Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-585/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, R.Hüseynov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair xx xxxxx 2019cu il tarixli 39 saylı hərracın yekunları barədə protokol və xx xxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-1087/2017 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh İddiaçı qarşı kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsi ilə tağlı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ümumilikdə 930000 manat əsas borc, 122833,33 manat faiz borcunun ipoteka ilə yüklü edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Hüseynov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, R. Hüseynov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ümumilikdə 930000 manat əsas borc, 122833,33 manat faiz borcunun Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməsi qət edilmişdir. İlkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sözügedən qətnamənin icrasının təmin edilməsi məqsədilə Xətai Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən “X2” MMC tərəfindən hərrac keçirilərək, Bakı şəhəri, Xətai rayonu, R.Hüseynov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmışdır. “X2” MMC tərəfindən ilk hərrac xx.xx.2019-cu il tarixdə keçirilmiş və əmlakın ilkin satış qiyməti ******* manat olmuşdur. İkinci hərrac isə xx.xx.2019-cu il tarixdə keçirilmiş və əmlak 15% endirimlə 1.190.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Lakin ikinci hərrac zamanı da əmlak satılmamışdır. Bundan sonra hərrac təşkilatı satılmayan əmlakı AR Mərkəzi Bankına təklif etmişdir. “X2” MMC “ilə AR Mərkəzi Bankı arasında xx xxxxx 2019-cu il tarixli 39 saylı hərracın yekunları barədə protokol və xx xxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi bağlanılmış; hərraca çıxarılmış əmlak ən son satış qiyməti ilə 892 500 manata AR Mərkəzi Bankına satılmışdır. xx xxxxx 2019-cu il tarixli 39 saylı hərracın yekunları barədə protokol və xx xxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi tamamilə qanunsuz və əsassızdır. “X2" MMC tərəfindən ipoteka predmetinin dəyəri də düzgün qiymətləndirilməmişdir. Belə ki, əmlakın ilkin satış qiyməti ******* manat olmuş, təkrar hərrac zamanı “X2" MMC tərəfindən 15% endirimlə 1.190.000 manat kimi müəyyənləşdirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədə göstərilənlərə əsasən təkrar hərrac zamanı AR “İpoteka haqqında” Qanununun 43.5-ci maddəsinə əsasən əmlakın ilkin satış qiyməti 15% və həmin Qanunun 43.7-ci maddəsinə əsasən 25% azalmışdır. “İpoteka haqqında" Qanunun 43.1.2-ci maddəsində göstərilən müddəaya əsasən hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərrac qiymətindən 15% aşağı satıla bilər. Lakin hərracın keçirilməsinə dair yekun protokolda ilkin hərracın hansı səbəblərə görə baş tutmaması göstərilməmiş, öz mülahizələrinə əsasən əmlakın ilkin salış qiyməti 15% azaldılmışdır. Halbuki “İpoteka haqqında" qanunun 43.1.1,43,1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə hərrac baş tutmamaş elan edildikdə, ilkin satış qiyməti dəyişdirilmədən saxlanılmalı idi. Beləliklə, təkrar hərrac zamanı əmlakın ilkin satış qiyməti ******* manat olmalı və “İpoteka haqqında” Qanun 43.7-ci maddəsində qeyd edilən “ hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrara hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər “müddəasına əsasən əmlakın qiyməti 892 500 manat deyil, 1.400.000dan 15% az olmaqla, 1.400000- 1.400000 x 25%=1.400.000-350.000=1.050.000 manat olmalı idi. Odur ki, bütün qeyd olunanlara əsasən hərracın nəticələri haqqında protokulun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi zəruridir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində “X2 MMC tərəfindən ipoteka predmetinin dəyəri düzgün qiymətləndirilməmişdir" və “təkrar hərrac zamanı əmlakın ilkin satış qiyməti ******* manat olmalı" sözlərini qeyd etməklə iddiaçı qanunun tətbiqi ilə bağlı yanlış qənaətə gəlmişdir. Qanunvericiliyin tətbiqindən çıxış edərək, qeyd etmək lazımdır ki, hazırki hərrac predmeti olan əmlakın təkrar hərracda ilkin satış qiyməti 15% endirimlə 1,400 000-( 1,400 000x15%)- 1,190.000 manat məbləğində müəyyən olunmuşdur. Təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymət isə 1,190.000 - (1,190.000x25%)^ 892 500 manat hesab olunur. Nəticədə xx.xx.2019-cu il tarixli 39 nömrəli protokola əsasən tələbkar (alıcı) 25% endirim (892 500 manat) məbləği ilə sözügedən əmlakı almışdır. “X2” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-salqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdehlər "Cavabdeh1” MMCyə (əvvəlki adı "xxxx" MMC) və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair" iddia qaldırmışdır. Mərkəzi Bank aşağıda göstərilənlərə əsasən iddia ərizəsinə qəti etiraz edir: Mərkəzi Bank LPO “xxxx” ASC-nin kredit borcu üzrə “kredit borcunun ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi" tələbinə dair ipoteka qoyan cavabdeh İddiaçı qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış və Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1087/2017 nömrəli qətnaməsi ilə Mərkəzi Bankın iddiası təmin olunmuşdur. Cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və Xətai Rayon Məhkəməsinin qətnaməsi tam qanuni qüvvəsini almışdır (qeyd olunan məhkəmə aktları etiraza əlavə olunur). Xətai Rayon Məhkəməsinin iş üzrə qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaq məqsədilə “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi" tələbi ilə Nəsimi Rayon Məhkəməsində Azərbaycan Respublikasnın Mərkəzi Bankına və "X2" MMC-yə qarşı iddia qaldırsa da, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3794/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13761/2019 nömrəli qətnaməsi ilə, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2834/2020 nömrəli qərarı ilə təmin edilməmiş və bununla da, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu İl tarixli, 2(006)-3794/2019 nömrəli qətnaməsi tam qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda hakim iş üzrə icraata xitam verməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3794/2019 nömrəli qətnaməsindən də göründüyü kimi: Hazırki işdə də tərəflər eynidir; Hazırki işdə də mübahisə predmeti eynidir; Hazırki işdə də iddiaçı eyni əsaslardan çıxış etməklə cavabdehlərə qarşı eyni tələb yönəltmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxılmasına hər hansı prosessual əsas yoxdur və iş üzrə icrata xitam verilməlidir. Bir məqam da qeyd olunmalıdır ki, hazırki iş üzrə iddia ərizəsində iddiaçı Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərindən yayınmağa cəhd göstərərək xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun və həmin tarixli əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki iddia ərizəsini Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı’’ fəslinin müddəaları isə əsaslandırmağa çalışmışdır. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı qəbul edilsin və vicdansızcasına əsassız iddia vermiş İddiaçı uzun illər ərzində iş vaxtının itirilməsinə səbəb olduğu üçün Mərkəzi Bankın xeyrinə 5.000 (beş min) manat məbləğində cərimə olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 iddiaçının iştirakı olmadan işin baxılmasının davam etdirilməsini və iddia tələbinə dair etirazda qeyd edilənlərə uyğun izahat verərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3794/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və dövlət reyesterində qeydə alınmış ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-13761/2019 saylı qətnaməsi ilə apellysiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 2884/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13761/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair” mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi tələbinə dair” mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-585/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-585/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver