Məhkəmə qərarları › İş №2(005)-5514/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5514/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5514/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vafat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vafat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1n 03.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X7 onun atasıdır və 1965-ci ildə Ermənistan, Noyemberyan rayonunda doğulmuşdur. 03.11.2021-ci il tarixdə atası X7 vəziyyəti ağırlaşdı və təcili tibbi yardım gələnə qədər vəfat etmişdir. X1 həmin gün Qaraçuxur qəsəbə qəbrstanlığında dəfn etmişdilər. Bundan sonra mərhumun Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə rəsmi olaraq müraciət etmiş, lakin oradan bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, X7 noyabr ayının əvvələrində infarkt səbəbindən vəfat etmişdir. Qaraçuxur qəsəbəsində yerləşən qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X8 ifadəsində bildirmişdir ki, X7 03.11.2021-ci il tarixdə infarkt səbəbindən vəfat etmişdir. Qaraçuxur qəsəbəsində yerləşən qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini qeyd etmişdir. Belə ki, iş materiallarında olan; AZE 15475141 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 11.06.1965-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda doğulmuşdur. "xxxx" MTK-nın arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı Bakı “ASAN xidməti” Mərkəzində Qeydiyyat şöbəsinin 05/Q-2349/15 saylı 13.11.2021-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş 03.11.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 03.11.2021-ci il tarixdə saat 17:00-da X3 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Qaraçuxur Bələdiyyəsinin arayışından görünür ki, mərhum X7 həqiqətən də 03.11.2021-ci il tarixdə Qaraçuxur kənd qəbristanlığında dəfn olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə anadan olmuş, atası X6r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 11.06.1965-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda anadan olmuş X7 03.11.2021-ci il tarixdə vəfat edib və 03.11.2021-ci il tarixdə Qaraçuxur qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 03.11.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.06.1965-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda anadan olmuş X3 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 03.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar