Məhkəmə qərarları › İş №2(005)-5218/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5218/2021

28.10.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5218/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X2 tərəfindən tərəflər arasında 02 oktyabr 2021-ci il tarixdə MP-C/21-2021 nömrə ilə təsdiq edilən barışıq sazişinin 2.2-ci bəndində ikinci tərəf Maraqlı şəxs ümumilikdə 16 (on altı) adda daşınar əmlaklardan: 1 ədəd 82 dioqanal “Samsung markalı" televizor, 1 ədəd 102 dioqanallı “Samsung markalı” televizor, 1 ədəd “Green markalı" kondisioneri, gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çıl-çıraq BRA (divar isiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəx mebeli, 3 ədəd çılçıraq dəhliz üçün, 1 ədəd taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikur və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çılçıraqların, birinci tərəf olan Ərizəçi mülkiyyətinə təhvil verilməsi barədə təsdiq edilən barışıq sazişinin məcburi icrasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, artıq bir ildən yuxarı müddətdə ayrı-ayrılıqda yaşadıqları və ayrılıqda təsərrüfat apardığı həyat yoldaşı Maraqlı şəxs ilə arasında nikahın ləğvi, birgə nikah dövründə əldə olunun daşınmaz və daşınar əmlakların bölgüsünə dair ailə mübahisəsinə aid edilən bir neçə işə baxılır. Qanunvericilikdə edilən məlum dəyişiklikdən sonra mediator X2 tərəfindən ailə mübahisəsinin həlli üzrə bağlanan üçtərəfli müqavilə və sonrakı mediasiya sessiyasında onunla Maraqlı şəxs arasında birgə nikah dövründə əldə oluna 50 (əlli) adda daşınar əmlaklara dair (məişət texnikası və mebel avadanlıqları) yaranmış mübahisə üzrə 02 oktyabr 2021-ci il tarixli MP-C/21-2021 nömrəli barışıq sazişi təsdiq edilmişdir. Nəticə etibarı ilə ikinci tərəf Ç.O.Ələsgərova bu daşınar əmlaklardan 34-nün (otuz dörd) onda qalacağını nəzərə alaraq, onlardan 16-nın (on altı) barışıq sazişinin bağlandığı gün ona təhvil verəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişi imzalandıqdan 16 (on altı) gün keçməsinə baxmayaraq, Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrasından imtina edir və mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin könüllü icrası üçün həmin qanunun 34.1.-ci maddəsinə müəyyən olunmuş müddət keçirmişdir. 02 oktyabr 2021-ci il tarixdə bağlanan MP-C/21-2021 nömrəli barışıq sazişinin 2.2-ci bəndində İkinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra, birinci tərəf Ərizəçi birgə nikah dövründə əldə olunan 50 (əlli) adda daşınar əmlaklardan 34 (otuz dörd) Maraqlı şəxs xeyrinə keçdiyinə dair öhdəlik götürdüyünü nəzərə alaraq, birgə nikah dövründə əldə olunan adları aşağıda qeyd edilən 16 (on altı) adda daşınar əmlakları bu saziş imzalandığı gün Ərizəçi mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Əmlakların adları barışıq sazişində aşağıdakı ardıcıllıqla qeyd edilmişdir; 1 ədəd 82 dioqanal “Samsung markalı” televizor, 1 ədəd 102 dioqanallı “Samsung markalı” televizor, 1 ədəd "Green markalı" kondisioneri, gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çılçıraq BRA (divar işiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəxi mebeli, 3 ədəd çılçıraq dəhliz üçün, 1 ədəd taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikür və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çılçıraqlar, eyni zamanda ikinci tərəf bu Sazişin şərtlərini və öhdəliklərini pozduğu təqdirdə, qanunvericiliklə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 01.12.1986-cı il tarixli, İV-JQ seriyalı, 325126 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi ilə X3 arasında 01.12.1986-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada Ələsgərova soyadı verilmişdir; Maraqlı şəxs və Ərizəçi arasında 02.10.2021-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Birinci tərəf Ərizəçi bu Saziş imzalandıqdan sonra İkinci tərəfdən birgə nikah dövründə əldə olunan adları aşağıda qeyd edilən 16 (on altı) adda daşınar əmlaklardan; 1 ədəd 82 dioqanal "Samsung markalı" televizor, 1 ədəd 102 dioqanallı "Samsung markalı" televizor, 1 ədəd "Green markalı" kondisioneri, Gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çıl-çıraq BRA (divar işiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəxt mebeli, 3 ədəd çıl-çıraq dəhliz üçün, 1 ədəd Taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikur və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çılçırağı ikinci tərəfin ona təhvil verdiyi barədə öhdəliyini qəbul edir. Bu səbəbdən o, digər 34 (otuz dörd) adda olan daşınar əmlakların ikinci tərəf olan, Maraqlı şəxs xeyrinə (mülkiyyətində qalması şərti ilə) imtina etdiyinə dair öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs 16 (on altı) adda olan bu daşınar avadanlıqları və məişət texnikalarını barışıq sazişinin bağlandığı gün ona təhvil verəcəyinə dair öhdəlik götürdüyünü qəbul edir.

2. İkinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra, birinci tərəf Ərizəçi birgə nikah dövründə əldə olunan 50 (əlli) adda daşınar əmlaklardan 34 (otuz dörd) onun xeyrinə keçdiyinə dair öhdəlik götürdüyünü nəzərə alaraq, birgə nikah dövründə əldə olunan adlan aşağıda qeyd edilən 16 (on altı) adda daşınar əmlakları bu saziş imzalandığı gün Ərizəçi mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Əmlakların adları aşağıdakı ardıcıllıqla qeyd edilir: 1 ədəd 82 dioqanal "Samsung markalı" televizor, 1 ədəd 102 dioqanallı "Samsung markalı" televizor, 1 ədəd "Green markalı" kondisioneri, gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çıl-çıraq BRA (divar işiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəxt mebeli, 3 ədəd çilçıraq dəhliz üçün, 1 ədəd taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikur və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çıl-çıraqlar. İkinci tərəf bu Sazişin şərtlərini və öhdəliklərini pozduğu təqdirdə qanunvericiliklə məsuliyyət daşıdığına dair öhdəlik götürür.

3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərət ona ödəməlidir.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir 18.10.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün Ərizəçi tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 02.10.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən,Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş mediator X2 tərəfindən tərəflər arasında 02 oktyabr 2021-ci il tarixdə MP-C/21-2021 nömrə ilə təsdiq edilən barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında 02.10.2021-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Birinci tərəf Ərizəçi bu Saziş imzalandıqdan sonra İkinci tərəfdən birgə nikah dövründə əldə olunan adları aşağıda qeyd edilən 16 (on altı) adda daşınar əmlaklardan; 1 ədəd 82 dioqanal "Samsung markalı" televizor, 1 ədəd 102 dioqanallı "Samsung markalı" televizor, 1 ədəd "Green markalı" kondisioneri, Gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çıl-çıraq BRA (divar işiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəxt mebeli, 3 ədəd çıl-çıraq dəhliz üçün, 1 ədəd Taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikur və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çılçırağı ikinci tərəfin ona təhvil verdiyi barədə öhdəliyini qəbul edir. Bu səbəbdən o, digər 34 (otuz dörd) adda olan daşınar əmlakların ikinci tərəf olan, Maraqlı şəxs xeyrinə (mülkiyyətində qalması şərti ilə) imtina etdiyinə dair öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs 16 (on altı) adda olan bu daşınar avadanlıqları və məişət texnikalarını barışıq sazişinin bağlandığı gün ona təhvil verəcəyinə dair öhdəlik götürdüyünü qəbul edir.

2. İkinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra, birinci tərəf Ərizəçi birgə nikah dövründə əldə olunan 50 (əlli) adda daşınar əmlaklardan 34 (otuz dörd) onun xeyrinə keçdiyinə dair öhdəlik götürdüyünü nəzərə alaraq, birgə nikah dövründə əldə olunan adlan aşağıda qeyd edilən 16 (on altı) adda daşınar əmlakları bu saziş imzalandığı gün Ərizəçi mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. Əmlakların adları aşağıdakı ardıcıllıqla qeyd edilir: 1 ədəd 82 dioqanal "Samsung markalı" televizor, 1 ədəd 102 dioqanallı "Samsung markalı" televizor, 1 ədəd "Green markalı" kondisioneri, gözəllik salonu üçün 3 avadanlıq dəstini (kreslo, güzgü, ayaq altı), 1 dəst Masa və 10 ədəd stullar, 1 dəst iki kreslo və divanı, 2 cüt çıl-çıraq BRA (divar işiqlandırması), 1 dəst (quraşdırılmış) Mətbəxt mebeli, 3 ədəd çilçıraq dəhliz üçün, 1 ədəd taxta kreslo (yelləncəkli), 1 ədəd Ağ dəri kreslo, 1 ədəd Gözəllik Salonu üçün moyka, 1 dəst olan Gözəllik salonu üçün pedikur və manikür stolu, 1 ədəd Gözəllik salonu üçün təkərli araba, 1 ədəd X7, 2 ədəd böyük çıl-çıraqlar. İkinci tərəf bu Sazişin şərtlərini və öhdəliklərini pozduğu təqdirdə qanunvericiliklə məsuliyyət daşıdığına dair öhdəlik götürür.

3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.

5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərət ona ödəməlidir.

6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar