 02 dekabr 2019-cu il tarixli maliyyə arayışı da etibarsız hesab edilmişdir. Əqdin etibarsızlığının yaratdığı hüquqi nəticələrlə bağlı qanunvericiliyin tələbini nəzərə alaraq, Cavabdeh2 MTK-dan 58038 manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maqerramov Malik Qadir oğlunun xeyrinə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

43. Cavabdeh Maqerramov Malik Qadir oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)2554/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.5-ci, Mülki Prosessual Məcəllənin 77, 78.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi ancaq iş materiallarında mövcud olan Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışına əsaslanaraq 58038 manat məbləğində pul vəsaitinin MTK-dan alınıb Maqerramov Malik Qadir oğluna verilməsini qət etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri Nərimanov ərazisində yerləşən mənzilin dəyəri 58038 manat təşkil edə bilməz. Məhkəmə həmçinin iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında mənzilin dəyərinin 400000 manat məbləğində olduğu barədə iddiaların hər hansı münasibət bildirməmişdir. Mülki iş materiallarından v ə tərəflərin verdiyi izahatlardan aydın olunur ki, Maqerramov Malik Qadir oğlu ilə İddiaçı1 arasında borc münasibətləri olmuş və həmin borcun ödənilməsi müqabilində İddiaçı1 müqavilə ilə adına olmuş mənzili Maqerramov Malik Qadir oğluna satmışdır. Bakı Apellyasiya Məhkəməsinin ikinci icraatında mülki işə baxılan zaman 26 may 2022-ci il tarixli və 09 iyun 2022-ciil tarixli məhkəmə iclas protokollarında iddiaçıların nümayəndəsi və vəkili izahatından göstərmişdir ki, Malik Maqerramov ilə barışıq əldə edilmir ona görə ki, qarşı tərəf ilk öncə pulun ödənilməsini tələb edir, ondan sonra mənzilin qaytaracaqdır. Bununla da, mənzilin borc əvəzi satılması iddiaçının nümayəndəsinin izahatı ilə öz əksini tapmış, sadəcə borcun hansı məbləğdə olması məhkəmədə bildirilməmişdir. Məhkəmə restitusiya edən z aman təkcə maliyyə arayışı deyil, həmçinin əmlakın real dəyərini nəzərə alıb araşdırmasını aparıb yekun qərar qəbul etməli idi. Tərəf dolayı yolla İddiaçı1 cavabdehə mənzili borc əvəzi olaraq verməsini etiraf etmiş və həmin borcun məbləği mənzilin dəyəri ilə ölçülmüşdür. Məhkəmə iş üzrə mübahisə predmeti olan mənzilin dəyərini müəyyən etmək üçün verilən vəsatəti əsassız olaraq rədd etmiş, bununla da qaytarılmalı olan məbləğin dəyərini müəyyən etmək üçün cavabdehə imkan verməmişdir.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

46. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin sonuncu qətn aməsi ilə Cavabdeh2 MTK-dan hazırki kassatorun xeyrinə pulun etibarsız hesab olunan müqavilə üzrə ödənilmiş vəsaitin tutulması qət edilsə də, cavabdeh MTK kassasiya şikayəti verməmişdir. Odur ki, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdeh Maqerramov Malik Qadir oğlunun kassasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddə sinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarlarında irəli sürülən göstərişlərini icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış, gəldiyi nəticəni qanunvericiliyə uyğun əsaslandırmışdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki kassasiya şikayətinin dəlilləri yalnız Cavabdeh2 MTK və Maqerramov Malik Qadir oğlu ara sında bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin etibarsızlığı nəticəsi olaraq restitusiyanın qaydası (pulun kimdən tutulması) və məbləği ilə bağlıdır.

54. Kassator hazırda onunla İddiaçı1 arasında borc münasibətlərinin olmasına, mübahisəli mənzilin borc əvəzi olaraq ona verilməsinə istinad edərək, müqavilənin etibarsızlığının nəticəsi olmaqla, həmin borc vəsaitinin onun xeyrinə tutulmalı olmasını iddia edir.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-1953/2022 nömrəli qətnaməsi ilə cavabdeh MTK və kassator arasında bağlanmış müqavilə etibarsız hesab olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi hazırda mübahisələndirilən qətnamədə Mülki Məcəllənin 337.5-ci maddəsini düzgün tətbiq edərək, məhz həmin müqavilə üzrə digər tərəf olan MTK-ya ödənilmiş məbləğin kassatora qaytarılmasını qət etmişdir.

56. Qeyd olunmalıdır ki, İddiaçı1 və cavabdeh Maqerramov Malik Qadir oğlu arasında hər hansı borc münasibətlərin olması, borcun məbləği, iddiaçının həmin münasibətlərdən irəli gələn öhdəliklərini icra edib-etməməsi hazırki mülki işin predmeti olmamış və işin faktiki hallarını araşdıran məhkəmələrdə bununla bağlı iddia (tələb) irəli sürülməmişdir. Yəni həmin hallar başqa məhkəmə mübahisəsinin predmeti olduğundan, hazırki kassasiya şikayətinin dəlilləri kimi əsaslı hesab oluna bilməz.

57. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Maqerramov Malik Qadir oğlu tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-2554/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində cavabdeh Maqerramov Malik Qadir oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar