Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-558/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1934-cü ildə Ermənistan Yexeqnadzor rayonunda anadan olmuş X1nın ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 11.11.2021-ci il tarixdə vəfat etmişdir. Nənəsinin dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. X1 Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar adına qəbiristlanlığında dəfn olunmuşdur. Mərhuma yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular iştirak etmişlər. Nənəsinin ölməsi barədə tibbi arayış olmadığından ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Şəhadətnamənin alınması üçün Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bildirmişlər ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, X5 onun anasıdır. 11.11.2021-ci il tarixdə vəfat etmiş və Bakınov qəsəbəsində yerləşən qəbirstanlıqda oğlunun yanında dəfn edilmişdir. Dəfndə iştirak etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X5 ərizəçinin yanında qalırdı. 11.11.2021-ci il tarixdə vəfat etmiş, Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2tubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş 11.11.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 11.11.2021-ci il tarixdə saat 19:10-da X2 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli Şəhər Poliklinikasının 642 saylı, 16.11.2021-ci il tarixli məktubundan görünür ki, X2 21 nömrəli şəhəri poliklinikasında ambulator kartası və ambulator müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi səlahiyyətləri xaricində olması qeyd edilmişdir. AZE 02329813 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1934-cü il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda doğulmuşdur. Bakıxanov qəsəbəsi İƏN-nin aktından görünür ki, mərhum X5 həqiqətəndə 12.11.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar qəbristanlığında dəfn olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 31.03.1999-cu il tarixdə anadan olmuş, atası X6r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1934-cü il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuş X5 11.11.2021-ci il tarixdə vəfat edib və 12.11.2021-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Şəhriyar adına qəbiristanlığda dəfn edilmişdir. Ərizəçi nənəsinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 11.11.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuş X2 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 11.11.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-558/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-558/2022
21.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver