Məhkəmə qərarları › İş №2(005)-521/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-521/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-521/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 20.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X10 onun qardaşı idi. O. 19.02.1951-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 19.10.2021-ci il tarixində qardaşının vəziyyəti ağırlaşdı və onlar dərhal X14 zəng etdilər. X15 gəldikdən sonra həkimlər tərəfindən aparılmış reanimasion tədbirlərə baxmayaraq 19 oktyabrdan 20 oktyabra keçən gün qardaşı vəfat etdi. Qardaşını 20 oktyabr tarixində Binəqədi rayonunun Binəqədi kəndinin qəbirstanlığında dəfn etmişdir. Bundan sonra, o, qardaşının ölümü haqqında şəhadətnamə almaq üçün qeydiyyatda olduğu 18 saylı şəhər poliklinikasına müraciət etmişdir. Bütün tibbi kartlar 37 saylı şəhər poliklinikasına təhvil verildiyindən, ora da yazılı müraciət etmiş, lakin yazılı imtina almışdır Səbəbi isə, qardaşı X5 poliklinikaya uzun müddət müraciət etməməsi idi. Daha sonra, X15 Stansiyasına ərizə ilə qardaşının ölümünü təsdiq edən sənəd üçün müraciət etmiş və oradan arayış almışdır. Bütün sənədlərlə 1 saylı Bakı “ASAN xidmət“ mərkəzinə müraciət etdim və onlardan da imtina məktubu almış və "Ölüm haqqında şəhadətnamə” almaq üçün məhkəməyə müraciət etməyini bildirmişdirlər. O, bu səbəbdən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizəsini dəqiqləşdirərək, məhkəməyə ərizə ilə müraciət edərək texniki səhvə yol verdiyini, bu səbəbdən də hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, Ərizəçi onun rəfiqəsidir. X6 tanıyırdı və dəfələrlə ona tibbi-yardım göstərmişdir. X15 gəlmədən öncə də o X5 yanında olub. 20.10.2021-ci il tarixdə vəfat etmiş, Binəqədi rayonu qəbirstanlığında dəfn edilmişdir. Qeyd edir ki, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X11 bildirmişdir ki, Ərizəçi onun iş yoldaşıdır. 2 ildən çoxdur ki, birlikdə işləyirlər. X6 yaxından tanımırdı. Ərizəçi axşam zəng edib qardaşının pis vəziyyətdə olduğunu bildirmiş, ona kömək etməsini xahiş etmişdir. O, Ərizəçi yaşadığı ünvana yaxınlaşanda artıq X10 vəfat etmişdi. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Qeyd edir ki, X1 rayonu qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X3 20.11.2021-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X5 ölümünün qeydiyyata alınması barədə 17.11.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı Şəhər Təcili və X2” X12 12 noyabr 2021-ci il tarixli 338 saylı Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir: Sizin 12.11.2021ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki. 19.10.2021-ci il tarixdə saat 16:44-də“ 103" xidmətinə ünvan 1 ünvanından Cavad Qurbanovun (70 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 9 saylı bölmənin həkimi Şəmsəddin Yusifov icra edərək, xəstə X7 (70 yaş) “Durğunluq ürək çatmamazlığı. İ rək-ağciyər çatınamazlığf diaqnozu qoyub, müvafiq tibbi yardım göstərərək köməyə arestezioloji-reanimatoloji briqadam çağırmışdır. Saat 18:27-də ünvana çatan anestezioloji-reanimatoloji briqadanın həkimi Vahid Umudov xəstə X7 (70 yaş) “Qulaqcıqların flbrilliasiyası, taxisisloliya. Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı. Əvvəllər keçirilən miokard infarktı“ diaqnozu qovmuş. müvafiq tibbi yardım göstərmişdir. Xəstənin vəziyyəti ağır olduğundan hospitalizasiya elməmiş və ünvana fəal gediş yazdırmışdır 19.10.202l-ci il tarixdə saat 21:40-da həmin ünvana C.Qurbano\un adına olan fəal gedişi 9 saylı bölmənin həkimi Nərgiz Sultanzadə icra edərək, xəstə X7 (70 yaş) müvafiq tibbi yardım göstərməsinə baxmayaraq xəstə həkim yanında keçinmişdir. Həkim xəstəyə “Qulaqcıqların fıbrilliyasiyası. Əvvəllər keçirilən miokard infarktı. Sol mədəcik çatmamazlığı. Həkim yanında ölüm“ diaqnozu qoymuş və Covid-19 virus infeksiyasıııın aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə 16-cı polis bölməsi mayor Hüseynova məlumat verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 24.11.2021-ci il tarixli 1620№li arayışından görünür ki, Ərizəçi qardaşı X10 həqiqətəndə 20.10.2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında fən olunmuşdur. 37 saylı Şəhər Poliklinikasının 10 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri H.Əliyev 105 mənzil 24-də qeydiyyatda olan X10 1983-cü ildən 18 saylı şəhər poliklinikasına müraciiət etməyib. Bu səbədən də ona ölüm epikrizi təqdim olunmadı. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X10 20.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X10 20.10.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 20.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar