Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-145/2023 23.01.2023 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X7, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6980/2020 nömrəli mülki iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Tovuz rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 402455 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2001-ci il tarixdə bağlanmış nikah akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmışdır. 3. xx.xx.2016-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok 8-ci mərtəbə, 21 saylı, ümumi sahəsi 170,7 kv.m, ümumi dəyəri 58.038 ABŞ dolları, 4 otaqlı mənzili Cavabdeh2 MTK İddiaçı1 verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür.
4. Cavabdeh2 MTK-nin maliyyə arayışının kserosurətindən görünür ki, Dərəçiçək” MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksəkmərtəbəli mansardalı yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı İddiaçı1 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.
5. Cavabdeh2 MTK-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 MTK-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 21 ünvanda inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.m olan, 4 otaqlı, 21 saylı mənzilin payçısı X9 tərəfindən mənzilin tam pay dəyəri ödənilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əm lakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3467 nömrəli reyestr kitabının 325106 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********95 saylı sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil Ca vabdeh2 MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 8. "xxxx"ASC-nin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı məktubdan görünür ki, ünvan 4 21 saylı mənzil Cavabdeh2 MTK tərəfindən təqdim olunan siyahı və sənədlər əsasında **********A0021 nömrəli abunə kodu ilə İddiaçı1 adına qeydiyyata alınmışdır.
9. Cavabdeh2 MTK-nın Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 19 aprel 2022-ci il tarixli, 0089 nömrəli cavab məktubunda X4 ilə İddiaçı1 arasında ünvan 5 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170.7 kv.m olan 21 nömrəli mənzilə görə bağ lanmış və Cavabdeh2 MTK tərəfindən təsdiqlənmiş xx.xx.2016-cı il tarixli müqavilənin, həmin mənzilin dəyərinin tam ödənilməsinə dair arayışın surətinin təqdim edilməsi bildirilmiş, əlavə olaraq göstərilmişdir ki, həmin mənzilə dair Cavabdeh2 MTK ilə X4 arasında xx.xx.2004-cü il tarixdə müqavilə bağlanmış, lakin həmin mənzillə bağlı X2 verilmiş tam ödəniş arayışı və onun mənzildən imtinası barədə ərizə Cavabdeh2 MTK-nın arxivində yoxdur. Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X12 ilə X9 arasında bağlanmış 02 dekabr 2019- cu il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 02 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, X9 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş İddiaçı1 Cavabdeh2 MTK-nın direktoru X13 ünvanladığı ərizənin surətindən görünür ki, İddiaçı1 ərizədə Cavabdeh2 MTK-nın Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8 mərtəbə ümumi sahəsi 170.7 kv.m olan 4 otaqlı 21 saylı mənzilin X3 adına sənədləşdirilməsini xahiş etmiş, gələcəkdə mənzillə əl aqədar MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru X12 ilə İddiaçı1 arasında bağlanmış 12 aprel 2016-cı il tarixli Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir; Həmin cavab məktubuna əlavə edilmiş 12 aprel 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı1 Cavabdeh2 MTK-nın Nərimanov ray., Təbriz 21 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbədə, ümumi sahəsi 170. 7 kv.m olan 4 otaqlı, 21 saylı mənzilin dəyərini tam ödəmişdir; Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh2 MTK-nın direktoru Əliyev R.R ilə X4 arasında 07 dekabr 2004-cü il tarixli Bakı şəhəri, Nərimanov rayonu Təbriz 19 ünvanda inşa olunan 15 mərtəbəli mansardlı yaşayış binasından pay barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub pay kimi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər MaqerramovMalik Qadir oğluna, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X9 tərəfindən ödənilməsi barədə xx.xx.2019cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsini n X3 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarışın ləğv edilməsi, X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, o, həmin mənzili aldıqdan sonra tam təmir edərək, ailələri ilə birlikdə orada yaşamağa başlamış, mənzili mebellər, digər avdanlıqlar ilə tam təchiz etmişlər. Sonralar İddiaçı1 Moskva şəhərində bizneslə məşğul olmağı ilə bağlı ailəsilə birlikdə köçüb orada yaşamağa başladığı üçün Bakıdakı həmin mənzilin qapısın ı qıfıllamışdır. Hərdən Bakı şəhərinə gələndə özlərinə məxsus olan həmin mənzildə qalmışlar, qohumları da onlara həmin mənzilə qonaq gəlmişlər. İddiaçı1 Cavabdeh1la 2018-2019-cu illərdə bizneslə məşğul olduqları vaxt Malikin Moskva şəhərində yaşayan Konstantin adlı rus millətindən olan biznesmenlə böyük iş birliyi var idi. Belə ki, onun Moskva şəhərindən Malik üçün göndərdiyi pullarla Maliklə birlikdə bizneslə məşğul olmalı idilər. Ona görə də, Malikə pulları göndərməsi üçün Konstantinin etibarını qazanmaq, onu inandırmaq istəyirdi ki, guya onun Bakı şəhərində bahalı mənzili vardır. O, Konstantinə göstərmək üçün İddiaçı1 xahiş etmişdir ki, Rasimin Cavabdeh2 MTK-da olan mənzilinin müqaviləsini formal olaraq onun adına keçirsin və o, müqaviləni Konstantinə göstərsin ki, pulları tez göndərsin. Həmin vaxt Yusifov X6 canbir qəlb dost olmaqla ortaq bizneslə məşğul olduqları üçün Rasim ona inanıb adına olan mənzilin müqaviləsinin Malikin adına dəyişilməsi üçün MTK-ya ərizə də yazmışdır. Bundan Rasimin arvadının xəbəri olmamışdır. MTK isə həmin notarial qaydada təsdiq olunmayan ərizə əsasında saxta protokol tərtib edərək mənzilin müqaviləsini Malikin adına dəyişmişdir. Hətta Cavabdeh2 MTK-nın direktoru S.R.Əhmədovun verdiyi 02 dekabr 2019-cu il tarixli saxta məzmunlu arayışda göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilin dəyəri X9 tərəfindən guya tam ödənilmişdir. Bu ilin sentyabr ayının əvvəllərində qohumu İddiaçı1 zəng edərək bildirm işdir ki, onun mənzilinin qapısını sındıraraq başqa şəxsə vermişlər. Rasim maraqlandıqda məlum olmuşdur ki, onun əvvəllər birlikdə bizneslə məşğul olduğu cavabdeh Malik Maqerramov ondan gizli, ailə üzvlərinin (həyat yoldaşının) razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsindən istifadə edərək Dövlət Əmlak Komitəsindən öz adına çıxarış alıb sahə müvəkkilinin köməyi ilə mənzilin qapısını qırararaq qıfılını dəyişmiş, mənzildə olan onlara məxsus külli miqdarda əmlaklarını da nə etmişdir məlum deyildir. Maliklə həmin mənzilin real alqı-satqısı barədə hər-hansı bir razılaşmaları olmamış, həmin mənzilə görə o İddiaçı1 pul verməmişdir. Belə ki, əgər İddiaçı1, həqiqətən də mənzili ona satmalı olsaydı o Rasimin evli olduğunu bildiyinə görə arv adı kimi İddiaçı2 da ən azından notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini də ondan alıb MTK-ya təqdim etməli idi. Belə bir razılıq ərizəsi isə yoxdur. MTK-da da bilirdilər ki, mənzilin müqaviləsinin Malikin adına dəyişdirilməsi formal xarakter daşıyır, Malik bunun üçün nə İddiaçı1, nə də MTK-ya bir manat da olsun pul ödəməmişdir. Əks halda MTK Rasimin arvadının rəsmi razılıq ərizəsi olmadan heç vaxt mənzili Malikin adına qisas almaq üçün o, həmin formal müqavilədən və onların Bakı şəhərində olmamasından istifadə edərək, mənzillərini öz adına çıxarış alaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan, özbaşınalıq edərək, mənzilin giriş qapısının qıraraq qıfılını dəyişdirib mənzillərinə sahib çıxmışdır. Göründüyü kimi, cavabdeh "Dərəçiçək” MTK ilə cavabdeh Maqeramov Malik arasın da bağlanmış bu qeyd olunan müqavilə formal xarakterli olmaqla qanunla müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla etibarsızdır. Qeyd etdikləri kimi, onlara məxsus mənzilin cavabdehə satılmasına görə İddiaçı1 pul verilməmiş, mənzil onun tərəfindən cavabdehə təhvil verilməmiş, arvadı kimi İddiaçı2 notarial qaydada təsdiq olunmuş yazılı razılığı alınmamışdır. Zəruri sənədlərin surətinin verilməsi barədə Cavabdeh2 MTK-ya vəkiləri tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş sorğuya bu günə kimi cavab verilməmişdir. Mənzilin hansı əsaslarla Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənmək üçün xx.xx.2020-ci il tarixli 193 nömrəli sorğu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi ida rəsinə müraciət edilmiş və oradan verilmiş xx.xx.2020-ci il tarixli, **********95 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı mənzil "xxxx" MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
12. Cavabdeh2 MTK-nın nümayəndəsi Vəkil3 oğlu iddiaya etiraz edərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilə dair X9 ilə müqavilə bağlanmış, müvafiq maliyyə arayışı verlmişdir. İddiaçı1 və Cavabdeh2 MTK arasın da mübahisəli mənzillə bağlı müqavilənin olması barədə MTK-da hər hansı sübut yoxdur.
13. Cavabdeh MaqerramovMalik Qadir oğlunun nümayəndəsi və vəkili Vəkil4 iddiaya etiraz edərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yiiksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli mənzilə dair iddiaçı tərəf mötəbər sübut kimi müqaviləni təqdim edə bilmir. Belə ki, iddiaçının təqdim etdiyi kserosurətdir. MaqerramovMalik Qadir oğlunun adına rəsmiləşdirilən mənzilin sənədləşdirilməsi zamanı hər hansı hüquq pozuntusu olmamışdır. Bu baxımdan, iddiaçının müqavilənin etibarsızlığı barədə tələbi əsassızdır.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 09 fevral 2021-ci il tarixli, 2(005)- 511/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv olunması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
15. Həmin məhkəmənin (hakim Aytən Novruzova) 09 fevral 2021-ci il tarixli, 2(005)511/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşın maz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, 21 saylı (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, 10, M8, m3) ümumi sahəsi 162,5 kv.m olan mənzil X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mənzilin rəsmiləşdirilməsi üçün əsas olaraq xx.xx.2019-cu il tarixli Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının 168 №-li protokolundan çıxarış, Cavabdeh2 MTK-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışı olmuşdur.
17. İddiaçı tərəf İddiaçı1 Cavabdeh2 MTK ilə arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliyyə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsas ən, mənziltikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 117.1-ci maddəsinə görə isə, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir.
19. Sonuncu normanın məzmunundan görünür ki, kooperativ üzvünün könüllü olaraq kooperativdən çıxması yalnız onun öz ərizəsi əsasında mümkündür, yəni, bu halda iradə ifadəsi yalnız onun tə rəfindən yazılmış ərizədə öz əksini tapmalıdır. Digər tərəfdən isə könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə onun payının məbləğinin ödənilməsinin imperativ xarakter daşıması da, qeyd olunan normanın məzmununda öz əksini tapmışdır.
20. Lakin işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən kooperativ üzvlüyü olması, kooperativlə müqavilə bağlaması, eyni zamanda, kooperativdən çıxması ilə bağlı heç bir ərizə verilməmiş, buna baxmayaraq onun payının qanunvericiliyin tələbinə zidd şəkildə başqa şəxsin adına rəsmiləşdirilməsini mübahisənləndirmiş və Cavabdeh2 MTK ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ei blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 ot aqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21. 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X9 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X3 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi iddia edir.
21. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, i ddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır.
22. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmir.
23. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizlin, ailə üzvlərinin (həyat yoldaşının- iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal olaraq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının n əzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır.
24. Göstərilənlərə əsasən məhkəmə qeyd edib ki, iddiaçı mübahisələndirdiyi müqavilə, maliyyə arayışı üzrə cavabdbeh tərəf tam sərbəst iradəsi ilə hərəkət etmişdir və göstərilən sənədlərin etibarsız sayılması üçün də hər hansı əsas mövcud deyildir. Hətta iddiaçının iddia tələbində müqavilənin etibarsızlığı ilə tələblərinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər və müqavilənin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyildir. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə də bilməmiş, sübut kimi təqdim etdiyi dəlillər iddiasının həqiqiliyi qənaətini formalaşdırmamışdır.
25. Digər tərəfdən, məhkəmə qeyd edib ki, iddiaçıların mübahisəli mənzilə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Buna görə də, iddia tələbi göstərilən hissədə rədd olunmalıdır.
26. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1, 117.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 347, 394, 430.1, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
27. İddiaçılar iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3654/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)-511/2021 saylı qərardadı ləğv edilmiş, mülki iş çıxarışın ləğv edilməsi hissəində yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
28. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-511/2021 saylı, xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər MaqerramovMalik Qadir oğluna, Cavabdeh2 MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair hissədə iddianın rədd edilməsi qət edilmişdir.
29. Əlavə qətnamə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının çıxarışın ləğvi ilə bağlı irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
30. Məhkəmə, iddia üzrə "02 dekabr 2019-cu il tarixli müqavilənin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21 21 saylı mənzil "Dərəçiçək” MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışın, mənzilin dəyərinin X9 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli m aliyyə arayışının, İddiaçı1 həmin mənzilin müqaviləsinin X3 adına dəyişdirilməsinə dair verdiyi xx.xx.2019-cu il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "çıxarışın ləğvi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarışın ləğv edilməsi» hissəsində də təmin edilə bilməz.
31. İddiaçılar qətnamə və əlavə qətnamədən apelyasiya şikayəti verərək, birinci i nstansiya məhkəməsinin aktlarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat
32. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 23 iyul 2021-ci il tarixli, 2(103)-6540/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti və əlavə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)511/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin və 07 may 2021-ci il tarixli əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf İddiaçı1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 12 aprel 2016-cı il tarixli müqavilənin, maliy yə arayışının əslini və ya lazimi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir.
34. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesa b etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə hüquqi mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.
36. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı, 12 aprel 2016-cı il tarixli müqaviləyə əsasən aldığı mənzili cavabdeh Malik Maqerramov ondan gizli, ailə üzvlərinin (həyat yoldaşının) iş üzrə cavabdeh İddiaçı2 razılığı olmadan yazdığı ərizə əsasında mənzilin müqaviləsinin formal ol araq onun adına dəyişdirilməsini irəli sürmüş, sözügedən müqavilənin, maliyyə arayışının, ərizənin bu əsasla etibarsız hesab edilməsini istəmişdir; halbuki, həmin sənədlərin şərtlə verildiyi və ya gələcəkdə geri götürülməsi imkanının nəzərdə tutulduğu nə ərizədə, nə də digər sənədlərdə öz əksini tapmamışdır.
37. Kollegiya apelyasiya şikayətinə əlavə edilmiş kommunal xidmətlər üzrə abunə kodlarının əvvəllər iddiaçının adına olması barədə məktublara münasibətdə qeyd edir ki, əvvəla iddiaçı sözügedən məktubları birinci instansiya məhkəməsinə təqdim etməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya iddiaçının həmin dəlilini gecikmiş sübut kimi də yərləndirir. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq qeyd edir ki, Malik Maqerramovmənzili iddiaçıdan deyil, bilavasitə MTK-dan almış olduğu iş materialları ilə təsdiq olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır
38. Kollegiya müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldiyindən, digər tələblər üzrə araşdırılma aparılmasına ehtiyac olmadığı vurğulayır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarl a bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. c) Kassasiaya instansiyası məhkəməsindəki birinci icraat
39. İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r – M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.A.Əliyev və İ.K.Xəlilov) 2(102)-6945/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6540/2021 nömrəli, 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
41. Kassasiya instansiyasının mövqeyinə görə, apellyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərinə düzgün qiymət verməmiş, təqdim edilmiş sübutlara “gecikmiş sübutlar” kimi yanaşmaqla həmin dəlillərə qiymət verməkdən imtina etmiş, iddiaçılar tərəfindən təqdim edilmiş müqavilənin nə əslinin, nə də təsdiq edilməmiş surətinin təqdim edilməməsinə görə həmin müqaviləni sübut kimi dəyərləndirməmişdir. Halbuki, apellyasiya koll egiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, iddiaçıların apellyasiya şikayətində göstərmiş olduqları vəsatətə uyğun olaraq MTK-ya sorğu verərək tərəflər arasında bağlanmış müqavilənin əslini tələb etmək əvəzinə, iddiaçıların vəsatətinə hər hansı münasibət də bildirməmişdir. Həmçinin, apellyasiya kollegiyası biirnci instansiya məhkəməsində dindirilmiş şahid X5 tərəfindən verilmiş ifadəyə də hər hansı münasibət bildirməmiş, həmin ifadəyə digər sübutlarla yanaşı qiymət verməmiş, birinci instansiya məhkəməsində cavabdehin etirazına rəğmən mübahisəli mənzilin iddiaçılara aidiyyətinə dair təqdim edilmiş sübutlara birinci instansiya məhkəməsinin qiymət verməməsinə, habelə protokola (fotoşəkillər, "xxxx" MMC-nin arayışı şahid ifadəsi) qeydlərin məzmununa qiymət vermədən təqd im edilmiş sübutlara səhvən gecikmiş sübutlar kimi qiymət vermişdir.
42. Eyni zamanda, iddiaçının mübahisəli mənzildə yaşaması və şahidinin də olmasına dair sübutlar təqdim etdiyi, habelə buna dair hüquqi əsaslarla müqavilənin surətini təqdim edə bildiyi halda məhz cavabdeh tərəf buna əsaslı izah verməlidir. Belə olan halda, məhz cavabdeh tərəf olan MTK bu mənzilə dair sənədlərin əslini təqdim etməlidir.
43. Digər tərəfdən nəzərə alınmalıdır ki, formalaşmış işgüzar qaydalara əsasən, kooperativlərdə mənzilə pay hüququnun özgəninkiləşdirilməsi məhz müqavilənin əsli MTKya təqdim edilməklə alıcının adına yeni müqavilənin bağlanması yolu ilə edilir.
44. Beləliklə, işdən görünür ki, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
45. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 09 iyun 2022-ci il tarixli, 2(103)-1953/2022 saylı qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz k üçəsi 21 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X9 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarış ləğv edilmiş, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
46. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, mübahisəli mənzil daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmasa da, qanunun yuxarıda göstərilən mənasından aydın olur ki, kooperativin verdiyi mənzil üçün pay haqqı tam ödənildiyindən həmin əmlaka dair iddiaçının sahiblik və istifadə etmək hüququ yaranmışdır. Lakin İddiaçı1 mübahisəli mənzilin cavabdehin adına qeydə alınmasına dair MTK-ya müraciət edərkən onunla rəsmi nikahda olan arvadı İddiaçı2 qanunla müəyyən olunmuş qaydada razılığı alınmamışdır. Qanunun mənasına görə, belə bir razılığın olmaması (alınmaması) müqavilənin etibarsızlığı üçün əsas ola bilər.
47. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu Təbriz 21 ünvanda inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqdan ibarət 21 nömrəli mənzilin cavabdeh Malik Maqerramovun adına sənədləşdirilməsinə dair ərizə verməklə, faktiki olaraq onunla digər iddiaçı olan İddiaçı2 birgə nikahı dövründə əldə etdikləri əmlak üzərində onun razılığı olmadan sərəncam vermiş, bu isə mülki qanunvericiliyin yuxarıda təsvir edilmiş normaları baxımından sonuncunun mülkiyyət hüquqularının pozulması ilə nəticələnmişdir. Ona görə də, həmin imtina ərizəsinin əsasında mübahisəli mənzilin sonradan cavabdehin adına rəsmiləşdirilməsi və bu mənzilə dair hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı hərəkətlər etibarsız olmuşdur.
48. İddiaçı2 iddiası əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, h əmçinin təqdim edilmiş sübutların araşdırılması və qiymətləndirilməsi zamanı prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir.
49. Bu səbəbdən kollegiya hesab etmişdir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, mübahisəli mənzilə pay hüququnun X1 dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin X9 tərəf indən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə X3 adına verdiyi Çıxarış ləğv edilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
50. İddiaçılar kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin İddiaçı1 münasibətdə ləğv edib onun iddiasının təmin edilməsi və qətnməni İddiaçı2 aid hissədə dəyişdirərək cavabdeh Malik Maqerramovun həmin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsinə dair yeni qərar şıxarılmasını xahiş etmişlər.
51. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 157.1. və 157.2.ci maddələri İddiaçı2 münasibətdə pozularaq, mülkiyyət hüququ tam təmin edilməmişdir. Belə ki, onun iddiası qismən təmin edilərək əri ilə birgə nikah müddətində əldə etdiyi mənzilin razılığı olmadan başqa şəxsin adına özgəninkiləşdirilməsi ilə bağlı müqavilə, qərar və digər sənədlər etibarsız hesab edilməklə mənzilə dair cavabdehin adına verilmiş çıxarış ləğv edilsə də, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi qətnamədə göstərilməmişdir. Məhkəmə iddianın bu hissədə təmin olunmamasına heç bir münasibət bildirməməklə MPM-in 220.4.maddəsinin tələblərini pozmuşdur.
52. Beləliklə, məhkəmə mübahisəli mənzili ona qaytarsa da, həmin mənzilə hansı yolla sahib çıxacağını, mənziliə necə daxil olacağını, cavabdehin mənzildən çı xarılmalı olmasını, yoxsa onunla eyni mənzildə yaşamalı olmasını göstərməmişdir. Ona görə də, pozulmuş hüquqları tam bərpa edilməli, əmlakına sahib çıxması, barəsində sərəncam verə bilməsi üçün qətnamə həmin hissədə dəyişdirilərək, cavabdehin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə yeni qərar qəbul edilməlidir.
53. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
54. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı2 həmin əmlakla bağlı iddiası birgə nigah dövründə əldə edildiyi üçün yalnız 50% hissəsinə aid ola bilər, qalan 50% hissə isə İddiaçı1 özünün imzaladığı və məhkəmənin də sübut kimi qəbul etdiyi razılıq ərizəsinə əsasən cavabdehin adı na rəsmiləşdirilmişdir. İddiaçı2 hər hansı bir hüququnun pozulması ilə bağlı iddianı Cavabdeh1 qarşı deyil, əri İddiaçı1 qarşı qaldırılmalı idi.
55. Digər tərəfdən, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestribndə qeydiyyata alınmadığından mülkiyyət hüququ tam olmadığı üçün həmin mənzilin özgəninkiləşdirilməsi birbaşa İddiaçı1 və Malik Maqerramovarasında olmamışdır, tərəfin kooperativən çıxması və cavabdehin koperativlə müqavilə bağlaması ilə baş vermişdir, ki, bunlar ayrı-ayrı hüquqi hərəkətlərdir və belə halda ər-arvadın razılığı tələb olunmur. Eyni zamanda, mənzil dövlət reyestrində qeydiyyata alınmadığından sərəncam vermək hüququ yaranmayıbsa, Ailə Məcəlləsinin 33-cü maddəsi bu hala tətbiq edilə biməz, ona görə ki, həmin maddədə birbaşa “sərəncam hüququ”na istinad edilir.
56. Gör ündüyü kimi, razılıq mülkiyyət hüquq tam olduqda, yəni sərəncam hüququ olduqda mümkündür, yalnız sahiblik və istifadə hüququ olduqda belə bir razılıq tələb olunmamalıdır, digər tərəfdən razılığın alınması əmlak özgəninkiləşdirildikdə tələb olunur, kooperativ üzvlüyündən çıxmaq hər hansı bir ictimai qurumun üzvlüyündən çıxmaqdır, əmlakın özgəninkiləşdirilməsi deyildir, bununla bağlı hər hansı razılığın alınması qanunvericilikdə nəzərdə tutulmamışdır
57. Bundan başqa, məhkəmə iddiaçının vəkili Vəkil1 çıxışını cavabdehin vəkili Vəkil5 çıxışı kimi göstərmiş, Vəkil1 çıxışını ümumiyyəltlə qətnamədə göstərməmişdir. Qətnamədə olan aşağıdakı cümlə tamamilə səhvdir və Vəkil5 çıxışı onun iş materiallarında olan apellyasiya şikayətinə etirazında da öz əksini tapmışdır. Məhkəmə qətnamədə göstərir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, həqiqətən də, X16 şəhərində yaşamaqla, birgə biznes fəaliyyəti ilə məşğul olmuşlar. Həmin biznes fəaliyyəti çərçivəsində Rasimin Malikə külli miqdarda borcu yaranmış və borcunu qaytara bilmədiyi üçün hazırkı mübahisənin predmeti olan mənzili qarşılıqlı razılıq əsasında borcun əvəzi olaraq Malikə vermişdir. Vəkil belə bir çıxış etməmişdir və məhkəmə prosesinin audioyazısı da bunu təsdiq edə bilər.
58. Cavabdeh MaqerramovMalik Qadir oğlunun vəkili Hacıyev Adil Hacıalı oğlu kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, kassasiya şikayətində qeyd olunanlardan əlavə göstərmişdir ki, apellyasiya məhkəməsinin mövqeyinə görə, İddiaçı1 birgə nikah dövründə əldə etdiyi əmlakı arvadı Elnarənin razılığı olmadan Cavabdeh1 xeyrinə özgəninkiləşdirib. Bu o deməkdir ki, Rasmlə Malik arasında əqd olub, lakin bu əqd etibarsız olub. Lakin iş materiallarında onlar arasında hər hansı əqd mövcud deyil. Ən azından daşınmaz əmlak barəsində əqd yazılı formada olmalıdır. Mübahisəli mənzilə dair müqavilə MTK ilə Malik arasında bağlanmışdır. Belə olan halda, İddiaçı2 iddiası əsasında Maliklə MTK arasında bağlanmış müqavilənin hansı əsasla etibarsız hesab edilməsi aydın deyil. Çünki, Elnarənin əri Rasim həmin müqavilənin tərəfi olmamışdır. Apellyasiya məhkəməsi MTK-larda işgüzar adətlərdən irəli gələrək belə əqdin mövcudluğuna istinad edirsə, bu halda hüququn mənbələrinin iyerarxiyasını pozmuş olur. Hətta, məhkəmə tərəfindən Rasimin verdiyi xx.xx.2019-c u il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi də Maliklə MTK arasında bağlanmış müqavilənin etibarsızlığına səbəb olmur. Əqdin etibarsızlıq şərtləri qanunvericilikdə konkret göstərilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi mənzilin alqı-satqısına dair müqaviləni etibarsız hesab etdiyi halda, etibarsızlığın nəticələrini tətbiq etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kasasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
60. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
61. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
62. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
63. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
64. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
65. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
66. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
67. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
68. Mad də 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
69. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. [244]
70. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə ed ilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
71. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
72. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
73. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
74. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam vermə si, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
75. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
76. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
82. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas asiya baxışının hədləri
84. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.
85. Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmuş hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmi n hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
88. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıların nikahı dövründə əldə olunduğu üçün onların ümumi birgə mülkiyyəti olmuşdur. Bu səbəbdən İddiaçı1 tərəfindən mənzilə sərəncam verilərkən mülkiyyətçi İddiaçı2 razılığı alınmadığına görə üzərində onun mülkiyyət hüququ olan mənzilin “Dərəçiçək MTK” tərəfindən Cavabdeh1 satılması barədə müqavilə və sonrakı rəsmiləşdirmələr etibarsız hesab edilmiş, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir.
89. Kollegiya bildirir ki, iddianın təmin edilmiş hissəsində apellyasiya məhkəməsinin gəldiyi qənaət yuxarıda göstərilən hüquq normalarına (§ 62-75) uyğun olmuşdur.
90. Cava bdehin kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddianın təmin olunmuş hissəsində iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddianın təmin edilmiş hissəsində qətnamə qüvvəsində saxlanılmalıdır.
91. Bununla belə, məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıların “X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi barədə” tələblərini qanunvericiliyə uyğun qaydada həll etməmişdir.
92. Belə ki, apellyasiya məhkəməsi İddiaçı2 (həqiqi hüquqi vəziyyətə görə) mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul edərək, əqdin və onun digər hüquqi nəticələrinin etibarsız sayılmasına və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsinə dair tələblərini təmin etsə də, mülkiyyətin müdafiəsinə yönəlmiş tələblərdən biri olan “M.Maqerramovun mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə” tələbini rədd etmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində (səh.11) İddiaçı2 təmin olunan tələbləri göstərildikdən sonra “iddia tələblərinin qalan hissədə təmin edilmədiyi” qeyd olunmuş, nəticə hissəsində isə İddiaç ı2 sözügedən tələbi üzrə məhkəmənin gəldiyi qənaət göstərilməmişdir.
93. Halbuki, qanuna görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, nəticə hissəsində isə iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 80-82).
94. Bundan əlavə, nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
95. Apellyasiya məhkəməsi mübahisəli mənzilin X1 dair 02 dekabr 2019-cu il tarixli müqaviləni, həmin mənzilə dair "Dərəçiçək MTK-nın xx.xx.2019-cu il tarixli protokolundan çıxarışı, mənzilin dəyərinin X9 tərəfindən ödənilməsi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız, daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş çıxarışı ləğv etməklə əşyaya mün asibətdə tərəfləri əvvəlki hüquqi vəziyyətə gətirmişdir. Bu mövqe İddiaçı2 ilə yanaşı, digər İddiaçı1 da mənzil üzərindəki mülkiyyət hüququnun bərpa olunmasına dəlalət edir. Buna baxmayaraq məhkəmə, İddiaçı1 Cavabdeh1 mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin aktını qüvvəsində saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir.
96. Belə ki, hər iki iddiaçının qeyd edilən tələbi və onun əsaslandığı faktiki hallarla mülkiyyətin müdafiəsinə dair iddianın qanuni əsası olan MM-in 157.2 və ya 157.4-cü maddələrinin dispozisiya şərtləri arsında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamış, həmin tələbin rədd edilməsi bu qaydada əsaslandırılmamışdır.
97. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
98. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir gös tərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
99. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, iddiaçıların “X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” barədə tələbinin rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
100. Ona görə də, iddiaçıların kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə qismən - “X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, cavabd ehin kassasiya şikayəti rədd edilməklə qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır.
101. Kollegiya müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsinə dair Cavabdeh1 mövqeyi ilə bağlı qeyd edir ki, həmin dəlil iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi üçün əsas deyil. Bununla belə, MM-in 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, yeni apellyasiya baxışında məhkəmə etibarsız sayılmış əqd üzrə icra edilmiş əmlak dəyərləri nin nədən ibarət olmasını və əgər varsa onların geri qaytarılması məsələsini xidməti vəzifəsinə görə işdəki məlumat və sübutlar əsasında tərəflərin iştirakı ilə araşdırmaqla həmin xüsusata da yekun hüquqi qiymət verməlidir.
102. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6980/2020 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi qismən - “X3 həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi” tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy