Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5656/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X3rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X3rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X10 15.11.2021 -ci il tarixində ölüm faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 18.10.1991-ci il təvəllüdlü oğlu X21 15.11.2021ci il tarixində Qala qəsəbəsində qohumlarının evində rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra Şəki şəhərinin qəbirsanlığında dəfn olunubdur. Onun göstərilən tarixdə rəhmətə getməsi BŞT və X16 Yardım Stansiyasının 10 saylı bölməsinin ölüm haqqında Xəbərdarlıq vərəqəsindən məlum olmasına baxmayaraq, ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi barədə müraciətim 5 saylı Bakı "Asan Xidmət" Mərkəzində yerləşən Qeydiyyat Şöbəsi tərəfindən 22.11.2021-ci il tarixli məktubla imtina edilmişdir. Oğlu X1 Rayon Məhkəməsinin 28.12.2015-ci il tarixli qətnaməsilə fəaliyyət qabiliyyətsizliyi və mən onun qəyyumu müəyyən olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X9 məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, habelə şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 16659658 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 18.10.1991-ci ildə Bakı şəhərində anadan olmuş X14 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7, mənzil 19 ünvanında qeydiyyatda olmuşdur; Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə Şəki şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7, mənzil 19 ünvanında qeydiyyatda olmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon 25 Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışdan görünür ki, X14 1-ci qrup müddətsiz əlildir. 5 saylı Bakı “ASAN Xidmət” X8 Ərizəçi ünvanladığı 22 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi atası X10 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun müvafiq ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; Bakı şəhəri Təcili və X12 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, 15.11.2021-ci il tarixdə 07:20 radələrində Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında X10 adına çağırış daxil olmuş və sözügedən bu çağırışı yerinə yetirən həkim tərəfindən xəstəyə həkim yanında ölüm diaqnozu qoyulmuşdur; Nərimanov rayon VVAQ Şöbəsi tərəfindən verilmiş XVİ-JQ seriyalı 381850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 18.10.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X5r; Məhkəmə iclasında ifadə verən şahid X11 bildirmişdir ki, ərizəçi onun uzaq qohumudur, X2nun əlilliyi olmuşdur. X2 15.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhuç Şəkidə dəfn edilmişdir. Məhkəmə iclasında ifadə verən şahid X6 bildirmişdir ki, X2 onun bibisi oğlu olmuşdur. Uşaq doğulandan xəstə olmuş, əlilliyi olmuşdur. 15.11.2021 -ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Şəkidə dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X10 15.11.2021 -ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və X10 vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18.10.1991-ci il təvəllüdlü X10 15.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5656/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5656/2021
22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver