Məhkəmə qərarları › İş №2(103)-1953/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1953/2022

09.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1953/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsindən iddiaçıların nümayəndəsi vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanda yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin (bundan sonra - mübahisəli mənzil) X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X8 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X3 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarışın ləğv edilməsi, X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən mübahisəli mənzil əvəzi tərəfindən ödənilməklə pay kimi ona verilmiş, mənzilin dəyəri 58.038 ABŞ dolları tam ödənilmişdir. O, həmin mənzili aldıqdan sonra tam təmir edərək, ailələri ilə birlikdə orada yaşamağa başlamış, mənzili mebellər, digər avdanlıqlar ilə tam təchiz etmişlər. Sonralar İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsilə birlikdə köçüb orada yaşamağa başlamış və mənzilin qapısını qıfıllamışdır. Hərdən Bakı şəhərinə gələndə həmin mənzildə qalmış, qohumları həmin mənzilə qonaq gəlmişlər. İddiaçı1 Cavabdeh1la 2018-2019-cu illərdə bizneslə məşğul olduqları vaxt Malikin Moskva şəhərində yaşayan Konstantin adlı rus millətindən olan biznesmenlə böyük iş birliyi var idi. Belə ki, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. Ona görə də, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, Rasimin Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin ki, o müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt İddiaçı1 Maliklə dost olmaqla ortaq bizneslə məşğul olduqdları üçün Rasim ona inanıb adına olan mənzilin müqaviləsinin Malikin adına dəyişilməsi üçün MTK-ya ərizə də yazmışdır. Bundan Rasimin arvadının xəbəri olmamışdır. MTK isə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərtib edərək mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Hətta Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi 02 dekabr 2019-cu il tarixli saxta məzmunlu arayışda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yiiksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin dəyəri X8 tərəfindən guya tam ödənilmişdir. Bu ilin sentyabr ayının əvvəllərində qohumu İddiaçı1 zəng edərək bildirmişdir ki, onun mənzilinin qapısını sındıraraq başqa şəxsə vermişlər. Rasim maraqlandıqda məlum olmuşdur ki, cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək öz adına çıxarış alıb sahə müvəkkilinin köməyi ilə mənzilin qapısını qırararaq qıfılını dəyişmişdir. Maliklə həmin mənzilin real alqı-satqısı barədə hər-hansı bir razılaşma olmamış, Malik həmin mənzilə görə İddiaçı1 pul verməmişdir. Əgər İddiaçı1 həqiqətən də mənzili ona satmalı olsaydı, Malik ən azından Rasimin evli olduğunu bildiyinə görə arvadı kimi İddiaçı2 da azından notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini ondan alıb MTKya təqdim etməli idi. Belə bir razılıq ərizəsi isə verilməmişdir. Göründüyü kimi, cavabdeh "Dərəçiçək” MTK ilə cavabdeh Malik Maqeramov arasında bağlanmış qeyd olunan bu müqavilə formal xarakter daşımaqla və qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla, etibarsızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 07 may 2021- ci il tarixli əlavə qətnaməsi ilə isə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddia rədd edilmişdir. Qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verən iddiaçılar onların ləğv və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirmişlər. Apellyasiya şikayəti həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilin İddiaçı1 satılmasına dair müqavilənin, maliyyə arayışının və mənzilin İddiaçı1 adından cavabdehin adına keçirilməsi barədə İddiaçı1 tərəfindən yazılan ərizənin əslinin alınıb araşdırılmasına köməklik etməyib. Məhkəmə şahid ifadəsinə, habelə həmin mənzildə İddiaçı1 ailəsi ilə birlikdə təşkil etdiyi qonaqlıqda onun da iştirak etməsini bildirməsinə baxmayaraq, işin bu halına əhəmiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6540/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi və 07 may 2021-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(102)- 6945/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, həqiqətən də, X13 Yusifov RF-nın Moskva şəhərində yaşamaqla, birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Həmin biznes fəaliyyəti çərçivəsində İddiaçı1 cavabdeh Malik Maqerramova külli miqdarda borcu yaranmış, o, borcunu qaytara bilmədiyi üçün hazırkı mübahisənin predmeti olan mənzilini qarşılıqlı razılıq əsasında borcun əvəzi olaraq Malikə vermişdir. Razılaşmaya uyğun olaraq Rasim MTK-ya ərizə yazaraq mənzilə dair pay hüququndan imtina etmiş və həmin mənzilin Malikin adına sənədləşdirilməsini xahiş etmiş, bundan sonra Cavabdeh2 MTK ilə İddiaçı1 arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilə ləğv edilmiş və mübahisəli mənzilə dair MTK ilə X3 arasında 02 dekabr 2019-cu ildə yeni müqavilə bağlanmış və həmin tarixli maliyyə arayışı verilmişdir. Bundan sonra Malik Maqerramov həmin mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. İddiaçı1 həyat yoldaşı İddiaçı2 bütün bu proseslərdən lap əvvəldən xəbəri olmuşdur. Ona görə də, İddiaçı2 guya mənzilin Malik Maqerramovun adına sənədləşməsindən xəbərsiz olması və onun razılığının olmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və cavabdehlər Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, mübahisəli mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X8 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarış ləğv edilməli, qətnamə digər İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmiş, təqdim edilmiş sübutlara “gecikmiş sübutlar” kimi yanaşmaqla, həmin dəlillərə qiymət verməkdən imtina etmiş, iddiaçılar tərəfindən təqdim edilmiş müqavilənin nə əslinin, nə də təsdiq edilməmiş surətinin təqdim edilməməsinə görə həmin müqaviləni sübut kimi dəyərləndirməmişdir. Halbuki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, iddiaçıların apellyasiya şikayətində göstərmiş olduqları vəsatətə uyğun olaraq MTK-ya sorğu verərək tərəflər arasında bağlanmış müqavilənin əslini tələb etmək əvəzinə, iddiaçıların vəsatətinə hər hansı münasibət də bildirməmişdir. Həmçinin, apellyasiya kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahid X4 tərəfindən verilmiş ifadəyə də hər hansı münasibət bildirməmiş, həmin ifadəyə digər sübutlarla yanaşı qiymət verməmiş, birinci instansiya məhkəməsində cavabdehin etirazına rəğmən mübahisəli mənzilin iddiaçılara aidiyyətinə dair təqdim edilmiş sübutlara (fotoşəkillər, "xxxx" MMC-nin arayışı şahid ifadəsi) birinci instansiya məhkəməsinin qiymət verməməsinə, habelə protokola qeydlərin məzmununa qiymət vermədən təqdim edilmiş sübutlara səhvən gecikmiş sübutlar kimi qiymət vermişdir. Apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi qətnaməni və əlavə qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 117.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 347, 394, 430.1, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.3, 217.4-cü maddələri ilə əsaslandırmış və belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini əsaslandıran hallara dair hər hansı tutarlı sübut təqdim edə bilməmiş, mənzilə dair cavabdehin adına çıxarış verilərkən qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə və əlavə qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58.038 ABŞ dolları, 4 otaqlı mənzili Cavabdeh2 MTK İddiaçı1 verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Cavabdeh2 MTK-nin maliyyə arayışının kserosurətindən görünür ki, Dərəçiçək” MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı İddiaçı1 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir. İş materiallarında olan Tovuz rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 402455 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2001-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Mövsümova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3467 nömrəli reyestr kitabının 325106 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 MTK-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X8 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********95 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bildirilmişdir ki, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğusu əsasında verilə bilər; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu ilə X8 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbədə, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlər təqdim olunmuşdur. Apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sənədlər: "xxxx"ASC-nin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı məktubdan görünür ki, ünvan 5 21 saylı mənzil Cavabdeh2 MTK tərəfindən təqdim olunan siyahı və sənədlər əsasında **********A0021 nömrəli abunə kodu ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Cavabdeh2 MTK-nın Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 19 aprel 2022-ci il tarixli, 0089 nömrəli cavab məktubunda X5 ilə İddiaçı1 arasında ünvan 6 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170.7 kv.m olan 21 nömrəli mənzilə görə bağlanmış və Cavabdeh2 MTK tərəfindən təsdiqlənmiş xx.xx.2016-cı il tarixli müqavilənin, həmin mənzilin dəyərinin tam ödənilməsinə dair arayışın surətinin təqdim edilməsi bildirilmiş, əlavə olaraq göstərilmişdir ki, həmin mənzilə dair Cavabdeh2 MTK ilə X5 arasında xx.xx.2004-cü il tarixdə müqavilə bağlanmış, lakin həmin mənzillə bağlı X2 verilmiş tam ödəniş arayışı və onun mənzildən imtinası barədə ərizə Cavabdeh2 MTK-nın arxivində yoxdur; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X11 ilə X8 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 02 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, X8 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş İddiaçı1 Cavabdeh2 MTK-nın direktoru X12 ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı1 ərizədə Cavabdeh2 MTK-nın Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8 mərtəbə ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin X3 adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzillə əlaqədar MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X11 ilə İddiaçı1 arasında bağlanmış 12 aprel 2016-cı il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 12 aprel 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı1 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru Əliyev R.R ilə X5 arasında 07 dekabr 2004-cü il tarixli Bakı şəhəri, Nərimanov rayonu Təbriz 19 ünvanda inşa olunan 15 mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir. İddiaçı1 iddia edir ki, cavabdehlə birgə qurduqları biznesi inkişaf etdirmək üçün mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına razılıq verib. Cavabdeh ona və ya MTK-ya həmin mənzilə görə heç bir məbləğdə ödəniş etməyib. İddiaçı2 tələbi ondan ibarətdir ki, mübahisəli mənzil cavabdehin adına qeydə alınarkən onun razılığı alınmayıb. Halbuki, o İddiaçı1la rəsmi nikahdadır və əmlak barədə sərəncam verilərkən onun razılığı tələb olunurdu. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, İddiaçı1 ona borcu olub, borcun qaytarılmasının əvəzi kimi mübahisəli mənzildən onun xeyrinə imtina edib. Mənzil rəsmi reyestrdə qeydə alınmadığından onun üzərində sərəncam verilərkən İddiaçı2 razılığı alınmalı deyildi. Kollegiya İddiaçı1 münasibətdə tələbə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 117.1-ci maddəsinə görə isə, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Sonuncu normanın məzmunundan görünür ki, kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tərəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini tapmışdır. Bundan əlavə müəyyən olunur ki, İddiaçı1 müqavilənin şərtləri ilə tanış olmuş, onu şüurlu şəkildə imzalayaraq, onun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məlumatlı olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla tam fəaliyyət qabiliyyətli mülki hüquq subyeklərinin (onların səlahiyyətli nümayəndələrinin) könüllü və şüurlu şəkildə üzərilərinə götürdükləri öhdəliklərə görə məhz həmin subyektlərin özləri mülki hüquqi məsuliyyət daşıyırlar və bu hal mülki dövriyyənin sabitliyi baxımından mühüm əhəmiyyətə malikdir. Ona görə də Kollegiya hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin şəxsə aid hissədə iddianı təmin etməmişdir. Kollegiya İddiaçı2 münasibətdə tələbə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi, mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativ ilə onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən isə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsi ilə də tənzimlənir. Həmin maddəyə müvafiq olaraq, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.4-cü maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmasa da, qanunun yuxarıda göstərilən mənasından aydın olur ki, kooperativin verdiyi mənzil üçün pay haqqı tam ödənildiyindən həmin əmlaka dair iddiaçının sahiblik və istifadə etmək hüququ yaranmışdır. Lakin İddiaçı1 mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına dair MTK-ya müraciət edərkən onunla rəsmi nikahda olan arvadı İddiaçı2 qanunla müəyyən olunmuş qaydada razılığı alınmamışdır. Qanunun mənasına görə, belə bir razılığın olmaması (alınmaması) müqavilənin etibarsızlığı üçün əsas ola bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqdan ibarət 21 nömrəli mənzilin cavabdeh Malik Maqerramovun adına sənədləşdirilməsinə dair ərizə verməklə, faktiki olaraq onunla digər iddiaçı olan İddiaçı2 birgə nikahı dövründə əldə etdikləri əmlak üzərində onun razılığı olmadan sərəncam vermiş, bu isə mülki qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları baxımından sonuncunun mülkiyyət hüquqularının pozulması ilə nəticələnmişdir. Ona görə də, həmin imtina ərizəsinin əsasında mübahisəli mənzilin sonradan cavabdehin adına rəsmiləşdirilməsi və bu mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı hərəkətlər etibarsız olmuşdur. Qeyd edilənlərdən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı2 iddiası əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, həmçinin təqdim edilmiş sübutların araşdırılması və qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, mübahisəli mənzilə pay hüququnun X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X8 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarış ləğv edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X8 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarış ləğv edilsin. İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin və qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar