Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6945/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, məzildən çıxarma və mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 vəkili Vəkil4 oğlunun iştirakları ilə, Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-6540/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X7 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X2 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21.05.2020-ci il tarixdə X2 adına verdiyi Çıxarışın ləğv edilməsi, X2 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzili izolə olunmuş 4 otaqdan ibarət olmaqla əvəzi tərəfindən ödənilməklə pay kimi ona verilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nö mrəli mənzilin müqavilə qiymətindən 100 faiz miqdarında, yəni 58038 ABŞ dolları məbləğində ödənilmişdir. Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi arayışla da təsdiq olunur ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir. O, həmin mənzili aldıqdan sonra tam təmir edərək, ailələri ilə birlikdə orada yaşamağa başlamış, mənzili mebellər, digər avdanlıqlar ilə tam təchiz etmişlər. Sonralar İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsilə birlikdə köçüb orada yaşamağa başladığı üçün Bakıdakı həmin mənzilin qapısını qıfıllamışdır. Hərdən Bakı şəhərinə gələndə özlərinə məxsus olan həmin mənzildə qalmışlar, qohumları da onlara həmin mənzilə qonaq gəlmişlər. İddiaçı1 Cavabdeh1la 2018-2019cu illərdə bizneslə məşğul olduqları vaxt Malikin Moskva şəhərində yaş ayan Konstantin adlı rus millətindən olan biznesmenlə böyük iş birliyi var idi. Belə ki, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. O, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, Rasimin Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin və o, müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt Yusifov X4 canbir qəlb dost olmaqla ortaq bizneslə məşğul olduqları üçün Rasim ona inanıb adına olan mənzilin müqaviləsinin Malikin adına dəyişilməsi üçün MTK-ya ərizə də yazmışdır. Bundan Rasimin arvadının xəbəri olmamışdır. MTK is ə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərtib edərək mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Hətta Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi 02 dekabr 2019-cu il tarixli saxta məzmunlu arayışda göstərilir ki, ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin dəyəri X7 tərəfindən guya tam ödənilmişdir. Bu ilin sentyabr ayının əvvəllərində qohumu İddiaçı1 zəng edərək bildirmişdir ki, onun mənzilinin qapısını sındıraraq başqa şəxsə vermişlər. Rasim maraqlandıqda məlum olmuşdur ki, onun əvvəllər birlikdə bizneslə məşğul olduğu cavabdeh Malik Maqerramov ondan gizli, ailə üzvlərinin (həyat yoldaşının) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqavilə sinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək Dövlət Əmlak Komitəsindən öz adına çıxarış alıb sahə müvəkkilinin köməyi ilə mənzilin qapısını qırararaq qıfılını dəyişmiş, mənzildə olan onlara məxsus külli miqdarda əmlaklarını da nə etmişdir məlum deyildir. Maliklə həmin mənzilin real alqı-satqısı barədə hər-hansı bir razılaşmaları olmamış, həmin mənzilə görə o İddiaçı1 pul verməmişdir. Belə ki, əgər İddiaçı1, həqiqətən də mənzili ona satmalı olsaydı o Rasimin evli olduğunu bildiyinə görə arvadı kimi İddiaçı2 da ən azından notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini də ondan alıb MTK-ya təqdim etməli idi. Belə bir razılıq ərizəsi isə yoxdur. MTK-da da bilirdilər ki, mənzilin müqaviləsinin Malikin adına dəyişdirilməsi formal xarakter daşıyır, Malik bunun üçün nə İd diaçı1, nə də MTK-ya bir manat da olsun pul ödəməmişdir. Əks halda MTK Rasimin arvadının rəsmi razılıq ərizəsi olmadan heç vaxt mənzili Malikin adına qisas almaq üçün o, həmin formal müqavilədən və onların Bakı şəhərində olmamasından istifadə edərək, mənzillərini öz adına çıxarış alaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan, özbaşınalıq edərək, mənzilin giriş qapısının qıraraq qıfılını dəyişdirib mənzillərinə sahib çıxmışdır. Göründüyü kimi, cavabdeh "Dərəçiçək” MTK ilə cavabdeh Maqeramov Malik arasında bağlanmış bu qeyd olunan müqavilə formal xarakterli olmaqla qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla etibarsızdır. Qeyd etdikləri kimi, onlara məxsus mənzilin cavabdehə satılmasına görə İddiaçı1 pul verilməmiş, mənzil onun tərəfindən cavabdehə təhv il verilməmiş, arvadı kimi İddiaçı2 notarial qaydada təsdiq olunmuş yazılı razılığı alınmamışdır. Zəruri sənədlərin surətinin verilməsi barədə Cavabdeh2 MTKya vəkiləri tərəfindən 21.09.2020-ci il tarixdə təqdim edilmiş sorğuya bu günə kimi cavab verilməmişdir. Mənzilin hansı əsaslarla Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənmək üçün 22.09.2020-ci il tarixli 193 nömrəli sorğu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş və oradan verilmiş 13.10.2020-ci il tarixli, **********95 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çı xarışa, 02.12.2019cu il tarixli maliyyə arayışına əsasən 21.05.2020-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 saylı qərardadı ilə (hakim Aytən Novruzova) iddiaçılar İddiaçı2 və İddiaçı1Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv olunması” tələbinə dair hissədə iş üzreə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məh kəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq 02.12.2019-cu il tarixli Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTK-nin 02.1 2.2019-cu il tarixli maliyyə arayışı olmuşdur. İddiaçı tərəf İddiaçı1 Cavabdeh2 MTK ilə arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 117.1-ci maddəsinə görə isə, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tik inti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Sonuncu normanın məzmunundan görünür ki, kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini tapmışdır. Lakin işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən kooperativ üzvlüyü olması, kooperativlə müqavilə bağlaması, eyni zamanda, kooperativdən çıxması ilə bağlı heç bir ərizə verilməmiş, buna baxm ayaraq onun payının qanunvericiliyin tələbinə zidd şəkildə başqa şəxsin adına rəsmiləşdirilməsini mübahisənləndirmiş və Cavabdeh2 MTK ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ei blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21. 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X7 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X2 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi iddia edir. Hər hansı əqdin etibarlı lığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının- iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzil in müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi müqavilə, maliyyə arayışı üzrə cavabdbeh tərəf tam sərbəst iradəsi ilə hərəkət etmişdir və göstərilən sənədlərin etibarsız sayılması üçün də hər hansı əsas mövcud deyildir. Hətta iddiaçının iddia tələbində müqavilənin etibarsızlığı ilə tələblərinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi prose slər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər və müqavilənin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyildir. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə də bilməmiş, sübut kimi təqdim etdiyi dəlillər iddiasının həqiqiliyi qənaətini formalaşdırmamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçıların mübahisəli mənzilə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Buna görə də, iddia tələbi göstərilən hissədə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 11 7.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 347, 394, 430.1, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 2(005)-511/2021 saylı, 22.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 saylı qərardadı ilə iddiaçıların nümayəndələri tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 2(005)-511/2021 saylı, 22.02.2021-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi əlavə qətnamə ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Məhkəmə hes ab edir ki, iddiaçının çıxarışın ləğvi ilə bağlı irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, iddia üzrə "02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X7 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X2 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışın ləğvi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsa s tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21.05.2020-ci il tarixdə X2 adına verdiyi Çıxarışın ləğv edilməsi» hissəsində də təmin edilə bilməz. İddiaçıların nümayəndələri 07.05.2021-ci il tarixli qətnamədən əlavə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07.05.2021-ci il tarixli qətnaməsinin də ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarı yev) 16 mart 2021-ci il tarixli, 2(103)-3654/2021 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)511/2021 saylı qərardadının ləğv edilməsi və çıxarışın ləğv edilməsi hissəsində yenidən baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti və əlavə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin və 07 may 2021-ci il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyas ı məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəl i sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Kollegiya xüsusilə vurğulayır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizli, ailə üzvlərinin (həyat yoldaşının) iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır. Kollegiya apelyasiya şikayətinə əlavə edilmiş kommunal xidmətlər üzrə abunə kodlarının əvvəllər iddiaçının adına olması barədə məktublara münasibətdə qeyd edir ki, əvvəla iddiaçı sözügedən məktubları birinci instansiya məhkəməsinə təqdim etməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya m əhkəməsinə təqdim edilir. Hazırda kollegiya iddiaçının həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, Cavabdeh1 mənzili iddiaçıdan deyil, bilavasitə MTK-dan almış olduğu iş materialları ilə təsdiq olunur. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır Kollegiya müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldiyindən, digər tələblər üzrə araşdırılma aparılmasına ehtiyac olmadığı vurğulayır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci ma ddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işi n yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olması barədə gətirdikləri dəlillərə ya başdansovdu qiymət vermiş, ya da açıq-aşkar ortada olan qanun pozuntularını görməzdən gələrək onlara heç bir münasibət bildirməmişdir. İddia tələbində Cavabdeh1 ilə yanaşı Cavabdeh2 MTK-nı da əsas cavabdeh kimi göstərsələr də, məhkəmə heç bir əsas olmadan ikinci məhkəmə iclasında qəti etirazlarına baxmayaraq, işə Cavabdeh2 MTK-nın iştirakı olmadan baxılması barədə qərardad qəbul etdi. Məhkəmə həmçinin Cavabdeh2 MTK-dan qeyd olunan mənzilin İddiaçı1 satılmasına dair sənədlərin tələb olunması barədə təkrar vəsatətlərini də təmin etmədi. Sədrlik edən hakim «apelyasiya məhkəməsinin guya sübut araşdıran məhkəmə olmamasını» bildirərək şikayətlərinin bu dəlilərini yoxlamaqdan imtina etməklə Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin «apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır" tələbini açıq aşkar pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Apelyasiya məhkəməsi birtərəfli, qeyri-obyektiv mövqe tutaraq birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini ləğv etməmiş, iddia tələbləri isə əsassız olaraq təmin olunmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddia ərizəmizə əlavə etdikləri sənədlərin surətindən, habelə qətnamədən də görünür ki, İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqaviləyə əs asən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzili izolə olunmuş 4 otaqdan ibarət olmaqla əvəzi (tərəfindən ödənilməklə) pay kimi ona verilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 470.7 kv.metr olan 21 nömrəli mənzilin müqavilə qiymətinin 100 faiz miqdarında, yəni 58038ABŞ dolları məbləğində ödənilmişdir. Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi arayışla da təsdiq olunur ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir. Tərəflərindən məhkəməyə həmin sənədlərin surəti ona görə təqdim olunmuşdur ki, Cavabdeh2 MTK-ya İddiaçı1 adına olan həmin mənzilə dair alqı-sat qı müqaviəsinin, maliyyə arayışının və onun tərəfindən mənzilin müqaviləsinin M.Maqerramovun adına dəyişdirilməsi barədə yazdığı 02 dekabr 2019-cu il tarixli ərizənin əslinin təqdim olunması barədə 15 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən şəxsən təqdim edilən 188 saylı, 21 sentyabr 2020-ci il tarixli sorğuya cavab verilməmişdi. Həmin sənədlərin əslləri məhkəmədə Cavabdeh2 MTK-nm nümayəsindən tələb olunsa da, o, həmin sənədlər ona təqdim olunmadığı üçün məhkəməyə təqdim edə bilmədiyini bildirdi. Qətnamədən, habelə məhkəmə iclas protokoluna verdikləri qeydlərdən də göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, idiaçıların öz iddialarının əsaslı olmasının müəyyən edilməsi üçün aidiyyəti sənədlərin Cavabdeh2 MTK-dan tələb edilib alınması barədə dəfələrlə qaldırdıqları vəsatətlər təmin edilməmiş, iddiaçıların başqa cür əldə edə bilmədikləri mənzilin İddiaçı1 satılmasına dair müqavilənin, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə maliyyə arayışının və mənzilin İddiaçı1 adından Malik Marerramovun adına keçirilməsi barədə İddiaçı1 tərəfindən yazılan ərizənin əslinin alınıb məhkəmədə araşdırılmasında onlara kömək etməmiş, bununla da MPM-nin 78-ci və 85-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmənin «İddiaçı1 ilə Cavabdeh2 MTK arasında mübahisəli mənzillə bağlı müqavilənin olması barada MTK-da hər hansı sübut yoxdur» qənaətinə gəlməsi də səhvdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı1la Cavabdeh2 MTK arasında bağlanmış müqavilənin əslinin, rəsmi sorğu verilməsinə baxmayaraq, İddiaçı1 vəkilinə ver ilməməsini, habelə Cavabdeh2 MTK-nın nümayəndəsinin həmin sənədləri məhkəməyə təqdim etməməsini və nəhayət məhkəmənin də vəsatətləri olmasına baxmayaraq, həmin sənədləri MTK-dan tələb edib almaması, eyni zamanda tələm-tələsik, heç bir araşdırma aparmadan, tərəflərə çıxış üçün söz vermədən qətnaməni elan etməsi onları məcbur etdi ki, qətnamə elan olunandan sonra "xxxx" MMC-yə və digərlərinə sorğular verərək yanakı sübutlar toplamaqla həmin mənzilin Cavabdeh2 MTK tərəfindən İddiaçı1 satılmasını sübut etsinlər. Lakin apelyasiya məhkəməsi burada daha irəli gedərək həmin sübutları «gecikmiş» sübutlar kimi qiymətləndirərək onları qəbul etməkdən imtina etmişdir. Halbuki həmin sübutların alınmasına birinci instansiya baxışında zərurət yox idi. Belə ki, inanırdılar ki, məhkəmə baxışı zamanı qeyd ol unan sənədlərin əsli ya cavabdeh MTK tərəfindən məhkəməyə təqdim ediləcək, ya da məhkəmə işin obyektiv və ədalətli həll olunması üçün həmin sübutların cavabdehdən alınmasını təmin edəcəkdir. Ona görə də apelyasiya məhkəməsi təqdim etdikləri mənzilin məhz ilkin alqı-satqı müqaviləsinin İddiaçı1la bağlanmasını təsdiq edən sübutları qəbul etməməkdə haqlı olmamışdır. Apelyasiya məhkəməsi tərəfindən İddiaçı1 məxsus dəyəri tam ödənilmiş mənzilin Mənzil Məcəllənin müvafiq maddələrinin pozulması ilə bir gün ərzində M.Maqerramovun adına rəsmiləşdirilməsinə də heç bir münasibət bildirməmişdir. Mənzil Məcələsinə görə, kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni bu halda iradə ifadəsi yalnız önun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıd ır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini tapmışdır. Məhz Qanunun bu imperativ təbbinə müvafiq olaraq məhkəmə, iddiaçı tərəf ala bilmədiyi üçün, hər bir halda Cavabdeh2 MTK-dan yuxarıda qeyd etdikləri sənədlərin əslini, habelə həmin mənzil üçün cavabdeh Malik Maqerramovun əldə etdiyi pay üçün həmin MTK-ya ödədiyi pula dair kassa mədaxil-orderinin əslinin və İddiaçı1 Azərbaycan Respublikasi Mənzil Məcəlləsinin 117.1-ci maddəsinin mütləq tələbinə müvafiq olaraq kooperativdə olan payının məbləğinin İddiaçı1 ödənilməsi barədə kassaməxaric orderinin əslinin məhkəməyə təqdim edilməsini təmin etməli idi. Məhkəmənin gəl diyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iddia tərəfinin israrla tələb etməsinə baxmayaraq, nə Cavabdeh2 MTK-nın nümayəndəsi, nə də məhkəmə qeyd olunan mənzilin 12 aprel 2016-cı ildə İddiaçı1 satılmasına dair alqı-satqı müqaviləsinin, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının ksero surətinin təqdim olunmasına, habelə şahid X3 tərəfindən həmin mənzilin İddiaçı1 məxsus olmaqla, təmirinin 2016-cı ildə onun tərəfindən aparılması, mənzil üçün mebellərin İddiaçı1 verdiyi pulla onun tərəfindən alınması, habelə həmin mənzildə İddiaçı1 ailəsi ilə birlikdə təşkil etdiyi qonaqlıqda onun da iştirak etməsini bildirməsinə baxmayaraq, məhkəmə nəinki iddia tərəfinin ala bilmədiyi sübutların alınmasına köməklik etməm iş, əksinə tərəflərin əlavə sübutlar təqdim etməsinə vaxt verməmiş, heç bir şərait yaratmamışdır ki, bununla da iş üzrə bütün faktiki hallar aydınlaşdırılmamış qalmışdır ki, bununla da məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin mənzilin kommunal xidmətlərinin ilkin olaraq kimin adına qeydiyyata alınmasına dair “Azəriqaz” İstehsalat Biriiyindən, "xxxx" ASC-dən və "xxxx" ASC-dən sorğulara verilən cavablarda ünvan 1 saylı evin 21-ci mənzilin abonent kodunun 2016-2020-ci illər ərzində İddiaçı1 adına olması ilə bir daha sübut olunur ki, 12 aprel 2016-cı ildə Cavabdeh2 MTK həmin mənzili həqiqətən də İddiaçı1 alqı-satqı müqaviləsi bağlamaqla satdığı üçün mənzilin qaz, su va işıqdan istifadəyə dair abonent kodu da rəsmi olaraq onun adına qeydə alınmışdır. M.Maqerramov un qeyd olunan kooperativə üzv qəbul olunmaqla mənzilin payçısı olması tasdiq edilərkən qanunvericiliyin tələbi kobud surətdə pozulmaqla saxta protokol tərtib edilmişdir. İddiaçı1 mənzilinin M.Maqerramovun adına keçirilməsi barədə ərizəni də məhz 02 dekabr 2019-cu il tarixdə yazmasını bildirdiyi üçün həmin günə MTK-nın 150 nəfərlik kooperativ üzvünün iştirakı ilə ümümi yığıncağın keçirilməsi qanunla qadağan edilməklə faktiki olaraq mümkün deyildir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıcağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək yığıncağın keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiiərinin ümumi yığıncağının keçirilm əsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əlçatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Kollegiya isə bu kobud qanun pozuntularına münasibət bildirməli olduğu halda bunu etməmiş, belə bir əsassız nəticəyə gəlmişdir ki, iddiaçı sözügedən məktubları guya birinci instansiya məhkəməsinə təqdim etməli idi. Məhkəmə nəzərə almamışdır ki, M.Maharramov mənzili MTK-dan alan gün - 02 dekabr 2019-cu il tarixdə mənzil İddiaçı1 məxsus olmuşdur. Onda sual olunur, MTK İddiaçı1 hansı əsasla mülkiyyətindən məhrum etmişdir?! İddiaçı1 mənzilindən qanunsuz olaraq mənzildən məhrum etsə də, nə üçün onun MTK-ya ödədiyi pulu M.Maqarramovun MTK-ya ödədiyi puldan ona qaytarmamışdır?! Məhkəmə Mülki Prosessual Məcəllənin 80-ci maddəsini də mübahisəyə düzgün təfsir etməyərək mənzilin ilkin olaraq İddiaçı1 məxsus olmasını təsdiq edən onların təqdim etdikləri sübutları mötəbər sübut kimi qəbul etməli idi, çünki məhz onlar işin hüquqi baxımdan düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutlardır. Sonda, məhkəmənin guya İddiaçı1 Cavabdeh2 MTK-dan mənzil almasını təsdiq sübutun olmaması nəticəsinə gəlməsinin yanlış olmasını təsdiq edən, onların apelyasiya baxışından sonra əldə etdikləri başqa sübutu da məhkəməyə təqdim edirlər. Belə ki, "xxxx" ASC-nin verdikləri sorğuya göndərdiyi 01 /05-06/3589 saylı 28 iyul 2021-ci il tarixli məktub və ona əlavə olunmuş Cavabdeh2 MTK-nın direktorunun "xxxx" ASC-yə gö ndərdiyi 2 iyun 2017-ci il tarixli məktubda «Cavabdeh2 MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasına «Bakı elektrik şəbəkə» tərəfindən verilmiş İMX11/1717 saylı, 06.09.2011-ci il tarixli texniki şərtə əməl edildiyi üçün müəssisəyə mənzillərə quraşdırılmaq üçün 150 ədəd 1 faizli.... Sayğac buraxılmasına göstəriş verilməsi xahiş olunur. Həmin məktuba Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında Cavabdeh2 MTK-nın sakinlərini siyahısı da əlavə edilmişdir ki, həmin siyahıda 21-ci adam İddiaçı1 göstərilmişdir. Onun mənzilinin 8-ci mərtəbədə yerləşməklə 4 otaqdan və 170,7 kv. metrdən ibarət olması görünür. Təqdim etdikləri sənədlərlə qeyd olunan mənzilin İddiaçı1 tərəfindən 12 aprel 2016-cı ildə müqavilə əsasında dəyəri tam ödənilməklə Cavabdeh2 MTK-dan alması tam sübuta yetirilsə də, məhkəmə kollegiyası MPM-nin 8-ci maddəsinin və 9-cu maddəsinin tələblərini ona münasibətdə pozaraq onu əsassız və qanunsuz olaraq mülkiyyətindən məhrum etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil2, digər İddiaçı1, cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin və Cavabdeh2 MTK-nın səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil4 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçıların nümayəndələri və vəkilləri tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası apelyasiya şikayətinin də lillərinə düzgün qiymət verməmiş, təqdim edilmiş sübutlara “gecikmiş sübutlar” kimi yanaşmaqla həmin dəlillərə qiymət verməkdən imtina etmiş, iddiaçılar tərəfindən təqdim edilmiş müqavilənin nə əslinin, nə də təsdiq edilməmiş surətinin təqdim edilməməsinə görə həmin müqaviləni sübut kimi dəyərləndirməmişdir. Halbuki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, iddiaçıların apelyasiya şikayətində göstərmiş olduqları vəsatətə uyğun olaraq MTK-ya sorğu verərək tərəflər arasında bağlanmış müqavilənin əslini tələb etmək əvəzinə, iddiaçıların vəsatətinə hər hansı münasibət də bildirməmişdir. Həmçinin apelyasiya kollegiyası biirnci instansiya məhkəməsində dindirilmiş şahid X3 tərəfindən verilmiş ifadəyə də hər hansı münasibət bildirməmiş, həmin ifadəyə digər sübutlarla yanaşı qiymət verməmiş, birinci instansiya məhkəməsində cavabdehin etirazına rəğmən mübahisəli mənzilin iddiaçılara aidiyyətinə dair təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsinin qiymət verməməsinə, habelə protokola (fotoşəkillər, "xxxx" MMC-nin arayışı şahid ifadəsi) qeydlərin məzmununa qiymət vermədən təqdim edilmiş sübutlara səhvən gecikmiş sübutlar kimi qiymət vermişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının mübahisəli mənzildə yaşaması və şahidinin də olmasına dair sübutlar təqdim etdiyi, habelə buna dair hüquqi əsaslarla müqavilənin surətini təqdim edə bildiyi halda məhz cavabdeh tərəf buna əsaslı izah verməlidir. Belə olan halda məhz cavabdeh tərəf olan MTK bu mənzilə dair sənədlərin əslini təqdim etməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, formal aşmış işgüzar qaydalara əsasən, kooperativlərdə mənzilə pay hüququnun özgəninkiləşdirilməsi məhz müqavilənin əsli MTK-ya təqdim edilməklə alıcının adına yeni müqavilənin bağlanması yolu ilə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüq uqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiy ası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.07.2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23.07.2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.