Məhkəmə qərarları › İş №2(103)-6540/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6540/2021

23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6540/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 Məhərrəm qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən və 07 may 2021-ci il tarixli əlavə qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ei blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X6 tərəfindən ödənilməsi barədə 02.12.2019cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X2 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 21.05.2020-ci il tarixdə X2 adına verdiyi Çıxarışın ləğv edilməsi, X2 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzili izolə olunmuş 4 otaqdan ibarət olmaqla əvəzi tərəfindənödənilməklə pay kimi ona verilmişdir. Həmin müqavilənin 4.2-ci maddəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin müqavilə qiymətindən 100 faiz miqdarında, yəni 58038 ABŞ dolları məbləğində ödənilmişdir. Cavabdeh2 MTKnın direktoru S.R.Əhmədovun verdiyi arayışla da təsdiq olunur ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir. O, həmin mənzili aldıqdan sonra tam təmir edərək, ailələri ilə birlikdə orada yaşamağa başlamış, mənzili mebellər, digər avdanlıqlar ilə tam təchiz etmişlər. Sonralar İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsilə birlikdə köçüb orada yaşamağa başladığı üçün Bakıdakı həmin mənzilimizin qapısını qıfıllamışdıq. Hərdən Bakı şəhərinə gələndə özümüzə məxsus olan həmin mənzildə qalmışıq, qohumlarımız da bizə həmin mənzilə qonaq gəlmişlər. Onu da məhkəməyə bildirək ki. İddiaçı1 Cavabdeh1la 2018-2019-cu illşərdə bizneslə məşğul olduqları vaxt Malikin Moskva şəhərində yaşayan Konstantin adlı rus millətindən olan biznesmenlə böyük iş birliyi var idi. Belə ki, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. Ona görə də, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, Rasimin Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin ki, o müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt Yusifov X3 canbir qəlb dost olmaqla ortaq bizneslə məşğul olduqdları üçün Rasim ona inanıb adına olan mənzilin müqaviləsinin Malikin adına dəyişilməsi üçün MTK-ya ərizə də yazmışdır. Bundan Rasimin arvadının xəbəri olmamışdır. MTK isə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərtib edərək mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Hətta Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi 02 dekabr 2019-cu il tarixli saxta məzmunlu arayışda göstərilir ki, ünvan 1 ünvanında yerləşən yiiksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin dəyəri X7 tərəfindən guya tam ödənilmişdir. Bu ilin sentyabr ayının əvvəllərində qohumu İddiaçı1 zəng edərək bildirmişdir ki, onun mənzilinin qapısını sındıraraq başqa şəxsə vermişlər. Rasim maraqlandıqda məlum olmuşdur ki, onun əvvəllər birlikdə bizneslə məşğul olduğu cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək Dövlət Əmlak Komitəsindən öz adma çıxarış alıb sahə müvəkkilinin köməyi ilə mənzilimizin qapısını qırararaq qıfılını dəyişmiş, mənzildə olan, bizə məxsus külli miqdarda əmlakımızı da nə etmişdir bizə məlum deyildir. Maliklə həmin mənzilin real alqı-satqısı barədə hər-hansı bir razılaşmamız olmamış, həmin mənzilə görə o İddiaçı1 pul verməmişdir. Belə ki, əgər İddiaçı1, həqiqətən də mənzili ona satmalı olsaydı o Rasimin evli olduğunu bildiyinə görə arvadı kimi İddiaçı2 da ən azından notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini də ondan alıb MTKya təqdim etməli idi. Belə bir razılıq ərizəsi isə yoxdur. MTK-da da bilirdilər ki, mənzilin müqaviləsinin Malikin adına dəyişdirilməsi formal xarakter daşıyır, Malik bunun üçün nə İddiaçı1, nə də MTK-ya bir manat da olsun pul ödəməmişdir. Əks halda MTK Rasimin arvadının rəsmi razılıq ərizəsi olmadan heç vaxt mənzili Malikin adına qisas almaq üçün o, həmin formal müqavilədən və onların Bakı şəhərində olmamasından istifadə edərək, mənzillərini öz adına çıxarış alaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan, özbaşnalıq edərək, mənzilin giriş qapısının qıraraq qıfılını dəyişdirib mənzilimizə sahib çıxmışdır. Göründüyü kimi, cavabdeh "Dərəçiçək” MTK ilə cavabdeh Maqeramov Malik arasında bağlanmış bu qeyd olunan müqavilə formal xarakterli olmaqla qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla etibarsızdır. Qeyd etdiyimiz kimi, onlara məxsus mənzilin cavabdehə satılmasına görə İddiaçı1 pul verilməmiş, mənzil onun tərəfindən cavabdehə təhvil verilməmiş, arvadı kimi İddiaçı2 notarial qaydada təsdiq olunmuş yazılı razılığı alınmamışdır. Zəruri sənədlərin surətinin verilməsi barədə Cavabdeh2 MTK-ya vəkilimiz tərəfindən 21.09.2020-ci il tarixdə təqdim edilmiş sorğuya bu günə kimi cavab verilməmişdir. Mənzilin hansı əsaslarla Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənmək üçün 22.09.2020-ci il tarixli 193 nömrəli sorğu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş və oradan verilmiş 13.10.2020-ci il tarixli, **********95 saylı cavab məktubundagöstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışa, 02.12.2019-cu il tarixli maliyyə arayışına əsasən 21.05.2020-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirilmişdir ki, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Sadalanan maddi hüquq normalarının tələblərinə əsasən hesab edirik ki, Cavabdeh2 MTK ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1 -ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170.7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, Bakı şəhəri, Nərimanov rayonu. Təbriz küçəsi, ev 21. 21 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X6 tərəfindən ödənilməsi barədə 02.12.2019-cu il tarixli maliyyə arayışı, İddiaçı1 həmin mənzilin müqaviləsinin X2 adına dəyişdirilməsinə dair verdiyi 02.12.2019-cu il tarixli razılıq ərizəsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin 21.05.2020-ci il tarixdə X2 adına verdiyi Çıxarış ləğv edilməli, X6 həmin mənzildən çıxarılmalı və mənzil bizə təhvil verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə dair iddia rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 07 may 2021ci il tarixli əlavə qətnaməsi ilə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddia rədd edilmişdir. Qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onların ləğv və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili də apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq digər tərəflər göndərmədiklərindən, işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan 12.04.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58.038 ABŞ dolları, 4 otaqlı mənzili Cavabdeh2 MTK İddiaçı1 verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh2 MTK-nin maliyyə arayışının kserosurətindən görünür ki, Dərəçiçək” MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı İddiaçı1 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir. İş materiallarında olan Tovuz rayon VADQ şöbəsi tərəfindən 20.02.2001-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 402455 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə İddiaçı2 arasında 20.02.2001-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Mövsümova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3467 nömrəli reyestr kitabının 325106 nömrəli vərəqində 21.05.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MTK-nin 02.12.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbədə, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X6 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış 13.10.2020-ci il tarixli, **********95 saylı sorğuya cavab məktubunun surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil “DərəçiçəkMTK üzvlərinin ümumi iclasının 168 nömrəli 02.12.2019-cu il tarixli protokolundan çıxarışa, 02.12.2019-cu il tarixli maliyyə arayışına əsasən 21.05.2020-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyi bildirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı 26.01.2021-ci il tarixli sorğuya cavab məktubu ilə X6 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbədə, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlər təqdim olunmuşdur. Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil3 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yiiksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilə dair X6 ilə müqavilə bağlanmış, müvafiq maliyyə arayışı verlmişdir. İddiaçı1 və Cavabdeh2 MTK arasında mübahisəli mənzillə bağlı müqavilənin olması barədə MTK-da hər hansı sübut yoxdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq 02.12.2019-cu il tarixli Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTK-nin 02.12.2019-cu il tarixli maliyyə arayışı olmuşdur. İddiaçı tərəf İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Kollegiya xüsusilə vurğulayır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının) iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır. Kollegiya apellyasiya şikayətinə əlavə edilmiş kommunal xidmətlər üzrə abunə kodlarının əvvəllər iddiaçının adına olması barədə məktublara münasibətdə qeyd edir ki, əvvəla iddiaçı sözügedən məktubları birinci instansiya məhkəməsinə təqdim etməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya iddiaçının həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Həmçinin, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, Cavabdeh1 mənzili iddiaçıdan deyil, bilavasitə MTK-dan almış olduğu iş materialları ilə təsdiq olunur. Beləliklə, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır Kollegiya müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldiyindən, digər tələblər üzrə araşdırılma aparılmasına ehtiyyac olmadığı vurğulayır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti və əlavə apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi və 07 may 2021-ci il tarixli əlavə qətnaməsi il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar