Məhkəmə qərarları › İş №2(103)-2554/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2554/2023

10.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2554/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 qız və İddiaçı1 cavabdehlər X10, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” (Açar sözlər: mənzilin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X11 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 402455 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2001-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmışdır.

2. xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58.038 ABŞ dolları, 4 otaqlı mənzili Cavabdeh2 MTK İddiaçı1 verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh2 MTK-nin maliyyə arayışının kserosurətindən görünür ki, Dərəçiçək” MTKya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı İddiaçı1 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.

4. Cavabdeh2 MTK-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X13 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 3467 nömrəli reyestr kitabının 325106 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********95 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir.

7. "xxxx"ASC-nin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı məktubdan görünür ki, ünvan 4 21 saylı mənzil Cavabdeh2 MTK tərəfindən təqdim olunan siyahı və sənədlər əsasında **********A0021 nömrəli abunə kodu ilə İddiaçı1 adına qeydiyyata alınmışdır.

8. Cavabdeh2 MTK-nın Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 19 aprel 2022-ci il tarixli, 0089 nömrəli cavab məktubunda X7 ilə İddiaçı1 arasında ünvan 5 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170.7 kv.m olan 21 nömrəli mənzilə görə bağlanmış və Cavabdeh2 MTK tərəfindən təsdiqlənmiş xx.xx.2016-cı il tarixli müqavilənin, həmin mənzilin dəyərinin tam ödənilməsinə dair arayışın surətinin təqdim edilməsi bildirilmiş, əlavə olaraq göstərilmişdir ki, həmin mənzilə dair Cavabdeh2 MTK ilə X7 arasında xx.xx.2004-cü il tarixdə müqavilə bağlanmış, lakin həmin mənzillə bağlı X3 verilmiş tam ödəniş arayışı və onun mənzildən imtinası barədə ərizə Cavabdeh2 MTK-nın arxivində yoxdur. Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X18 ilə X13 arasında bağlanmış 02 dekabr 2019- cu il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 02 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, X13 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş İddiaçı1 Cavabdeh2 MTK-nın direktoru X19 ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı1 ərizədə Cavabdeh2 MTK-nın Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8 mərtəbə ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin X6 adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzillə əlaqədar MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X18 ilə İddiaçı1 arasında bağlanmış 12 aprel 2016-cı il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 12 aprel 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı1 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru Əliyev R.R ilə X7 arasında 07 dekabr 2004-cü il tarixli Bakı şəhəri, Nərimanov rayonu Təbriz 19 ünvanda inşa olunan 15 mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X6 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə X6 adına verdiyi çıxarışın ləğv edilməsi, X6 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən mübahisəli mənzil əvəzi tərəfindən ödənilməklə pay kimi ona verilmiş, mənzilin dəyəri 58.038 ABŞ dolları tam ödənilmişdir. O, həmin mənzili aldıqdan sonra tam təmir edərək, ailələri ilə birlikdə orada yaşamağa başlamış, mənzili mebellər, digər avdanlıqlar ilə tam təchiz etmişlər. Sonralar İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsilə birlikdə köçüb orada yaşamağa başlamış və mənzilin qapısını qıfıllamışdır. Hərdən Bakı şəhərinə gələndə həmin mənzildə qalmış, qohumları həmin mənzilə qonaq gəlmişlər. İddiaçı1 Cavabdeh1la 2018-2019-cu illərdə bizneslə məşğul olduqları vaxt Malikin Moskva şəhərində yaşayan Konstantin adlı rus millətindən olan biznesmenlə böyük iş birliyi var idi. Belə ki, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. Ona görə də, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, Rasimin Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin ki, o müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt İddiaçı1 Maliklə dost olmaqla ortaq bizneslə məşğul olduqdları üçün Rasim ona inanıb adına olan mənzilin müqaviləsinin Malikin adına dəyişilməsi üçün MTK-ya ərizə də yazmışdır. Bundan Rasimin arvadının xəbəri olmamışdır. MTK isə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərtib edərək mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Hətta Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi 02 dekabr 2019-cu il tarixli saxta məzmunlu arayışda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yiiksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin dəyəri X13 tərəfindən guya tam ödənilmişdir. Bu ilin sentyabr ayının əvvəllərində qohumu İddiaçı1 zəng edərək bildirmişdir ki, onun mənzilinin qapısını sındıraraq başqa şəxsə vermişlər. Rasim maraqlandıqda məlum olmuşdur ki, cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək öz adına çıxarış alıb sahə müvəkkilinin köməyi ilə mənzilin qapısını qırararaq qıfılını dəyişmişdir. Maliklə həmin mənzilin real alqı-satqısı barədə hər-hansı bir razılaşma olmamış, Malik həmin mənzilə görə İddiaçı1 pul verməmişdir. Əgər İddiaçı1 həqiqətən də mənzili ona satmalı olsaydı, Malik ən azından Rasimin evli olduğunu bildiyinə görə arvadı kimi İddiaçı2 da azından notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini ondan alıb MTKya təqdim etməli idi. Belə bir razılıq ərizəsi isə verilməmişdir. Göründüyü kimi, cavabdeh "Dərəçiçək” MTK ilə cavabdeh Malik Maqeramov arasında bağlanmış qeyd olunan bu müqavilə formal xarakter daşımaqla və qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla, etibarsızdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə dair iddia rədd edilməsi qət edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddianın rədd edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq xx.xx.2019-cu il tarixli Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTK-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışı olmuşdur.

14. Əlavə qətnamə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının çıxarışın ləğvi ilə bağlı irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, iddia üzrə "02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X6 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışın ləğvi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə X6 adına verdiyi Çıxarışın ləğv edilməsi» hissəsində də təmin edilə bilməz.

15. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 113.1, 117.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 347, 394, 430.1, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar da məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iddia tərəfinin israrla tələb etməsinə baxmayaraq nə Cavabdeh2 MTK-nın nümayəndəsi, nə də məhkəmə qeyd olunan mənzilin 12 aprel 2016-cı ildə İddiaçı1 satılmasına dair alqısatqı müqaviləsini, mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının ksero surətinin təqdim olunmasına, habelə şahid X8 tərəfindən həmin mənzilin İddiaçı1 məxsus olması, mənzilin təmirinin 2016-cı ildə onun tərəfindən aparılması, mənzil üçün mebellərin İddiaçı1 verdiyi pulla onun tərəfindən alınması, habelə həmin mənzildə RasimYusifovun ailəsi ilə birlikdə təşkil eldiyi qonaqlıqda onun da iştirak etməsini bildirməsinə (qətnamədə bu şahidin izahatına toxunulmamış, qiymət verilməmişdir) baxmayaraq, məhkəmə nəinki tərəfin ala bilmədiyi sübutun alınmasına köməklik etməmiş, əksinə tərəflərin əlavə sübut təqdim etməsinə belə şərait yaratmamışdır ki, bununla da iş üzrə bütün faktiki hallar aydınlaşdırılmamış qalmışdır ki, bu da MPM-nin 185.1.2-ci maddəsinin tələblərinin pozulması olmaqla, qətnamənin ləğv olunması üçün daha bir əsasdır. Məhkəmə iddia tərəfinə sübutların Cavabdeh2 MTK-dan tələb olunub alınmasında köməklik etmədiyini, habelə iddia tərəfinin sorğusuna cavabdehin cavab verməməsi səbəbindən, habelə məhkəmənin, yuxarıda qeyd eldiyim kimi, prosessual qanun pozuntularına yol verməklə, qəflətən qətnaməni elan etməsi səbəbindən qeyd olunan kooperativ mənzildəki payın İddiaçı1 məxsus olmasına dair əlavə sübutlar toplayıb məhkəməyə təqdim edə bilməyiblər. «Azəriqaz» İstehsalat Birliyinin 15 saylı Vəkil Bürosunun sorğusuna göndərdiyi 22 fevral 2021-ci il tarixli məktubda göstərilir: «Sorğunuza cavab olaraq bildirilir ki, İddiaçı1 (abonent kodu: **********00210, ünvan: ünvan 9çotu bazasında xx.xx.2016-xx.xx.2021-ci illər ərzində qeydiyyatda idi. xx.xx.2021-ci il tarixində İB-nin abonent uçotu bazasında abonentin adı Asan Kommunal Mərkəzi tərəfindən təqdim olunan sənədlərə əsasən X6 adına dəyişdirilmişdir». "xxxx" ASC-nin 15 saylı Vəkil Bürosunun sorğusuna göndərdiyi 18 fevral 2021-ci il tarixli 02/4/0İ-7/6/2100 saylı məktubda göstərilir: «Sizin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığınız xx.xx.2021-ci il tarixli, 3601 nömrəli məktubunuza baxılmışdır. Müraciətlə bağlı bildiririk ki, ünvan 10 ünvanında yerləşən 21 saylı mənzilin su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair **********210 saylı abonent коси xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı1 adına olmuşdur. xx.xx.2021-ci il tarixində elektron abonent bazasında ad dəyişmə əməliyyatı edilmişdir». "xxxx" ASC-nin 15 saylı Vəkil Bürosunun sorğusuna göndərdiyi 25.02. 2021-ci il tarixli 01/05-06/746 saylı məktubda göstərilir: «Hörməli Vüqar müəllim, Sizin 09 fevral 2021-ci il tarixli, 41 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Nərimanov rayonu. Təbriz küçəsi ev 21A nömrəli evin 21 saylı mənzili **********A0021 nömrəli abunə kodu ilə 15 yanvar 2018-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. 16 fevral 2021-ci il tarixində «Əhali abonentinin ad dəyişdirilməsi» xidməti həyala keçirilərək Cavabdeh1 adına dəyişdirilmişdir». Qeyd olunan məktublarda Bakı şəhəri. Nərimanov rayonu. Təbriz küçəsi 21 saylı evin 21-ci mənzilin abonent kodunun 2016-2021-ci illər ərzində İddiaçı1 adına olması ilə bir daha sübul olunur ki, 12 aprel 2016-cı ildə Cavabdeh2 MTK həmin mənzili həqiqətən də X5 alqı-satqı müqaviləsi bağlamaqla satdığı üçün mənzilin qaz, su və işıqdan istifadəyə dair abonent kodları da rəsmi olaraq onun adına qeydə alınmışdır. Həmin kooperativ mənzilin dəyəri İddiaçı1 tərəfindən 12 aprel 2016-cı ildə tam ödənilməsinə baxmayaraq, o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsindən öz adına çıxarış almadığı üçün onun kooperativdəki payı onların hər ikisinin ümumi vəsaiti hesabına nikah müddətində əldə etdikləri paylı mülkiyyətləri olduğü üçün yalnız İddiaçı1 özünün ərizəsi və rəsmi nikahda olduğu arvadı İddiaçı2 razılıq ərizəsi olmadan Cavabdeh2 MTK-nın həmin mənzili başqa şəxsin adına rəsmiləşdirməsi qanunsuz olmuşdur. Məhz bu qanunsuzluğa yol verdiyi üçün Cavabdeh2 MTK qeyd olunan mənzilə dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin əslinin və mənzilin dəyərinin onun tərəfindən ödənilməsi barədə maliyyə arayışının əslini nə onlara, nə də məhkəməyə təqdim etməkdən boyun qaçırmışdır. Məhkəmə bununla da maddi hüquq normasının tələblərini pozmuşdur. Ona görə də qeyd olunan mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsi və onun adından çıxarılması barədə sənədlərin əsli Cavabdeh2 MTKdan tələb olunub alınmalıdır. Bundan başqa məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsindən göndərilmiş sənədlərdən də görünür ki, qeyd olunan mənzil ildırım sürəti ilə bir gündə - 02 dekabr 2019-cu ildə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 02 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 həqiqətən Cavabdeh2 MTK-nın ünvan 11 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin dəyərini tam ödəmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)- 6540/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti və əlavə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin və 07 may 2021-ci il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizli, ailə üzvlərinin (həyat yoldaşının) iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır. Kollegiya apelyasiya şikayətinə əlavə edilmiş kommunal xidmətlər üzrə abunə kodlarının əvvəllər iddiaçının adına olması barədə məktublara münasibətdə qeyd etmişdir ki, əvvəla iddiaçı sözügedən məktubları birinci instansiya məhkəməsinə təqdim etməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya iddiaçının həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, Malik Maqerramovmənzili iddiaçıdan deyil, bilavasitə MTK-dan almış olduğu iş materialları ilə təsdiq olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Kollegiya müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldiyindən, digər tələblər üzrə araşdırılma aparılmasına ehtiyac olmadığı vurğulamışdır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 339, 340.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 78.1, 385.2, 382, 384, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6945/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6540/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

22. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 22.1 Apellyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmiş, təqdim edilmiş sübutlara “gecikmiş sübutlar” kimi yanaşmaqla həmin dəlillərə qiymət verməkdən imtina etmiş, iddiaçılar tərəfindən təqdim edilmiş müqavilənin nə əslinin, nə də təsdiq edilməmiş surətinin təqdim edilməməsinə görə həmin müqaviləni sübut kimi dəyərləndirməmişdir. Halbuki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, iddiaçıların apellyasiya şikayətində göstərmiş olduqları vəsatətə uyğun olaraq MTK-ya sorğu verərək tərəflər arasında bağlanmış müqavilənin əslini tələb etmək əvəzinə, iddiaçıların vəsatətinə hər hansı münasibət də bildirməmişdir. Həmçinin, apellyasiya kollegiyası biirnci instansiya məhkəməsində dindirilmiş şahid X9 tərəfindən verilmiş ifadəyə də hər hansı münasibət bildirməmiş, həmin ifadəyə digər sübutlarla yanaşı qiymət verməmiş, birinci instansiya məhkəməsində cavabdehin etirazına rəğmən mübahisəli mənzilin iddiaçılara aidiyyətinə dair təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsinin qiymət verməməsinə, habelə protokola (fotoşəkillər, "xxxx" MMC-nin arayışı şahid ifadəsi) qeydlərin məzmununa qiymət vermədən təqdim edilmiş sübutlara səhvən gecikmiş sübutlar kimi qiymət vermişdir. 22.2 Eyni zamanda, iddiaçının mübahisəli mənzildə yaşaması və şahidinin də olmasına dair sübutlar təqdim etdiyi, habelə buna dair hüquqi əsaslarla müqavilənin surətini təqdim edə bildiyi halda məhz cavabdeh tərəf buna əsaslı izah verməlidir. Belə olan halda, məhz cavabdeh tərəf olan MTK bu mənzilə dair sənədlərin əslini təqdim etməlidir. 22.3 Digər tərəfdən nəzərə alınmalıdır ki, formalaşmış işgüzar qaydalara əsasən, kooperativlərdə mənzilə pay hüququnun özgəninkiləşdirilməsi məhz müqavilənin əsli MTKya təqdim edilməklə alıcının adına yeni müqavilənin bağlanması yolu ilə edilir. 22.4 Beləliklə, işdən görünür ki, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 1953/2022 saylı qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, iddia tələbinin qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X6 adına verdiyi Çıxarışın ləğv edilməsi, İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin ona münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmasa da, qanunun yuxarıda göstərilən mənasından aydın olur ki, kooperativin verdiyi mənzil üçün pay haqqı tam ödənildiyindən həmin əmlaka dair iddiaçının sahiblik və istifadə etmək hüququ yaranmışdır. Lakin İddiaçı1 mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına dair MTK-ya müraciət edərkən onunla rəsmi nikahda olan arvadı İddiaçı2 qanunla müəyyən olunmuş qaydada razılığı alınmamışdır. Qanunun mənasına görə, belə bir razılığın olmaması (alınmaması) müqavilənin etibarsızlığı üçün əsas ola bilər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqdan ibarət 21 nömrəli mənzilin cavabdeh Malik Maqerramovun adına sənədləşdirilməsinə dair ərizə verməklə, faktiki olaraq onunla digər iddiaçı olan İddiaçı2 birgə nikahı dövründə əldə etdikləri əmlak üzərində onun razılığı olmadan sərəncam vermiş, bu isə mülki qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları baxımından sonuncunun mülkiyyət hüquqularının pozulması ilə nəticələnmişdir. Ona görə də, həmin imtina ərizəsinin əsasında mübahisəli mənzilin sonradan cavabdehin adına rəsmiləşdirilməsi və bu mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı hərəkətlər etibarsız olmuşdur. İddiaçı2 iddiası əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, həmçinin təqdim edilmiş sübutların araşdırılması və qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən kollegiya hesab etmişdir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, mübahisəli mənzilə pay hüququnun X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X6 adına verdiyi Çıxarış ləğv edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 152, 178.8, 225.1, 225.2, 225.6, 337.1, 337.2-ci maddələri, Mənzil Məcəlləsinin 112, Ailə Məcəlləsinin 33, 33.4-cü maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6980/2020 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi qismən - “X6 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

27. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 27.1 Apellyasiya məhkəməsi iddiaçıların “X6 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə” tələblərini qanunvericiliyə uyğun qaydada həll etməmişdir. 27.2 Belə ki, apellyasiya məhkəməsi İddiaçı2 (həqiqi hüquqi vəziyyətə görə) mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul edərək, əqdin və onun digər hüquqi nəticələrinin etibarsız sayılmasına və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsinə dair tələblərini təmin etsə də, mülkiyyətin müdafiəsinə yönəlmiş tələblərdən biri olan “M.Maqerramovun mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə” tələbini rədd etmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində (səh.11) İddiaçı2 təmin olunan tələbləri göstərildikdən sonra “iddia tələblərinin qalan hissədə təmin edilmədiyi” qeyd olunmuş, nəticə hissəsində isə İddiaçı2 sözügedən tələbi üzrə məhkəmənin gəldiyi qənaət göstərilməmişdir. 27.3 Halbuki, qanuna görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, nəticə hissəsində isə iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.4 Bundan əlavə, nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. 27.5 Apellyasiya məhkəməsi mübahisəli mənzilin X1 dair 02 dekabr 2019-cu il tarixli müqaviləni, həmin mənzilə dair "Dərəçiçək MTK-nın xx.xx.2019-cu il tarixli protokolundan çıxarışı, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız, daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş çıxarışı ləğv etməklə əşyaya münasibətdə tərəfləri əvvəlki hüquqi vəziyyətə gətirmişdir. Bu mövqe İddiaçı2 ilə yanaşı, digər İddiaçı1 da mənzil üzərindəki mülkiyyət hüququnun bərpa olunmasına dəlalət edir. Buna baxmayaraq məhkəmə, İddiaçı1 Cavabdeh1 mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin aktını qüvvəsində saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. 27.6 Belə ki, hər iki iddiaçının qeyd edilən tələbi və onun əsaslandığı faktiki hallarla mülkiyyətin müdafiəsinə dair iddianın qanuni əsası olan MM-in 157.2 və ya 157.4-cü maddələrinin dispozisiya şərtləri arsında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamış, həmin tələbin rədd edilməsi bu qaydada əsaslandırılmamışdır. 27.7 Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 27.8 Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 27.9 Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, iddiaçıların “X6 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” barədə tələbinin rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. 27.10 Ona görə də, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə qismən - “X6 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti rədd edilməklə qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır. 27.11 Kollegiya müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsinə dair Cavabdeh1 mövqeyi ilə bağlı qeyd edir ki, həmin dəlil iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi üçün əsas deyil. Bununla belə, MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, yeni apellyasiya baxışında məhkəmə etibarsız sayılmış əqd üzrə icra edilmiş əmlak dəyərlərinin nədən ibarət olmasını və əgər varsa onların geri qaytarılması məsələsini xidməti vəzifəsinə görə işdəki məlumat və sübutlar əsasında tərəflərin iştirakı ilə araşdırmaqla həmin xüsusata da yekun hüquqi qiymət verməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

29. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iş materiallarında aydın olur ki, mənzil İddiaçı1 tərəfindən alınmışdır. Məhkəmələrin qətnamələrində öz əksinə tapmışdır ki, Cavabdeh1 və İddiaçı1 arasında kommersiya işi ilə əlaqədar olaraq iş məsələləri olmuşdur. Onlar belə qərar gəliblər ki, mənzil formal olaraq Cavabdeh1 adına keçsin. Formal xarakterli müqavilə olmuşdur. Bütün sənədləşdirmə eyni gündə olmuşdur. Mülki Məcəllənin müddəaları pozulmuşdur. Kooperativ üzvlərinə məlumat verilmədən iclas keçirilmiş və mənzil Cavabdeh1 adına keçirilmişdir. Tərəflər arasında pul və alqı-satqı münasibətləri olmamışdır. İddiaçının həyat yoldaşının razılığı olmadan bu məsələlər olduğuna görə bağlanmış əqd etibarsızdır. İddiaçı1 cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Onlar iddia ərizələrində qeyd ediblər ki, 58.000 dolları İddiaçı1 tərəfindən ödənilmişdir. Buna görə də iddianın tam təmin edilməsini xahiş edir. Cavabdeh tərəf əvvəldən bildirib ki, mənzili MTK-dan alıblar, iddiaçını tanımırlar. Restitusiya ilə bağlı bildirmək istəyir ki, cavabdeh MTK-dən Cavabdeh1 xeyrinə tutula bilər.

30. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil6 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Ali Məhkəmənin qərarının sonuncu bəndində Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edilmişdir. Müqavilə etibarsız hesab edilərsə alınan vəsait geri ödənilməlidir. İddiaçı1 heç bir ödəniş almadığını bildirsə də, bu düzgün deyil. İddiaçı1 müqaviləni satıcı kimi imzalamışdır. Apellyasiya məhkəməsində baxış zamanı iddiaçıların nümayəndəsi və vəkili barışıq üçün vaxt istəmişdir. Bunun səbəbi kimi iddiaçıların nümayəndəsi və vəkili bildirmişdir ki, onlardan pulunun geri qaytarılmasını ondan sonra mənzilin geri qaytarılmasını istəsələr də, onlar istəyir ki, mənzili onlara versinlər pulu sonra verəcəklər. Tərəflər arasında borc müqaviləsi olub. Bu məhkəmə gedişi zamanı təsdiqlənmişdir. Pul əvəzi olaraq mənzil verilmişdir. Buna görə də mənzilin qiymətləndirilməsi vacibdir. İddiaçının cavabdehə 200.000 dollar borcu olmuşdur. Həmçinin Cavabdeh2 MTK-ya cavabdeh üzvlük haqqı olaraq 58.000 manat pul ödəmişdir. Maliyyə arayışlarından da bu öz təsdiqini tapır. Evin qiyməti 58.000 manat ola bilməz.

31. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası baxmayaraq cavabdehlərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə 33.İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mülki Məcəllə

33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “mənzildən çıxarılma və mənzilin İddiaçı2 təhvil verilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

44. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-1953/2022 saylı qətnaməsi ilə İddiaçı2 iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X13 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X6 adına verdiyi Çıxarışın ləğv edilməsi qət edilmişdir.

45. İşə baxan kassasiya instansiya məhkəməsinin göstəşinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin cavabdeh X2 ilə bağlı Cavabdeh2 MTK ilə tərəflər arasında imzalanmış müqavilə etibarsız hesab olunduğu üçün iddiaçının öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum edilməsini nəzərə alaraq, mənzil cavabdehin qanunsuz sahibliyindən alınmalı və İddiaçı2 sahibliyinə verilməlidir. Belə ki, iş materiallarından və işin faktiki halları ilə müəyyən edilir ki, mənzilin qıfılı cavabdeh X13 tərəfindən dəyişdirilmiş, mənzildə hal-hazırda cavabdeh yaşayır, bununla da iddiaçının öz əmlakına sahiblik etməklə bağlı hüquqları pozulmuşdur.

46. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsi öz qərarında qeyd edir ki, MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, yeni apellyasiya baxışında məhkəmə etibarsız sayılmış əqd üzrə icra edilmiş əmlak dəyərlərinin nədən ibarət olmasını və əgər varsa onların geri qaytarılması məsələsini xidməti vəzifəsinə görə işdəki məlumat və sübutlar əsasında tərəflərin iştirakı ilə araşdırmaqla həmin xüsusata da yekun hüquqi qiymət verməlidir.

47. 02 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X13 Cavabdeh2 MTK-nın Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir. X13 ilə Cavabdeh2 MTK ararsında bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin 4.2-ci bəndinə qeyd edilir ki, 58038 AZN ödənilib.

48. Nərimanov rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, cavabdeh Dərəçiçək MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, mənzillə bağlı X13 ilə müqavilə bağlandığı, ona maliyyə arayışı verildiyi, İddiaçı1 ilə Dərəçiçək MTK arasında mənzillə bağlı müqavilənin olması barədə MTK-da hər hansı sübut omadığını bildirmişdir (1-ci cild, səh 93).

49. Restitusiya - mülki hüquqda əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur. Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 1) ikitərəfli restitusiyanın tətbiq edilməsi; 2) birtərəfli restitusiyanın tətbiq edilməsi; 3) restitusiyanın rədd edilməsi. Başqa sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətə qaytarılır. Belə nəticələr ikitərəfli restitusiya adlanır.

50. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə ilə yanaşı xx.xx.2019-cu il tarixli maliyyə arayışı da etibarsız hesab edilmişdir. Əqdin etibarsızlığının yaratdığı hüquqi nəticələrlə bağlı qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MTK-dan 58038 (əlli səkkiz min otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh X6 xeyrinə ödənilməlidir.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsi qismən – mənzildən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, X13 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılmalı, mənzil İddiaçı2 təhvil verilməli, Cavabdeh2 MTK-dan 58038 (əlli səkkiz min otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh X6 xeyrinə ödənilməlidir.

52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsi qismən – mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. X13 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılsın, mənzil İddiaçı2 təhvil verilsin. Cavabdeh2 MTK-dan 58038 (əlli səkkiz min otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh X10 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar