Məhkəmə qərarları › İş №2(005)-5392/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5392/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5392/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “28 MAY” filialı ilə Cavabdeh arasında bağlanmış 25.11.2019-cu il tarixli, XDEN-00002-09/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 18.10.2021-ci il tarixinə olan 37134.62 manat əsas borc, 4058.65 manat faiz borcu, 2467.83 manat dəbbə borcu, ümumilikdə 43661.1 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 221 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 25.11.2019-cu il tarixli, XDENG-000C2-09/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanlı 0.075 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit bərcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, ünvan 2 ünvanlı 0.075 ha torpaq sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “28 MAY” filialı ilə Cavabdeh arasında 25.11.2019-ci il tarixli XDEN-00002- 09/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 42 000 (qırx iki min) manat məbləğində krediti illik 23 (iyirmi üç) faizlə 36 (otuz altı) ay- müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti 25.11.2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh 25.11.2019-cu il tarixdə iddiaçıyla XDENG-00002-09/16A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 2 ünvanlı 0.075 ha torpaq sahəsi Bakı şəhərində bağlanmış 25.1 1.2019-cu il tarixli XDEN-00002-09/19A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “28 MAY” filialı özü arasında bağlanmış 25.11.2019-cu il tarixli XDENG- 00002-09/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. 22 may 2020-ci il tarixində Bank BTB ASC ilə Cavabdeh arasında 14.09.2019-ci il tarixli XDEN-00001-09/19A saylı kredit müqaviləsinə, 14.09.2019-cu il tarixdə iddiaçıyla XDENG- 00002-09/19A saylı ipoteka müqaviləsinə 1 saylə əlavə saziş əlavə imzalanmışdır. 30 sentyabr 2019-cu il tarixində Cavabdeh məxsus olan ünvan 4 ünvanlı 0.075 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən qiymətləndirilməsinin aparılması həyata keçirilmişdir və real bazar dəyəri 120 000 manat, likvid dəyəri 105 000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dələlərlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2,11 ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 18.10.2021 -ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 37134.62 manat, faizlərin məbləği 4058.65 manat, dəbbə borcu 2467.83 manat təşkil edir. Beləliklə cavabdehin 18.10.2021-ci il tarixinə ümumi borcu 43661.1 manat təşkil edir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18.11.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar