Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-520/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6 İddiaçılar İddiaçı6, İddiaçı8, İddiaçı10 və X15, İddiaçı3 Sadıq qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 Taftıx qızının, İddiaçı2, İddiaçı3 Sadıq qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi və X52 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində) “əmlakın cavabdehin qanunsuz sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 Taftıx qızı, İddiaçı2 və qeyriləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər ‘’Cavabdeh1” MTK-nın və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK-nın sədri vəzifəsini icra etmiş X33 Azərbaycan Respublikası CM-nin 178.3.2. 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il № 1(1011-334/16) tarixli hökmü ilə X43 qarşı zərərçəkmiş şəxslərin (bu iş üzrə iddiaçıların) mülki iddiaları təmin olunmuşdur. Həmin hökmlə cavabdeh X24 100.000 manat pul alınaraq İddiaçı8; 137.000 manat pul alınaraq X4; 73.000 manat pul alınaraq İddiaçı7; 114.000 manat pul alınaraq X25; 75.000 manat pul alınaraq X26; 337.760 manat pul alınaraq İddiaçı1 Taftıx qızına; 69.000 manat pul alınaraq İddiaçı9; 100.000 manat alınaraq zərərçəkmiş İddiaçı4: 100.000 manat pul alınaraq İddiaçı3 ödənilməlidir. Zərərin hesabına cavabdeh X24 İddiaçı11 190.000 manat: İddiaçı10 86.000 manat; İddiaçı5 58.800 manat; X9 81.000 manat; İddiaçı13 100.000 manat alınaraq ödənilməlidir. X2 mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur (32.000 manat). Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə X34 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. X33 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində ilə məhkum edilməsinə dair cinayət işi üzrə (hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinin əsasında) Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə X34 adına olan Bakı şəhəri. T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə 1(101)-334/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsini xx xxxx 2019-cu il tarixdə vermişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı xx.xx.2016-cı il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. "xxxx" MMC tərəfindən Qeyri-yaşayış sahəsinin qiymətləndirməsi barədə ekspert rəyindən görünür ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri 2.605 000 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 1709-125885/19-15-4 saylı, xx.xx.2020-ci il tarixli sifarişinə Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracda satılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 334/2016 saylı, xx.xx.2016-cı il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixli icra vərəqəsi "X22” MMC-yə göndərilmişdir. “X22“-nin Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, 358/124 saylı məktubundan görünür ki, qeyri-yaşayış sahəsi müxtəlif vaxtlarda hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamış və bu işə dair sənədlər Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Beləliklə də, Cavabdeh2 adına rəsmiləşdirilmiş, Cavabdeh1 MTK- ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi mülki iddia tələblərinin qeyd olunan hökmlə təmin olunmasından 4 il keçməsinə baxmayaraq hələ də cavabdehlərin istifadəsindədir. Cavabdeh2 və "Cavabdeh1" MTK iddiaçılara dəymiş zərərərin əvəzinin ödənilməsini həmin qeyri-yaşayış sahəsinə yönəldilməsinə baxmayaraq onlar həmin sahədən öz istədikləri kimi istifadə edirlər. İddiaçılar həmin qeyri-yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən götürülməsini və onlar tərəfindən istifadə olunmasına qadağa qoyulmasını istəyirlər. Belə ki, cavabdehlərin obyektdən təhlükəsiz qaydada istifadə olunmasına təminat yoxdur. Cünki cavabdehlər obyektin üzərində həbs olmasını və hərracda satılmasından xəbərdardırlar. Hal-hazırda qeyri-yaşayış sahəsinin yenidən hərracının keçirilməsi ilə bağlı tədbirlər görülməkdədir. İddiaçılar dəfələrlə cavabdehlərə əmlakdan istifadə etmələrinə öz etirazlarını bildirsələr də, onlar əmlakdan qanunsuz şəkildə istifadə etməkdə davam edirlər. Həmçinin gələcəkdə hərracın baş tutması və qərarın icrasını təmin etmək üçün də cavabdehlərin həmin sahədən istifadəsi məhdudlaşdırılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı6, İddiaçı8, İddiaçı10 və X44 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 Sadıq qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində göstərilənlərə uyğun izahat verərək iddianı müdafiə etdiyini, təmin olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, 890 kv..m olan qeyri-yaşayış sahəsinə dair müqavilə və maliyyə arayışı mövcuddur. Həmin qeyri-yaşayış sahəsinin hərracda satılması ilə bağlı proseslər davam edir. İddianın hüquqi əsasına münasibətdə cavabdehin vəkili qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Buna görə də iddia tələbi rədd olunmalıdır. Cavabdeh1 MTK-ya və 3-cü şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı Cavabdeh1 MTK ilə alıcı Cavabdeh2 Mİrsəməd qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 003 saylı müqavilənin surətinə əsasən satıcı Cavabdeh1 MTK ümumi dəyəri 214.000 AZN olan ünvan 3 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının 1 və 2-ci mərtəbələrdə yerləşən 890 kv.m. ümumi sahəsi olan mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür; Cavabdeh1 MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışının surətinə əsasən ünvan 3-də olan binanın qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsinin tam dəyəri 214.000 manat təşkil edir. Cavabdeh2 qeyri-yaşayış sahəsinə borcu yoxdur; “Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 8 saylı, xx.xx.2007-ci il tarixli protokolundan çıxarışa əsasən vətəndaş Cavabdeh2 Mirsəməd qızına Cavabdeh1 MTK tərəfindən ünvanında inşa edilmiş ünvan 3 binanın qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdır; Cavabdeh1 MTK-nın xx.xx.2013-cü il tarixli, DT-117 saylı maliyyə arayışının surətinə əsasən Cavabdeh2 Mİrsəməd qızı Cavabdeh1 MTK-nın Təbriz küçəsi 63 binanın qeyri-yaşayış sahəsinin payçısıdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2020-ci il tarixli, 17/6-12277 saylı məktubun surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü məhkum X49 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı, xx.xx.2016-cı il tarixli saylı hökmün surətinə əsasən X52 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı8 X52 və Cavabdeh1 MTK-ya qarşı mülki iddiası qismən təmin edilməsi, X24 100.000 manat pul alınaraq İddiaçı8 verilməsi, X3 X43 qarşı mülki iddiası qismən təmin edilməsi, X24 137.000 manat pul alınaraq X4 verilməsi, X13 X43 qarşı mülki iddiası qismən təmin edilməsi, X24 136.700 manat pul alınaraq X16 verilməsi, X48 X43 qarşı Təbriz küçəsi 63 ünvanında olan 5№-li mənzilin ona verilməsi barədə olan mülki iddiası baxılmamış saxlanılması, İddiaçı7 X43 qarşı mülki iddiası qismən təmin edilməsi, X24 73.000 manat pul alınaraq İddiaçı7 verilsin. X17 X43 qarşı mülki iddiası təmin edilməsi, X24 114.000 manat pul alınaraq X25 verilməsi, X15 X43 qarşı mülki iddiası qismən təmin edilməsi, X24 75.000 manat pul alınaraq X26 verilməsi, İddiaçı1 Taftıx qızının X52 və Cavabdeh1 MTK-ya qarşı mülki iddiası qismən təmin edilməsi, X24 337.760 manat pul alınaraq İddiaçı1 Taftıx qızına verilməsi, X10 X43 qarşı mülki iddiası təmin edilmədən rədd edilməsi, X1 Şahin Saleh oğlu və Cavabdeh1 MTK-ya qarşı Yeni Yasamal yaşayış massivində inşa edilmiş binanın 1-ci girişinin 14-cü mərtəbəsində yerləşən 108 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının tanınması və təmin edilməsi barədə mülki iddiası baxılmamış saxlanması, İddiaçı9 X43 qarşı mülki iddiası qismən təmin edilməsi, X24 69.000 manat pul alınaraq İddiaçı9 verilməsi, İddiaçı4 X43 qarşı mülki iddiası qismən təmin edilsin. X24 100.000 manat alınaraq zərərçəkmiş İddiaçı4 verilməsi, İddiaçı3 X43, X45, X18, X35, X7, X19 və Əjdər adlı komendanta qarşı 100.000 manat pulun tutularaq ona verilməsi barədə mülki iddiası qismən təmin edilməsi, X24 manat pul alınaraq İddiaçı3 verilməsi, İddiaçı3 mülki iddiasının X45, X18, X35, X7, X19 və Əjdər adlı komendanta qarşı olan hissəsində icraata xitam verilməsi, X11 X43 qarşı mülki iddiası tam təmin edilməsi, X24 78.000 manat pul alınaraq X14 verilməsi, Zərərçəkmiş şəxslər X36, X37maq X5, Babaşov Vəli Vəli oğluna, X28 və X38 vurulmuş ziyanın ödənilməsi nəzərə alınması, zərərin hesabına X24 5.000 manat alınaraq zərərçəkmiş şəxs X31, 190.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı11, 25.185 manat alınaraq zərərçəkmiş şəxs X20ma, 30.000 manat alınaraq zərərçəkmiş şəxs X21, 86.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı10, 58.800 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı5, 55.000 manat alınaraq zərərçəkmiş şəxs Qələndərov Sahib Zöhrab oğluna, 40.000 manat alınaraq zərərçəkmiş şəxs X39, 81.000 manat alınaraq zərərçəkmiş şəxs X9, 56.440 manat alınaraq zərərçəkmiş şəxs X8ma və 100.000 manat alınaraq zərərçəkmiş şəxs İddiaçı13 verilməsi, X2, İddiaçı4, X53 və X12 mülki iddiaları baxılmamış saxlanılması hökm edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-790/020019 saylı, xx.xx.2019-cu il tarixli saylı qərarının surətinə əsasən dövlət İttihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308,2-ci və 313-cü maddələri ilə, X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli qərarı ilə X34 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində ləğv edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə X34 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilməsi və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönədilməsi qərara alınmışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı, xx.xx.2016-cı il tarixli saylı icra vərəqəsinin surətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə X34 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilməsi və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilməsi hökm edilmişdir; xx.xx.2020-ci il tarixli "xxxx" MMC tərəfindən “Qeyri-yaşayış sahəsinin qiymətləndirməsi barədə” ekspert rəyindən görünür ki, Cavabdeh2 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsinin xx.xx.2020-ci il tarixinə bazar dəyəri 2.605,000 manat məbləğində müəyyən olunmuşdur; "X22” MMC-nin Nərimanov rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, 358/124 saylı məktubun surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiya şöbəsinin 1709-123885/19-15-4 nömrəli, xx.xx.2020-ci il tarixli sifarişinə əsasən Cavabdeh2 Mirsəmid qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən 890 kv.m qeyri yaşayış sahəsi açıq hərracda satılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı, 09.09 2016-cı il tarixli icra vərəqəsi "X22" MMC-yə göndərilmiş, Cavabdeh2 Mirsəmid qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən 890 kv.m qeyri yaşayış sahəsi xx.xx.2020-ci il tarixində keçirilmiş hərracda ilkin satış qiyməti ******* manat«, 08.06 2020ci il tarixində ilkin satış qiyməti 10% endirimlə ******* manata, xx.xx.2020-ci il tarixində ilkin satış qiyməti 20% endirimlə ******* manata, xx.xx.2020-ci ıt tarixində ilkin satış qiyməti 30% endirimlə ******* manata açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından, hərrac baş tutmamış və hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc olunmuşdur; xx.xx.2020-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən digər halına görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-790/020019 saylı, xx.xx.2019-cu il tarixli saylı qərarına əsasən ünvan 3 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə həbs qoyulması və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönədilməsi qərara alınmışdır. Həmin qərar əsasında icra sənədi verilmiş və Cavabdeh2 Mirsəmid qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən 890 kv.m qeyri yaşayış sahəsi açıq hərracda satılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı, 09.09 2016-cı il tarixli icra vərəqəsi "X22" MMC-yə göndərilmiş, Cavabdeh2 Mirsəmid qızının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən 890 kv.m qeyri yaşayış sahəsi xx.xx.2020-ci il tarixində keçirilmiş hərracda ilkin satış qiyməti ******* manat«, 08.06 2020-ci il tarixində ilkin satış qiyməti 10% endirimlə ******* manata, xx.xx.2020-ci il tarixində ilkin satış qiyməti 20% endirimlə ******* manata, xx.xx.2020-ci ıt tarixində ilkin satış qiyməti 30% endirimlə ******* manata açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından, hərrac baş tutmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.8-ci və 165.1-ci maddələri nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçıların üzərinə düşən sübutetmə yükü Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən 890 kv.m qeyri yaşayış sahəsinin özlərinin mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etmələrinin sübut olunmasıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, mənzilin orderinin cavabdehlərdə olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur; çünkü bu fakt cavabdehlər tərəfindən inkar olunmamış və mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, işin halları baxımından iddiaçılar, sözügedən qeyriyaşayış sahəsinə münasibətdə nə mülkiyyətçi (qanuni sahib) hesab etmək, nə də cavabdehlərin həmin əmlaka sahiblik etmələrini qanunsuz saymaq mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli qeyri-yaşayış sahəsinə zərərin yönəldilməsi ilə bağlı icra sənədi mövcuddur. Bu hal isə iddiaçının Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan tələbinin dispozitiv şərtlərinin mövcud olmaması mənasına gəlir. İddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi, 63 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olmadığından, həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna isə mülkiyyətçisi malik olduğundan, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1 Taftıx qızının, İddiaçı2, İddiaçı3 Sadıq qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi və X52 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın cavabdehin qanunsuz sahibliyindən götürülməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 Taftıx qızının, İddiaçı2, İddiaçı3 Sadıq qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 və X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi və X52 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın cavabdehin qanunsuz sahibliyindən götürülməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-520/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-520/2021
03.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver