Məhkəmə qərarları › İş №2(005)-5697/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5697/2021

15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5697/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vafat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vafat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun 1936-ci il təvəllüdlü atası X7 uzunmüddətli xəstəlikdən sonra 22.1*.2*21-cı ildə ona məxsus Nənmanov rayonu, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 922 ünvanında yerləşən mənzildə vəfat etmişdir. *6.*7.2*21-ci il tarixindən atasının səhhətində yaranan problemlərlə bağlı Təcili və X2 Stansiyasına müraciət etmişdir. TTTYS əməkdaşları adıçəkilən ünvana gələrək atasını müayinə etmişlər və təcili olaraq X6 yerləşdirilməsinin zəruri olduğunu bildirmişdilər. Lazımi müayinələrdən sonra sol beyinin insultu diaqnozu ilə *6.*7.2*21-ci il tarixindən 3*.*7.2*21-ci il tarixinədək adıçəkilən müəssisənin Reanimasiya və Nevroloqiya şöbəsində müalicə aldıqdan sonra həkimlərin məsləhəti ilə müalicənin davam etdirilməsi üçün 3*.*7.2*21-ci il tarixindən ürək-damar problemləri ilə bağlı C.Abdullayev adına Kordiologiya İnsititutuna yerləşdirilmişdir. 11.*8.2*21-ci tarixində müalicəsi başa çatdığı ücün 19** saylı X1 təqdim edilməklə evə buraxılmağına baxmayaraq atasının vəziyyəti qənaətbəxş deyildir. atasının səhhətinin ev şəraitində belə həkim nəzarətində olmasına baxmayaraq günü-gündən zəiflədiyi açıq-aşkar görünürdür. 22.1*.2*21-ci il tarixində saat 15:3* radələrində atasının vəziyyətinin dəyişdiyini hiss etmiş və TTTYS-ye müraciət etmişdir. TTTYS əməkdaşları gələnə qədər artıq nəfəsi dayanmışdır. TTTYS əməkdaşları saat 16:15 radələrində gəldikləri zaman artıq atasını vəfat etmişdir. TTTYS-nin həkimi Məmmədəliyev Sabir tərəfindən *194 saylı 22.1*.2*21-ci il tarixli ölüm faktının aşkar edilməsi barədə TTTYS ölüm haqqında Xəbərdarlıq vərəqəsi təqdim edildi. Mərhum 23.1*.2*21-ci il tarixində yaxın qohum, iş yoldaşları və dostlarının iştirakı ilə Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qebrstanlıqda dəfn edilmişdir. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən 16* nömrəli arayışla təsdiq edilmişdir. Bundan sonra mərhumun Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman ona qeydiyyatda olduğu ərazi üzrə sahə həkimi tərəfindən ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Bununla bağlı Nərimanov rayonu 4 saylı Poliklinikaya müraciət etmiş və ona atasının adını qeydiyyat kartının olmadığını bildirərək adıçəkilən sənədi təqdim edə bilmeyəceklerini bildirmişlər. Yenidən Nərimanov rayonu Qeydiyyat Şöbəsinə gələrək atasının X3 ölümünün qeydə alınması barədə 11.11.2*21-ci il tarixli ərizə ilə rəsmi müraciət etmişdir. Müraciətinə cavab olaraq 11.11.2*21-ci il tarixli 237 saylı məktubla ölümü təsdiq edən sənədin olmadığını əsas gətirərək, ərizəni təmin etməkdən imtina etmişlər və Azerbaycan Resbublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınmasının mümkünlüyü bildirilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdilər. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, X7 onun dostunun atasıdır. X7 xəstəxanadan çıxandan sonra ərizəçi tərəfindən qulluq olunmuş, lakin özünü pis hiss edirdi. Sonradan vəfat etmişdir. Mehdiabad qəsəbəsində yerləşən qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X8 ifadəsində bildirmişdir ki, X7 xəstə idi və xəstəliyi nəticəsində 22.1*.2*21-ci il tarixdə vəfat etmişdir. Mehdiabad qəsəbəsində yerləşən qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini bildirmişdir. Belə ki, iş materiallarında olan; AZE *611*62* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1936-cı il tarixdə Qazax rayonu, Əli-Bayramlı kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuş, atası X5r. “Klasskom-2*11” MMC-nin arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş 22.1*.2*21-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 22.1*.2*21-ci il tarixdə saat 16:15-də X3 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. 18.11.2*21-ci il tarixli Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin arayışından görünür ki, mərhum X7 həqiqətəndə 22.1*.2*21-ci il tarixdə Mehdiabad kənd qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs 237 saylı 11.11.2*21-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanlarının xaricindədir. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1936-cı ildə Qazax rayonunun Əli-Bayramlı kəndində anadan olmuş X7 22.1*.2*21-ci il tarixdə vəfat edib və 22.1*.2*21-ci il tarixdə Mehdiabad qəbirstanlığda dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 22.1*.2*21-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 3*7- 31*-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı ildə Qazax rayonunun Əli-Bayramlı kəndində anadan olmuş X3 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE *611*62*) 22.1*.2*21-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar