Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5400/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 02.09.2021-ci il tarixdə vəfat etmiş X1nın ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum bacısı X6 27.10.1976-cı ildə anadan olmuşdur. Bacı 02.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və dəfn olunmuşdur. O, bacısının vərəsəsi kimi tanınıb vərəsəlik şəhadətnaməsini əldə etmək üçün ölüm haqqında şəhadətnaməni notariat orqanına təqdim etməlidir. Bunun üçün ölüm haqqında şəhadətnaməsinin alınması üçün ərazi üzrə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.09.2021-ci il tarixli 191 nömrəli məktubla mənə bidlirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktları" kitabında hər-hansı məlumat aşkar edilmədiyindən, ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, ölüm haqqında şəhadətnaməsi vərəsə kimi tanınmaq üçün notariat orqanına təqdim etməli olduğu vacib sənəddir. Həmin sənədin də əldə edilməsi üçün bacısının ölməsi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi ev 21, mənzil 19 ünvanında qeydiyyatda olmuşdur; Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 17151566 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.10.1976-cı ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş X6 Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi ev 21, mənzil 19 ünvanında qeydiyyatda olmuşdur; Bakı şəhəri Təcili və X10 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 02.09.2021-ci il tarixdə 00:39 radələrində ünvan 4 ünvanında X3 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkimə qədərölüm diaqnozu qoyulmuşdur; Bakı şəhəri Nərimanov rayon X5 Sahib Cümşüd oğluna ünvanladığı 04 sentyabr 2021-ci il tarixli, 191 №-li məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi bacısı X3 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Amasiya Rayon Güllücə kənd soveti tərəfindən verilmiş 10.10.1974-cü il tarixli, İ-SL 440924 №-li doğum haqqında şəhadıtnamədən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə Ermənistan SSR-in Amasiya rayonunun Güllücə kəndində anadan olmuşdur. X2, anası X7r. Amasiya Rayon Güllücə kənd soveti tərəfindən verilmiş 25.12.1976-cı il tarixli, İİ-SL 087133 №-li doğum haqqında şəhadıtnamədən görünür ki, X6 27.09.1976-cı il tarixdə Ermənistan SSR-in Amasiya rayonunun Güllücə kəndində anadan olmuşdur. X2, anası X7r. Məhkəmə iclasında ifadə verən şahid X11 bildirmişdir ki, X1 isə onun bibisi qızı olmuşdur. O, 02.09.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X14 bildirmişdir ki, ərizəçi onun qohumudur. X1 02.09.2021-ci il tarixdə vəfat etmiş, Bakı şəhəri, Müşfiq qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 02.09.2021-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X3 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.10.1976-cı il təvəllüdlü X3 02.09.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5400/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5400/2021
27.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver