Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-542/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi olan digər Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payıl müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payıl müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsində yerləşən “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə məxsus hündürmərtəbəli yaşayış binasının 8 nömrəli evin 115-ci mənzilinə, buraxılışı 2008-ci il “Nissan Sunny” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı qara rəngli, mühərrik nömrəsi 185959, ban nömrəsi KNMC4CHM8P69655Q olan və buraxılışı 1998-ci il “VAZ 21060” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı laquna rəngli, mühərrik nömrəsi 5038068, ban nömrəsi XTA2106Ö0W4009338 olan minik avtomobillərinə dair vərəsəlik hüququ tanınmaqla 1/6 hissədə onun, 4/6 hissədə Cavabdeh1 və 1/6 hissədə Cavabdeh2 Məcid oğlunun payının müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun atası xx xxxxxxx 1959-cu il təvəllüdlü X7 2020-ci il iyulun 11-də Bakı şəhərində vəfat etmişdir. O, ölən vaxt Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, 8 nömrəli evin 115-ci mənzilində yaşamışdır. X1 ölüm gününə daşınar əmlaklar kimi-buraxılışı 2008-ci il “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı qara rəngli, mühərrik nömrəsi 185959, ban nömrəsi KNMC4CİİM8P696550 olan, həmçinin buraxılışı 1998-ci il “VAZ 21060” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı laquna rəngli, mühərrik nömrəsi 5038068, ban nömrəsi XTA21060QW4009338 olan minik avtomobilləri, habelə Cavabdeh1 ilə birgə nikahdan daşınmaz əmlaklar kimi “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayş binasının 8 nömrəli evin 115-ci mənzili miras olaraq qalmışdır. X2 ilə Cavabdeh1 birgə nikahları dövründə sonuncu ilə “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyəti arasında adı çəkilən mənzilə dair 2013-cü il oktyabrın 29-da 17924 nömrəli müqavilə bağlanmışdır. X2 2020-ci il iyulun 11-də ölümündən sonra o, Cavabdeh1 və Cavabdeh2 qanunla birinci dərəcəli vərəsələr kimi qalmışlar. Vərəsələr arasında mübahisə olduğundan daşınmaz əmlaklar barəsində sənədləri digər vərəsələr ona verməkdən imtina etdikləri üçün sənədləri Bakı şəhəri 9 nömrəli notariat ofisinə təqdim edə bilmədiyindən sonuncu adı çəkilən əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən 2020-ci il oktyabrın 12-də imtina etmişdir. Ona görə də hesab edir ki, adı çəkilən daşınar (minik avtomobilləri) və daşınmaz (mənzil) əmlaklara münasibətdə vərəsəlik hüququ tanınmalı, miras əmlaklar üzərində paylar müəyyən edilməli və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, 8 nömrəli evin 115-ci mənzili, buraxılışı 2008-ci il “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı və buraxılışı 1998-ci il “VAZ 21060” markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri miras qoyan X2 ilə Cavabdeh1 birgə nikahı müddətində əldə olunduğundan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə uyğun olaraq 50%, yəni 3/6 hissəsi onun, yəni Cavabdeh1, qalan 50% isə 1/3 hissədə onun, 1/3 hissədə X4 və 1/3 hissədə Cavabdeh1, yəni adı çəkilən daşınar və daşınmaz əmlaklara dair 4/6 hissədə Cavabdeh1, 1/6 hissədə onun və 1/6 hissətə Cavabdeh2 Məcid oğlunun payı müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi olan digər Cavabdeh1 iddia ərizəsini qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 9 nömrəli notariat ofisinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nəsimi Raqon VVAQ Şöbəsi tərəfindən xx xxxxx 1997-ci il tarixdə verilmiş 353283 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1985-ci il tarixdə 745 nömrə ilə qeyd edilmişdir. X2, anası X8 qeyd edilmişdir; Bakı şəhəri Nəsimi Rayon VVAQ Şöbəsi tərəfindən xx xxxxxx 1993-cü il tarixdə verilmiş 313808 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, X7 ilə X12 arasında xx xxxxxx 1993-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1993-cü il tarixdə 982 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Hacızadə soyadı verilmişdir; “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyəti-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 17924 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 nömrəli məhəllədə Əliyar Əliyev küçəsi, 8 nömrəli binanın, 1-ci blok, 17-ci mərtəbə, 115 nömrəli 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 100,47 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 50.235 (əlli min iki yüz otuz beş) manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini bu müqavilə imzalandıqdan sonra 5 (beş) gün ərzində ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd); “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinin xx xxxxxxx 2013-cü il tarixli 8238 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 nömrəli məhəllədə Əliyar Əliyev küçəsi, 8 nömrəli binanın, 1-ci blok, 17-ci mərtəbə, 115 nömrəli 2 (iki) otaqdan ibarət, ümumi sahəsi 100,47 kv.metr olan mənzilə dair Cavabdeh1 heç bir borcu yoxdur; Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 05/Q-973/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında xx xxxx 2020-ci il tarixli 760 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi respirator sinsitial virus tərəfindən törədilən pnevmoniya qeyd edilmişdir. Bu barədə AZ-İİ seriyalı 103510 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli 016-82026-1220 nömrəli məktubunun məzmunundan görünür ki, xx xxxxxxx 1959-cu il təvəllüdlü X3 adında xx xxxxxx 2003-cü il tarixdən “VAZ-21060” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı və xx xxx 2008-ci il tarixdən “Nissan Sunny” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır; “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 03-01/357 nömrəli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937 nömrəli məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100,47 kv.metr olan, 115 nömrəli mənzilə dair Cavabdeh1 ilə xx xxxxxxx 2013-cü il tarixli 17924 nömrəli müqavilə bağlanmışdır; Bakı şəhəri 9 nömrəli notariat ofisinin xx xxxxxxx 2020-ci il tarixdli məktubunun məzmunundan görünür ki, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəlik işi ilə əlaqədar verilmiş sənədlər, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün kifayət deyildir. Eyni zamanda bildirilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi barədə məlumat verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2021-ci il tarixdli 016-120901-1220 nömrəli məktuba əlavə edilmiş çıxarışın surətindən görünür ki, “VAZ-21060” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2003-cü il tarixdə xx xxxxxxx 1959-cu il təvəllüdlü X3 adına qeydiyyata alınmış, xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında onun adına qeydiyyatdan çıxmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2021-ci il tarixdli 311-108-1221 nömrəli məktubun məzmunundan görünür ki, “VAZ-21060” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 və X9 arasında bağlanmış xx xxxx 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətinə keçmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159-cu və 1159.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1162-cı maddəsinə müvafiq olaraq, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1.-cı maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı atası-xx xxxxxxx 1959-cu il təvəllüdlü X7 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölənə kimi Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, 8 nömrəli evin 115 nömrəli mənzilində yaşamışdır. İddiaçı şəxsin X1 ölüm gününə daşınar əmlaklar kimi buraxılışı 2008-ci il “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı qara rəngli, mühərrik nömrəsi 185959, ban nömrəsi KNMC4CHM8P696550 olan, həmçinin buraxılışı 1998-ci il “VAZ 21050” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı laquna rəngli, mühərrik nömrəsi 5038068, ban nömrəsi XTA210600W4009338 olan minik avtomobilləri, habelə Cavabdeh1 ilə birgə nikahdan daşınmaz əmlak kimi Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, 8 nömrəli evin 115-ci mənzili miras olaraq qalmışdır. İddiaçı X3 X1 xx xxxx 2020-ci il tarixdə ölümündən sonra iddiaçı şəxs, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla birinci dərəcəli vərəsədirlər. Göründüyü kimi, müvafiq əmlaklardan buraxılışı 1998-ci il “VAZ 21050” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı laquna rəngli, mühərrik nömrəsi 5038068, ban nömrəsi XTA210600W4009338 olan minik avtomobili xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adından qeydiyyatdan çıxmış, müvafiq nəqliyyat vasitəsi X5 və X9 arasında bağlanmış xx xxxx 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətinə keçmişdir. Məhkəmə hesab edir ki, müvafiq nəqliyyat vasitəsi artıq başqa şəxsin mülkiyyətinə keçdiyindən həmin daşınar əmlakla bağlı vərəsələr arasında payların bölünməsi mülki qanunvericliyin tələblərinə zidd olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100,47 kv.metr olan 115 nömrəli mənzil xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsədə həmin mənzil X7 ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilməklə mülkiyyətlə bağlı gözlənilən hüquqları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 9 nömrəli notariat ofisinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Sənaye Tikinti İnvestisiya X10 Cəmiyyətinə qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payıl müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100,47 kv.metr olan 115 nömrəli mənzilə və “Nissan Sunny” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 1/6 hissədə, cavabdehlər Cavabdeh1 4/6 hissədə, Cavabdeh2 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən olunmalı və həmin paylara uyğun vərəsəlik şəhadətnaməsi verilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 1, mərtəbə 17, ümumi sahəsi 100,47 kv.metr olan 115 nömrəli mənzilə və “Nissan Sunny” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 1/6 hissədə, cavabdehlər Cavabdeh1 4/6 hissədə, Cavabdeh2 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən olunsun və paylara uyğun vərəsəlik şəhadətnaməsi verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-542/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-542/2021
08.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver