Məhkəmə qərarları › İş №2(005)-5359/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5359/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5359/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş oğlu X3 03 noyabr 2006-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 27 yanvar 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum şəhadətnaməsi Nərimanov rayon VVADQ Şöbəsində 30 mart 2005-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 477 nömrə ilə qeyd edilmişdir. Oğlu 03 noyabr 2006-cı il tarixdə vəfat etmiş və Füzuli rayonu, Babı qəbirstanlığında dəfn olunmuşdur. Həmin dövrdə ölüm haqqında şəhadətnamə almamış, həyat yoldaşı X6 30 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra miras əmlakdan vərəsələr pay almalıdırlar. Oğlunun ölüm haqqında şəhadətnamə olmadığına görə notariat orqanı tərəfindən vəfat etmiş oğluna da miras əmlakdan pay bölünəcəyi bildirilir. Maraqlı şəxsnə müraciət etsə də, oğlunun ölümü qeydiyyata alınmadığına görə imtina olunmuşdur. X3 ölüm faktının müəyyən edilməsi miras əmlakdan pay ayrılarkən onun adına da pay bölünməməsi üçün lazımdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun ailəvi tanışıdır. Ərizəçi Əlizadə Nihat adlı övladı olmuş, ciddi xəstəliyi olmuş, əməliyyat aparılmış, lakin 03 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov rayonu VVADQ Şöbəsi tərəfindən 30.03.2005-ci il tarixdə verilmiş AZ- İ seriyalı 592167 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X5 27 yanvar 2005-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır; Bakı Şəhəri Maraqlı şəxs 29 oktyabr 2021-ci il tarixli, 230 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Füzuli rayon Babı Bələdiyyəsinin 12 nömrəli, 27.10.2021-ci il tarixli arayışına əsasən X5 03.11.2006-cı il tarixdə Babı qəbirstanlığında dəfn olunmuşdur. Bakı Şəhəri Maraqlı şəxs 29.10.2021-ci il tarixli 1178 nömrəli arayışına əsasən 27 yanvar 2005-ci ildə Bakı şəhərində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 29.10.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır; 29.10.2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 27 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X5 Ərizəçi oğludur. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X5 03 noyabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı Şəhəri Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 27 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X3 03 noyabr 2006-cı il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X3 03 noyabr 2006-cı il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar